44
dairəsini
genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır.
XI əsrdən başlayaraq, Beyləqan və daha sonra Şəmkir şəhərləri də
əhəmiyyətli memarlıq mərkəzinə çevrilir. Beləliklə, Aran memarlıq məktəbinin
əhatə dairəsi xeyli genişlənmiş oldu.
Məlumdur ki, Aran memarlıq məktəbinin bu zaman əsas mərkəzlərindən
olan Şəmkir və Gəncə monqol işğalından sonra tamamilə dağıdılmış və sonralar bir
daha əvvəlki vəziyyətinə qayıda bilməmişdi. Təəssüf ki, Aran memarlıq məktəbinə
daxil olan şəhərlər və onların abidələri tamamilə dağıdıldığı üçün əlimizdə kifayət
qədər faktik material və kitabələr yoxdur. Lakin Aran memarlıq məktəbinə daxil
olan memarların fəaliyyəti haqqında əlimizdə maraqlı bir fakt vardır. Türkiyənin
Amasiya şəhərindəki məscidin hasarı üzərindəki kitabədə onun 1236-1246-cı
illərdə aranlı sənətkar tərəfindən tikildiyi qeyd edilmişdir. Azərbaycan memarlığı
üçün son dərəcə əhəmiyyətli olan bu fakt, eyni zamanda kitabədə göstərilən il
etibarilə də olduqca əhəmiyyətlidir. Adı Mahmud oğlu Məhəmməd olan bu sənətkar
məhz monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş və orada öz
sənətkarlıq fəaliyyətini davam etdirmişdir. Deməli, mahiyyəti etibarilə Aran memarlıq
məktəbi monqol istilasından sonra öz əvvəlki böyük əhəmiyyətini itirir və burada
yetişmiş memarlar Azərbaycanın başqa yerlərinə və gördüyümüz kimi, hətta başqa
ölkələrə köç edirlər.
Aran məktəbinin səciyyəvi xüsusiyyətlərini belə ümumiləşdirmək olar:
Arran memarlıq məktəbi bir sıra cəhətlərilə yaxşı öyrənilmiş Naxçıvan memarlıq
məktəbinə oxşardır. Bu yaxınlıq çox ehtimal ki, Aran məktəbinin Naxçıvan
memarlıq məktəbinə təsiri ilə izah edilməlidir. Bu yaxınlıq hər şeydən əvvəl eyni
inşaat materialının tətbiqilə izah edilməlidir. Hər iki memarlıq məktəbində inşaat
materialı kərpic idi. Aran memarlığımızın əhəmiyyətli xüsusiyyətlərindən biri divar
hörgüsünün səciyyəvi cəhətləridir. Memarlıq tarixində Gəncə hörgüsü adı ilə
tanınan bu hörgünün əsas xüsusiyyəti çaydaşı ilə kərpici birlikdə müəyyən naxış
şəklində işlədilməsidir. Gəncədə bu hörgü çaydaşının ətrafını çərçivələyən kərpic
şəklində təzahür edir. Şəmkirdə isə bu hörgü daha əlvan şəkil alır. Burada kərpic və
çaydaşı ilə yanaşı, hörgüyə ağ daş da daxil olur. Beləliklə, Aran hörgüsü rəngarənglik
kəsb edir, polixromik olur. İndi cəsarətlə demək olar ki, Naxçıvan memarlıq
məktəbində XII əsrdən başlayaraq, rəngli kaşı işlədilməsi ilə əlaqədar olan
rəngarənglik daha əvvəl Aran memarlığında ənənə şəklini almışdır.
Naxçıvan memarlıq məktəbi. Azərbaycan memarlığı tarixinə dair
araşdırmalarda ilk dəfə bir memarlıq məktəbi kimi tanınan Naxçıvan memarlıq
məktəbi olmuşdur. Bunun əsas səbəbi Naxçıvan memarlıq məktəbinə məxsus olan
sənətkarların adını daşıyan kitabələrin dövrümüzə qədər gəlib çatmasıdır. 1162-ci
il tarixli Naxçıvandakı Küseyir oğlu Yusifin türbəsi üzərindəki kitabədə bu binanın
müəllifi Əcəmi Əbubəkr oğlu özünü naxçıvanlı memar adlandırır.
Təxminən XII əsrin əvvəllərində Naxçıvan şəhərinin əhəmiyyətinin
artması ilə əlaqədar olaraq burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli
ənənələr burada Azərbaycan memarlığı ilə birləşərək özünə xas siması olan bir