Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   75   76   77   78   79   80   81   82   ...   176

 
161 
müxtəlif  tədqiqatçıların  M.Cəlilin  İrana  köçü  hadisəsini  ədibin  mühacirəti  kimi 
dəyərləndirdiyinə diqqət çəkilərək, bədii və sənədli əsərlərdə bu səfərin mühacirət 
kimi  təqdim  edildiyi  vurğulanaraq  və  nəhayət,  Mirzə  Cəlil  kimi    on  minlərlə 
qafqazlının İrana, o cümlədən Xoy, Mərənd, Təbrizə «fərar» etməsi, orada mühacir 
kimi  məskunlaşması  barədə  «Molla  Nəsrəddin»in  materiallarına  istinad  edilərək 
əsaslandırılmışdır.  
          «Molla Nəsrəddin» jurnalının nəşrə başlaması ilə ictimai fikrə təsir forması 
dəyişir,  yeniləşir,  başqa  sözlə  desək,  xalqımızın  ictimai,  ədəbi-mədəni,  mətbu 
həyatında bir dirçəliş, dönüş yaranır, bununla da, mətbuat öz tarixinin yeni inkişaf 
mərhələsinə qədəm qoyur. Professor Əziz Şərif «Molla Nəsrəddin»in təsir dairəsi 
və  gücündən  bəhs  edərkən  yazırdı  ki,  elə  bir  az-çox  əhəmiyyətli  siyasi  və  ya 
ictimai  hadisə  olmamışdır  ki,  jurnal  ona  səs  verməsin  və  demokratik  ictimaiyyəti 
maraqlandıran elə bir problem olmamışdır ki, onu qabaqcıl, mütərəqqi mövqedən 
işıqlandırmasın  (Əziz  Şərif.  Cəlil  Məmmədquluzadə.  C.Məmmədquluzadənin  rus 
dilində iki cildlik seçilmiş əsərlərinə müqəddimə, Bakı, 1966, I cild, səh.10). 
Bu  səbəbdəndir  ki,  istər  jurnalın  fəaliyyəti  dövründə,  istərsə  də  ondan 
sonrakı  illərdə  «Molla  Nəsrəddin»  cəmiyyətin  –  onun  bütün  təbəqə,  ideoloji  və 
siyasi  qüvvələrinin  maraq  dairəsində  olmuşdur.  «Molla  Nəsrəddin»  bütünlükdə 
ictimai  hadisələri,  ədəbi  cərəyanları,  ayrı-ayrılıqda  fərdləri,  o  cümlədən  ətalət, 
cəhalət  daşıyıcılarını,  nadanları,  məmurları,  yüksək  çinli  partiya  və  dövlət 
xadimlərini, onların əməllərini «nəzərdən qaçırmadığı» kimi, jurnal da, onun naşir 
və  redaktoru  C.Məmmədquluzadə  də,  necə  deyərlər,  öz  «payını»  alırdı. 
Münasibətlər  mürəkkəb,  fərqli  və  ziddiyyətli  olmuşdur.  Çar  üsuli-idarəsi  zamanı 
da, İran istibdadı dönəmində də, sovet dövründə də «Molla Nəsrəddin» təqiblərə, 
təzyiqlərə, sıxıntılara tuş gəlmişdir. Birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə 
çapdan çıxan «Molla Nəsrəddin»in çapının dəfələrlə qadağan edilməsinə və digər 
səbəblər  üzündən  fasilələrlə  buraxılmasına  baxmayaraq,  M.Cəlil  ömrünün 
sonunadək  jurnalın  Tiflisdə  (1907-1917)  370  nömrəsinin,  Təbrizdə  (1921)  8 
nömrəsinin və Bakıda (1922-1931) 398 nömrəsinin (cəmi 776 nömrə) nəşrinə nail 
olmuşdur. 
Böyük  Məhəmməd  Hadinin  yazdığı  «Ucundadır  dilimin  həqiqətin  böyüyü, 
nə  qoydular  deyəyim,  nə  kəsdilər  dilimi»  -  dilemması  qarşısında  qalan  Sovet 
tədqiqatçıları «Molla Nəsrəddin» jurnalının, Cəlil Məmmədquluzadənin xüsusi ilə 
sovet  dövrü  fəaliyyətini  yumşaq  ifadə  ilə  desək,  bəzən  malalamağa  məcbur 
olmuşlar,  bir  sıra  faktları  təhrif  etmiş,  bəzən  saxtalaşdırmış,  hadisələrə 
özünəməxsus  «bəzək»  vurmuş,  bəzən  sadəcə  susmuş,  olayların  üstündən  sükutla 
keçmişlər. Buna görə kimisə bu gün qınamaq, kiməsə irad tutmaq fikrindən uzağıq. 
Bir  sıra  müəlliflər  isə  eyhamlarla  Mirzə  Cəlilin,  «Molla  Nəsrəddin»  jurnalının 
sovet hakimiyyəti illərində fəaliyyətinin ağır, məşəqqətlərlə dolu olduğuna işarələr 
vurmuşlar. 
Məmmədquluzadəşünaslığa  və  «Molla  Nəsrəddin»şünaslığa  böyük  töhfə 
verən,  əslində  sahəni  keyfiyyət  baxımından  yeni  mərhələyə  qaldıran  AMEA-nın 
həqiqi  üzvü  İsa  Həbibbəyli  haqlı  olaraq  mövcud  nöqsanların  «son  illərə  qədər 
hakim  olan  ideoloji  tələblərdən»  qaynaqlandığını,  bir  çox  tədqiqatların  yanlış 
istiqamətdə  yazıldığını,  buna  görə  də,  «sinfi  xarakterli  böyük  tarixi  faktların 


 
162 
yığımına çevrildiyini» qeyd edir və göstərir ki, ötən əsrin 80-ci illərindən etibarən 
keçmiş ictimai-siyasi proseslərə və tarixi hadisələrə obyektiv elmi münasibət ifadə 
etməyin reallaşması sözün həqiqi mənasında yazıçını əhatə edən mühitin hərtərəfli 
tədqiqinə  münasib  imkan  yaratmışdır  (ətraflı  bax:  İsa  Həbibbəyli.  Cəlil 
Məmmədquluzadə:  mühiti  və  müasirləri.  Azərbaycan  Dövlət  Nəşriyyatı,  Bakı, 
1997, «Ön söz», səh.3-26). 
Filologiya elmləri doktoru İslam Ağayev M.Cəlilin həyat və yaradıcılığı ilə 
bağlı indiyədək qələmə alınanları yüksək dəyərləndirməklə yanaşı, bu irsin müasir 
tələblər  baxımından  yenidən  araşdırılmasını  vacib  hesab  edir.  O  yazır:  «Bu  gün 
C.Məmmədquluzadənin  ədəbi  irsi  müstəqil    Azərbaycan  Respublikasının  böyük 
tarixi  yaddaşı  olaraq  qalır.  …XX  əsrin  ilk  illərindən  başlayaraq  Əli  bəy 
Hüseynzadə,  Əhməd  bəy  Ağayev,  Firudin  bəy  Köçərli,  Seyid  Hüseyn,  sonrakı 
illərdə Əli Nazim, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, 
Əziz Şərif, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Abbas Zamanov və ondan sonrakı 
nəsil  tərəfindən  dəfələrlə  tədqiq  və  təhlil  edilmişdir.  Lakin  bütün  bunlara 
baxmayaraq,  C.Məmmədquluzadənin  ədəbi-ictimai  irsi  yeni  tarixi  şəraitdə  yeni 
tədqiq və təhlilə möhtacdır» (İ.Ağayev. C.Məmmədquluzadə və XX əsrin əvvəlləri 
Azərbaycan ədəbi-ictimai fikri. «Ədəbiyyat qəzeti», 26 iyun 2009).  Bu yerdə Söz 
Azadlığını  Müdafiə  Fondunun  rəhbəri,  Xalq  şairi  Musa  Yaqubun  jurnalla  bağlı 
«Təbriz  nəşri  yeni  və  ciddi  araşdırmaya  möhtacdır»  (Musa  Yaqub.  «Molla 
Nəsrəddin»  -  Təbriz  1921.  Transliterasiya  edən  və  çapa  hazırlayan,  f.e.n.  Elmira 
Qasımova, «Ön söz»ün müəllifi Tahir Aydınoğlu, redaktor Məmməd Kazımoğlu, 
Bakı,  «Adiloğlu»  nəşriyyatı,  2006,  80  səh.  Annotasiya)  –  fikrini  təqdir  etməklə, 
xüsusi  vurğulamaq  istərdik  ki,  həm  mövzu,  həm  sənətkarlıq  baxımından  Təbriz 
nəşrlərinin müasir tələblər nöqteyi-nəzərindən dərindən və hərtərəfli araşdırılması, 
dəyərləndirilməsi aktualdır, əhəmiyyətlidir. 
C.Məmmədquluzadə  və  onun  jurnalı  haqqında  həm  çar  Rusiyası  dövrünü, 
həm İrandakı mühacirət dönəmini, həm də Sovet hakimiyyəti illərini əhatə edən ən 
dəqiq,  ən  səhih  məlumat  isə  rəsmi  məxəzlərdir,  tarixi  sənədlərdir,  əlahəzrət  və 
inkarolunmaz  faktlardır.  «Molla  Nəsrəddin»  jurnalının  nəşrinə,  onun  mətbəəsinin 
və litoqrafiyasının dəyişdirilməsinə icazə almaq haqqında Mirzə Cəlilin çox sayda 
ərizəsi, rəsmi dairələr tərəfindən jurnalın ayrı-ayrı nömrələrinin qadağan olunması, 
redaktorun  məsuliyyətə  cəlb  edilməsi haqqında  yazışmalar  çar  Rusiyası  dövründə 
«Molla  Nəsrəddin»  jurnalının  nə  qədər  çətin  şəraitdə  buraxıldığını  əyani  şəkildə 
göstərir.  Çar  Rusiyası  dövründə  və  İranda  mühacirətdə  ikən  olduğu  kimi,  Sovet 
hakimiyyəti  illərində  də  Mirzə  Cəlilin  sıxıntıları  azalmaq  bilmir.  İrandan  Bakıya 
döndükdən  qısa  müddət  sonra  qardaşı  Mirzə  Ələkbər  vərəm  xəstəliyinə,  həyat 
yoldaşı Həmidə xanım tif kimi ağır mərəzə düçar olurlar. 1922-ci il noyabrın  7-də 
M.Ə.Sabirin  Bakıda  heykəlinin  açılış  mərasiminə  M.Cəlili  dəvət  etmirlər.  Bir 
müddət sonra Mirzə Cəlil özü xəstələnir. 1925-ci ildə Məmməd Səid Ordubadiyə, 
Məmmədəli  Sidqiyə  ünvanladığı  məktublarda  xəstələndiyindən  şikayətlənir  və 
«Molla  Nəsrəddin»  jurnalını  çıxartmaqdan  «bilmərrə  əl  çəkmək,  evdə  oturmaq» 
üçün  bunu  çoxdan  bəhanə  kimi  axtardığını  qeyd  edir.  1928-ci  ildə  ədibin  həyat 
yoldaşı  Həmidə  xanım  yerli  hökumət  tərəfindən  səsdən  məhrum  edilir.  Onun 
Ağdam qəzasından sürgün olunması və əmlakının müsadirə edilməsi barədə qərar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə