Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   89   90   91   92   93   94   95   96   ...   176

 
190 
keyfiyyəti  təşəkkülü  və  şimdiki  vəziyyət),  İstanbul,  1990-cı  il,  səh.124)  yazırdı: 
«İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur». 
 
“525-ci qəzet”, 24 iyun 2001 
 
 
Mühacir qəlbində və qələmində  28 May və 28 Aprel 
 
Mühacir mətbuatı və 28 Aprel 
Azərbaycanda sovet hakimiyyəti illərində 28 Aprel günü rəsmən təntənə ilə 
qeyd  olunur,  «azadlıq»,  «səadət»,  «bərabərlik»  simvolu  kimi  səciyyələndirilir, 
şəninə  mahnılar,  nəğmələr  qoşulurdu.  28  Aprel  hadisələrini  ötən  əsrin  80-ci 
illərinin  sonlarından  etibarən  əvvəl  ayrı-ayrı  adamlar,  sonra  isə  xalqın  böyük 
əksəriyyəti açıq-aşkar istila, işğal günü, Şərqdə ilk dünyəvi, demokratik dövlət olan 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrildiyi  gün  kimi  qiymətləndirməyə  və 
lənətləməyə başladılar. 
Bəs  28  Apreli  həmin  illərdə  Azərbaycan  mühacirəti  necə  qarşılamışdır? 
1920-ci il hadisələrindən sonra pərən-pərən düşmüş Azərbaycan mühacirəti 1923-
cü  ildən  sonra  İstanbulda  təşkilatlanmağa,  ciddi  və  məhsuldar  fəaliyyətə  başladı. 
Həmin  ilin  sentyabrında  təsis  olunan  «Yeni  Qafqasya»  məcmuəsi  rus 
imperializminə və bolşevik istilasına qarşı milli istiqlal davasını yürüdən ilk dərgi 
idi. Öz simasını «millətçi, radikal, demokrat, türkçü» kimi xarakterizə edən «Yeni 
Qafqasya»  ilk  nömrələrindən  28  Aprel  və  onunla  başlayan  sovet  rejiminə  qarşı 
amansız  mövqe  tutmuşdu.  Təsadüfi  deyil  ki,  20-ci  illərdə  Sovet  İttifaqı  «Yeni 
Qafqasya»nın nəşrinin dayandırılması üçün dəfələrlə Türkiyəyə müraciət etmişdi. 
«Yeni  Qafqasya»  öz  yerini  1928-ci  ildə  eyni  proqram  və  eyni  hərarətlə  çıxan 
«Azəri  türk»ə  vermişdir.  «Azəri  türk»ü  «Odlu  yurd»  məcmuəsi  və  həftəlik 
«Bildiriş»  qəzeti  əvəz  etmişdir.  Sovet  hökumətinin  müdaxiləsi  nəticəsində  bu 
nəşrlərin  qarşısının  alınmasıyla  milli  nəşrlərimizin  İstanbul  dövrü  başa  çatmış, 
1932-ci  ildən  etibarən  Avropa  dövrü  başlamışdır.  Həmin  qəzetlərin  bazasında 
1932-ci  il  dekabrın  10-dan  Berlində  çıxan  «İstiqlal»  qəzeti,  1934-cü  ildən  nəşr 
olunan «Qurtuluş» məcmuəsi və digər nəşrlərdə və 28 aprelin və onunla yaranan 
sovet rejiminin mahiyyəti, məzmunu barədə xeyli məqalə dərc edilmişdir. 
İkinci Dünya müharibəsindən sonra keyfiyyət və kəmiyyət baxımından xeyli 
dəyişmiş mühacirət 28 Aprel mövzusunu nəinki unutmamış, əksinə tamamilə yeni 
baxışlarla  zənginləşdirmişdir.  40-cı  illərin  sonundan  yenidən  Türkiyəyə  qayıdan 
mühacirlərlə  Avropada  məskunlaşan  həmvətənlər  arasında  istiqlal  mücadiləsi 
tarixinə münasibətdə ciddi fikir ayrılığı bəzən sərt ittihamlarla müşayiət olunsa da, 
nəticə etibarilə mühacirətin hər iki qolu 28 Aprelin Azərbaycan xalqının tarixində 
və taleyində oynadığı mənfur rolu qeyd edirdilər. 
Azərbaycan  Milli  Birliyinin  1952-ci  ildən  Münhendə  nəşr  olunan  orqanı 
«Azərbaycan»  jurnalının  aprel  1953-cü  il  11-ci  nömrəsində  E.Sultan  imzası  ilə 
dərc  olunmuş  «Azərbaycanın  matəm  günü»  adlı  məqalə  mühacirətin  bu  tarixi 
hadisəyə  münasibətini  tam  əks  etdirir.  Məqalə  belə  başlayır:  «Sovet  mətbuatı, 


 
191 
sovet  radioları  hər  il  aprel  ayının  28-də  «aprel  inqilabı»  adlandırdığı  bu 
təbəddülatdan  bəhs  edir.  Bu  «inqilaba»  həsr  olunan  cildlərlə  əsərlərdə  28  Aprel 
günü Azərbaycan xalqının istiqlala qovuşduğu gün kimi göstərilir». Müəllif daha 
sonra «həqiqətən böylə bir inqilab hadisəsi olmuşdumu?» - deyə sual verir və 28 
Aprel  hadisəsinin  əsl  mənasını  açmağa  cəhd  göstərir,  dövrün  ictimai-siyasi 
xarakteristikasını  verir,  Kremlin  məkrli  niyyətlərini  açır  və  «sovet  hürriyyətinin 
mahiyyətini»  tarixi  sənədlərlə  ifşa  edir.  Müəllif  27  aprel  gecəsi  Stalinin  göstərişi 
ilə  Kirov  və  Orconikidzenin  başçılıq  etdiyi  XI  Qızıl  Ordunun  Azərbaycan 
torpaqlarına  soxulduğunu  qeyd  edir  və  yazır:  «Beləliklə,  gənc  Azərbaycan 
demokratisi  sovetlərin  hiyləsinə  qurban  getdi…  28  Aprel  günü  Azəri  türklərinin 
istiqlal  günü  deyil,  o  oktyabr  inqilabından  doğan  qırmızı  sovet  diktatorlarının 
Azərbaycan  istiqlalını  qanlar  içərisində  boğduğu  gündür.  28  Aprel  müdhiş  bir 
əsarətin ifadəsidir. İstiqlal eşqi ilə dolu qəlblər hər il 28 Apreldə bir daha acıyır və 
yarası dərinləşir». 
E.Sultan  məqalədə  XI  Qızıl  Ordunun  Azərbaycana  gətirdiyi  fəlakətlərdən, 
kəndlilərə  məxsus  «yeyəcək  və  geyəcək  bütün  şeylərin»  talanmasından, 
«Azərbaycan alimlərinin, yazıçı, şair və digər sənət sahiblərinin böyük bir qisminin 
həbsə  alınmasından,  Sibirə  sürgün  edilməsindən,  xalqın  yetişdirdiyi  ən  dəyərli 
övladlarının»  itirilməsindən  ürək  ağrısı  ilə  bəhs  edir.  Müəllif  eyni  zamanda 
azərbaycanlıların  azadlıqsevər  xalq  olduğunu,  onların  «heç  bir  zaman  işğalçı 
qüvvələrin  qarşısında  boyun  əymədiyini»  qürurla  qələmə  alır,  sovet  hakimiyyəti 
illərində Gəncə, Qarabağ, Şəki və Şəmkir üsyanlarını misal gətirir. 
Müəllif  1939-cu  ildə  latın  əlifbasının  rus  əlifbası  ilə  əvəz  edilməsini  sovet 
rejiminin xalqımıza vurduğu mənəvi zərbələrdən biri hesab edir, əlifba siyasətinin, 
habelə  bir  sıra  milli  və  dini  bayramların,  adət  və  ənənələrin  qadağan  edilməsinin 
məqsədini  açıqlayır.  O  yazır:  «Gözlərə  milli  görünəcək,  beyinlərdə  milli 
düşünüləcək  nə  varsa,  məhv  etmişlər».  Müəllif  məqalənin  sonunda  göstərir  ki, 
azəri  türkləri  sovet  imperiyası  siyasəti  əleyhinə  yürütdüyü  inadlı  mücadilədə  bir 
dəqiqə də olsun tərəddüd etməmiş və istiqlal idealını zəiflətməmişdir. 
Jurnalın  həmin  nömrəsində  Azərbaycanın  sabiq  naziri  Əkbər  Ağa 
Şeyxülislamzadənin  «Azadlıq»  radiosu  ilə  xalqımıza  müraciəti  dərc  edilmişdi. 
Müraciətdə  deyilir  ki,  28  Aprel  1920-ci  ildə  Qızıl  Kreml  Azərbaycan  istiqlalını 
qanlar  içində  boğdu.  Bu  gün  Azərbaycanın  ən  qara  günüdür.  Bu  gün  istiqlal 
günəşinin Şimaldan gələn qara buludlarla örtüldüyü gündür. Dəhşətli bir  əsarətin 
ifadəsi olan 28 Aprel yalnız Azərbaycanın deyil, bütün Qafqaz və türk-müsəlman 
dünyasının matəm günüdür. Müraciətdə daha sonra sovet hökumətinin Azərbaycan 
xalqına  vurduğu  sağalmaz  yaralardan  bəhs  olunur  və  dünya  dövlətləri  Birləşmiş 
Millətlər  Təşkilatı  qarşısında  türk-müsəlman  xalqları  məsələsini  qaldırmağa 
səslənir.  Sənəd  inamlı,  qətiyyətli  ifadələrlə  bitir:  «Mən  əminəm  ki,  azad  dünya 
xalqları  ilə  sovet  məhkumu  xalqlarının  dostluğu  kommunizm  istibdadına  son 
verəcək  və  bütün  dünya  xalqlarını  səadət  və  rifaha  qovuşduracaqdır.  Vətənimizin 
üfüqlərində istiqlal günəşi doğacaqdır. Bu günəşin altında azəri türkləri ilham dolu 
ürəklə yaşayacaq və yaradacaqlar. Yaşasın azad və müstəqil Azərbaycan! Yaşasın 
azəri-türk milləti!» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə