Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   71   72   73   74   75   76   77   78   ...   176

 
153 
Əsası «Səfərnamə» əsəri ilə İsmayıl bəy Qutqaşınlı tərəfindən qoyulan 150 
yaşlı  Azərbaycan  publisistikası,  əslində  ədəbi-mədəni,  ictimai-siyasi,  fəlsəfi  fikir 
tariximizin  salnaməsidir.  Lakin  təəssüf  ki,  bir-iki  təşəbbüsü,  xüsusi  ilə  Famil 
Mehdinin  dəyərli  araşdırmasını  nəzərə  almasaq,  bütövlükdə  Azərbaycan 
publisistikası,  o  cümlədən  bədii  publisistikası  bu  günədək  kifayət  qədər 
araşdırılmamışdır. B.Məmmədovun tədqiqatı, həm də ona görə diqqət çəkir ki, bu 
dissertasiya  XX  əsrin  ikinci  yarısı  Azərbaycan  bədii  publisistika  nümunələrini 
ayrıca tədqiq etməyə ilk, həm də uğurlu cəhddir. 
Dissertant Elçin, Anar, Əkrəm Əylisli kimi görkəmli sənətkarların əsərlərinə 
istinad edərək bir janr kimi bədii publisistikanın bütün məziyyətlərini üzə çıxarmış, 
nümunələri  mövzu,  süjet,  müəllif  obrazı,  konflikt,  dil-üslub,  sənətkarlıq 
xüsusiyyətləri baxımından  əhatəli təhlil etmişdir. Tədqiqatçı toxunduğu problemə 
müxtəlif  rakurslardan  nəzər  salır,  kiçik  detalları  belə  diqqətdə  saxlayır.  O, 
predmetə  nüfuz  edir,  faktları  ümumiləşdirməyi,  dəyərləndirməyi  bacarır,  maraqlı 
mülahizə və mühakimələr irəli sürür, dolğun nəticələr əldə edir. 
Avtoreferat  ona  verilən  tələblərə  uyğun  tərtib  edilmişdir  və  dissertasiyanın 
məzmunu,  məqsəd  və  vəzifələri,  mövzunun  aktuallığı,  əhəmiyyəti  barədə  tam 
təsəvvür yaradır. 
Deyilənlərdən 
bu 
qənaətə 
gəlmək 
olar  ki,  «Azərbaycan  bədii 
publisistikasının inkişaf meylləri və sənətkarlıq məsələsi (XX əsrin II yarısında)» 
mövzusunda  namizədlik  dissertasiyası  səriştə  ilə  işlənmiş  bitkin  elmi  əsərdir  və 
AAK-ın  bütün  tələblərinə  cavab  verir.  Dissertasiyanın  müəllifi  Bəxtiyar 
Məmmədov filologiya elmləri namizədi elmi dərəcəsi almağa tam layiqdir. 
 
 
 
 
 
 
 
 
 
 
       04.04.07 
 
Ülviyyə Nəriman qızı Hüseynovanın «Əhmədbəy  
Ağaoğlunun ədəbi-tənqidi görüĢləri» mövzusunda  
namizədlik dissertasiyası haqqında 
 
R  Ə  Y 
 
Avtoreferatın  birinci  abzasında  tədqiqatçı  qeyd  edir  ki,  «onların  (XX  əsrin 
əvvəllərində  formalaşan  ədəbi  tənqidin  mütərəqqi  təfəkkürlü  nümayəndələri 
nəzərdə  tutulur  –  T.A.)  ədəbi-tənqidi  irsini  araşdırmaq,  sistemli  tədqiq  hədəfinə 
çevirmək  müasir  Azərbaycan  ədəbiyyatşünaslığının  elmi  maraq  dairəsinə 
yaxındır». Müəllifin mülahizəsi və mövqeyi ilə razılaşır və dərhal da əlavə edirik 
ki, mövzunu «dairənin yaxınlığından» mərkəzinə gətirmək lazımdır və bunun üçün 
çox ciddi əsaslar var. On illər boyu – sovet dövründə milli-mənəvi – mədəni irsə də 
sinfi və partiyalı münasibət bəslənildiyindən, yazılmışlar, yazılanlar – bütün sərvət 
sovet  rejim  və  ideologiyasının  tələblərinə  uyğunlaşdırıldığından,  senzuranın 
amansız  süzgəcindən  keçirildiyindən  saxtalaşdırılır,  təhrif  olunur,  qərəzə  tuş 
gəlirdi.  Odur  ki,  çox  vaxt  mütərəqqi  mürtəce,  yaxşı  pis  kimi  təqdim  və  təbliğ 
edilirdi.  Bu  gün  –  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  ədəbi-
mədəni,  ictimai-siyasi  həyatın  bir  sıra  nəzəri  problemlərinə  yenidən  müraciət 


