A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə108/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   104   105   106   107   108   109   110   111   ...   116

268 
 
pambıq qozaları və hazırkı dövrün başqa emblemləri əlavə edilmişdir. 
Həmin  memarlıq  abidələrinin  bədii  tərtibatında  iştirak  edən  dekorativ-
tətbiqi  sənəti  sahəsində  çalışan  xalq  ustalarından  Əbdül-Hüseyn  Babayevin  adını 
xüsusi  qeyd  etmək  lazımdır.  Nizami  muzeyində  şəbəkə  işlərinin  hazırlanmasında 
onun  xüsusilə  böyük  xidmətləri  olmuşdur.  Muzeyin  salonlarındakı  şəbəkə 
arakəsmələr,  müxtəlif  kürsülər  və  nəhayət,  nadir  əlyazmalar  üçün  dayaq  olan 
rəhillər məhz bu görkəmli sənətkarın əli ilə hazırlanmışdır. 
Nizami  muzeyinin  bədii  tərtibatında  istifadə  edilən  şəbəkə  nümunələri 
arasında həm icrası, həm bəzəyi baxımından usta Əbdül-Hüseynin yaratdığı giriş və 
muzeyin  arakəsmə  qapıları  daha  çox  diqqəti  cəlb  edir.  Usta  burada  kiçik  taxta 
parçalarını  mıxsız,  yapışqansız  bir-birinə  bənd  edərək,  gözəl  bir  ornamental 
kompozisiya  yaratmışdır.  Bitki  ornamentlərinin  həndəsiləşdirilmiş  formalarından 
təşkil  olunan  çoxbucaqlı,  ulduzşəkilli,  bu  şəbəkə  xonçaları  ilk  baxımdan  bədii 
toxuma  işləri  xatırladır.  Şəbəkə  bəzək  elementlərinin  gözəlliyi  bir  də  ondan 
ibarətdir ki, onların hamısı Nizami dövrünün (XII əsr) memarlıq formalarına uyğun 
olaraq yaradılmışdır. 
Azərbaycanın dekorativ-tətbiqi sənətinin növbəti inkişaf mərhələsi 1950-
ci  illərə  təsadüf  edir.  Moskva,  Sankt-Peterburq,  Kiyev,  Lvov  şəhərlərində  ali  təhsil 
almış  ilkin  ixtisaslı  milli  kadrların  vətənə  qayıdıb  müstəqil  yaradıcılıqla  məşğul 
olması  bu  illərə  aiddir.  Həmin  illərdə  respublikamızın  müxtəlif  yerlərində  təşkil 
olunmuş  iri  sənaye  obyektlərindən  Keşlə  saxsı  qablar  zavodu,  Bakı  şüşə  zavodu, 
Gəncə çini qablar zavodu tətbiqi sənətimizin inkişafına az təsir göstərmir. Bu illərdə 
kütləvi  şəkildə  buraxılan  dekorativ-tətbiqi  sənət  məmulatları  ilə  yanaşı,  nümunəvi 
xarakter daşıyan xalq sənəti əsərləri də yaradılırdı. 
Bu  cür  əsərlərdən  O.  Şıxəliyevin  "Şirin  ovda"  adlandırdığı  iri  çini  vaza 
diqqəti  cəlb  edir.  Bədiilik  etibarilə  qədim  dulusçuluq  məmulatlarının  forma 
ənənələrinə uyğun olan bu nəfis vazanın üzərindəki süjet Nizaminin "Xosrov və Şirin" 
poemasından götürülmüş ov səhnəsidir. Rəssam əsas epizodun nəqli ilə bağlı Xosrov 
və  Şirini  at  çapan  vəziyyətdə  iri  planda  təsvir  etmişdir.  Vazanın  dairəvi  səthinə 
müəyyən nizamla səpələnən cüyürlərin və atlı fiqurların qaçış məqamında verilməsi 
burada  ov  səhnəsinə  xas  olan  dinamikaya  dəlalət  edir.  Rəssam  ənənəvi  miniatür 
rəsmlərindən  gələn  kol,  qaya,  qoşa  sərv  və  s.  kimi  milli  ünsürləri  canlı  fiqurlar 
arasında  ustalıqla  yerləşdirməklə,  adi  müstəvidən  fərqli  olan  bu  dairəvi  səthdə 
maraqlı kompozisiya yarada bilmişdir. 
Bu illərdə nümunəvi xarakter daşıyan başqa sənət əsəri H.Abdullayevanın 
çinidən yaratdığı "Yeddi gözəl"  adlı dekorativ-heykəlcik qrupu idi. Müəllif burada 
Nizami  poemasının  ədəbi  personajlarının  bədii  obrazına  xas  olan  xüsusiyyətləri 
gözləməklə,  onları  müasir  orijinal  səpkidə  əks  etdirmişdir.  Heykəltəraşın  seçdiyi 
mövzu  özünün  xarakteri  etibarilə  onu  zahiri  gözəllik  və  ekzotikaya  aludə  olmağa 
sövq etdirə bilirdi, lakin müxtəlif yeddi gözəl və Bəhram Gur fiqurlarının təfsir və 
təsvirlərində  bundan  qaçmış,  materialın  təbiətindən  gələn  dekorativliyi  və 
çoxrəngliyi  dərindən  duymuş,  maraqlı  sənət  əsəri  yarada  bilmişdir.  "Yeddi  gözəl" 


269 
 
heykəlcikləri  özünün  plastikliyi,  ifadəliyi,  hər  bir  milli  tipin  səciyyəvi  keyfiyyətləri 
səmimi  və  real  boyaları  ilə  diqqəti  cəlb  edir.  Fiqurlara  verilmiş  maraqlı  jest  və 
bədən  hərəkətləri  də  onların  estetik  baxımından  gəlimliyini  təmin  etmişdir.  Hind, 
Slavyan, Məğrib və Xorəzim gözəllərinin surətləri milli səciyyə baxımından (xüsusən, 
paltar və üz cizgiləri) yüksək səviyyədə işlənmişdir. 
1950-ci  illərdə  kütləvi  buraxılan  bədii  sənət  nümunələri  içərisində  parça 
görkəmli  yerlərdən  birini  tutur.  Bakı,  Gəncə,  Şəki  fabrik  və  emalatxanalarında 
istehsal  olunan  müxtəlif  çeşidli  ipək,  yun  və  kətan  parçalar  xalqımızın  həyat  və 
məişətində  mühüm  rol  oynamağa  başlayır.  Bu  müəssisələrdə  çalışan  ustalar  və 
rəssamlar qədim parça ənənələrindən istifadə edərək, müasir dövrümüzün tələblərinə 
uyğun  yeni-yeni  formalarda  naxışlı  və  əlvan  parçalar  hazırlayırlar.  Bədii  parçalar 
istehsalı sahəsində respublikamızın  məşhur Şəki ipək kombinatının  məhsulu  xüsusi 
qeyd  edilməlidir.  Şəki  ipək  kombinatı  tərəfindən  buraxılan  bədii  parçalar  bu  illərdə 
nəinki  respublikamızda, onun  hüdudlarından  xeyli  uzaqlarda  da  məşhur  idi.  Bu  da 
təsadüfi  deyil.  Çünki  burada  toxuculuğun  çox  qədim  kökləri  var  və  həmin  sahədə 
işləyən ustalar, rəssamlar gözəl ənənələri nəinki dərindən mənimsəmiş, hətta onları 
müasir dövrün tələblərinə uyğunlaşdıraraq inkişaf etdirmişlər. 
Şəki ipək  kombinatında bu illərdə parçaların tərtibatına  yeniliklər  gətirmiş 
S.Şıxlı,  A.Sultanov,  İ.İsmayılov,  A.Bilalov  kimi  istedadlı  rəssamlar  və  başqa 
mütəxəssislər işləyirdilər. 
Yüksək  keyfiyyətli  parçaların  yaradılmasında  Moskva  Toxuculuq 
İnstitutunun yetişdirməsi Sabir Şıxlının böyük xidmətləri olmuşdur. Onun eskizləri ilə 
hazırlanan  parçalar  xüsusi  rəng  dolğunluğu  ilə  fərqlənir.  Parlaq  kontrastlı  rənglərin 
bacarıqla uyğunlaşdırılması parçalara gah ciddi təntənəli, gah bayram və sevinc, gah da 
incə və sadə görkəm verir. 
Dekorativ-tətbiqi  sənətimizin  orijinal  növlərindən  olan  bədii  ağac  emalı 
sahəsində bu illərdə müəyyən müvəffəqiyyətlər əldə edilmişdir. 
Həmin  illərdə  həm  texniki,  həm  də  bədii  səviyyəsinə  görə  ağac 
məmulatları  arasında  birincilik  inkrustasiya  və  intarsiya  texnikası  ilə  bəzənən  ağac 
məmulatlarına verilirdi. Bu texnika ilə mebeldən başlayaraq, musiqi alətlərinə qədər 
müxtəlif  ağac  məmulatlarının  səthi  işlənirdi.  Əgər  inkrustasiya  zamanı  əsas 
etibarilə  bəzək  materialı  kimi  gümüş,  fil  sümüyü,  sədəf  və  s.  istifadə  edilirsə, 
intarsiya  zamanı  əsas  material  kimi  müxtəlif  rəngli  ağac  parçalarından  istifadə 
olunurdu.  Əvvəlcədən  hazırlanmış  şəkil  üzrə  məmulatın  səthinə  vurulan,  yaxud 
yapışdırılan müxtəlif təbəqələr onun bəzəyini təşkil edirdi. 
Azərbaycanda  inkrustasiya  və  intarsiya  ənənələrinin  bərpası  və 
inkişafında xalq rəssamı Əli və Hüseyn Pəriyab qardaşlarının xüsusi rolu olmuşdur. 
Onlar tərəfindən yaradılan süjet-tematik kompozisiyalar, həmçinin müxtəlif dekorativ 
mücrülər yüksək bədii məmulat nümunələridir. 
Əli  və  Hüseyn  qardaşlarının  hazırladığı  sənət  əsərləri  içərisində  bədii 
mücrü məzmunu, həm də icrası baxımından xüsusi maraq doğurur. Bu sənət əsəri 
1959-cu  ildə  Moskvada  keçirilən  Azərbaycan  incəsənəti  və  ədəbiyyatı  ongünlüyü 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə