184
Belə bir qəzet dünya Azərbaycanlılarının əlaqə və əməkdaşlığı üçün son dərəcə
vacib amildir. Tam əminliklə və məsuliyyəti dərk edərək bildiririk ki, bütün
bunların və mühacirətin digər problemlərinin həllində noyabrda Bakıda keçiriləcək
Dünya Azərbaycanlılarının qurultayı tarixi yol oynayacaqdır.
Bu tədbir diasporun təşkilatlanması, vahid, güclü bir qüvvəyə çevrilməsi
istiqamətində həlledici və tarixi addım olacaqdır. Bütün bunları yazarkən
niyyətimiz həmvətənlərlə indiyədək görülmüş işlərin dəyərini azaltmaq yox, əksinə
görülən işlərin nəticəsi kimi qiymətləndirməkdir.
Bu mənada 1987-ci ilin sonu – 1988-ci ilin əvvəllərində yaradılan Xarici
Ölkələrdəki həmvətənlərlə mədəni əlaqələr Cəmiyyəti – «Vətən» Cəmiyyətinin
tarixi rolu və xidmətləri əvəzsizdir. Doğrudur, Cəmiyyət sovet rejiminin necə
deyərlər, xeyir-duası ilə yaranmışdı. Lakin unutmaq olmaz ki, 1985-86-cı illərdən
start götürmüş aşkarlıq və yenidənqurma siyasəti bu rejimi belə bir addımı atmağa
məcbur və məhkum etmişdi.
Bu gün həmvətənlərlə əlaqə yaratmaq, əməkdaşlıq etmək üçün yeni, daha
çevik, üsul, metodlar tələb olunsa da, «Vətən» Cəmiyyətinin bu sahədəki təcrübə
və ənənələrindən faydalanmaq vacibdir.
Fərqli həyat və düşüncə tərzi, siyasi baxış və partiya mənsubiyyəti olan
mühacir həmvətənləri Azərbaycan məfkurəsi ətrafına, bir bayraq altına toplamaq
üçün ciddi ideoloji iş aparılmalı, şüura təsir göstərilməlidir.
Dövlət quruluşu müxtəlif olan ölkələrdə doğulan, böyüyən, fərqli şəraitdə
tərbiyə və təhsil alan, nəhayət Vətəni tərk edib qürbətdə məskunlaşan
həmvətənlərin bir qismi üçün bizim milli ideologiya bəzən nəinki anlaşılmaz və
yad, hətta qeyri-məqbul və qəbuledilməz olur. Onların bəziləri bu ideologiyaya
düşmən gözü ilə baxır, ona qarşı amansız mövqe tuturlar. Bu təəssüf doğurur, lakin
həqiqətdir. Odur ki, belə hallara da hazır olmaq lazımdır. Həmvətənlərlə işləmək
şərəfli olduğu qədər, məsul və çətindir. Milli şüur, milli özünü dərk və milli
təəssübkeşlik hissi zəif olan, yaxud səbatsız, eyni zamanda pula həris
həmvətənlərin xarici ölkə kəşfiyyat xidmətlərinin toruna düşmək təhlükəsi var.
Fransa, ABŞ, Almaniya, İsveç və başqa ölkələrdə yayılan «Rüzegare no» (Yeni
dövran) adlı qəzetdə Murtəza Azərbaycani (!) adlı bir müəllifin məqaləsi çox
mətləblərdən xəbər verir. Həmin məqaləyə «Vətən» Cəmiyyətinin orqanı olan
«Odlar yurdu» qəzeti vaxtında münasibət bildirmişdi («Yeni dövran»ın köhnə
havaları, «Odlar yurdu» qəzeti, №14, iyul, 1991-ci il).
Adı çəkilən müəllif bir yazısında S.Vurğunun məşhur «Ayrılarmı, könül
candan Azərbaycan, Azərbaycan» beytindən hiddətlənir və dünyaya səpələnmiş
azərbaycanlıları milli mənafe ətrafında birləşdirməyi «şeytani xəyallar» adlandırır.
Təəssüf ki, belə misallar çoxdur…
«Vətən» Cəmiyyəti öz işini bir neçə istiqamətdə qururdu:
- həmvətənlər arasında Azərbaycan dilini, tarixini, ədəbi, mədəni irsi təbliğ
təşviq edir, öyrədir və sevdirirdi;
- həmvətənləri imkan düşdükcə Azərbaycana dəvət edir, onları respublikada
gedən ictimai-siyasi proseslərlə, mədəni həyatla yaxından tanış edir, Bakıda və
başqa şəhər və rayonlarda görüşlər, kütləvi tədbirlər keçirir, məlumatlandırırdı;
- həmvətənlərlə onların məskunlaşdıqları ölkənin tanınmış xadimləri
185
arasında sıx, işgüzar, mehriban münasibətlərin yaranmasına, onların əlaqə və
əməkdaşlığına köməklik göstərirdi;
- xaricdəki həmvətənlərin, o cümlədən tanınmış rəssamların, yazarların,
incəsənət xadimlərinin Bakı ilə yaradıcılıq əlaqələrini gücləndirirdi;
- respublikada tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimlərini
həmvətənlərin, onları birləşdirən kültür dərnəklərinin dəvətinə əsasən xaricə ezam
edirdi;
- cəmiyyət ayrı-ayrı həmvətənlərlə müntəzəm yazışır, onların ünvanına küllü
miqarda qəzet, kitab, digər çap məhsulları göndərirdi:
- həmvətənləri birləşdirən mədəniyyət mərkəzləri, əncümən və ocaqları ilə
əlaqə saxlayır, onlara KİV və başqa nəşrlər ünvanlayırdı;
- mühacir mətbuat orqanları ilə yazışır, «Odlar yurdu» qəzetində onların
mətbuat xülasəsini dərc edirdi;
- əcnəbi azərbaycanşünaslarla sıx əlaqə saxlayır, əməkdaşlıq edirdi;
- həmvətənlərin vasitəsilə xarici ölkələrdə tanınan dövlət, elm, mədəniyyət
xadimləri ilə əlaqə saxlayır, onları Azərbaycana dəvət edirdi.
Hələ 1988-ci ildə – dahi mütəfəkkir və ədib M.F.Axundzadənin 175 illik
yubileyi qeyd olunanda Sovet Azərbaycanının 70 ilə yaxın tarixində ilk dəfə
«Vətən» Cəmiyyəti bu əlamətdar hadisə ilə bağlı tanınmış həmvətənləri
respublikaya dəvət etmiş və böyük toplantı keçirmişdir.
Xarici ölkələrdə Azərbaycan ədəbiyyatı və mədəniyyətini yaşadan,
yorulmadan təbliğ edən, öyrənən həmvətənlərimizdən professorlar S.Tanilli,
İ.Məlikoff, Q.S.Təbrizi, Ş.Ənsari, İ.Persinəjad, məşhur rəssamlar Davud və Əyyub
İmadiyan qardaşları, tanınmış fotoqraf R.Diqqəti, yazıçı Y.Feyzioğlu ilə «Vətən»
Cəmiyyətindəki tarixi görüş yaddaşlardan uzun müddət silinməyəcək. Elçinin,
Anarın, B.Vahabzadənin, Əzizə Cəfərzadənin, Polad Bülbüloğlunun, Fərhad
Xəlilovun və digər xadimlərin də iştirak etdiyi həmin görüş zamanı mühacirətlə
əlaqə və əməkdaşlığın yolları haqqında fikir mübadiləsi edilmiş, bu işin əhəmiyyəti
qeyd olunmuşdu.
Bu tədbirdən təxminən bir il sonra – 1989-cu il noyabr ayında həmvətənlərlə
növbəti görüş zamanı dünya şöhrətli rəssam İbrahim Əhrari «Vətən» Cəmiyyətinin
sədri Elçinə müraciətlə deyirdi:
«Bu cəmiyyət bizlərin gözünə nur, dizinə qüvvət, beyninə ruh verdi»
(«Odlar yurdu» qəzeti, № 22, noyabr 1989-cu il).
Ümumiyyətlə, «Vətən» Cəmiyyətinin diasporla bağlı fəaliyyəti istər xaricdə
yaşayan həmvətənlər və istərsə də Respublika ictimaiyyəti tərəfindən həmişə
yüksək qiymətləndirilmişdir. Müxtəlif dövrlərdə cəmiyyətin işi ilə əlaqədar
səslənən fikirlər də bunu təsdiqləyir. «Bakı» axşam qəzeti özünün 3 sentyabr 1990-
cı il tarixli nömrəsində yazırdı: «Vətən» Cəmiyyəti yarandığı iki il yarımda xaricdə
yaşayan minlərlə azərbaycanlı ilə əlaqə yaratmış, onları respublikamızın bugünkü
həyatı ilə, tarix, ədəbiyyat, incəsənət, mədəniyyət sahəsindəki nailiyyətlərimizlə
tanış etmişdir. Cəmiyyətin əlaqə saxladığı həmvətənlər arasında dünya şöhrətli
rəssamlar, şərqşünaslar, ədəbiyyat, incəsənət xadimləri, biznesmenlər vardır»
(«Qəlbimiz vətənlə vurur» adlı məqalədən).
Azərbaycan mühacirəti haqqında sanbalı ilə diqqəti çəkən «Azərbaycan
Dostları ilə paylaş: |