A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə98/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   94   95   96   97   98   99   100   101   ...   116

243 
 
Məlumatlara  görə 
Kərbəlayı  Səfixan  Şuşada 
ondan artıq müxtəlif formalı 
və  çeşidli  məscid  tikmişdir. 
Bunların  içərisində  "Aşağı 
Gövhər 
Ağa 
məscidi" 
(1874-1875), 
"Yuxarı 
Gövhər 
Ağa 
məscidi" 
(1883-1884), 
"Saatlı 
məscidi"  (1883),  Çölqala, 
Mamay,  Cülfalar,  Hacı 
Yusif  və  s.  adlı  məhəllə 
məscidlərini 
göstərmək 
olar. 
Qeyd 
etdiyimiz 
məscidlər  arasında  tarixi 
baxımdan 
ən 
qiymətli 
İbrahim  xanın  qızı  Gövhər 
Ağanın  vəsaiti  hesabına 
1874-cü  ildə  tikilmiş  qoşa 
minarəli,  xalq  arasında 
"Aşağı  Gövhər  Ağa"  adını 
almış  məsciddir.  Ölçüsü 
24-64x22-11  m  olan  bu 
məscidin 
baş 
fasadı 
xüsusilə diqqəti cəlb edir. 
Onun 
bir 
cüt 
səkkizbucaqlı  daş  sütunla 
bəzədilmiş  geniş  eyvanlı 
giriş hissəsi məscidə xüsusi 
bir  gözəllik  bəxş  edir.  Bu 
məscidin 
memarlığının 
başqa  məscidlərdən  fərqi 
ondan  ibarətdir  ki,  "Aşağı 
Gövhər  Ağa"  məscidinin 
minarələri  baş  fasadın  sağ 
və  sol  tərəflərində  deyil, 
əksinə,  arxa  fasadın  yan 
tərəflərində ucaldılmışdır. 
Minarələr öz bədii 
tərtibatı baxımından da maraqlıdır. Onun gövdəsi bütövlükdə "Allah" sözünün təkrar 
yazısı ilə bəzənmişdir. Deyildiyinə görə, Kərbəlayı Səfixanın yaradıcılığı təkcə Şuşa 
ilə  məhdudlaşmayıb.  O,  Bərdədəki  dörd  minarəli İmamzadə (1869),  Ağdamda  Cümə 


244 
 
məscidi  (1870),  Füzuli  rayonunda  Hacı  Ələkbər  məscidinin  də  (1889)  müəllifidir. 
Bundan əlavə memar Odessa şəhərində "Tatarlar" (1870), Aşqabadda "Qarabağlar" 
məscidlərini də tikmişdir. 
Sadaladığımız  memarlıq  abidələrindən  görünür  ki,  millilik,  yerli  tikinti 
ənənələrinə sadiqqalma XIX yüzillikdə əsas etibarilə dini abidələrin yaradılmasında 
özün  büruzə  verirdi.  Aydındır  ki,  belə  abidələr  sırasına  bu  dövrdə  tikilmiş  təkcə 
məscidlər  yox,  müxtəlif  formalı  və  bəzəkli  türbə,  pir  və  ziyarətgahlar  da  daxildir. 
Onlara Azərbaycanın ən ucqar sərhədlərində - Qazax bölgəsindən tutmuş Astaraya 
qədər, hər yerdə rast gəlinir. 
Təbiidir  ki,  iqlim  yerli  ənənə,  tikinti  materialı  və  başqa  şərtlərdən  asılı 
olaraq  bu  abidələr  eyni  məqsədlə  ucaldılsa  da,  onları  bir-birindən  fərqləndirən 
xüsusiyyətlər də var idi. 
Məsələn, Şəki-Zaqatala bölgəsinin məscidləri kərpic və çaylaq daşlarından 
tikildiyindən  onların  üzərində  bədii  oyma  işləri  aparılmırdı.  Arabir  təsadüf  edilən 
dekorativ  bəzəklər  əsasən  məscidlərin  daxilində  suvaq  kimi  istifadə  edilən  gəc 
üzərində icra olunurdu. Buna gözəl nümunə Şəkidə Giləhli məhəlləsində yerləşən 
və onun adını daşıyan 1812-ci il tarixli məscid ola bilər. Bu məscidin daxilində yerləşən 
gəc  bəzəkləri  o  bölgə  üçün  nümunəvi  xarakter  daşıyır.  Onun  müəllifi  Davud 
Nüxəvidir. Usta Davud burada  oyma  ilə  yanaşı  boyadan  da  geniş  istifadə  etmişdir. 
Şəki-Zaqatala  bölgəsi  məscidlərinin  özünəməxsus  xüsusiyyətlərindən  biri  də 
burada tikilmiş məscidlərin minarələrinin məsciddən xeyli aralı olmasından ibarətdir. 
Məsciddən aralı tikilmiş tənha minarələr adətən çox hündür olur. Hündürlüyü 40 m-
ə çatan belə minarələrdən biri Balakənd şəhər məscidinin yanındadır. Səkkizguşəli, 
qırmızı  kərpicdən  tikilmiş  bu  minarə  müxtəlif  formalı  həndəsi  naxışlarla 
bəzədilmişdir. 
Bakı-Abşeron ərazisindəki dini abidələrin də özünəməxsus xüsusiyyətləri 
vardır.  Onlarda,  adətən  başqa  yerlərdən  fərqli  olaraq,  çoxlu  oyma  işləri  istifadə 
olunurdu. Bu, həmin ərazidə tikilən məscidlərin, pirlərin və s. tikililərin əsasən çox 
asan oyuları yerli ağ daşdan (ağlay) tikilməsindən irəli gəlirdi. 
Yumşaq daş üzərində ayrı-ayrı məsamələrdə zərif oyulmuş bu abidələrin 
həndəsi,  nəbati  naxışları,  müxtəlif  məzmunlu kitabələri icrası baxımdan  gözəl bir 
sənət əsərini xatırladır. 
Masallı,  Lənkəran,  Astara  bölgəsi  məscidlərinin  də  özünəməxsus 
xüsusiyyətləri  vardır.  Buranın  coğrafi  mövqeyi  ilə  (subtropik)  əlaqədar  olaraq 
tikilən  məscidlər  konstruksiya  nöqteyi-nəzərindən  zəngin  yerli  yaşayış  binalarını 
xatırladır.  Orada  da  binanın  ümumi  kompozisiyasındakı  aparıcı  rol  onun  dörd 
yamaclı  damının  xeyli  irəli  çıxarılmasıdır.  Bir  sözlə,  dam  nəinki  binanın  üstünü 
örtür,  o  həmçinin  məscid  ətrafına  toplaşan  dindarları  da  lazım  gələndə  çətirtək 
yağışdan qoruyur. Ümumiyyətlə, islam aləmində məscidin önündəki meydan xüsusi 
rol oynayır. Çünki əksər hallarda camaat buraya toplaşaraq mühüm məsələləri həll 
edirlər. Masallı,  Lənkəran,  Astara  bölgəsi  məscidlərinin başqa  xüsusiyyətlərindən 
biri də onların dekorativ bəzəklərinin az olmasıdır. 


245 
 
Qırmızı  kərpicdən  tikilmiş  bu  məscidlərin  dekorativ  bəzəkləri  əsas 
etibarilə  kiçik  taxta  parçalarının  bir-birinə  bənd  olunması  ilə  təşkil  olunmuş 
şəbəkələrdən  ibarətdir.  Əsasən  fasadın  böyük  tağvari  pəncərələrini  örtən,  çox  hal-
larda  rəngarəng  şüşələrlə  bəzənmiş  bu  şəbəkələr  məscidin  zənginləşməsində 
müəyyən rol oynayır. 
XIX  əsrin  sonu  və  XX  yüzilliyin  əvvəllərində  Azərbaycanda,  xüsusilə 
Bakı şəhərində "sosial sifarişlər"lə əlaqədar çoxlu monumental mülki binaların inşasına 
başlanır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu binalann tikintisində "Avropa mədəniyyətinə" güclü meyil göstərilsə də, 
icrası  baxımından  onlar  nümunəvi  xarakter  kəsb  edirlər.  Belə  tikintilər  sırasına 
1908-1913-cü illərdə yaradılmış "İslamiyyə" binasını (indi burada Azərbaycan EA-
nın  Rəyasət  Heyəti  yerləşir,  memarı  İ.K.Ploşka),  1896-cı  ilə  aid  Qadın  müsəlman 
professional  məktəbini  (indiki  Azərbaycan  EA  Əlyazmaları  İnstitutu,  memarı 
İ.V.Qoslovski),  1893-1902-ci  illərə  aid  neft  sənayeçisi  H.Z.Tağıyevin  sarayını 
(hazırda  Azərbaycan  EA  Tarix  Muzeyinin  binası,  memarı  İ.V.Qoslovski)  və 
başqalarını aid etmək olar. 
Bu  memarlıq  abidələrinin  hər  birinin  çox  maraqlı  tarixi  vardır.  Məsələn, 
"İslamiyyə" binasını götürək. Məlumatlara görə, bu gözəl binanı Bakı milyonçusu 
Ağa  Musa  Nağıyev  öz  oğlu  Ağa  İsmayılın  xatirəsini  əbədiləşdirmək  məqsədilə 
400000  qızıl  pula  tikdirmişdir.  1918-ci  ildə  bu  binada  Azərbaycan  Demokratik 
Respublikası parlamentinin ilk iclası keçirilmişdir. Hazırda Azərbaycan Elmlər Akade-
miyası Rəyasət Heyətinin iqamətgahıdır. 
Şəhərin ən görkəmli yerlərindən birində İstiqlaliyyət küçəsində tikilmiş bu 
gözəl memarlıq əsəri müasir şəhərin görünüşündə böyük rol oynayır. Binanın bədii 
obrazında  Venesiya  qotik  üslubunda  və  milli  memarlığımızı  təmsil  edən  oxvari  tağlar 
harmonik  surətdə  birləşir.  Memarın  məhz  belə  bir  yaradıcılıq  üslubu  İçərişəhərin 
qala  divarlarına  qonşu  olan  "İsmailiyyə"  binasının  Bakının  tarixi  mənzərəsinə 
asanlıqla daxil edilməsinə imkan vermişdir. 
Bu monumental memarlıq abidəsinin dekorativ bəzəkləri də diqqəti cəlb edir. 
Onun  bədii  tərtibatında  böyük  ustalıqla  rəngarəng  kaşı,  müxtəlif  məsamələrdə 
işlənmiş süjetli və ornamental qabartmalardan da istifadə olunmuşdur. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə