159
Azərbaycan diasporunun nəinki ABŞ konqresinə, yaxud Fransa senatına,
hətta kiçik bir şəhərin bələdiyyəsinə təsir etmək qabiliyyəti, gücü bu gün arzu
oluna bilər. Azərbaycan mühacirəti yarıac, yarıtox qaçqınlara maddi, humanitar
yardım göstərmək iqtidarında (daha dəqiq desək, qabiliyyətində) deyildir. Olsa-
olsa, geyilmiş pal-paltarı Avropadan toplayıb Azərbaycana göndərə bilər. Bu fakt
ürəyi ağrıdır, əsəbləri tarıma çəkir, lakin bu reallıqdır, həqiqətdir. Ötən əsrin
Azərbaycan tarixinə həkk olunmuş unudulmaz hadisələr zamanı – 1990-cı il 20
yanvar qırğını və 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı Avropadakı Türkiyə
türklərinin etiraz səsi mühacirətimizin səsindən daha yaxından eşidilirdi.
Dünyanın heç bir ölkəsində (hətta Türkiyədə də) elə bir Azərbaycan
cəmiyyəti, dərnəyi, əncüməni, ocağı, təşkilatı (necə adlandırırsınız adlandırın)
istənilən an səfərbər olmağa, bir yumruğa çevrilməyə, hər hansı bir məsələyə
çevik, qüdrətli münasibət bildirməyə hazır deyil. Belə bir şəraitdə lobbidən bəhs
etmək gülüncdür. Amma bu o demək deyil ki, biz ruhdan düşməli, hərəkətsiz
qalmalı, ətalət və durğunluqla barışmalıyıq. Xeyr! Diasporu hərəkətə gətirmək,
təşkilatlandırmaq,
qəlbi
vətən
eşqi ilə çırpınan milyonlarla mühacir
həmvətənimizin səylərini birləşdirmək, onu nizamlamaq, təsirli qüvvəyə çevirmək
lazımdır. Bunun üçün müxtəlif təkliflər eşidilir. Kimisi Azərbaycan hökumətinin
maliyyə dəstəyini zəruri hesab edir, kimisi səfirliklərin fəaliyyətində bu sahədə
dəyişiklik olunmasını vacib sayır, kimisi hər şeyin zamanla həll ediləcəyini
söyləyir, kimisi də həmvətənlərin özlərinin tədricən istədiyimiz səviyyəyə
çatacağına ümid edir. Bu fikirlərə münasibət bildirmədən əlavə edərdik ki,
bugünkü mühacirətlə iş görərkən Azərbaycan mühacirət tarixi, onun ənənələri
xatırlanmalı, yad edilməlidir. Hələ 20-30-cu illərdə yalnız Türkiyədəki Azərbaycan
mühacirətinin fəaliyyəti Sovet imperiyasını lərzəyə salmışdır desək, burada
mübaliğə axtarmayın. Təsadüfü deyil ki, məhz buna görə SSRİ-nin qonşu
Türkiyəyə təkidli tələblərindən, təsirindən sonra – 1932-ci ildə Azərbaycan
mühacirəti qardaş Türkiyəni tərk etmək məcburiyətində qaldı. Qəzetlər bağlandı,
dərnəyin fəaliyyəti dayandırıldı. 30-cu illərin sonlarında böyük ideoloq, istedadlı
publisist Mirzə Bala Məmmədzadə yazırdı ki, yalnız azərbaycanlıların deyil, rus
əsarəti altındakı bütün türklərin xaricdə çıxardıqları ilk məcmuə olan «Yeni
Qafqasya» böyük və dərin təsir oyadır, sovet hökumətini etirazda bulunmağa
məcbur edir, bolşevikləri dəli edirdi. M.B.Məmmədzadə yazırdı: «Moskva buna
dözə bilmirdi. Bu «mənəvi təşkil mərkəzi»ni ortadan qaldırmaq, milli nəşriyyatı
qapatmaq lazım idi. 1925-ci ildə Tiflisdə toplanan üçüncü sovetlər qurultayından
dönərkən Sovet İttifaqının o zamankı xarici işlər komissarı Çiçerin Bakıda
dördüncü sovetlər qurultayında irad etdiyi nitqində demişdir: «Biz dəfələrlə
Türkiyə hökumətinə müraciət edərək sovet hökuməti əleyhinə yürüdülən,
dözülməsi mümkün olmayan intriqaları etirazda bulunduq və buna nəhayət və
xitam verilməsini tələb etdik»» (M.B.Məmmədzadə, Milli Azərbaycan Hərəkatı,
Bakı, «Nicat» nəşriyyatı, 1992-ci il).
Avropaya səpələnmiş 20-ci illər mühacirlərinin sırasına 50-ci illərdə on
minlərlə adam qoşuldu. Bunlar Böyük Vətən müharibəsindən sonra müxtəlif
səbəblərdən sərhədin o tayında qalmış azərbaycanlılar idi. Onlar da müxtəlif
dərnəklərdə birləşir, qəzet, jurnallar nəşr etdirir, dövrün ən aktual problemi – Sovet
160
İmperiyasının çökməsi, Azərbaycanın istiqlala qovuşması uğrunda ideoloji
mübarizə aparırdılar. Yorulmadan fədakarlıqla aparılan bu mübarizəni
səciyyələndirən ən münasib ifadə isə «inamla aparılan mübarizə»dir. Azərbaycanın
istiqlalı uğrunda həyatının sonunadək mübarizə aparmış böyük əqidə və qələm
sahibi C.Hacıbəyli yazırdı: «32 ildən bəri mühacirətlə bolşevizm arasında bir
mübarizə davam edir: hansı-hansını basdıracaq, onu Allah bilir. Lakin bir şey də
var ki, onu biz də çox yaxşı bilirik: mühacirətdən yalnız bir fərd də qalarsa, milli
bayrağımız enməz!» (Azərbaycan Milli Birliyinin orqanı «Azərbaycan» qəzeti,
Münhen, may 1952-ci il, №2, «28 may Parisdə» adlı məqalədən).
Sovet imperiyasının müharibədən qalib çıxdığı və bütün dünyaya meydan
suladığı bir zamanda bu sözləri qələmə almaq yalnız haqq işinə qəti inanmaqla
mümkün idi. C.Hacıbəylidə Azərbaycanın istiqlala qovuşacağına inam o qədər
güclü, təsirlidir ki, kimsədə buna zərrə qədər şübhə qalmır: «Qüvvət birlikdədir. 28
may heç bir Azərbaycanlının qəlbindən qopmaz, bu onun səadət yoludur. O qədər
də ümidsizliyə düşməyəlim. Durum o qədər də qaranlıq deyil. Bəlkə də işığın ucu
görünməkdədir… onun daha da parlamasına yardım edəlim» (Münhen,
«Azərbaycan» jurnalı, №12, may, 1953-cü il «28 may hissiyyatı» adlı məqalədən).
Bu gün Azərbaycan mühacirətini təşkilatlandırmağa, səfərbər etməyə
hazırlaşarkən ilk növbədə onun düşüncə tərzində, əqidə və məsləkində dəyişiklik
edilməli, haqq işimizə, onun qələbəsinə inam hissi yaradılmalıdır. Hazırda daha
çox fərdi fəaliyyətə üstünlük verən mühacirətin Azərbaycanın milli mənafeyinə
xidmət edən aydın və perspektivli proqrama malik təşkilat daxilində mütəşəkkil,
ardıcıl, qətiyyətli mübarizəsi indi həmşəkindən daha çox aktualdır. Mühacirət
mövzusunda yazarkən, fikrimizcə yalançı lobbizmdən hay-küylə bəhs etməkdənsə
məhz bu məsələlər qabardılmalı, diqqət mərkəzində saxlanılmalı və təbliğ
olunmalıdır.
“Xalq qəzeti”, 31 mart 2001
«Molla Nəsrəddin» mühacirətdə
100
ildən
çoxdur
ki,
yazıçı-publisist,
naşir,
redaktor
Cəlil
Məmmədquluzadənin həyatı, fəaliyyəti və irsi Azərbaycan cəmiyyətinin diqqət
mərkəzindədir. Müasirləri, məsləkdaşları, tədqiqatçılar müxtəlif aspektlərdən onun
ömür yolunu, yaradıcılığını araşdırmış, dəyərləndirmişlər. Ədibin 1920-ci ildə
İrana keçməsi hadisəsi də xronoloji-tarixi, ictimai-siyasi baxımdan qismən
işıqlandırılmışdır. Lakin mövzu ayrılıqda Mirzə Cəlilin mühacirəti problemi kimi
işlənməmişdir. Fikrimizcə, məsələnin bu istiqamətdə öyrənilməsi həm M.Cəlilin
həyat yolunun, həm haqqında bəhs olunan dövrün, həm də mətbuat tariximizin
obyektiv tədqiqi və qiymətləndirilməsi nöqteyi-nəzərdən aktual və əhəmiyyətlidir.
Cəlil Məmmədquluzadənin İrana köçünün adi səfər yox, məhz mühacirət olduğu
qənaəti dilimizdə «mühacirət» sözünün hansı məna daşıdığına aydınlıq gətirilərək,
Dostları ilə paylaş: |