Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   88   89   90   91   92   93   94   95   ...   176

 
188 
naşılıq  nümunəsi»  adlı  məqaləsində  yazırdı:  «…Cənab  senatorlar!  Siz  Dağlıq 
Qarabağda  «ermənilərə,  yəhudilərə  və  digər  etnik  qruplara  qarşı  mütəşəkkil 
zorakılıqdan»  danışırsınız.  Hansı  fakta,  hansı  sənədə  əsaslanıb,  misal  üçün, 
yəhudilərə  qarşı  zorakılıq  göstərildiyini  iddia  edirsiniz,  Axı,  söhbət  ABŞ  kimi 
böyük  və  azadpərvər  bir  dövlətin  senatından  gedir,  Sizin  ermənilərin  də, 
yəhudilərin də, «digər etnik qrupların» da təəssübünü çəkməyiniz yaxşı hadisədir, 
lakin  nə  üçün  Siz  bunu  əslində  Azərbaycan  xalqına  qarşı  düşmənçilik  hesabına 
edirsiniz,  Azərbaycanlılar  Sizə  nə  etmişlər,  Azərbaycan  xalqı  ABŞ  senatı 
qarşısında hansı qəbahətin sahibidir, hər hansı bir xalqı müdafiə etmək başqa bir 
xalqın  hüquqlarının  tapdanması,  mənəviyyatının  alçaldılması  sayəsindəmi 
olmalıdır? Doğrudanmı, daşnak təbliğatı Sizi – qüdrətli bir ölkənin senatorlarını bu 
dərəcədə  hipnoz  etmişdir,  Yoxsa,  Siz  özünüz  bu  hipnozdan  çıxmaq  istəmirsiniz?
 
…  Siz  «törədilmiş  cinayət  hərəkətlərinin»  təhqiqatından  danışırsınız, 
«qətllərdə və qan tökülməsində günahkar olanların aşkara çıxarılmasına və cinayət 
məsuliyyətinə  cəlb  edilməsinə»  çağırırsınız.  Qətnamənin  bütün  pafosundan, 
mülahizələrinizin  təmayülündən  yenə  də  tamam  aydındır  ki,  Siz  bu  ümumi 
kontekstdə  cinayət  hadisəsini  yalnız  ermənilərə  qarşı  azərbaycanlılar  tərəfindən 
zorakılıq kimi qiymətləndirirsiniz. Siz hansı mənəvi haqla bu cür birtərəfli mövqe 
tutursunuz?  Tərəf  –  müqabilin,  indiki  halda  Azərbaycan  xalqının  mənəvi  və 
cismani sarsıntılarına, Azərbaycan xalqına qarşı yönəldilmiş mütəşəkkil cinayətkar 
fəaliyyətə,  azərbaycanlıların  qətlə  yetirilməsinə,  işgəncələrə  və  təhqirlərə  məruz 
qalmasına, yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulmasına bələd 
olmadan  bu  dərəcə  məsuliyyətli  bir  qərar  qəbul  etmək  hansı  beynəlxalq  hüquq 
normaları ilə bir araya sığır!    
 
 
 
 
 
 
 
Cənab senatorlar!   
 
 
 
 
 
 
 
 
Bu  Qətnamə  yenicə  istiqlaliyyət  əldə  etmiş,  təcrübəsiz  bir  ölkənin,  yaxud 
qəsbkar  bir  dövlətin  yox,  Amerika  Birləşmiş  Ştatları  kimi  böyük  və  azadlıqsevər 
bir məmləkətin iradəsini ifadə edir, daha doğrusu, ifadə etməlidir. Lakin Siz həmin 
Qətnamə ilə məhz azadpərvərlik ideyalarına ləkə vurmursunuzmu?»   
 
Yəqin  hörmətli  oxucu  bu  sətirlərin  1989-cu  ildə  qələmə  alındığının  fərqinə 
də vardı… 1990-cı il 20 yanvar qırğını, 1992-ci il 26 yanvar Xocalı soyqırımı ilə 
bağlı «Vətən» Cəmiyyəti, onun orqanı «Odlar Yurdu» qəzeti nəinki həmvətənləri, 
onların  vasitəsi  ilə,  yaxud  birbaşa  dünyanın  nüfuzlu  informasiya  kanallarını 
operativ və dolğun məlumatlarla təmin edirdi.  
 
 
 
 
 
Söhbətimizin  əvvəlinə  qayıdaraq  bir  daha  qeyd  etmək  istərdim  ki, 
həmvətənlərlə  işin  indiki  mərhələsində  bu  sahədə  toplanmış  təcrübədən, 
formalaşmış ənənələrdən istifadə etmək vacibdir. Əlbəttə, indiki şərait, dövr 10-12 
ildəkindən  xeyli  fərqlidir,  bu  –  Azərbaycanın  müstəqilliyi  faktoru  həmvətənlərlə 
əlaqəni bir tərəfdən asanlaşdırırsa, digər tərəfdən məsuliyyəti də artırır.  
 
 
Bu  gün  KİV-də  «Qurultay  lazımdırmı»  sualı  yox,  bu  ali  orqanda  müzakirə 
ediləcək  problemlər  müzakirə  predmeti  olmalıdır.  Fikrimizcə,  qurultayda 
Həmvətənlərə iş üzrə Milli Proqram qəbul edilməlidir. Bu Proqramda ilk növbədə 
dünyanın  müxtəlif  ölkələrinə  səpələnmiş  həmvətənlərin  təşkilatlanması  üçün 
təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməlidir.    
 
 
 
 
Mövcud  mədəniyyət  mərkəzlərinin  proqramları  Milli  Proqrama 


 
189 
uyğunlaşdırılmalıdır.  Qurultay  mədəniyyət  mərkəzlərinin  tərkibinə  yenidən 
baxmağı tövsiyə etməlidir.  
 
 
 
 
 
 
 
 
Mədəniyyət  Mərkəzlərinin  Koordinasiya  Şurası  təsis  edilməlidir.  Şura 
mərkəzlər  arasında  operativ  əlaqə  yaratmaq,  həmvətənləri  hər  hansı  məsələ 
ətrafında səfərbər etmək üçün tədbirlər müəyyənləşdirməlidir.   
 
 
Qurultayda  dünya  Azərbaycanlılarının  qəzetinin,  jurnalının  buraxılması, 
internet səhifəsinin açılması qərara alınmalıdır.    
 
 
 
 
 
Ən  qısa  müddətdə  nümayəndələrə  təmsil  etdikləri  ölkələrdəki 
azərbaycanlıların  sayı,  sosial  tərkibi,  həyat  tərzi,  dünyagörüşü  və  s.  kimi 
informasiyalardan  ibarət  məlumat  bankının  Koordinasiya  Şurasına  təqdim  etməsi 
tövsiyə olunmalıdır.  
 
 
 
 
 
 
 
 
 
Qurultay  Dağlıq  Qarabağ  problemi  və  mövcud  vəziyyətlə  bağlı  dünya 
azərbaycanlılarına, bütün ölkələrin parlament və hökumət rəhbərlərinə, beynəlxalq 
təşkilatlara, dini konvensiyaların başçılarına müraciət qəbul etməlidir.  
 
Müxtəlif ölkələrdə, ilk öncə Rusiya Federasiyasında, ABŞ-da, Almaniyada, 
Fransada,  İsveçdə,  Hollandiyada  Azərbaycan  lobbisi  yaradılması  üçün  tədbirlər 
müəyyənləşdirilməlidir.   
 
 
 
 
 
 
 
 
Qurultayda  həmvətənlərin  məskunlaşdığı  ölkələrdəki  hakimiyyət  orqanları, 
beynəlxalq  təşkilatlar  ilə,  habelə  digər  millətlərin,  xüsusilə  Türkiyə  türklərinin 
diasporu ilə iş birliyi yaradılması yolları müəyyənləşdirilməlidir.  
 
 
Azərbaycanın  iqtisadi  cəhətdən  inkişafına  yardım  edəcək  təkliflər  ətrafında 
fikir mübadiləsi aparılmalı, həmvətənlərin ölkə iqtisadiyyatına sərmayə qoymasına 
şərait yaradılması üçün müvafiq Proqramlar tərtib edilməlidir.   
 
Mühacirətdə yaranan mədəni irsin Vətənə gətirilməsi yolları araşdırılmalıdır.
 
Xarici  ölkə  kitabxanalarına  Azərbaycan  KİV  və  ədəbiyyat  nümunələrinin 
fasiləsiz, sistemli ötürülməsinin təmin etmək üçün plan hazırlanmalıdır.  
 
Bunlar qurultayda toxunulması vacib olan məsələlərin bir qismidir. 
 
Ən vacibi odur ki, qurultay dünyanın müxtəlif ölkələrində məskunlaşan hər 
bir  mühacirin  mənəvi-milli  pasportuna  çevriləcək,  əqidə  və  məsləyinə  hakim 
kəsiləcək  milli  ideologiya  ətrafında  birləşməsinə  zəmin  yaradacaq,  təkan 
verəcəkdir.  Azərbaycanın  tarixi  torpaqlarının  tanınmasının  və  bərpa  olunmasının, 
müstəqilliyinin  əbədiyyətə  çevrilməsinin,  dinamik  inkişafının,  ayrılıqda  hər  bir 
Vətən  övladının,  bütövlükdə  xalqın  firavan  həyatının  təminatçısı  olan  bu  sərvət  - 
müqəddəs  «Qurani-Kərim»dən  ilhamlanan,  ana  kitabımız  «Dədə-Qorqud»dan 
mayalanan,  C.Əfqani  və  M.F.Axundzadənin  mənəvi  dünyasından  pərvazlanan, 
İ.Qaspiralı,    Ə.Topçubaşı  və  Y.Akçuraoğlu  məsləyindən  qidalanan,  H.Zərdabi, 
Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə,  M.B.Məmmədzadə,  A.Səhhət, 
M.Hadi,  C.Məmmədquluzadə,  Ö.F.Nemanzadə  dühası  ilə  cilanan,  formalaşan, 
türkçülüyü  (millətçiliyi,  vətənçiliyi,  istiqlalçılığı,  islamçılığı  (ittihadçılığı), 
tərəqqini  (müasirlik  və  mədəniyyəti)  ehtiva  edən,  ondan  yaranan,  ona  söykənən, 
Ə.Hüseynzadənin təbirincə desək, «türk hissiyatlı, islam etiqadlı, Avropa qiyafəli» 
milli  idealogiyadır.  Bu  idealogiyadan  kənarda,  yaxud  onun  fövqündə  heç  bir 
hərəkat  və  cərəyan  məqbul  deyildir.    Təsadüfi  deyil  ki,  M.Ə.Rəsulzadə  bütün 
təbəqələrdən  olan  Azərbaycan  xalqını  nəzərdə  tuturaq  1922-ci  ildə  qələmə  aldığı 
«İstiqlal məfkurəsi» adlı məqaləsində (M.Ə.Rəsulzadə, Azərbaycan Cümhuriyyəti: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə