Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   72   73   74   75   76   77   78   79   ...   176

 
155 
Kəmalə Nurulla qızı Nəcəfovanın «Azərbaycan yurd bilgisi»  
dərgisində ədəbiyyat araĢdırmaları» mövzusunda  
namizədlik dissertasiyasına 
 
R  Ə  Y 
 
 
Sovet  hakimiyyəti  illərində  mədəni  irsin  öyrənilməsi,  dəyərləndirilməsi  də 
rejim  və  ideologiyanın  tələblərinə  uyğunlaşdırıldığından  tədqiqatlar  elmidən  daha 
çox  partiyalı,  sinfi  xarakter  daşıyırdı,  qərəzli  olurdu,  faktlar  təhrif  edilirdi, 
araşdırılmalarda  saxtakarlıqlara yol verilirdi. 
Ədəbi-mədəni dəyərlərimizin daim basqı altında saxlanıldığı, totalitar rejim 
tərəfindən  fasiləsiz  təzyiqə  məruz  qaldığı  sahələrdən  biri,  bəlkə  də  birincisi 
mühacirət  irsi  olmuşdur.  Sovet  istilası  başlanandan  mühacirlər  1923-cü  ildə 
İstanbulda nəşrə başlayan «Yeni Qafqasya» jurnalı özünün birinci nömrəsində dərc 
etdiyi  proqram  məqaləsində  bəyan  etdiyi  kimi, «çarizmi  olduğu  qədər  bolşevizmi 
də  düşmən  hesab  edir,  türk  dünyası  üçün  zərərli  və  Qafqaza  düşmən  görür». 
Mühacirlərə  qarşı  Sovet  rejiminin  düşmənçiliyi  ideoloji  mübarizə  ilə 
məhdudlaşmırdı.  İçəridə  olduğu  kimi,  xaricdə  də  sovet  kəşfiyyat  maşını 
istiqlalçılara qarşı fiziki təzyiqlərə, terrorlara, qəsdlərə ara vermirdi. 
Təbii  ki,  belə  bir  mühitdə  mühacirət  irsinin  tanıdılmasından,  təbliğindən, 
tədqiqindən  söhbət  belə  gedə  bilməzdi.  Azərbaycan  yenidən  müstəqillik  əldə 
etdikdən  –  1991-ci  ildən  xaricdə  yaranan  mədəni  irsin,  o  cümlədən  mühacirət 
mətbuatının, ədəbiyyatının araşdırılması, qiymətləndirilməsi aktual və əhəmiyyətli 
problemlərdən  biri  kimi  ortaya  çıxdı.  Sovet  araşdırma  üsullarından  uzaq,  istiqlal 
məfkurəsinə dayanan nəzəri metodologiya ilə ərsəyə gələn tədqiqatların yaranması 
tarixi  zərurətə  çevrildi.  Bu  sahədə  bir  sıra  uğurlu  addımlar  atıldı.  Konkret  olaraq 
Elçin,  Ş.Qurbanov,  V.Arzumanlı,  V.Quliyev,  X.İbrahimli,  V.Sultanlı, 
N.Nəsibzadə,  N.Yaqublu,  A.Həşimova,  Ş.Həsənova,  N.Cabbarlı,  A.Rüstəmli  və 
başqaları mühacirət mətbuatı, ədəbiyyatı ilə bağlı bir sıra sanballı tədqiqat əsərləri 
yazdılar.  Bu  gün  həmin  proses  davam  edir  və  mühacirət  irsinin  zəngin,  maraqlı 
materialları  tədqiqata  cəlb  edilir.  Bu  mənada  Kəmalə  Nəcəfovanın  «Azərbaycan 
yurd  bilgisi»  dərgisində  ədəbiyyat  araşdırmaları»  mövzusunda  namizədlik 
dissertasiyası diqqəti çəkir və bu təqdirəlayiqdir. Əsər həm praktik, həm də elmi-
nəzəri  baxımdan  böyük  əhəmiyyət  kəsb  edir.  Fikrimizcə,  müəllif  «Azərbaycan 
yurd  bilgisi»ndə  ədəbiyyatşünaslıq  problemlərinin  inikasını  ən  müxtəlif 
aspektlərdən fundamental şəkildə araşdırmış və qarşıya qoyduğu məqsədə tam nail 
olmuşdur. Dissertant bu işi ilə həm də: 
- mətbuat tarixinin, o cümlədən onun bir parçası olan mühacirət mətbuatının 
araşdırılmasına  da    layiqli  töhfə  vermişdir  –  «Azərbaycan  yurd  bilgisi»nin  nəşri, 
naşiri, mühərrirləri, mövzusu barədə geniş məlumatlar vermişdir; 
-  Sovet  imperiyasına,  bolşevizmə  qarşı  ideoloji  mücadilə  aparan 
azərbaycanlı  mücahidlərlə  yanaşı,  digər    türkdilli  xalqların  nümayəndələri  olan 
mühacir ziyalıların fəaliyyətinə də müəyyən işıq salmışdır. 
Elmi-tədqiqat işində ilk dəfə olaraq: 


 
156 
-  «Azərbaycan  yurd  bilgisi»  jurnalında  ədəbiyyatşünaslıq  məsələləri, 
resenziyaların  mövzusu,  onların  həm  tarixi,  həm  coğrafi  baxımdan  əhatə  dairəsi, 
tədqiqatçıların  problemə  yanaşma  tərzi,  araşdırmaların  qələmə  alındığı  və  müasir 
dövrdə aktuallığı, əhəmiyyəti kompleks şəkildə işlənmişdir; 
-  Azərbaycan-türk  ədəbi  irsinə  dair  tədqiqatlar  elmi-nəzəri  cəhətdən 
dəyərləndirilmiş, 
araşdırmaların  türkologiya  sahəsində  və  Azərbaycan 
ədəbiyyatşünaslığında yeri və rolunun müəyyənləşdirilməsinə cəhd göstərilmiş və 
onlara müasir tələblər baxımından qiymət verilmişdir; 
-  mühacirlərin  əqidə,  məslək  yolundan,  həyat  və  düşüncə  tərzindən  
qaynaqlanan,  eyni  zamanda  və  həm  də  müasir  dövrün  tələbinə  uyğun  olaraq, 
xüsusi  ilə  istiqlal  mövzusu  ilə  bağlı  tədqiqatların  elmi  təhlilinə  geniş  yer 
verilmişdir; 
-  istiqlal  mövzusuna  və  ona  həsr  olunmuş  tədqiqatlara  dəyər  verərkən  türk 
xalqlarının  hürriyyət  duyğusuna,  azadlıq  uğrundakı  mübarizəsinə  ayrı-ayrı  tarixi 
dövrlərin hadisəsi kimi yox, haqlı olaraq bu ulusun  əzəli, əbədi taleyi, alın yazısı 
nöqteyi-nəzərindən yanaşılmışdır. 
Dissertasiyanın  sanbalını,  çəkisini  artıran,    onu  daha  faydalı,  maraqlı  edən 
məziyyətlərdən  biri  elmi-tədqiqat  işinin  zəngin,  mötəbər  mənbələr  əsasında 
işlənilməsidir  ki,  bu  da  nəticədə  müəllifə  həqiqəti  ortaya  çıxarmağa,  yersiz 
mübahisələrə meydan verməməyə yardım etmişdir. 
Zənnimizcə,  həm  tədqiqat  predmetinə,  mövzusuna,  həm  də  ciddi  elmi-
nəzəri,  tarixi  əhəmiyyət  kəsb  etdiyinə,  zəngin  faktlar  əsasında,  analitik  təfəkkürlə 
yazıldığına  görə  bu  dissertasiya  sanballı  əsər  kimi  filoloji  fikir  irsinə  gözəl 
töhfədir. 
Bununla  belə,  dissertasiyada  bizi  qane  etməyən  bir  sıra  məqamlar  var  ki, 
diqqəti onlara cəlb etmək istərdim: 
1.  Tədqiqatçı  «Azərbaycan  yurd  bilgisi»nin  mühacirət  mətbuatı  tarixindəki 
yeri  və  rolunu,  bu  nəşrin  intişarını  şərtləndirən  amilləri  daha  qabarıq  nəzərə 
çatdırmaqla  jurnalın  daşıdığı  missiya  və  materiallarının  elmi-tarixi  əhəmiyyəti 
barədə tam və geniş təsəvvür yarada bilərdi. Bunun üçün: 
- Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə növbəti mühacirət 
axınının başlaması; 
-  mühacirlərin  rus  imperiyasına,  bolşevizm  ideologiyasına  qarşı  amansız 
ideoloji  mücadilə  apardıqları,  bu  məqsədlə  nəşri  fəaliyyətlə  də  məşğul  olduqları, 
ötən əsrin 20-ci illərində – «Azərbaycan yurd bilgisi»nə qədər «Yeni Qafqasya», 
«Azəri  türk»,  «Yaşıl  yaprak»,  «Odlu  yurd»,  «Bildiriş»  kimi  mətbu  orqanların 
buraxılması; 
-  SSRİ-nin  təkidli  tələblərindən  sonra  azərbaycanlı  mühacirlərin  Türkiyəni 
tərk  etmək  məcburiyyətinə  qaldığını  və  belə  bir  mürəkkəb  şəraitdə  «Azərbaycan 
yurd  bilgisi»nin  mübarizə  meydanına  atılması  barədə  heç  olmazsa,  informativ 
xarakterli məlumatların verilməsini məqsədəuyğun hesab edirik. 
2.  «Azərbaycan  yurd  bilgisi»nin  naşiri,  redaktoru  Əhməd  Cəfəroğlu  
Azərbaycan  ədəbiyyatşünaslığı,  ümumiyyətlə  türkologiya  sahəsində  görkəmli 
mütəxəssisdir.  Fikrimizcə,  I  fəslin  bir  bölməsi  Ə.Cəfəroğlunun  tərcümeyi-halına, 
irsinə, onunla bağlı tədqiqatlara həsr oluna bilərdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə