Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   68   69   70   71   72   73   74   75   ...   176

 
147 
ermənilərin  Azərbaycan  torpaqları  hesabına  öz  ərazilərini  genişləndirərək  həmin 
ərazilərdən  azərbaycanlıların  deportasiyası  (1920-1990)»,  «Dağlıq  Qarabağ 
hadisələri,  SSRİ-nin  dağılması,  azərbaycanlıların  Ermənistandan  deportasiyası, 
Ermənistanın  Azərbaycana  hərbi  təcavüzü,  Dağlıq  Qarabağ  və  ətraf  rayonların 
erməni silahlı qüvvələri tərəfindən işğalı» barədə kifayət qədər məlumat verilir və 
fəsillərin məzmunu şərh edilir. 
Deyilənlərdən  bu  qənaətə  gəlmək  olar  ki,  «XIX-XX  əsrlərdə  ermənilərin 
azərbaycanlılara  qarşı  törətdikləri  soyqırımları  və  deportasiyalar  (arxiv  sənəd  və 
materialları  əsasında)»  mövzusunda  doktorluq  dissertasiyası  səriştə  ilə  işlənmiş 
kamil,  son  dərəcə  aktual  və  əhəmiyyətli  elmi  əsərdir,  Ali  Attestasiya 
Komissiyasının bütün tələblərinə cavab verir və onun müəllifi Ataxan Əvəz oğlu 
Paşayev tarix elmləri doktoru alimlik dərəcəsi almağa tam layiqdir. 
 
 
 
 
 
 
 
 
 
 
11 yanvar 2008. 
 
 
Qafar Qələndər oğlu Mehdiyevin “Erməni məsələsi”nə dair tarixi 
həqiqətlərin aĢkarlanmasında mətbuatın rolu (erməni və Türkiyə 
mətbuatının materialları əsasında  1890-1920)” mövzusunda 
 namizədlik dissertasiyasına 
R Ə Y 
 
Qondarma  «erməni  məsələsi»nin  yaranma  tarixinin,  ortaya  atılma 
səbəblərinin,  məqsədinin,  mahiyyətinin  araşdırılması,  dəyərləndirilməsi  və  ondan 
düzgün  nəticələrinin  çıxarılması  aktualdır,  eyni  zamanda  bu  «problemin» 
ideoloqlarının, 
icraçılarının 
istəklərinin 
zərərsizləşdirilməsi 
baxımından 
əhəmiyyətlidir. Odur ki, ilk növbədə aşağıda sadalananlara ciddi məxəzlər, etibarlı 
mənbələrə istinadən ardıcıl və kompleks halda aydınlıq gətirilməlidir: 
- nə üçün məhz «erməni məsələsi?» 
-  «erməni  məsələsi»nin  gündəmə  gətirilməsinin  sosial-siyasi,  dini,  iqtisadi, 
tarixi kökləri, onun qabardılması, qidalanması mənbələri hansılardır? 
-  mənfur  «erməni  məsələsi»nin  regionda  yaşayan  xalqların  tarixinə  və 
taleyinə təsiri, onun acı nəticələri; 
-  miasum  «erməni  məsələsi»nin  bir  həlqəsi  və  onun  reallaşdırılması 
istiqamətində düşünülmüş ideyadır. 
Bəzən  iddia  olunur  ki,  «erməni  məsələsi»  müəyyən  tarixi  mərhələlərdə, 
sovet  hakimiyyəti  illərində  gündəlikdən  çıxarılmışdır,  yaxud  ortaya  atıldığı 
dövrdəki  məzmununu,  mahiyyətini  itirmişdir.  Əlbəttə,  bu  cür  mülahizələrlə 
razılaşmaq  olmaz.  Sovet  rejimi,  kommunist  ideologiyası  bu  «məsələnin»  tarixi 
şəraitə  uyğun  formatını,  formasını  dəyişdirmişdir.  1948-1953-cü  illərdə 
Azərbaycanlıların  kütləvi  şəkildə  Ermənistan  SSR-dən  deportasiyası  əslində 
«erməni  məsələsi»nin  müxtəlif  bəhanələrlə  yeni  şəraitdə  həyata  keçirilməsi  idi. 
İdeya  kimi  də  «erməni  məsələsi»  bəslənir,  ona  yeni  ruh,  qan-can  verilirdi, 


 
148 
yaddaşlardan  silinməməsi  üçün  təbliğat  maşını  işləyirdi.  Rejim  və  kommunist 
ideologiyası  lazım  hesab  etdiyi  məqamlarda  tarixin  təhrif  edilməsinə,  qərəzli 
qələmə alınmasına rəvac verir, eyni zamanda xəstə erməni təxəyyülünün məhsulu 
olan  əsərlərin  kütləvi  tirajlarla  nəşrinə  göz  yumurdu.  Nəticədə,  Henri  Azadyanın 
təbiri ilə desək, «partiya və dövlət xadimi, alim, pedaqoq, kommunist və vətəndaş» 
Con  Kirokosyanın  «Gənc  türklər  tarixin  məhkəməsi  qarşısında»  (Yerevan, 
«Ayastan» nəşriyyatı, 1986) kimi əsərlər nəşr olunur, milyonlarla insan yalanlarla 
məlumatlandırılır,  əsl  həqiqət  diqqətdən  yayındırılır,  ermənilərə  qarşı  regionda 
ardıcıl şəkildə genosid həyata keçirildiyi həyasızcasına qeyd olunur, əsl qatillər – 
erməni terrorçuları, başkəsən və qaniçənlər «xalq qisasçıları», «xalq qəhrəmanları» 
kimi təqdim və təbliğ edilirdi. 
Bax,  bütün  bunların  və  bunlardan  daha  artığının  üzə  çıxarılması,  ifşa 
edilməsi,  problemlə  bağlı  ölkəmizdə  və  beynəlxalq  aləmdə,  o  cümlədən  elmi 
ictimaiyyətdə  düzgün  rəyin  formalaşdırılması  tədqiqatçıların  üzərinə  çox  ciddi  və 
məsul vəzifələr qoyur. 
«Erməni məsələsi» mövzusunda ölkəmizdə ilk ciddi əsərlər Azərbaycan öz 
müstəqilliyini bərpa etdikdən sonra işıq üzü görməyə başlamışdır. Yeri gəlmişkən, 
qeyd  etmək  vacibdir  ki, problemi  illər  boyu  susmayan  və  susdurula  bilməyən  tək 
səs –  mühacir  nəşrlər  –  «Yeni  Qafqasya»,  «Azəri-türk», «Odlu  yurd», «Bildiriş», 
«İstiqlal»,  «Qurtuluş»,  «Azərbaycan»  kimi  qəzet  və  jurnallar  gündəmdə 
saxlamışdır. 
Son  illər  «erməni  məsələsi»  tədqiqat  predmeti  kimi  daha  çox  müraciət 
edilən,  diqqət  mərkəzində  duran  mövzulardandır.  Ataxan  Paşayev,  İsmayıl 
Vəliyev,  İsrafil  Məmmədov,  Bəxtiyar  Nəcəfov,  İslam  Sadıq  kimi  müəlliflər  bu 
istiqamətdə dəyərli araşdırmalar aparmış, sanballı əsərlər yazmışlar. 
Qafar  Qələndər  oğlu  Mehdiyevin  elmi-tədqiqat  işi  bir  sıra  keyfiyyətlərinə 
görə xüsusi ilə əhəmiyyətlidir:  
-  problemlə  bağlı  bilavasitə  erməni  dilindəki  mətbu  orqanlara  istinad 
olunması və bu qəbildən olan faktların elmi dövriyyəyə buraxılması;    
-  tədqiqatçının  daha  xarakterik,  maraqlı  faktları  seçməsi,  təhlil  etməsi, 
ümumiləşdirməsi və onları elmi-nəzəri cəhətdən düzgün dəyərləndirməsi; 

mülahizə 
və 
mühakimələrinin 
məharətlə 
əlaqələndirilməsi, 
əsaslandırılması; 
- qənaətlərində, elmi nəticələrində qətiyyətliliyin, prinsipiallığın olması; 
-  zəngin  faktoloji  bazadan  bacarıqla  istifadə  sayəsində  opponentlərin  «tərk-
silah»  edilməsi,  başqa  sözlə,  ermənilərin  və  onların  havadarlarının  qondarma 
«erməni soyqırımı» iddialarının tutarlı dəlillərlə alt-üst olunması; 
-  «erməni  məsələsi»nin  hansı  məqsədlərlə  ortaya  atıldığının  təkzibolunmaz 
sənədlərlə  bir  daha  təsdiq  edilməsi,  maraqlı  dövlətlərin  regiondakı  çirkin 
siyasətinə,  problemin  süni  şəkildə  daha  da  şişirdilməsinə  xidmət  edən  bu  və  ya 
digər amillərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi. 
Qafar  Mehdiyev  uzun  illər  boyu  mətbuatda  çalışmış,  ötən  əsrin  80-ci 
illərinin sonundan – mənfur erməni qonşularımızın növbəti separatçılıq hərəkatına 
başladığı illərdən şahid kimi yox, iştirakçı, zərərçəkən kimi bilavasitə hadisələrin 
içində, qaynar nöqtələrdə olmuşdur. Bu problem ümumilikdə xalqımızın tarixində, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə