Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   74   75   76   77   78   79   80   81   ...   176

 
159 
 
Azərbaycan  diasporunun  nəinki  ABŞ  konqresinə,  yaxud  Fransa  senatına, 
hətta  kiçik  bir  şəhərin  bələdiyyəsinə  təsir  etmək  qabiliyyəti,  gücü  bu  gün  arzu 
oluna  bilər.  Azərbaycan  mühacirəti  yarıac,  yarıtox  qaçqınlara  maddi,  humanitar 
yardım  göstərmək  iqtidarında  (daha  dəqiq  desək,  qabiliyyətində)  deyildir.  Olsa-
olsa, geyilmiş pal-paltarı Avropadan toplayıb Azərbaycana göndərə bilər. Bu fakt 
ürəyi  ağrıdır,  əsəbləri  tarıma  çəkir,  lakin  bu  reallıqdır,  həqiqətdir.  Ötən  əsrin 
Azərbaycan  tarixinə  həkk  olunmuş  unudulmaz  hadisələr  zamanı  –  1990-cı  il  20 
yanvar  qırğını  və  1992-ci  il  26  fevral  Xocalı  faciəsi  zamanı  Avropadakı  Türkiyə 
türklərinin etiraz səsi mühacirətimizin səsindən daha yaxından eşidilirdi.  
 
Dünyanın  heç  bir  ölkəsində  (hətta  Türkiyədə  də)  elə  bir  Azərbaycan 
cəmiyyəti,  dərnəyi,  əncüməni,  ocağı,  təşkilatı  (necə  adlandırırsınız  adlandırın) 
istənilən  an  səfərbər  olmağa,  bir  yumruğa  çevrilməyə,  hər  hansı  bir  məsələyə 
çevik, qüdrətli münasibət bildirməyə hazır deyil. Belə bir şəraitdə  lobbidən bəhs 
etmək  gülüncdür.  Amma  bu  o  demək  deyil  ki,  biz  ruhdan  düşməli,  hərəkətsiz 
qalmalı,  ətalət  və  durğunluqla  barışmalıyıq.  Xeyr!  Diasporu  hərəkətə  gətirmək, 
təşkilatlandırmaq, 
qəlbi 
vətən 
eşqi  ilə  çırpınan  milyonlarla  mühacir 
həmvətənimizin səylərini birləşdirmək, onu nizamlamaq, təsirli qüvvəyə çevirmək 
lazımdır.  Bunun  üçün  müxtəlif  təkliflər  eşidilir.  Kimisi  Azərbaycan  hökumətinin 
maliyyə  dəstəyini  zəruri  hesab  edir,  kimisi  səfirliklərin  fəaliyyətində  bu  sahədə 
dəyişiklik  olunmasını  vacib  sayır,  kimisi  hər  şeyin  zamanla  həll  ediləcəyini 
söyləyir,  kimisi  də  həmvətənlərin  özlərinin  tədricən  istədiyimiz  səviyyəyə 
çatacağına  ümid  edir.  Bu  fikirlərə  münasibət  bildirmədən  əlavə  edərdik  ki, 
bugünkü  mühacirətlə  iş  görərkən  Azərbaycan  mühacirət  tarixi,  onun  ənənələri 
xatırlanmalı, yad edilməlidir. Hələ 20-30-cu illərdə yalnız Türkiyədəki Azərbaycan 
mühacirətinin  fəaliyyəti  Sovet  imperiyasını  lərzəyə  salmışdır  desək,  burada 
mübaliğə  axtarmayın.  Təsadüfü  deyil  ki,  məhz  buna  görə  SSRİ-nin  qonşu 
Türkiyəyə  təkidli    tələblərindən,  təsirindən  sonra  –  1932-ci  ildə  Azərbaycan 
mühacirəti  qardaş  Türkiyəni  tərk  etmək  məcburiyətində  qaldı.  Qəzetlər  bağlandı, 
dərnəyin  fəaliyyəti  dayandırıldı.  30-cu  illərin  sonlarında  böyük  ideoloq,  istedadlı 
publisist  Mirzə  Bala  Məmmədzadə  yazırdı  ki,  yalnız  azərbaycanlıların  deyil,  rus 
əsarəti  altındakı  bütün  türklərin  xaricdə  çıxardıqları  ilk  məcmuə  olan  «Yeni 
Qafqasya»  böyük  və  dərin  təsir  oyadır,  sovet  hökumətini  etirazda  bulunmağa 
məcbur  edir,  bolşevikləri  dəli  edirdi.  M.B.Məmmədzadə  yazırdı:  «Moskva  buna 
dözə  bilmirdi.  Bu  «mənəvi  təşkil  mərkəzi»ni  ortadan  qaldırmaq,  milli  nəşriyyatı 
qapatmaq  lazım  idi.  1925-ci  ildə  Tiflisdə  toplanan  üçüncü  sovetlər  qurultayından 
dönərkən  Sovet  İttifaqının  o  zamankı  xarici  işlər  komissarı  Çiçerin  Bakıda 
dördüncü  sovetlər  qurultayında  irad  etdiyi  nitqində  demişdir:  «Biz  dəfələrlə 
Türkiyə  hökumətinə  müraciət  edərək  sovet  hökuməti  əleyhinə  yürüdülən, 
dözülməsi  mümkün  olmayan  intriqaları  etirazda  bulunduq  və  buna  nəhayət  və 
xitam  verilməsini  tələb  etdik»»  (M.B.Məmmədzadə,  Milli  Azərbaycan  Hərəkatı, 
Bakı, «Nicat» nəşriyyatı, 1992-ci il).   
 
Avropaya  səpələnmiş  20-ci  illər  mühacirlərinin  sırasına  50-ci  illərdə  on 
minlərlə  adam  qoşuldu.  Bunlar  Böyük  Vətən  müharibəsindən  sonra  müxtəlif 
səbəblərdən  sərhədin  o  tayında  qalmış  azərbaycanlılar  idi.  Onlar  da  müxtəlif 
dərnəklərdə birləşir, qəzet, jurnallar nəşr etdirir, dövrün ən aktual problemi – Sovet 


 
160 
İmperiyasının  çökməsi,  Azərbaycanın  istiqlala  qovuşması  uğrunda  ideoloji 
mübarizə  aparırdılar.  Yorulmadan  fədakarlıqla  aparılan  bu  mübarizəni 
səciyyələndirən ən münasib ifadə isə «inamla aparılan mübarizə»dir. Azərbaycanın 
istiqlalı  uğrunda  həyatının  sonunadək  mübarizə  aparmış  böyük  əqidə  və  qələm 
sahibi  C.Hacıbəyli  yazırdı:  «32  ildən  bəri  mühacirətlə  bolşevizm  arasında  bir 
mübarizə davam edir: hansı-hansını basdıracaq, onu Allah bilir. Lakin bir şey də 
var ki, onu biz də çox yaxşı bilirik: mühacirətdən yalnız bir fərd də qalarsa, milli 
bayrağımız  enməz!»  (Azərbaycan  Milli  Birliyinin  orqanı  «Azərbaycan»  qəzeti, 
Münhen, may 1952-ci il, №2, «28 may Parisdə» adlı məqalədən). 
 
Sovet  imperiyasının  müharibədən  qalib  çıxdığı  və  bütün  dünyaya  meydan 
suladığı  bir  zamanda  bu  sözləri  qələmə  almaq  yalnız  haqq  işinə  qəti  inanmaqla 
mümkün  idi.  C.Hacıbəylidə  Azərbaycanın  istiqlala  qovuşacağına  inam  o  qədər 
güclü, təsirlidir ki, kimsədə buna zərrə qədər şübhə qalmır: «Qüvvət birlikdədir. 28 
may heç bir Azərbaycanlının qəlbindən qopmaz, bu onun səadət yoludur. O qədər 
də ümidsizliyə düşməyəlim. Durum o qədər də  qaranlıq deyil. Bəlkə də işığın ucu 
görünməkdədir…  onun  daha  da  parlamasına  yardım  edəlim»  (Münhen, 
«Azərbaycan» jurnalı, №12, may, 1953-cü il «28 may hissiyyatı» adlı məqalədən).     
 
Bu  gün  Azərbaycan  mühacirətini  təşkilatlandırmağa,  səfərbər  etməyə 
hazırlaşarkən ilk növbədə onun düşüncə tərzində, əqidə və  məsləkində dəyişiklik 
edilməli,  haqq  işimizə,  onun  qələbəsinə  inam  hissi  yaradılmalıdır.  Hazırda  daha 
çox  fərdi  fəaliyyətə  üstünlük  verən  mühacirətin  Azərbaycanın  milli  mənafeyinə 
xidmət  edən  aydın  və  perspektivli  proqrama  malik  təşkilat  daxilində  mütəşəkkil, 
ardıcıl,  qətiyyətli  mübarizəsi  indi  həmşəkindən  daha  çox  aktualdır.  Mühacirət 
mövzusunda yazarkən, fikrimizcə yalançı lobbizmdən hay-küylə bəhs etməkdənsə 
məhz  bu  məsələlər  qabardılmalı,  diqqət  mərkəzində  saxlanılmalı  və  təbliğ 
olunmalıdır.  
 
“Xalq qəzeti”, 31 mart 2001 
 
 
«Molla Nəsrəddin» mühacirətdə 
 
 
 
100 
ildən 
çoxdur 
ki, 
yazıçı-publisist, 
naşir, 
redaktor 
Cəlil 
Məmmədquluzadənin  həyatı,  fəaliyyəti  və  irsi  Azərbaycan  cəmiyyətinin  diqqət 
mərkəzindədir. Müasirləri, məsləkdaşları, tədqiqatçılar müxtəlif aspektlərdən onun 
ömür  yolunu,  yaradıcılığını  araşdırmış,  dəyərləndirmişlər.  Ədibin  1920-ci  ildə 
İrana  keçməsi  hadisəsi  də  xronoloji-tarixi,  ictimai-siyasi  baxımdan  qismən 
işıqlandırılmışdır. Lakin mövzu ayrılıqda Mirzə Cəlilin mühacirəti problemi kimi 
işlənməmişdir.  Fikrimizcə,  məsələnin  bu  istiqamətdə  öyrənilməsi  həm  M.Cəlilin 
həyat  yolunun,  həm  haqqında  bəhs  olunan  dövrün,  həm  də  mətbuat  tariximizin 
obyektiv tədqiqi və qiymətləndirilməsi nöqteyi-nəzərdən aktual və əhəmiyyətlidir. 
Cəlil  Məmmədquluzadənin  İrana  köçünün  adi  səfər  yox,  məhz  mühacirət  olduğu 
qənaəti dilimizdə «mühacirət» sözünün hansı məna daşıdığına aydınlıq gətirilərək, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə