xoşbəxtlik mənalarını ifadə etdiyi aşkara çıxarılmışdır. Bunun əsasında Yol tenqri (Irk bitig),
Yollığ kağan (Tes ab.), Yollığ tigin (KT 13) antroponimlərində bu sözün xoşbəxt xaqan, xoşbəxt
şahzadə mənasını bildirməsi müəyyən edilmişdir (bax: 62, s. 134).
Uyğur antroponimlərində özünü göstərən fərqli xüsusiyyətlərdən biri uyğur
hökmdarlarının tituluna Ay komponentinin əlavə olunmasından ibarətdir. Bəllidir ki, Bögü
xaqan uyğur xalqının, dövlətinin mədəni inkişafında böyük xidmət göstərmiş, manixey dinini
dövlət səviyyəsində himayə etmiş, uyğurlar arasında təbliğinə və yayılmasına dəstək olmuşdur.
Manixey dini təlimində Ay başlanğıc hesab olunurdu. Elə buna görə də bir neçə uyğur xaqanının
adında, titulunda ay leksik vahidindən istifadə edilmişdir. Karabalqasun abidəsinin
Çin mətnində
belə antroponimlərə aid bəzi nümunələr: Ay tenqridə Kut bolmış Alp kutluğ Bilgə kağan (779-
789). Ay tenqridə kut bolmış Alp Bilgə kağan (808-821) və s. L.Bazinin fikrincə,
antroponimlərin tərkibindəki
Ay tenqridə ifadəsi ay tanrısı şəklində anlaşılmalıdır (23, s. 71).
Bögü
kağanın manixey dinini qəbul etməsi ilə əlaqədar onu bəzən abidələrdə (məs.: Bögü
şərəfinə mətn) Tenqri kağan adlandırırlar. Bu, Bögü xaqanın manixey dini tərəfdarları tərəfindən
ilahiləşdirilməsi, həddən artıq sevilməsi, rəğbət görməsi ilə bağlıdır. Bu xüsusiyyətə göy türk
abidələrində az təsadüf edilir.
Bundan başqa, uyğur xaqanlarının adlarındakı Bilgə kağan titulu Tes və Karabalqasun
abidələrində fərdiləşdirilərək, konkret şəklə salınaraq uyqur kağan şəklində ifadə olunur. Məs.:
... Tenqridə bolmış el etmiş uyğur kağan olurmış (Tes 12): Bu tenqrıkeninq, tenqridə kut bolmış
alp bilgə tenqri uyğur kağanınq bitigi (KB ab.).
A
ntroponimlər bütün dövrlərdə cəmiyyət üzvü üçün böyük əhəmiyyət kəsb etmişdir. Ad
adət və ənənələrin,
dini ayinlərin, onların əşyavi atributlarının söz vasitəsilə meydana gəlməsidir.
Ad ancaq müəyyən sosial fərdlərin zəruri xəbərləşmə ehtiyaclarını yerinə yetirmək funksiyası
daşıyır, eyni zamanda onların mədəni səviyyəsini də əks etdirir. L.N.Qumilyov çox doğru olaraq
göstərir ki, türkün adı hər zaman onun cəmiyyətdəki vəziyyətini, mövqeyini göstərmişdir (78, s.
91).
Bütün dünya xalqlarında olduğu kimi qədim türklərdə də ad sisteminin özünəməxsus
xüsusiyyətləri olmuşdur. Buradakı adqoyma adətləri, onun müxtəlif mərhələləri, ad ilə bağlı
inanclar, şəxs adları, yer adları, etnos adları, onların bir-birilə əlaqələri, onların verilmə və
işlənmə məqamları, halları və s. qədim türk mədəniyyətinin öyrənilməsi baxımından böyük
əhəmiyyət kəsb edir.
Bu ba
xımdan qədim uyğur dövləti (744-840) hökmdarlarının ad və titulları diqqəti cəlb
edir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, qədim uyğurlar ad və titulların verilməsində
göy türk ənənələrini bir qədər genişləndirilmiş şəkildə davam etdirmişlər. Uyğur xaqanlarının ad
və titullarının verilməsi çox zaman Çin imperatorluğunun təşəbbüsü ilə həyata keçirilirdi. Buna
18