 
154 
olunması, təhlil edilməsi və dəyərləndirilməsi təbii olduğu qədər də maraqlı, aktual 
və  əhəmiyyətlidir.  Bu  mənada  Azərbaycanın,  ümumiyyətlə,  Şərq  –  islam 
dünyasının  parlaq  simalarından  sayılan  Əhmədbəy  Ağaoğlunun  həyat  və 
yaradıcılığına,  zəngin  və  çoxşaxəli  irsinə,  xüsusilə  ədəbi-tənqidi  görüşlərinə 
müraciət  etmək,  onu  araşdırmaq,  təhlil  süzgəcindən  keçirmək,  dəyərləndirmək 
təqdirəlayiqdir.  Diqqətçəkəndir  ki, tədqiqatçı  Ü.Hüseynova  «çoxşaxəli  yaradıcılıq 
yolu  keçən  və  ziddiyyətli  tale  yaşayan»  Əhmədbəy  Ağaoğlunun  irsinin  mövzu 
baxımından  təsnifatını  uğurla  aparmış,  toxunduğu  problemi  diqqətlə,  ədalətli, 
obyektiv,  ardıcıl,  prinsipial  şəkildə,  bir  sözlə  desək,  professionallıqla  araşdırmış, 
ciddi, sanballı, elmi-nəzəri qənaətlər əldə etmişdir. Müəllif avtoreferatda tədqiqata 
cəlb  etdiyi,  mövzunun  aktuallığını  tutarlı  faktlarla,  maraqlı  mülahizə  və 
mühakimələrlə  əsaslandırmağa  nail  olmuş,  Əhmədbəy  Ağaoğlu  irsinə  bu  gün  də 
müraciət etməyin mühüm və faydalı olduğuna diqqəti yönəldə bilmişdir. 
Avtoreferatda  tədqiqatın  məqsəd  və  vəzifələri  yığcam,  eyni  zamanda  aydın 
şəkildə əksini tapmışdır. 
Bu  qənaətə  gəlmək  olar  ki,  tədqiqat  işində  qarşıya  qoyulan  vəzifələrin 
müəyyənləşdirilməsi  və  ardıcıllıqla  göstərilməsi  Ülviyyə  Hüseynovaya  problemə 
müxtəlif rakurslardan nəzər salmağa, ilk baxışda diqqəti çəkməyən xırda detalları 
belə  öyrənməyə,  təhlil  etməyə,  bütövlükdə  mövzunu  müasir  tələblər  baxımından 
işləməyə imkan vermişdir. 
Tədqiqatçı  Ü.Hüseynovanın  araşdırmasında  bir  cəhəti  də  vurğulamaq 
lazımdır.  O,  Əhmədbəy  Ağaoğlu  haqqında  yazılan  əsərlərə  münasibətdə 
prinsipiallıq  və  cəsarət  nümayiş  etdirir,  öz  mövqeyini  çəkinmədən  bildirir  və 
fikirlərini  əsaslandırmağa  çalışır.  Bu  isə  problemlə  bağlı  yeni  və  qəti  rəyin 
formalaşmasına, tədqiqatın elmi çəkisini və dəyərini artırmağa xidmət edir. Yaxşı 
ki,  tədqiqatçı  Əhmədbəy  Ağaoğlunun  ədəbi-tənqidi  görüşlərini  işləyərkən,  onun 
«Həyat», «İrşad», «Tərəqqi», «Kaspi» kimi mətbu orqanlarındakı məqalələrindən, 
elmi-nəzəri mülahizələrindən, monoqrafiya və xatirələrindən bəhs edərkən «müasir 
elmi-nəzəri  prinsipləri  və  ictimai-mədəni  ehtiyacları»,  qısaca  desək,  «müasir 
meyarları» əsas götürmüşdür, rəhbər tutmuşdur. 
Avtoreferatda  işin  əsas  məzmunu  kifayət  qədər  əhatə  edilmişdir. 
«Əhmədbəy  Ağaoğlunun  yaradıcılığında  ideya-estetik  prinsiplər»  adlanan  birinci 
fəsil  və  onun  üç bölümü,  «Klassik  ədəbiyyat  problemləri  Əhmədbəy  Ağaoğlunun 
tənqidində» adlı ikinci fəsil və onun dörd bölümü, «Çağdaş ədəbi prosesin inkişaf 
problemləri»  adlanan  üçüncü  fəsil  və  onun  iki  bölümü  dissertasiyanın  məzmunu 
haqqında əhatəli, dolğun rəy yaradır. 
Avtoreferat  ona  verilən  tələblərə  uyğun  tərtib  edilmişdir,  məzmunu, 
quruluşu qənaətbəxşdir. 
Deyilənləri  yekunlaşdıraraq  bu  qənaətə  gəlmək  olar  ki,  «Əhmədbəy 
Ağaoğlunun ədəbi-tənqidi görüşləri» mövzusunda namizədlik dissertasiyası səriştə 
ilə işlənmiş elmi əsərdir və Ali Attestasiya Komissiyasının tələblərinə cavab verir. 
Dissertasiyanın  müəllifi  Ülviyyə  Nəriman  qızı  Hüseynova  filologiya  elmləri 
namizədi elmi dərəcəsi almağa tam layiqdir. 
 
 
 
 
 
 
 
 
 
 
23.04.07 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə