Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   69   70   71   72   73   74   75   76   ...   176

 
149 
taleyində  ağır  izlər  qoymuşdur.  Q.Mehdiyev  bir  fərd  kimi  bu  acını  öz  həyatında, 
tərcümeyi-halında  yaşayan  kəslərdəndir.  Bunun  nəticəsi  kimi  o,  problemi  daha 
dərindən dərk etmiş, mənimsəmişdir desək, yəqin ki,  yanılmarıq. 
Q.Mehdiyevin  erməni  əlifbasını,  dilini  bilməsi,  Türkiyə  və  Azərbaycanın 
müxtəlif bölgələrində – erməni vəhşiliklərinin törədildiyi yerlərdə – məzarlıqlarda, 
kitabxana  və  muzeylərdə  tədqiqat  işi  aparması  dissertasiyanın  kamil  əsər  kimi 
ortaya çıxmasına yardım etmişdir. 
Dissertasiya  giriş,  «XIX  əsrin  ikinci  yarısında  Şərqi  Anadoluda  və  Cənubi 
Qafqazda ictimai-siyasi vəziyyət və «erməni məsələsi»nin ortaya atılmasında Qərb 
dövlətlərinin rolunun mətbuatda əksi» və «Erməni dövlətinin yaradılması planları 
və  onun  həyata  keçirilməsi  istiqamətində    hərbi  və  diplomatik  fəaliyyətlərə 
mətbuatın münasibəti» adlı 2 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. 
Tədqiqatçı  3  yarımbənddən  ibarət  I  fəsildə  «erməni  məsələsi»nin  ortaya 
atılmasında, əvvəl Şərqi Anadoluda, bu xülya baş tutmadıqda isə Cənubi Qafqazda 
erməni  dövləti  qurmaq  ideyasının  yayılmasında  missionerlərin,  erməni  millətçi 
cəmiyyət,  komitə,  siyasi  təşkilatlarının,  erməni,  eləcə  də  ermənipərəst  mətbu 
orqanların  rolundan,  Osmanlı  imperiyasının  süqutunda  maraqlı  olan  dövlətlərin 
bölgədəki  çirkin  siyasətindən  geniş  bəhs  etmişdir.  Osmanlı  imperiyasının 
çökdürülməsi  üçün  dəridən-qabıqdan  çıxan  Avropa  dövlətləri  regiondakı  ən  zəif 
həlqədən  –  xisləti  xəyanətlə  yoğrulmuş  ermənilərdən  bacarıqla  istifadə  etmişlər. 
XIX  yüzilliyin  II  yarısında  –  əsrin  sonlarına  doğru  havadarlarının  maddi-mənəvi 
dəstəyi  ilə  qısa  müddət  ərzində  imperiyanın  sadiq  təbəələrindən  «mübariz», 
«döyüşkən»,  «hüquq  və  azadlıqlarını  tələb  edən»  topluma  çevrildilər.  Ermənilər 
çox sayda qəzet buraxmağa, sürətlə təşkilatlanmağa başladılar. Bu dönəmdə ciddi 
sosial-iqtisadi,  hərbi-siyasi  böhran  keçirən  Osmanlı  imperiyasının  hüdudlarında 
düşmən  dövlətlər  ermənilərin  gücündən  yararlanaraq  dağıdıcı  şəbəkə  qururdular. 
Tədqiqatçı bu məsələləri araşdırarkən dövrün tarixi sənədlərindən, xüsusi ilə mətbu 
orqanların materiallarından yetərincə istifadə etmişdir. 
Elmi-tədqiqat  işinin  II  fəslində  Q.Mehdiyev  Qərb  dövlətləri  və  Rusiyanın 
canfəşanlığı  nəticəsində  zəifləmiş  Osmanlı  Türkiyəsinin  Şərq  və  Cənub-Şərq 
ərazilərində erməni dövləti yaratmaq ideyası cəhdlərini o dövrün mətbuatı vasitəsi 
ilə  bütün  cəhətləri  ilə  üzə  çıxarır  və  tutarlı  faktlarla  təqdim  edir.  Birinci  Dünya 
Müharibəsi  dövründə  ermənilərin  Şərqi  Anadoludan  köçürülməsinin  əsl 
səbəblərini,  bu  prosesin  gedişatını,  nəticələrini  tarixi  və  təkzibolunmaz  faktlara 
istinad edərək araşdıran, təhlil edən, dəyərləndirən tədqiqatçı, həm də köçürülməni 
«erməni soyqırımı» kimi təqdim edən, on illər boyu tarixi saxtalaşdırmaqla məşğul 
olan  yalançı  mütəxəssislərin,  o  cümlədən,  ah-nalədən  yorulmaq  bilməyən  erməni 
mətbuatının qondarma arqumentlərinin əsassız olduğunu göstərmişdir. 
Digər  tərəfdən  isə  tədqiqatçı  «yazıq»,  «zavalı»  ermənilərin  əllaməliyinin 
arxasında əslində məkrli, murdar niyyətlərinin durduğunu və onların bütün bu hay-
küylərinin  xəyali  «dənizdən-dənizə»  Böyük  Ermənistan»  dövləti  yaratmaq 
ideyasından qidalandığını əsaslandırmışdır. 
Bütövlükdə  tədqiqatçı  problemi  əhatəli  və  dərindən  araşdırmışdır.  Bununla 
belə, ciddi elmi-tarixi əhəmiyyət kəsb edən dissertasiyada mövzunun yeniliyindən, 


 
150 
eyni  zamanda  genişliyindən  qaynaqlanan  bir  sıra  mülahizələr  var  ki,  onlar  bəzi 
iradlar üçün zəmin yaratmışdır. Onlardan bəziləri üzərində dayanmaq istərdim: 
1.  XIX  əsrin  II  yarısından  etibarən  Cənubi  Qafqazda,  o  cümlədən  Tiflisdə, 
Gəncədə, Bakıda, Şuşada 70-ə yaxın erməni dilində qəzet və jurnal buraxılmışdır. 
Dissertasiya  xüsusi  ilə  erməni  mətbuatının  materialları  əsasında  yazlığından  və 
«erməni  məsələsi»nin  tarixdə  ən  ağır  zərbəsinin  bizə  dəydiyindən  fikrimcə, 
problemin ortaya atıldığı illərdə Azərbaycan ərazisində nəşr olunan erməni mətbu 
orqanlarının  proqramı,  mövzusu  və  istiqaməti  barədə  də  yazılması 
məqsədəmüvafiq  olardı.Tədqiqatçı  «erməni  məsələsi»nin  aktuallaşmasında 
missionerlərin  rolundan  və  fəaliyyətindən  haqlı  olaraq  geniş  bəhs  etmişdir.  Lakin 
bir  sıra  məqamlarda  missionerliyin  mahiyyəti,  məzmunu  ilə  yanlışlıqlara  yol 
verilir. Müəllif yazır ki, 1860-cı ildən sonra missionerlər yəhudi və müsəlmanları 
xristianlaşdırmağın  çox  çətin  olduğunu  görüb  fəaliyyətlərini  ermənilər  üzərinə 
keçirmişdilər  (səh.23).  Əslində,  ermənilər  xristian  idi  və  ənənəvi  dini  mərkəzlər 
tərəfindən  rədd  edilən,  müxtəlif  sektaları  təmsil  edən  missionerlərin  fəaliyyəti 
dövlətin  əsaslarını  dağıtmağa,  müsəlman  əhalini  öz  dinindən  soyutmağa,  onların 
şüuruna və mənəviyyatına hakim olmaqla mənfur ideyalarını yeritməyə çalışırdılar. 
Görkəmli ictimai-siyasi xadim, istedadlı publisist Əhməd bəy Ağaoğlu hələ 1912-
ci ildə yazırdı ki, bizə həyat verəcək Qərbin mədəniyyətidir, Qərbin missionerləri 
deyildir.  Çocuqları  missioner  məktəbinə  vermək  mənsub  olduğu  xalqa  bir 
xəyanətdir  və  cinayətdir  («İqbal»  qəzeti,  1912,  29  avqust,  №  148).  Katoliklər 
tərəfindən  də  qovulan  rahiblər  və  rahibələr  türkçülüyə,  islama  can  və  ruh  verə 
bilməzlər.  Elə  hesab  edirəm  ki,  Ə.Ağaoğlunu  həyəcanlandıran,  narahat  edən 
missionerlik  hərəkatı  Azərbaycan  ərazisində  də  o  dönəmdə  ciddi  problemlər 
yaradırdı  və  müəllif Osmanlı  imperiyasında  missionerlik  hərəkatı  ilə  Azərbaycan 
torpaqlarındakı  missionerlik  fəaliyyətini  əlaqəli  şəkildə  təqdim  və  təhlil  etsəydi, 
daha effektiv qənaətlərə gələ bilərdi. 
2.  «Erməni  məsələsi»  siyasi  dövriyyəyə  buraxılandan  regionun  coğrafi 
xəritəsi  dəfələrlə  dəyişmişdir.  «Erməni  məsələsi»nin  nüvəsi  saxlanılsa  da,  taktiki 
gedişlərə,  tətbiqi  məkanına  uyğun  də  cildi,  forması  dəyişdirilmiş,  yeniləşmişdir. 
Heç  şübhəsiz  ki,  «miasum»  «erməni  məsələsi»nin  həlli  variantlarından  biridir  və 
bu ideyadan da  ən  çox zərərçəkən  Azərbaycandır. Odur ki, «erməni  məsələsi»nin 
yaranması və yayılmasının sonrakı mərhələlərindən bəhs edərkən tədqiqatçının bu 
cəhətə diqqət yetirməsi, fikrimcə, lazım idi. Həm də, bu zaman tarixdə şərəfsiz iz 
qoymuş enozis, anşlüs təcrübəsindən ermənilərin «bəhrələndiyi» vurğulanmalıdır. 
Müəllif  bəzən  eyni  fikri  müxtəlif  formalarda  təkrarlayır.  Məsələn, 
E.Melkonyandan  sitat  gətirilir:  erməni  köçü  olmasaydı,  indi  Ermənistan  dövləti 
çox  böyük  ərazini  əhatə  edərdi  (səh.90),  bir  qədər  sonra  (səh.94)  həmin  fikir 
olduğu  kimi  səsləndirilir.  Yaxud,  səhifə  15-də  «1970-ci  illərdən  başlayan  erməni 
terroruna»  sözləri  ilə  başlayan  cümlə  93-cü  səhifədə  «Ermənilərin  bu  terrorçu 
ənənələrini  ötən  əsrin  70-ci  illərindən  başlayaraq»  sözləri ilə,  155-ci səhifədə  isə 
«1973-cü  ildən  başlayaraq  qanlı  erməni  terroru»  sözləri  ilə  başlayan  cümlələrlə 
əvəz olunur. 
 Tədqiqatçının kiçik diqqətsizliyi bəzən faktların təhrif edilməsi ilə müşayiət 
edilir. «Azərbaycanın SSRİ tərkibində (1920-1991) olduğu illərdə» (səh.12) yazan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə