A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə96/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   92   93   94   95   96   97   98   99   ...   116

238 
 
edilir. 
Hazırda  Azərbaycan  EA  Rəyasət  Heyəti  binasında,  Əlyazmaları  İnstitutu, 
Tarix Muzeyi, Memarlıq İttifaqı binalarında və başqa yerlərdə bu sənət növünün gözəl 
nümunələri qalmışdır. 
Bakıda Azərbaycanın başqa yerlərinə nisbətən gəctəraşlıq nümunələri daha 
çox tikintilərin tavan, divar və arakəsmələrində tətbiq olunurdu. 
1893-1902-ci  illər  arasında  Bakıda  tikilmiş  neft  sənayeçisi  Z.A.Tağıyevin 
sarayı (hazırda Tarix Muzeyinin binası) bu baxımdan xüsusi maraq doğurur. 
Bu  sarayın  böyük  və  kiçik  otaqlarında,  pilləkənlərdə,  keçidlərdə  zərif 
işlənmiş çoxlu gəctəraşlıq nümunələri vardır. 
Sarayın  şərq  salonunda  olan gəctəraşlıq  nümunələri  sayı, bədii  və  texniki 
icrası baxımından daha çox diqqəti cəlb edir. 
Bu  böyük  salonun  bütün  divar  səthi  və  xüsusilə  tavanı  elə  bil  ki,  bəzəkli 
xalılarla  örtülmüşdür.  Tavanın  gəc  oymaları  daha  rəngarəng  və  naxışlıdır. 
Kompozisiyanın  quruluşu  baxımından  tavanın  güzgü  hissəsi  (ortası)  üç  seksiyaya 
bölünmüşdür.  Ortadakı  dördkünc  ornamental  seksiyadan  böyük  çilçıraq  asılmış,  iki 
yandakı  seksiyalarda  isə  eynitipli  stilizə  olunmuş  nəbati  ornament  motivləri 
verilmişdir.  Bu  üç  böyük  ornamental  seksiya  hər  tərəfdən  salon  boyu  çoxguşəli 
şəbəkəni andıran kəmərlə əhatə olunmuşdur. 
Bu qabarıq çoxguşəli naxışlar nəinki tavanın zərif bəzəklərini hər tərəfdən 
əhatə  edərək  onlan  bir  yerə  yığır,  həm  də  tavandan  divar  səthinə  gözəl  keçid 
yaradır. 
Tavanın  ornamental  bəzəkləri  içində  düzbucaqlı  çərçivələr  arasında 
yerləşən  iki  eyni  tipli  kompozisiya  xüsusilə  diqqəti  cəlb  edir.  Onlar  çilçırağın  iki 
yan  tərəfində  yerləşdirilmişdir.  Bu  ornamental  kompozisiyanın  ara  sahəsində, 
mərkəzdə gül-çiçək elementlərindən təşkil olunmuş üç böyük xonça vardır. Onlar hər 
tərəfdən  içərisi  oyuq  dörd  kiçik  xonçalarla  əhatə  olunmuşdur.  Bundan  əlavə  ara 
sahədə  böyük və  kiçik  xonçaların ətrafında  bir-birilə qovuşan çoxlu  nəbati  motiv 
elementləri verilmişdir. Bu ornamental çərçivəni xalçalarımızda olduğu kimi üç his-
sədən  ibarət  haşiyə  əhatə  edir.  İki  nazik  yan  haşiyələrdə  həndəsi  ornament  növü, 
ortadakı enli haşiyədə isə ərəb əlifbası hərfləri ilə yazılmış ardıcıl təkrar olunan "La 
İlahə illəllah" sözləri yerləşdirilmişdir. 
Şərq salonunun gəc oymalarında rəngdən də məharətlə istifadə edilmişdir. 
Onun qızıl-sarı və açıq-göy rənglərin vəhdətində qurulmuş koloriti insana çox gözəl 
təsir bağışlayır. 
Deyildiyinə görə bu salonun bədii tərtibatında qızılı-sarı rəng almaq üçün 
xalis qızıl suyu məhlulundan geniş istifadə olunmuşdur. 
XIX-XX  yüzilliyin  əvvəllərində  Bakıda  tikilmiş  memarlıq  abidələrinin 
bədii  tərtibatında  bu  tipli  səthi  oyma  üsulu  ilə icra edilmiş  milli  gəc nümunələri ilə 
yanaşı,  çoxlu  qabartma  səpkili  Avropa  ornament  və  təsviri  motivlərini  yada  salan 
gəctəraşlıq əsərləri də geniş yayılmışdır. 
Avropa  ornament  motivləri  içərisində  "akanf”,  "meandr",  canlı  təsvirlər 


239 
 
içərisində yarıinsan, yarıheyvan, məlakə, yunan mifologiyasından götürülmüş obraz-
lar əsas yer tuturdu. 
XIX  yüzilliyin  ikinci  yarısından  başlayaraq  Azərbaycanda  taxta  üzərində  icra 
edilmiş  bəzək  işlərində  xalq  dekorativ  tətbiqi  sənətinin  başqa  növlərində  olduğu 
kimi, bir çox yeniliklər gözə çarpmağa başlayır. Həmin yeniliklər Qərbi Avropada, 
eləcə də Rusiyada bu dövrlərdə oyma sənətkarlığında mövcud olan bədii və texniki 
xüsusiyyətlərdən  ibarət  idi.  Bundan  əlavə,  biz  Azərbaycanda  düzəldilmiş  taxta 
məmulatları  üzərində  naturalistik  bir  səpkidə  bəzədilmiş  nəbati  və  həndəsi 
ornamentlərlə  yanaşı,  çoxlu  insan,  heyvan,  hətta  fantastik  xarakter  daşıyan 
təsvirlərə də rast gəlirik. 
İndi  bunların  ənənəvi  işlənmə  üsulunda  da  bir  çox  dəyişikliklər  əmələ 
gəlmişdir. Məsələn, çox hallarda kompozisiyanın bir çox elementləri (insan, heyvan 
və s.) ayrıca oyulur, sonra predmetə mismar və yapışqanla bərkidilirdi. Elə ona görə 
də  bu  dövrdə  yaradılmış  taxta  bəzəkləri  zərif  oyma  işlərindən  daha  çox  qabarıq 
relyefləri  xatırladır.  Milli ənənələrdən uzaqlaşaraq eklektik bir  üslubda yaradılmış 
belə  oyma  işlərinə  biz  xüsusilə  Bakıda  XIX-XX  yüzilliyin  əvvəllərində  tikilmiş 
binaların qapılarında rast gəlirik. 
Vaxtilə  Azərbaycanda  geniş  yayılmış  bəzəkli  taxta  ev  avadanlıqlarının  və 
bədii  sənət  nümunələrinin  XIX  yüzilliyin  ikinci  yarısından  başlayaraq  tədricən  yox 
olmasına  Azərbaycan  ərazisindəki  çox  qiymətli  qoz  və  şümşad  ağaclarının 
vəhşicəsinə  qırdırılıb  xarici  ölkələrə  satılması  da  böyük  təsir  göstərmişdir.  Lakin 
bütün  bunlara  baxmayaraq  XIX  yüzilliyin  ikinci  yarısı  XX  əsrin  əvvəllərində 
Azərbaycanın ucqar yerlərində ənənəvi xarakterdə yaradılmış bədii oyma işlərinə az 
da  olsa  rast  gəlinir.  Milli  ənənələrlə  bağlı  olaraq  bəzədilmiş  taxta  nümunələri  bu 
əsrlərdə  Lənkəran,  Astara,  Quba,  Qusar  və  Şəki  bölgələrində  daha  çox  müşahidə 
olunur. 
Yuxarıda  qeyd  etdiklərimizi  Quba  rayonunun  Susay  kəndindəki  XIX 
yüzilliyin  məscidinin  oyma  üsulu  ilə  bəzədilmiş  1854-cü  il  tarixli  bir  qapısı  əyani 
şəkildə  təsdiq  edir.  Burada  nəinki  ornament  motivləri,  hətta  onların  ümumi 
kompozisiyası  da  (qarının  hər  tərəfinin  üç  pannoya  bölünməsi  və  s.)  ənənəvi 
xarakter  daşıyır.  Lakin  bu  əsrlərdə  oyma  üsulu  ilə  bəzədilmiş  başqa  abidələrə 
nisbətən  burada  sənətkarı  naxışların  bədiiliyi,  gözəlliyi,  biri-birilə  əlaqəsi  yox, 
mənası  daha  çox  maraqlandırmışdır.  Qapının  üzəri  aşağıdakı  kiçik  bir  hissədən 
başqa  bütünlükdə  müxtəlif  ölçülü  21  ədəd  çoxdilimli  dairəvi  xonçalarla 
doldurulmuşdur. Bu xonçaların biri on altı, altısı dörd və on dördü altı  ədəd dərin 
oyulmuş  şaxələrdən  təşkil  edilmişdir.  Xonçaların  qapı  üzərində  çox  sərbəst 
yerləşdirilməsinə  baxmayaraq,  onların  işlənməsi  quru  və  cansızdır.  Bunlar  taxta 
üzərindəki oyma işlərindən daha çox dəmir və daş bəzəklərini andırır. 
Əbəs  deyildir  ki,  belə  bəzəklərə  biz  daha  çox  daş  və  dəmir  məmulatları 
üzərində rast gəlirik. Bu qapının 1854-cü ildə  yaranmağına baxmayaraq, üzərindəki 
bəzəklər  çox  ənənəvi  bir  xarakter  daşıyır.  Belə  bəzəklərə  hələ  uzaq  keçmişlərdə 
yaranmış sənət əsərlərində də rast gəlirik. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə