Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   78   79   80   81   82   83   84   85   ...   176

 
167 
Köçmüşdü Tiflisdən birbaş Təbrizə. 
Təbrizdə qaldı da Mirzə bir müddət, 
«Molla»nı nəşrə də tapdı o fürsət. 
Halbuki, Şuramız sevir jurnalı, 
Hətta təxəttürdən qalmadı xali. 
Hökumət axtarıb tapdı da sonu,  
Təbrizdən cəlb etdi Bakıya onu. 
 
Sətirlərin  arxasında  əsərin  ruhunu  dirijor  çubuğu  kimi  idarə  edən  «sovetin 
barmaqları»  görünsə  də,  şeir  dövrün  mənzərəsini  əks  etdirmək,  Mirzə  Cəlilin 
tərcümeyi-halında  dərin  iz  buraxmış  hadisələri  qiymətləndirmək  baxımından 
əhəmiyyətlidir.  Azərbaycanda  Sovet  hakimiyyəti  yarandığı  ilk  gündən    yeni 
cəmiyyətin tərəfdarı kimi fəaliyyət göstərən Əli Nəzminin keçmiş əqidə və məslək 
dostu  Mirzə  Cəlili  varlılara  qoşulub  qaçmaqda  qınamaqdan  başqa  çarəsi 
qalmamışdı. 
Şeirdəki  mübahisəli  və  maraqlı  məqamlardan  biri  də  budur  ki,  Ə.Nəzmi 
Mirzə  Cəlilin  Tiflisdən  yox,  Kəhrizlidən  Təbrizə  yola  düşdüyünü  bilməmiş 
olmazdı, ən azı ona görə ki, şair Mirzənin Qarabağa gəldiyindən, xeyli müddət də 
orada  qaldığından  yəqin  ki,  xəbərdar  imiş.  Görünür,  Ə.Nəzmi  Qarabağın, 
Kəhrizlinin  adını  çəkməklə,  vurğulamaqla  Mirzə  Cəlilin  düşmənlərinin 
dəyirmanına su tökəcəyindən ehtiyatlanmış, elə buna görə də Mirzə Cəlili Tiflisdən 
Təbrizə «yola salmağa» üstünlük vermişdir. Hər halda bu əsərlə Əli Nəzmi, əslində 
M.Cəlil  mühacirətinin  mahiyyətini,  onu  yaradan  səbəbləri  məharətlə  açıqlamış, 
digər  tərəfdənsə,  Şura  hökumətinin  M.Cəlilin  keçmiş  xidmətlərini  «unutmadığını, 
onu dəyərləndirdiyini» və mühacirətdən geri çağırdığını və «onu Təbrizdən Bakıya 
cəlb etdiyini» xüsusi vurğulamışdır. 
Bütün  bunları  təfərrüatı  ilə  saymaqda  və  sadalamaqda  məqsəd  «inadkar» 
opponentlərə bir daha və dönə-dönə Mirzə Cəlilin İrana, Təbrizə köçünün kökündə 
mühacirətə sürükləyən ciddi amillərin durduğunu xatırlatmaqdır. Yəni, Mirzə Cəlil 
həyatı  və  fəaliyyəti  üçün  real  təhlükəni  hiss  edərək  Şura  hökumətindən  –  Sovet 
Azərbaycanından  şahın  idarə  etdiyi  İran  dövlətinə  mühacirət  etmişdir.  Bu  qədər 
sadə  və  anlaşılan  məsələni  mürəkkəbləşdirmək,  «bu  mühacirət  deyil»  -  deməklə, 
opponent  rolu  oynamaqdan  əl  çəkmək  lazımdır.  Təbrizin  Azərbaycan  şəhəri 
olduğunu  əsas  gətirərək,  M.Cəlilin  mühacirətinə  müxtəlif  don  geyindirilməsi,  o 
cümlədən    guya  onun  könüllü  olaraq  Ş.M.Xiyabaniyə  yardım  üçün  getdiyini 
söyləmək sadəlövhlükdən daha çox Sovet təfəkkür tərzinin təzahüratıdır. 
Bu, əgər belə demək mümkündürsə, «opponentlər»in öz problemidir, amma 
əgər  onlar  nəyin  bahasına  olursa-olsun,  fikirlərini  yeritmək,  yapışdıqlarından 
buraxmamaq  üçün  müxtəlif  məxəzlərə  də  əl  atırsa,  bax,  bu  zaman  həqiqətən 
məsələyə aydınlıq gətirilməsinə ciddi ehtiyac yaranır. Məsələ burasındadır, böyük 
ideoloq,  istiqlalçı-publisist,  naşir,  redaktor  M.B.Məmmədzadə  Berlində  1938-ci 
ildə  nəşr  etdirdiyi  «Milli  Azərbaycan  hərəkatı»  adlı  əsərində  1923-cü  ildə 
İstanbulda  buraxılan  «Yeni  Qafqasiya»  jurnalını  «yalnız  azərbaycanlıların  deyil, 
bütün rus əsiri türklərin xaricdə çıxardıqları ilk məcmuə» adlandırmışdı. 


 
168 
Azərbaycan  tarixində,  xüsusi  ilə  mətbuat  və  publisistikada  silinməz  iz 
buraxmış, şəxsiyyətinə və irsinə böyük ehtiram bəslədiyimiz, nəsillərə örnək kimi 
qəbul  etdiyimiz  M.B.Məmmədzadəni  təftiş  etmək,  onun  mülahizələrində  qüsur 
axtarmaq  niyyətindən  çox  uzağıq.  Bununla  belə,  bəzi  məqamlara  diqqət 
yetirilməsinin,  faktlara  ehtiyatla  yanaşılmasının  tərəfdarıyıq.  Yuxarıdakı  iddianı 
inkar etməklə heç kim heç nə itirmir, qazanılan isə tarixi həqiqət olur. Nəzərə alsaq 
ki,  M.B.Məmmədzadə  kitaba  yazdığı  «Başlarkən»  adlı  ön  sözdə  səmimiyyətlə 
etiraf etmişdir ki, «məhdud məxəz və vəsiqələrə dayanaraq meydana gətirilmiş bu 
əsərin nöqsanlı olacağına müdrikiz» (müdrikiz – dərk edirik, dərindən anlayırıq – 
T.A.). Bütün bunlardan sonra mühacirət mətbuatının tarixi ilə bağlı söylənilən fikrə 
kor-koranə istinad etmək doğru deyil, yanlış yanaşmadır. 
Mirzə  Cəlilin  Sovet  Azərbaycanından  İran  Azərbaycanına  köçü 
mühacirətdir.  Təbriz  qədim  Azərbaycan  şəhəri  olsa  da,  Mirzə  Cəlil  bir  ölkədən 
başqa bir ölkəyə – İrana getmişdir. Vətənin tarixi torpaqlarının bir hissəsi digər bir 
dövlətin sərhədləri daxilindədirsə, biz ora gedəndə başqa bir dövlətin nəzarətində 
olan  əraziyə  giririk.  Tutaq  ki,  qədim  Azərbaycan  şəhəri  Dərbəndə  köçürüksə, 
deməli  biz  Azərbaycan  Respublikasını  tərk  edib  Rusiya  Federasiyasında 
məskunlaşırıq.  Buradan  təbii  sual  yaranır.  Belə  hallarda  ayrı-ayrı  dövlətlərin 
əsarətində  qalmış  tarixi  torpaqların  bir  nöqtəsindən  başqasına  hərəkət  etmək 
mühacirət sayılırmı? Bu sual başqa bir sualı doğurur. Mühacirət özü nədir, bu söz 
Azərbaycan dilində hansı yükü, məna çalarını daşıyır? Nəhayət, nəyə görə «Molla 
Nəsrəddin»in  nəşrə  başladığı  Gürcüstan-Tiflis  nömrələri  mühacir  nəşr  sayılmır, 
Təbriz  nömrələrini  isə  mühacirət  dövrü  hesab  edirik?  Birinci  sualın  cavabı. 
Əvvəla, Təbriz Azərbaycanın tarixi ərazisi olsa da, həmin vaxt və bu gün də o, İran 
dövlətinin  sərhədləri  daxilindədir.  Deməli,  M.Cəlil  bir  ölkənin  sərhədini  aşaraq 
digər  ölkədə  məskunlaşmışdır.  Buna  əsaslanaraq  Vətəndən  Vətənə  də  mühacirət 
olur  –  fikrini  irəli  sürən  prof.  Xaləddin  İbrahimli  tamamilə  haqlıdır.  Ölkələrin 
tarixindən  belə  misallar  gətirmək  olar.  Heç  şübhəsizdir  ki,  Şimali  Koreyadan 
Cənubi  Koreyaya  qaçanlar  mühacir  hesab  olurlar.  Vaxtı  ilə  –  1946-cı  ildə 
Pişəvərinin rəhbərliyi ilə Təbrizdə qurulan Milli hökumət İran şahı tərəfindən qan 
içində  boğuldu.  İrandan  –  Cənubi  Azərbaycandan  Sovet  Azərbaycanına  pənah 
gətirənlər də özlərini mühacir adlandırırdılar və onların Bakıda mühacir təşkilatları 
vardı: «İran mühacirləri Komitəsi». 
Hələ bu hadisədən də xeyli əvvəl XX əsrin əvvəllərində İrandan, o cümlədən 
Cənubi  Azərbaycandan  on  minlərlə  insan,  o  cümlədən  azərbaycanlılar  Çar 
Rusiyasının  tərkibində  olan  Şimali  Azərbaycana  mühacirət  etmiş,  burada 
məskunlaşmış, 
fəaliyyət 
göstərmiş, 
təşkilatlanmış, 
özlərinin 
mühacir 
cəmiyyətlərini də yaratmışlar. Sabir Nəbioğlu «100 yaşlı cavan «Molla Nəsrəddin» 
adlı məqaləsində («Kredo» qəzeti, 28 aprel, 2007) yazır: «Şahlıq rejiminin əhaliyə 
bəxş  etdiyi  ən  yüngül  cəza  bir  də  baş  götürüb  vətəndən  didərgin  düşmək  olurdu. 
Hesablamalar göstərir ki, XX əsrin əvvəllərində İrandan Rusiyaya gedənlərin sayı 
300 min nəfərə qədər olmuşdur». 
1979-cu ildə – İran şahı devriləndən, Xomeyni rejimi bərqərar olandan sonra 
Azərbaycana gələn minlərlə həmvətənimiz də mühacir statusu aldı, onların böyük 
bir qismi sonrakı illər həmin adla da Avropa ölkələrində məskunlaşdılar. Deməli, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə