A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə11/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

      808-
ci  ildə  Ay  tengride  kut  bolmış  Alp  külüg  Bilge  kağan  taxta  çıxmışdır.  821-ci  ilə 
qədər hakimiyyətdə olan bu xaqanın türk mədəniyyəti tarixində xidməti ondan ibarətdir ki, adına 
üç  dildə  yazılmış  Karabalqasun  abidəsi  ucaldılmışdır.  Burada  824-cü  ilə  qədərki  uyğur 
dövlətinin və xaqanlarının qısa tarixi əks edilmişdir. Abidənin türkcə mətnində bu xaqanın titulu 
Tenqriken  tenqridə  kut  bolmış  alp  bilgə  tengri  uyqur  kağanı  şəklində  açıqca  oxunmaqdadır. 
Ondan  sonra  Küçlüq  Bilgə  kağan  taxta  çıxmışdır.  824-cü  ildə  Kasar  kağan  taxta  çıxmışdır. 
Böyük ehtimalla söyləmək olar ki, bu antroponim doqquz uyğur boybirləşməsinə daxil olmuş 
kasar (xəzər) qəbiləsi ilə əlaqədardır. 
Miran mətnlərində də uyğur xaqanlığı ilə bağlı antroponimlərə təsadüf edilir. Bu mətnlər 
təxminən X əsrin I yarısında qələmə alınmışdır. Bu abidədə uyğur dövlətinin son dövrlərini əks 
etdirən  bəzi  antroponimlərə  rast  gəlirik:  Məsələn,  Kürebir  Urunqu  sanqun  bu  zaman  uyğur 
hökmdarının  qüdrətli  nazirlərindən  olmuş,  qüvvə  toplayıb  ordu  düzəltmiş,  xaqan  qoşunlarına 
qalib gəlmişdi. Lakin uyğurların məşhur sərkərdəsi Külüg bağa sanqunu (MM b üzü 7) böyük 
bir hərbi qüvvə ilə uyğur paytaxtına yürüşə çıxmış, üsyançıları məğlub etmiş və Kürebir urunqu 
sanqun (Thsl b, 9) öldürmüşdür. 
            
Bu şəxs adındakı kürebir onomastik vahidinin apelyativi doqquz uyğur qəbilə birliyinə 
daxil olan qəbilənin adından ibarətdir. Bu antroponimin tərkibindəki urunqu titulunun apelyativi 
ur-
felindən  törəmişdir.  Əsasən,  uyğur  abidələrindəki  onomastik  vahidlərin,  bəzi  hallarda  isə 
Yenisey  abidələrindəki  antroponimlərin  tərkibində  gözə  çarpmaqdadır.  Bu  titulun  apelyativi 
abidələrin dilində bayraqdar, döyüşçü mənalarını ifadə edir (ETY, s. 680). 
       
Yenə həmin abidədə Sarığ çor antroponiminə də rast gəlirik. Hər şeydən öncə qeyd edək 
ki,  bəzi  tədqiqatçılar  bu  şəxs  adını  Sarığçır  (ETY,  II,  65)  şəklində  oxusa  da,  bizcə,  həmin 
antroponim Sarığ çor şəklində oxunmalıdır. Bəllidir ki, çor titulu qədim türk antroponimlərinin 
tərkibində  tez-tez  gözə  çarpır.  Ehtimal  ki,  bu  antroponim  Qansu  uyğurlarına  mənsub  X  əsrin 
əvvəllərində  yaşamış  bir  tarixi  şəxsiyyətin  adıdır.  Bu  barədə  tədqiqatçı  S.Göməçin  maraqlı 
mülahizəsi vardır. O yazır: 
u
Bu sırada Şha-çouda tarduşlar, Kansunun batısında və Şha-çounun 
güneyində tatarlar hakim idilər. Kamıl ilə Kansu arasındakı  Beyşan bölgesinde kümül türkleri 
bulunuyordu. Bu karışık zamanda Konur beqerek öqe, Sarığ çor, Oğuz öqe, Tüm tonqa tutuk da 
Şa-çouya gitmek istemişlerdir. Bu düzensizlikden memnun olmayan 2000 kümül, 200 kadar tatar 
Kansuyu işqal ettiler. Oğuz öqe ve onun 24 maiyeti öldürüldü (37, s. 60).  
Bu  antroponimin  tərkibindəki  sarığ  komponenti  qədim  və  orta  əsrlərin  türk 
antroponimlərinin  tərkibində  də  təsadüf  edilir. Məs.,  Bögü xan kitabəsində dövlət  adamlarının 
birinin adı Sarığ baş tarxan senqün (154, s. 88), Sarığ isə Qəznəli Mahmudun şərbətçibaşı idi 
(153
, s. 549). Sarığ xan (XIII əsr) Xarəzmşahların monqollara qarşı Səmərqəndi müdafiə edən 
əmirlərindən  birinin  adıdır  (153,  s.  225).  Haqqında  bəhs  etdiyimiz  dövrün  siyasi-tarixi 
 
24 


hadisələrini  təsvir  edərkən  Bailey  Hötən  mətnlərinin  birində 
Tölös Tenqli tutuk
 
şəklində  bir 
antroponimin işləndiyini müəyyən etmişdir. Həmin antroponimin Miran mətnlərində Tenglig apa 
şəklində  çıxış  etdiyini  güman  etmək  olar.  Çünki  eyni  dövrün  hadisələri  təsvir  edilir  və  həmin 
antroponimlər  leksik-semantik  cəhətdən  demək  olar  ki,  eynidir.  Tenqlig apa antroponiminin 
tərkibindəki  Tenqlig  şəxs  adının  apelyativi  olan  teng  qədim  türk  dilində  də  bərabər,  uyğun 
mənasını ifadə etmişdir (DTS, s. 551). Apa titulunun apelyativi isə qədim türk dilində böyük ata 
və baba mənasını bildirmişdir. Bu titula Orxon və Yenisey abidələrində Apa tarkan şəklində rast 
gəlirik. Bu titul haqqında F. Sümerin çox maraq kəsb edən düşüncələri vardır: "Bu türklerde aile 
teşkilatı ile ilgili kelmelerin dövlet heyatında ünvan olaraq kullanılması ile ilgili en eski misaldır. 
Kelimey
i  aba  şeklinde  de  zikr  eden  Kaşğarlı  onun  oğuzlar  ve  karluklarca  ana  manasında 
kullanıldığını  bildiriyor.  Fakat  apa  seluklular  devrinde  bilhassa  XII  yüzyılda  selcuklu  beyleri 
aras
ında en çok kullanılan isimlerden biri idi” (153, s. 33). 
       
X  əsrə  aid  olan  run  əlifbası  ilə  yazılmış  uyğur  abidəsində  işlənmiş  Altun  tay  senqün 
(ThSlV)  antroponimi  də  diqqəti  cəlb  edir.  Buradakı  altun  komponenti  Altun  tamğan  tarkan 
(İAl), Altun kara (USp21), Altun kağan (Oğuznamə 13) antroponimlərindən də göründüyü kimi 
hörmətli, böyük, yaşlı, ağsaqqal mənalarında, müasir türk dillərində isə çox yaxşı (məcazi məna) 
mənasında  işlənməkdədir.  Tay  komponentinin  araşdırılması  göstərir  ki,  qədim  türk  yazılı 
abidələrində bu antroponimik vahid iki mənada çıxış edir: 1. Tay antroponiminin apelyativi at 
balası, day mənasındadır. Bizcə, Tay bilgə tutuk (MÇl 1), Tay beg (USp.67), Tay öge (Thsl), 
Tay muqa tarkan (M5) kimi antroponimlərin tərkibində tay sözü bu mənanı bildirməkdədir. 2. 
Bu  antroponimə  omonimlik  təşkil  edən  tay  antroponimik  vahidi  də  qədim  türk  dilinə  Çin 
dilindən  keçərək  abidələrdə  işlənmişdir.  Çincə  tay  tsianq  kün  şəklində  işlənən  bu  titul  qədim 
türk abidələrində tay sengün şəklində çıxış etmişdir. Bu titul Çin və qədim türk dilində böyük 
general mənasını ifadə etmişdir (142, s. 150). Tay senqün qədim türk abidələrindəki apa sangun 
titulunun  qarşılığı  kimi  çıxış  edir.  Tay  sangun  tituluna  qədim  türk  abidələrində  aşağıdakı 
antroponimlərin tərkibində təsadüf edirik: Lisün tay senqün (BX cənub, 11), Bilgə tay senqün 
(Terx. ab.6). 
   
 VIII—
IX əsrlərə aid manixeylərin himn kitabında (Mahrnamaq) qədim uyğurlara aid bir 
neçə titul və antroponim işlənmişdir. İran dilli bu kitabədə uyğur xaqanının adı aşağıdakı şəkildə 
qeyd edilmişdir: Ay tenqride xut bulmış alp bilge uyğur xakan (M9). 
 
                              
 
b)
 
HİDRONİMLƏR 
Run  əlifbası ilə qələmə alınmış uyğur mətinlərində aşağıdakı  hidronimlər işlənmişdir
 
25 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə