Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   77   78   79   80   81   82   83   84   ...   176

 
165 
güc-bəla  ilə  hərəkət  edirdilər».  «Bütün  bu  həyəcan  və  təlaş  Mirzə  Cəlili  sıxırdı. 
Onun  rəngi  ağarmışdı,  az  danışır,  tez-tez  kənara  çəkilib  fikrə  gedirdi.  Əlbəttə,  o, 
ailəsinin  taleyindən  nigaran  idi».  H.Məmmədquluzadə  xatirələrində  əslində 
M.Cəlilin    timsalında  tipik,  klassik  mühacir  obrazı  yaratmışdır.  M.Cəlili  səfər 
ərəfəsində  bürüyən  hiss-həyəcan,  təlaş,  onun  yolboyu  narahatlığı,  əziyyətləri, 
məskunlaşdığı  məntəqədə  fəaliyyəti  zamanı  maddi-mənəvi  sıxıntıları  mühacir 
həyatının  göstəriciləridir.  Həmidə  xanım  M.Cəlili  necə  görmüşdüsə,  eləcə  də 
qələmə almışdır.  
Həmidə  xanımın  qeydlərini  oxuduqca,  Mirzə  Cəlilin  mühacirət  həyatının 
bütün çalarları qabarıq şəkildə özünü göstərir. «…aprelin 25-də mənim əmimoğlu 
Təbrizə  gəlib  xəbər  verdi  ki,  yerli  hökumət  bizi  öz  Vətənimizə  qayıtmağa  dəvət 
edir. Bundan əlavə, doktor Kərimbəy Mehmandarovdan da məktub almışdım. O da 
bizi Vətənə qayıtmağa tələsdirirdi». (səh.137). «Mirzə Cəlil Vətənə qayıtdığı üçün 
sevinirdi» (səh.143). Şübhəsiz ki, Həmidə xanımdan yuxarıda və indi gətirdiyimiz 
bu sitatlardakı «öz Vətənimizə», «Vətənə» sözlərini təsadüfi işlətmirdi. O, İranda, 
mühacirətdə olduğunu hiss edir, oxucuya da hiss etdirirdi. 
Azərbaycan  istiqlal  mücadiləsi  tarixində  parlaq  iz  qoymuş  Mirzə  Bala 
Məmmədzadə  1937-ci  ildə  qələmə  aldığı  və  1938-ci  ildə  Berlində  –  «Qurtuluş» 
jurnalının  mətbəəsində  nəşr  etdirdiyi  «Milli  Azərbaycan  hərəkatı»  adlı  əsərində 
ölkənin bolşeviklər tərəfindən istila edilməsindən sonra başlanan terror, sürgün və 
edamların  «hüdud  xaricinə  bir  çox  münəvvərin  atdığını  qeyd  edir  və  yazırdı: 
«İranın  Xorasan,  Mazandaran,  Gilan,  Azərbaycan,  Tehran və  Qəzzin  məntəqələri 
ilə  Türkiyənin  Qars,  Ərzurum,  İstanbul,  Trabzon  və  s.  qismlərində  əski 
Azərbaycan  mühacirəti  yaşamaqda  idi»  (M.B.Məmmədzadə.  Milli  Azərbaycan 
hərəkatı. Ankara, 1991, 239 səh., səh.163). Müəllif sovet istilasından sonra Tehran, 
Gilan,  Təbriz,  Astara,  Ərdəbil,  Trabzon,  İstanbul  kimi  şəhərlərdə  mühacir  həyatı 
sürməyə  məcbur  olan  həmvətənlərimizin  müxtəlif  cəmiyyətlər  qurduğunu  və 
imkanları daxilində çalışdıqlarını da qeyd edir (yenə orada, səh.165).  
Məsələ  burasındadır  ki,  Mirzə  Cəlilin  özü  də  hələ  İranda  ikən  istər 
felyetonlarında,  istər  məqalələrində  Sovet  istilasından  sonra  Təbrizdə 
məskunlaşmağa  məcbur  olanları  öz  adı  ilə  –  «mühacir»  -  adlandırmış  və  qələmə 
almışdır.  «Dövlətli xanım» (№ 8) adlı  felyetonda M.Cəlil «Hərdəmxəyal» imzası 
ilə yazır ki, şəhərdəki bir dövlətli xanım bir-birinin içində olan çoxsaylı imarətlərin 
birini mədrəsə açmaq niyyəti ilə yetim uşaqların istifadəsinə vermək istəyir. Lakin 
təqvimdəki  gün  münasib  olmadığından  bu  fikrindən  vaz  keçir.  Bayramqabağı 
uşağa paltar tikdirmək xəyalından da təqvimin xoş olmadığından daşınır. «Sora bir 
belə  fikrə  düşdü  ki,  Qafqaz  mühacirlərinin  hərəsinə  bayram  axşamı  bir  qədər 
xərclik paylasın. Genə təqvimə baxdı, gördü ki, yazılıb «nə şayəd». Əlbəttə, burada 
müəllifin məramı aydındır: o, cəhaləti, vasvasılığı tənqid atəşinə tutur. Biz burada 
diqqəti ona yönəltmək istədik ki, M.Cəlil özü bolşevik inqilabından sonra Təbrizə 
köçən qafqazlıları, o cümlədən azərbaycanlıları «mühacir» adlandırmışdı. Jurnalın 
elə  həmin  nömrəsindəki  «Təşəkkür»  adlı  yazını  Ələkbər  Abbaszadə  Naxçıvani, 
Həbibbəy  Firudin  bəy  oğlu  İrəvani  və  Seyidov  Ordubadi  imzalamışlar.  Orada 
oxuyuruq: «…1920-ci ildə Qafqazdan fərar edən (qaçan – T.A.) 150 min mühacir 
İrana  pənah  gətirib  bir  qədəri  Xoy,  Mərəndi  və  Təbriz  havalisində  (ətrafında  – 


 
166 
T.A.) sükna oldular (məskunlaşdılar – T.A.). «…Qışın şiddətli soyuğundan balaca 
uşaqları  hifz  etmək  üçün  Təbrizdə  sakin  olan  mühacirlər  özlərinə  məxsus 
libaslarını  da  satıb  öz  ailələrinə  kəfil  (zamin,  sahib  –  T.A.)  olmaqdan  aciz  qalıb 
Amerika  nümayəndəsi  mister  Fetman  həzrətlərinə  öz  əhvallarını  ərizə  ilə  izhar 
etdilər».  «Təbrizdə  sakin  olan  yanıqlı  və  pərişan  mühacirlərin»  adından 
«Təşəkkür»ü  imzalayanlar  mister  Fetmana  minnətdarlıqlarını  bildirirlər.  «Molla 
Nəsrəddin» 
jurnalındakı  bu  materialları  oxuduqdan  sonra  hər  halda 
C.Məmmədquluzadənin  də,  digər  azərbaycanlılar  kimi,  Şimali  Azərbaycandan 
İrana mühacirət etdiyinə heç kəsdə şübhə yeri qalmayacaq. 
Akademik İ.Həbibbəyli «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» adlı 
monoqrafiyasında  Azərbaycan  Xalq  Cümhuriyyəti  süquta  uğradıqdan  və 
bolşeviklərin  hakimiyyəti  mənimsəməsindən  sonra  «əsas  ziyalı  kütləsinin  xarici 
ölkələrə  mühacirət  etməyə  məcbur  olduğunu,  həbsə  və  təqibə  məruz  qaldığını» 
xüsusi vurğulayır (bax: səh.386). 
Azərbaycan  mətbuat  tarixinin  araşdırılmasında  xüsusi  əməyi  olan        prof. 
Əziz Mirəhmədov on cildlik «Molla Nəsrəddin» faksimilinin birinci cildinə (Bakı, 
1987)  yazdığı  «Molla  Nəsrəddin»:  dünən,  bu  gün,  sabah»  adlı  ön  sözdə  Mirzə 
Cəlilin  İrana  mühacirət  etməsinin  səbəbini  belə  açıqlayır:  «…fevral  və  oktyabr 
inqilabları  adı  ilə  məşhurlaşan  hadisələrin  imperiya  xalqlarına,  o  cümlədən 
azərbaycanlılara  xoşbəxtlik  gətirə  bilməyəcəyini  dərk  edirdi:  arvadı  Həmidə 
xanımın  malikanə,  torpaq,  məktəb  sahibi,  «mülkədar-xeyriyyəçi  qadın»  olması, 
qardaşı  Ələkbərin  isə  İran  inqilabı  fədailərindən  və  Səttarxanın  yaxın 
silahdaşlarından  biri  kimi  tanınması,  erməni-daşnak  canilərinin  Qarabağdakı  
vəhşilikləri  zamanı,  silah  götürüb  Xankəndindəki  vuruşlarda  iştirak  etməsi  və  s. 
kimi səbəblər əlindən Təbrizə mühacirətini labüd etmişdir». Bu mövzuya – Mirzə 
Cəlilin  Təbrizə  mühacirət  etməsinə  onun  yaxın  silahdaşı,  «Kefsiz»,  «Bikəs», 
«Məşədi  Sijimqulu»  təxəllüsləri  ilə  tanınan  məşhur  «Molla  Nəsrəddinçi»  Əli 
Nəzmi  də  biganə  qalmamış  və  qələm  dostunun  ağır  günlərini  «Mirzə  Cəlilin 
Tiflisdən Təbrizə köçməsi» şeirində təsvir etmişdir:  
 
Şuralaşan gündən Azərbaycan  
Tiflis, İrəvanda qalxmışdır həyəcan. 
Varlılar titrəşir apreldən bəri, 
Sarmışdı inqilab menşevikləri. 
Qurtarmaqçın onlar öz canlarını, 
Xalqın tökürdülər al qanlarını. 
Daşnaklar qan tökmək istəyir yenə, 
Edirlər xəyanət xəlqə, Vətənə. 
Qızıl Ordu ilə vuruşmaq üçün 
Hazırlıq görürdü İrəvan hər gün. 
Tiflis hazır ikən döyüşə, hərbə, 
Varlılar qaçırdı durmadan Qərbə. 
Qərbə qaçanlardan alaraq təsir, 
Bilərək bu işi münasib tədbir, 
Mirzə xudahafiz etmədən bizə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə