Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   66   67   68   69   70   71   72   73   ...   176

 
143 
Tədqiqatçı  Qahirə  Hüseynovanın  müraciət  etdiyi  dövr  və  tədqiqat  obyekti 
tamamilə  yenidir  və  dissertantın,  eləcə  də  mövzunu  təsdiq  edən  Bakı  Dövlət 
Universiteti  Jurnalistika  fakültəsinin  mətbuat  tarixi  və  ideoloji  işin  metodları 
kafedrasının bu təşəbbüsü təqdirəlayiqdir. Dissertasiyanın «Giriş»inin «Mövzunun 
tədqiqi  tarixi»  hissəsində  tədqiqatçı  haqlı  olaraq  az  qala  şikayətlənir  ki,  son 
dövrlərdə  demokratik  mətbuatın  təşəkkülü  və  inkişafı  ilə  bağlı  çox  az  sayda 
araşdırmalar  aparılmışdır  ki,  onlarda  da  «Naxçıvan  mətbuatı  barədə  söhbət  belə 
getmir».  Müəllifin  mövqeyi  ilə  razılaşmamaq  olmur.  Doğrudan  da,  mətbuat 
tariximizin ən zəngin, ən şərəfli, eyni zamanda ağır və ziddiyyətli mərhələlərindən 
olan ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində işıq üzü görən mətbu 
orqanlar,  müstəqillik  illərinin  qəzet,  jurnalları,  onların  mövzu,  dil,  üslub, 
sənətkarlıq  problemləri,  demək  olar  ki,  fundamental  şəkildə  araşdırılmamış, 
Azərbaycan  mətbuatı  tarixi  kontekstində  dəyərini  almamışdır.  Bu  baxımdan, 
Q.Hüseynovanın  peşəkarlıqla,  çox  ciddi  və  məsuliyyətlə  ərsəyə  gətirdiyi 
dissertasiya işi diqqəti çəkir və fikrimizcə, dissertant qarşısına qoyduğu vəzifənin 
öhdəsindən layiqincə gəlmişdir.  
Dissertasiya  «Giriş»,  hər  biri  3  yarımbənddən  ibarət  «Yenidənqurma 
illərində  cəmiyyətdə  gedən  demokratikləşmə  prosesi  və  onun  mətbuata  təsiri»  və 
«Dövlət  müstəqilliyinin  bərpasında  demokratik  mətbuatın  rolu»  adlı  2  fəsildən, 
«Nəticə» və «İstifadə edilmiş ədəbiyyatın siyahısı»ndan ibarətdir. 
«Giriş»də  dissertant  mövzunun  aktuallığını  tutarlı  dəlillərlə  əsaslandırır, 
tədqiqatın  məqsəd  və  vəzifələrindən,  tədqiqi  tarixindən  bəhs  edir,  tədqiqat 
obyektini göstərir, işin nəzəri və metodoloji əsasları, elmi yeniliyi barədə söz açır, 
tədqiqatın aprobasiyası, dissertasiyanın quruluşu haqqında məlumat verir.  
I  fəsildə  yenidənqurma  illərində  Azərbaycandakı  mövcud  ictimai-siyasi 
vəziyyət,  o  cümlədən  Dağlıq  Qarabağda  ermənilərin  separatçı  hərəkatı, 
respublikada  genişlənən  azadlıq  mübarizəsi  və  bütün  bunların  kontekstində 
Naxçıvanda  nəşr  olunan  mətbu  orqanlar,  onların  cəmiyyətdə  cərəyan  edən 
hadisələrə  təsiri,  «Şərq  qapısı»,  «Varlıq»,  «Ağrıdağ»,  «Türk  yurdu»,  «Haray» 
qəzetlərinin  timsalında  mətbuatda  baş  verən  yeniliklər  tədqiqata  cəlb  olunmuş, 
konkret faktlar, materiallar əsasında araşdırılmışdır. 
II  fəsildə  dövlət  müstəqilliyinin  elan  olunmasından  sonra  Naxçıvanda  nəşr 
olunan  qəzetlərdə  baş  verən  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri,  mətbuatın 
demokratiya,  insan  haqları,  respublikanın  ərazi  bütövlüyü  uğrunda  mübarizəsi, 
eləcə  də  Muxtar  Respublikada  milli-mənəvi  dəyərlərin  qorunması  istiqamətində 
KİV-nin fəaliyyəti öyrənilir, elmi-nəzəri baxımdan dəyərləndirilir. 
Diqqətçəkən  və  təqdirəlayiqdir  ki,  Sovet  hakimiyyətinin  iflasa  uğradığı 
ərəfədə  və  Azərbaycanın  öz  müstəqilliyini  yenidən  bərpa  etdiyi  ilk  illərdə 
Naxçıvan Muxtar Respublikasında nəşr olunan mətbu orqanlar, onların mövzuları, 
problemə  yanaşma  tərzi,  mətbuatın  cəmiyyətə  təsir  gücü, hər  hansı  hadisə  barədə 
ictimai rəy yaratmaq təcrübəsi, səriştəsi, eyni zamanda qəzetlərin senzura, maliyyə 
və  sair  problemləri  tədqiqatçı  tərəfindən  konkret  mənbələrə  istinad  etməklə, 
onlardan  sitat  gətirməklə  müqayisə  edilir,  təhlil  olunur  və  bu  zaman  müəllif  öz 
münasibətini, rəyini də bildirməyi unutmur. 


 
144 
Hər  iki  fəsildə  qəzet  materialları  mövzusuna,  problemə  yanaşmaya  görə 
məharətlə  ümumiləşdirilir,  yeri  gəldikcə  nümunələrə  müraciət  edilir,  dərindən 
təhlil edilir, mülahizələr, qənaətlər əsaslandırılır. 
Qahirə  Müslüm  qızı  Hüseynovanın  elmi-tədqiqat  işinin  dəyərini  artıran  bir 
neçə cəhətin üzərində xüsusi dayanmaq istəyirəm: 
1.  Müraciət  olunan  dövr  Azərbaycanın,  o  cümlədən  Azərbaycanın  qədim, 
zəngin  mədəniyyət  mərkəzlərindən  birinin  –  Naxçıvanın  tarixində  və  taleyində 
xüsusi bir mərhələdir, istiqlal uğrunda Sovet imperiyası ilə mücadilə illəridir; 
2.  Fəaliyyət  göstərdiyi  müddətdə  informasiya  ötürücüsü  funksiyanı  daşıyan 
KİV  illər  ötdükcə  tarixin  yaddaş  mənbəyinə,  əvəzsiz,  mötəbər  məxəzə  çevrilir. 
Dissertant  bu  irsə  elmi-nəzəri  baxımdan  professionallıqla  yanaşmış,  mətbu 
orqanları mövzular, problemlər üzrə sistemləşdirmiş, təhlil süzgəcindən keçirmiş, 
onların  cəmiyyətdəki  yeri  və  rolunu  konkret  fikirlər  və  qənaətlərlə 
dəyərləndirmişdir.  Cəsarətlə  demək  olar  ki,  dissertant  haqqında  bəhs  olunan 
dövrün elmi salnaməsini yazmışdır; 
3. Qahirə xanım müstəqil mətbuatın meydana gəlməsinin müşahidəçisi yox, 
iştirakçısı  olmuş,  bu  işə  öz  töhfəsini  vermişdir,  obrazlı  ifadə  ilə  desək,  sətirlərin 
arxasından  dissertantın  özü  görünür.  Bu  isə  prosesi  daha  yaxından  dərk,  hiss 
etməyə  fikir,  mühakimələr  və  qənaətlərdə  reallığa,  obyektivliyə,  belə  demək 
mümkünsə, daha münbit zəmin yaradır; 
4. Dissertant Q.Müslümovada çoxsaylı faktların içərisindən daha xarakterik, 
daha maraqlı olanını seçmək bacarığı var, bu da obyektin dərin, hərtərəfli təhlili, 
faktların elmi-nəzəri baxımdan qiymətləndirilməsi, ümumiləşdirilməsi üçün vacib 
şərtlərdəndir; 
5.  Dissertant  elmi-nəzəri  qənaətlərində,  fikirlərində  ardıcıl,  qətiyyətli  və 
prinsipialdır; 
6.  Q.Hüseynova  ilk  dəfə  Mətbuat  xidmətinin  fəaliyyətini  tədqiqata  cəlb 
etmiş,  onun  yaradılması  məqsədi,  qarşısında  duran  vəzifələr,  fəaliyyət 
istiqamətləri,  ictimaiyyətlə,  KİV-lə  əlaqəsi  haqqında  geniş  bəhs  etmişdir,  belə 
demək  mümkünsə,  Mətbuat  xidmətinin  nümunəvi  əsasnaməsinin  konturlarını 
işləmişdir. 
Bütün  söylənilənlər  dissertantın  səriştəli  qələm  sahibi,  bacarıqlı  tədqiqatçı, 
elmi-tədqiqat işinin isə kamil əsər olduğuna dəlalət edir. 
Bununla  belə,  mövzunun  yeniliyindən,  problemin  aktuallığından,  tədqiqat 
obyektinin  genişliyindən  qaynaqlanan  bir  sıra  irad  və  tövsiyələr  var  ki,  onlardan 
bəzilərinin üzərində dayanmağı lazım bilirəm: 
1. Elmi-tədqiqat işinin I fəslinin 1.1-ci bəndinin adı «SSRİ-də siyasi, iqtisadi 
və  mədəni  tənəzzülü doğuran  səbəblər  və  onların  aradan  qaldırılması  üçün  edilən 
cəhdlər» olsa da, orada daha çox və həm də doğru olaraq, Azərbaycandakı ictimai-
siyasi  proseslərdən,  Azadlıq  hərəkatından  və  Dağlıq  Qarabağ,  onun  ətrafında 
cərəyan  edən  hadisələrdən  bəhs  olunur.  Odur  ki,  bəndin  adının  redaktəsinə  ciddi 
ehtiyac hiss edilir. 
2.  Hesab  edirəm  ki,  dissertasiyanın  heç  olmazsa,  bir  yarımbəndində 
Azərbaycan mətbuat tarixinə dair tədqiqatlara qısaca nəzər salınmalı, Sovet dövrü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə