A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə110/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   106   107   108   109   110   111   112   113   ...   116

272 
 
maraqlı (ornamental və süjetli) xalçalar yaranır. Keçmişdə olduğu kimi  bu  sahədə  
rəssamlardan  L.Kərimov,  K.Əliyev, C.Mücri, A.İsmayılov müvəffəqiyyətlə çıxış 
edirlər. Bu illərdə xalq rəssamı L.Kərimov "Şəbi-hicran" ornamental xalçasını, XIV 
əsrin  şair  və  mütəfəkkiri  İmadəddin  Nəsiminin  və  XII  əsrin  memarı  Əcəmi 
Naxçıvaninin portretlərini yaradır. 
İmadəddin Nəsiminin portreti olan xalça 1972-ci ildə şairin 600 illik yubileyi 
münasibətilə  toxunmuşdur.  Bu  xalçada  rəssam  elə  bil  ki,  özünün  son  illərdəki  bütün 
yaradıcılıq  axtarışlarını  birləşdirməklə,  Nəsiminin  şairlik  istedadının  bədii  varlığını 
əks etdirmək üçün dekorativ-ornamental sənətin vasitələrindən bacarıqla istifadə edə 
bilmişdir.  Bu  əsərində  L.Kərimov  ustalıqla  rəsmi,  ornamental  və  başqa  sənət 
komponentlərini xalçaçılıq sənətinin xüsusiyyətinə yaxınlaşdırmağa çalışmışdır. 
Xalçaçılıq  sənəti  sahəsində  bu  illərdə  rəssam  Kamil  Əliyevin  də 
yaradıcılığı  çox  səmərəli  olmuşdur.  Onun  Butalı,  Xonça  adlı  ornamental  xalıları, 
dahi Azərbaycan şairi Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə həsr olunmuş portret-
xalçaları icrası və bədii xüsusiyyəti baxımından diqqəti cəlb edir. Nizaminin portreti ilə 
yaradılan xalçanı  nəinki K.Əliyevin yaradıcılığında, hətta bu illərdə respublikamızda 
toxunan ən orijinal xalçalardan saymaq olar. 
Hazırda Bakıda Azərbaycan Xalçası Muzeyində nümayiş etdirilən bu xalçanın 
iki  başqa  variantı  da  var.  Onlardan  biri  Kiyevdə  keçirilən  Azərbaycan  ədəbiyyatı  və 
incəsənəti günləri zamanı respublikamızın adından Ukrayna xalqına bağışlanmışdır. O 
biri xalça isə 1980-ci ildə Daşkənddə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti 
günlərində özbək xalqına bağışlanmışdı. Bu xalça çox böyük deyil. O tamaşaçını öz 
zəngin  ornamenti,  rəng  çalarlarının  bolluğu  və  dolğun  kompozisiyası  ilə  cəlb  edir. 
Müəllif  bu  portretdə  elə  bil  ki,  Nizami  barədə  öz  təsəvvürünü  onun  yaradıcılığına 
heyran olduğunu bildirməklə göstərməyə çalışmışdır. 
Xalça texnoloji üsullarının dərin bilicisi, ornamentalist rəssam Cəfər Müciri 
də bu illərdə orijinal xüsusiyyətlər kəsb edən bir neçə xalı yaradır. Bu baxımdan onun 
hazırda  Bakıda  xalça  muzeyində  nümayiş  etdirilən  XVII  əsrin  görkəmli  şairi  Saib 
Təbriziyə  həsr  edilən  xalısı  xüsusilə  diqqəti  cəlb  edir.  Yunun  təbii  rənglərindən 
quraşdırılıb toxunan bu xalı xalçaçılıq sənətimizdə nümunəvi xarakter daşıyır. 
1960-1970-ci  illər  həm  respublika,  həm  də  Ümumittifaq  sərgilərində  ənənəvi 
xovlu xalçalarımızla yanaşı, rəssamlarımız sənətimiz üçün yeni olan qobelenlərlə də 
müvəffəqiyyətlə  çıxış  edirlər.  Azərbaycan  İncəsənət  İnstitutunun  yetişdirmələrindən 
X.Yusifov,  F.Hüseynova,  S.İsmayılov,  F.İbrahimov  və  başqaları  bu  sahədə 
müvəffəqiyyət  qazandılar.  Bu  illərdə  yaradılmış  ən  maraqlı  qobelenlər  öz  şərti 
dekorativliyi,  rəngi  baxımından  Azərbaycanın  ənənəvi  xovsuz  xalça  növlərini 
xatırladır. 
Bakıda, Gəncədə, Göyçayda yerli xammal əsasında hazırlanan saxsı, çini, 
şüşədən müxtəlif məhsullar buraxan bir çox müəssisələrin meydana gəlməsi həmin 
sahədə bu illərdə çalışan rəssamlarımızın yaradıcılığını xeyli canlandırır. 
Bu  sahədə  çalışan  rəssamlarımızın  həmin  illərdə  daha  sərgilər  üçün 
nümunəvi 
xarakter 
daşıyan 
sənət 
əsərləri 
yaratmaqla 
kifayətlənmir, 


273 
 
respublikamızda yeni təşkil olunmuş saxsı, çini, şüşə zavodlarının işində fəal iştirak 
edirlər.  Bu  xeyirxah  işdə  S.Şahsuvarovanın,  L.Ağamalovanın,  S.Ağayevanın, 
D.İbrahimovun, Q.Bağırovun yaradıcılığı çox səmərəli olmuşdur. 
Rəssamlarımızın  birbaşa  rəhbərliyi  və  iştirakı  ilə  forma  və  bəzəyi  müxtəlif 
olan saxsıdan, çinidən, şüşədən hazırlanan çay servizləri, piyalələr, vazalar milyonlarla 
adamların  məişətinə  daxil  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  kütləvi  şəkildə 
buraxılan bu məhsulların bəzi növləri xarici ölkələrə də ixrac edilirdi. 
Rəssamlarımızın bu sahədəki  ən  maraqlı işlərinə materialın  tərkibini  yaxşı 
bilmələri, məmulatın formasını hiss  etmələri  və  milli ənənələri davam etdirmələri 
xas idi. 
Rəssam  L.Ağamalovanın  yaradıcılığı  bu  illərdə  xüsusən  məhsuldar 
olmuşdur.  Onun  1970-ci  illərdə  müxtəlif  respublika  və  beynəlxalq  sərgilərdə 
nümayiş etdirdiyi "Çay dəsti", "Dekorativ vaza" və s. əsərləri buna misal ola bilər. 
Bəzəkvurmanın  çətin  üslub,  anqob  qatının  qaşınıb  təmizlənməsi  bizi 
L.Ağamalovanın  bu  işlərdə  keçmişin  ən  gözəl  nümunələrinə  XII-XIII  əsrlərin 
Beyləqan və Gəncənin bədii keramikasına qaytarır. Bu baxımdan rəssamın hazırda 
Azərbaycan Dövlət İncəsənət Muzeyində  nümayiş etdirilən "Dekorativ vaza" əsəri 
diqqəti cəlb edir. L.Ağamalova özünün əvvəllər sevdiyi, kütləvi qaydada buraxılan 
məhsullar üçün yaratdığı və istifadə etdiyi göy və qara şirdən uzaqlaşaraq, bu işdə 
bütünlüklə ənənəvi xalq keramikasına müraciət etmişdir. 
Böyük  ənənələrlə  bağlı  olan  metalişləmə  də  bu  illərin  dekorativ-tətbiqi 
sənətində  görkəmli  yerlərdən  birini  tuturdu.  1960-cı  illərdən  başlayaraq 
respublikamızda metala zərblə naxışvurma işləri xüsusilə geniş yayılmağa başlayır. 
Dekorativ-tətbiqi  sənətimizin  bu  növü  respublikamızın  əksər  tikintilərinin  ümumi 
bədii bəzək işlərində aktiv elementlərdən birinə çevrilir. 
Metal  üzərində  bədii  bəzəkvurma  ilə  bu  illərdə  metro  stansiyalarını,  yeni 
mehmanxanaların  vestibüllərini,  mədəniyyət  evlərinin,  sanatoriyaların  və  hətta 
yaşayış mənzillərinin interyerlərini də bəzəyirdilər. 
Metal üzərində bədii bəzəkvurma, mozaika, yağlı boya ilə yanaşı, rəssamlar 
üçün  həm  interyerlərin  və  həmçinin  eksteryerlərin  bəzədilməsinə  üslub 
vahidliyinin  müxtəlif  problemlərinin  həllindəki  imkanları  genişləndirirdi.  Buna 
misal  olaraq  Bakıdakı  "Azərbaycan"  mehmanxanasının,  Şuşa  şəhərindəki  "Şuşa" 
mehmanxanasının  və  Şəki  şəhərindəki  ölkəşünaslıq  muzeyinin  interyerlərini 
göstərmək olar. 
Rəssamlar  bu  işlərində  əsas  etibarilə  klassik  Şərq  poeziyasının  bədii 
surətləri,  qədim  və  orta  əsr  Azərbaycan  ornamental  motivlərinin  elementlərindən 
geniş istifadə etmişlər. 
İnzibati  və  ictimai  binalara  bəzək  kimi  vurulan  bədii  metal  əlavələr  öz 
dolğun  və  orijinal  kompozisiyaları  ilə  xalqımızın  mədəni  irsini,  incəsənətini 
tamaşaçıya çatdırmaqda fəal rol oynayırdı. 
Bədii  metalın  zəngin  növlərindən  sayılan  zərgərlik  sənəti  müxtəlif 
səbəblərlə əlaqədar olaraq, bu dövr daha çox Şəki, Naxçıvan, Gəncə və Lənkəran 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə