Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   36   37   38   39   40   41   42   43   ...   176

 
80 
yaddaşına ana dili ilə birgə həkk olunan səmimi insan, böyük ədib, unudulmaz və 
təkrarsız  dramaturq»  (Kamil  Vəli  Nərimanoğlu)  adlandırırlar.  Bunlar  gəlişigözəl 
ifadələr  yox,  20  əsəri  səhnədə  uğurla  tamaşaya  qoyulmuş,  istedadlı  aktyor  və 
rejissorlar  nəslinin  yetişdirilməsində  misilsiz  xidmətlər  göstərmiş,  Azərbaycan 
ədəbiyyatı  kimi  zəngin  bir  xəzinədə  «İlyas  Əfəndiyev  məktəbi»  yaratmış  bir 
yazıçının  əməyinin  tutarınca  qiymətləndirilməsi  üçün  diqqətlə,  məsuliyyətlə 
seçilən sözlərdir. 
İ.Əfəndiyevin  yaradıcılığının  əsas  hissəsi  sovet  imperiyası  dövrünə  təsadüf 
edir. Sənətkarın böyüklüyü, elə xoşbəxtliyi də ondadır ki, sovet rejimi şəraitində o, 
ədəbi  yaradıcılığında  əsrlərin  sınağından  çıxmış  milli  dəyərləri  ön  plana  çəkə 
bilmiş,  onlara  yeni  ruh  vermiş,  yaşatmış  xalqı  düşündürən,  onu  narahat  edən 
problemlərdən  bəhs  etmiş,  oxucularda,  tamaşaçılarda  Vətənə  məhəbbət,  yüksək 
ideyalarla  yaşamaq,  sədaqət,  ülvilik,  dözümlülük,  cəsarətlilik,  prinsipiallılıq  kimi 
hisslərin yaranmasına xidmət edən əsərlər yazmışdır. Elə təsadüfi deyil ki, məhz bu 
xidmətlərinə  görə  müstəqil  Azərbaycanın  «Şöhrət»  ordenini  alan  ilk  sənətkar  da 
İ.Əfəndiyev olmuşdur. 
Böyük  dramaturqun  vəfatının  3-cü  ildönümü  ərəfəsində  «Sən  həmişə 
bizimləsən»  adlı  kitabın  nəşri  İ.Əfəndiyevin  xatirəsinə,  onun  pərəstişkarlarına 
gözəl hədiyyədir. 
 
“Ədəbiyyat qəzeti”, 7 iyul 2000 
 
Özündən sonra da, özü var kimi 
 
Altı  il  əvvəl  oktyabr  ayının  3-də  xalqımız  özünün  parlaq  zəkalarından, 
ədəbi-mədəni  fikir  tariximizin  qüdrətli  simalarından  birini,  görkəmli  nasir  və 
dramaturqu, xalq yazıçısı  İlyas Əfəndiyevi itirdi. Böyük qələm sahibi dünyasını 
dəyişdi,  lakin  onun  dühası,  irsi  xalqla  qaldı.  Onun  «Bahar  suları»,  «Atayevlər 
ailəsində»,  «Sən  həmişə  mənimləsən»,  «Unuda  bilmirəm»,  «Məhv  olmuş 
gündəliklər»,  «Mənim  günahım»,  «Qəribə  oğlan»,  «Xurşudbanu  Natəvan», 
«Büllur  sarayda»,  «Şeyx  Məhəmməd  Xiyabani»,  «Sevgililərin  cəhənnəmdə 
vüsalı»,  «Hökmdar  və  qızı»,  «Polkovnik  Allahyarov»  kimi  pyesləri,  «Söyüdlü 
arx»,  «Körpüsalanlar»,  «Sarıköynəklə  Valehin  nağılı»,  «Geriyə  baxma,  qoca», 
«Üçatılan»  kimi  romanları,  çox  sayda  hekayəsi  ədəbi  xəzinəmizin  əbədi 
nümunələri  sırasında  durdu.  Əslində  İlyas  Əfəndiyev  hələ  sağlığında  «canlı 
klassik» adını, əsərləri ölməzlik statusunu almışdı. 
Tanınmış  ədəbiyyatşünas  Vilayət  Quliyev  dramaturqun  vəfatından  bir  il 
sonra yazırdı ki, İlyas müəllim bütün həyatı boyu üzü gələcəyə gedən sənətkar 
olmuşdu,  «…  hər  şeyə  qadir  saydığımız  ölüm  də  onu  bu  bitib-tükənmək 
bilməyən  yoldan  saxlaya  bilməyib»  («Ədalət»  qəzeti,  1  oktyabr  1997-ci  il). 
Ondan  ayrıldığımız  ötən  illər  bir  daha  göstərdi  ki,  doğrudan  da  İ.Əfəndiyev 
«üzü  gələcəyə  gedən  sənətkar»dır.  O,  bu  gün  də  sevilə-sevilə  oxunur,  onun 
tamaşaları  bu  gün  də  anşlaqla  keçir,  «İlyas  Əfəndiyev  teatrı»nın,  «İlyas 
Əfəndiyev məktəbi»nin gücü, təsiri bu gün də hiss olunur. 


 
81 
Təsadüfi deyil ki, təmirlə əlaqədar 6 illik fasilədən sonra Akademik Milli 
Dram  Teatrı  1996-1997-ci  il  teatr  mövsümünü  öz  səhnəsində  dramaturqun 
«Hökmdar  və  qızı»  tamaşası  ilə  açmışdır.  1999-cu  ildə  «Gənclik»  nəşriyyatı 
böyük  ədibin  həyatı  və  irsi  haqqında,  qələm,  sənət  dostlarının,  oxucularının, 
tamaşaçılarının xatirələri, ürək sözləri toplanmış «Sən həmişə bizimləsən» adlı 
kitab nəşr etmişdir. 
Azərbaycan  Respublikası  Prezidentinin  «İ.M.Əfəndiyevin  xatirəsinin 
əbədiləşdirilməsi  haqqında»  2001-ci  il  9  mart  tarixli  Sərəncamını  isə  İlyas 
Əfəndiyevə ümumxalq məhəbbətinin təzahürü adlandırmaq olar. Sənəddə Bakı 
şəhərinin  küçələrindən  və  orta  məktəblərindən  birinə  onun  adının  verilməsi, 
yaşadığı  binaya  xatirə  lövhəsinin  vurulması,  Azərbaycan  Mədəniyyət  və 
İncəsənət  Universitetinin  tələbələri  üçün  İlyas  Əfəndiyev  adına  təqaüdün  təsis 
edilməsi,  xalq  yazıçısının  əsərlərindən  ibarət  on  cildliyin  nəşr  olunması, 
«Hökmdar  və  qızı»  əsəri  əsasında  ikiseriyalı  bədii  filmin  çəkilməsi  kimi 
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və hazırda icra edilməkdədir. 
…  Xalq  yazıçısı  Elçin  Əfəndiyev  İlyas  Əfəndiyev  haqqında  buraxılan 
«Sən  həmişə  bizimləsən»  adlı  xatirə  kitabına  yazdığı  «Özümüzdən  sonra»nın 
ilkini» adlı «Ön söz əvəzi»ndə böyük ədibin 20 ildən də əvvəl sadə, səmimi və 
təbii  hisslərini  ifadə  edən  «…  yəni  deyirsən  özümüzdən  sonra  xalqın  yadına 
düşəcəyik?»  sualına  adı  çəkilən  xatirə  kitabına  işarə  vuraraq  belə  cavab  verir: 
«Bu  kitab  «özümüzdən  sonra  xalqın  yadına  düşəcəyik?»  sualının  cavabı  yox, 
heç  zaman  yaddan  çıxmayacağının  ifadəsidir»  («Sən  həmişə  bizimləsən», 
«Gənclik» nəşriyyatı, 1999-cu il, səh.4). Dəqiq, sərrast və təkzibolunmaz fakta, 
güclü  məntiqə  söykənən  qənaətdir.  Yalnız  onu  əlavə  etmək  olar  ki,  İlyas 
Əfəndiyevin vəfatından ötən illər də göstərdi ki, böyük yazıçı özündən sonra da 
özü var kimidir. 
 
 
“Xalq qəzeti”, 1 oktyabr 2002 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
82 
• Elçin 
 
ġairin  ölümü ... və faciəsi 
 
Azərbaycan  ədəbiyyat  tarixində  xüsusi  mərhələ  kimi  dəyərləndirilən  60-cı 
illər ədəbi mühitinin yaradıcılarından, avanqardlarından biri Xalq yazıçısı  Elçin bu 
dövrdə  söz  sənətinə  əbədi  iz  salan,  lakin  bununla  kifayətlənməyən  onu 
genişləndirən,  cilalayan,  tükənməyən,  əksinə,  barını  artıran  istedadlı 
sənətkarlardandır. Onun hekayə, povest, roman, yaxud dram əsərləri həmişə diqqət 
çəkmiş,  əbədi  hadisəyə  çevrilmiş,  tələbkar  tənqidçi,  çoxsaylı  oxucu  münasibəti, 
rəyi ilə qiymətləndirmişdir. 
«Bədii  dərk  duyğusu  güclü  və  cəlbedici»  (Məmməd  Cəfər),  «sinəsində 
şəfqətli sənətkar ürəyi gəzdirən» (Əziz Mirəhmədov) Elçin «rəmzdən, bədii-fəlsəfi 
şərtilikdən,  kəskin  məcazdan  cəsarətlə  istifadə  edir,  psixoloji  əhvali-ruhiyyəni 
detalda  əyaniləşdirən  mizanlar  və  cizgilər  axtarır,  onlara  görümlü,  baxımlı, 
obrazlara çevirən epitetlər tapır» (Yaşar Qarayev ), odur ki, «əsərlərində ən xırda, 
gözəgörünməz obraz belə az və ya çox dərəcədə, öz dünya tutumunda filosofdur» 
(Aydın  Məmmədov).  Bütün  bunlar  və  onlarca  bu  cür  qənaətlər  1959-cu  ildə  «O 
inanırdı» adı hekayəsi ilə ədəbiyyata qədəm qoyan, sonralar çox  sayda hekayənin, 
«Toyuğun diri qalması», «Dolça», «Poçt şöbəsində xəyal», «Bir görüşün tarixçəsi» 
və sair kimi povestlərin, «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı 
romanların, son dövr ədəbi, mədəni həyatında əks-səda doğuran bir sıra pyeslərin 
müəllifi  Elçinin  -  «Azərbaycan  nəsrinin  görkəmli  nümayəndələrindən  birinin» 
(Kamal  Talıbzadə)  özünəməxsus,  təkrarsız  yaradıcılığına  layiqli,  qədirli 
münasibətin təzahürüdür. 
Qeyd etdik ki, Elçin yazdıqca, dərinə nüfuz edir, daha çox çəkir, daha güclü 
cəzb  edir.  Bu  fikri  onun  sonuncu  iki  əsəri  -  «Sarı  gəlin»  və  «Araba»  («525-ci 
qəzet»  №78,  27  aprel  2002-ci  il)  hekayələri  bir  daha  təsdiq  etdi.  «Sarı  gəlin»lə 
bağlı  mətbuatda  müəyyən  fikirlər  səslənmişdir.  Fikrimizcə,  «Araba»nın  taleyi 
bənzərsiz  olacaqdır.  Az  qala  hər  bir  hekayəsi  klassik  əsər  səviyyəsinə  yüksələn 
Mirzə 
Cəlilin 
«Poçt  qutusu»,  bir-birindən  gözəl  hekayələr  müəllifi 
Ə.Haqverdiyevin  «Marallarım»ı  müəlliflərə  adı  ilə  eyni  vaxtda  yada  düşən  nadir 
incilərdəndir.  Bundan  sonra  yəqin  ki,  «Araba»nın  ədəbi  karvanla  əbədi 
irəliləyəcəyi vurğulanacaqdır. 
Hekayənin  süjeti  ilk  baxışda  sadə  və  adi  görünən  hadisədən  -  bir  şairin 
həyatından,  daha  çox  onun  ömrünün  son  məqamlarından  və  bununla  bağlı  yada 
düşən xatirələrdən götürülmüşdür. Yazıçı bu hadisəyə elə məharətlə ştrixlər vurur 
ki, nəticədə oxucunun qəlbini fəth edən, onu həyəcanlandıran, düşündürən, haldan-
hala salan, dünyanın mənasını anlamağa, dərk etməyə sövq edən, müəyyən zaman 
içində insanda formalaşan düşüncə və duyğuları təmizləyib (azad edib), onun hiss 
və  fikirlərinə  hakim  kəsilən  lirik-dramatik-fəlsəfi  bir  hekayət,  bir  hekayə  yaranır. 
Bəli,  əsəri  janr  etibarı  ilə  hekayə  adlandırmaq  olar.  Amma  çəkisi  və  yükünə  görə 
bəxtinə  «bu  dünya  bir  pəncərədir,  hər  gələn  baxıb  keçər»  qədər  qısa  müddətdə 
yaşamaq düşən, lakin onu istədiyi kimi yaşaya bilməyən şair haqqında kədərli bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə