Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   90   91   92   93   94   95   96   97   ...   176

 
192 
Azərbaycanın  istiqlalı  uğrunda  mübarizə  tarixinin  ən  ləyaqətli  və  mübariz 
nümayəndələrindən  biri  olan  C.Hacıbəyli  28  Aprelin  tariximizdə  qanlı  bir  səhifə 
olduğuna işarə edərək yazırdı: «O mənhus 28 Aprel günündən bəri azəri milləti öz 
milli bayramını (28 May İstiqlal Günü nəzərdə tutulur – A.T.) yalnız qəlbində qeyd 
etməyə  məcbur  qalmış,  mühacirətə  qaldıqda,  bizlər  də  bu  bayramı  ümid  və 
iztirablar  içində  qeyd  etmək  zərurətindəyik».  Azərbaycanın  azad,  müstəqil  
olacağına  bir  an  da  inamını  itirməyən  C.Hacıbəyli  mövcud  şəraitdə  mühacirətin 
üzərinə düşən vəzifədən bəhs edir və təəssüflə yazırdı ki, bəzən oturduğumuz isti 
künclər bizim  hissiyyatımızı  korlaşdırır. «O  qədər də  ümidsizliyə  düşməyəlim»  - 
deyə  yazan  C.Hacıbəyli  bütün  mühacirləri  «millət  və  vətənimizin  yardımına 
qoşulmağa»  dəvət  edirdi.  Adı  çəkilən  məqalədə  C.Hacıbəyli  yazırdı:  «…Min  cür 
fədakarlıqlar  nəticəsində  əldə  etdiyimiz  neməti  birdən-birə  qeyb  etdik.  Əvət, 
istiqlalımızı  biz  rahatlıqla  qazanmadıq.  Parlament  rəisi  rəhmətlik  Həsən  bəyin 
söylədiyi  kimi,  «başqaları  yüz  il  ərzində  vermiş  olduqları  qurbanları  biz  bir  il 
ərzində  verdik».  Rahatlıqla  itirdiyimiz  yurdumuzun  istiqlalı  üçün  daha  nə  qədər 
qurbanlar  verəcəyik, bunu  Allah  bilir.  Hər  halda,  bizə  düşən  vəzifə  bu  qurbanları 
mümkün dərəcə azaltmaq və bəlkə də məsələni qan tökməməklə həll etmək: zatən 
28  Aprel  faciəsindən  bəri  millətimizin  qanı  axmaqda  davam  edir,  tənəffüs 
yoxdur…». 
ABŞ-da  –  Nyu-Yorkda  fəaliyyət  göstərən  Azərbaycan  cəmiyyətinin  sədri 
Məcid  Musazadənin  «Azərbaycan»  jurnalının  (Münhen)  may  1952-ci  il 
nömrəsində çap olunmuş «Azərbaycan matəm içində» yazısı ətraflı araşdırmaları, 
dərin  təhlili,  ciddi  nəticələri  ilə  diqqəti  cəlb  edir.  Müəllif  tutarlı  tarixi  fakt  və 
dəlillərlə 28 Aprelin Azərbaycan xalqına gətirdiyi fəlakət və faciələrdən bəhs edir, 
sovet rejiminin mənfur məqsəd və niyyətlərini açıb göstərir. O, 28 Aprelə işarə ilə 
yazır:  «Bu  gün  Azərbaycanın  tarixində  məhkumiyyəti  andıran  gündür.  Bu  gün 
istiqlal günəşinin, milli Azərbaycan bayrağının Qızıl Ordu çəkmələri altına atıldığı 
gündür». 
Müəllif «türk və müsəlman məmləkətləri tarixində ilk dəfə olaraq demokrasi 
prinsiplərinə  dayanan  milli  cümhuriyyətin»  qurulmasından,  onun  dövlət 
quruculuğu sahəsində həyat keçirdiyi tədbirlərdən, universitetin, ali texniki və xalq 
məktəblərinin  yaradılmasından,  Avropanın  ali  təhsil  ocaqlarına  yüzlərlə  tələbənin 
göndərilməsindən söz açır və yazır: «Bir sözlə, məmləkət kəlmənin tam mənasında 
milli sima almışdı». 
Azərbaycan  xalqının  heç  bir  işğalçı  qüvvənin  qarşısında  boyun  əymədiyini 
göstərən müəllif azadlıq uğrunda mübarizə tarixini vərəqləyir: «1802-ci ildə Gəncə 
çar qüvvətləri tərəfindən işğal edildikdən bu günə qədər Azərbaycan daima üsyan 
və 
mücadilə  halında  olmuşdur.  M.Musazadə  Moskvanın  ruslaşdırma, 
kollektivləşdirmə,  sənayeləşdirmə  siyasətinin,  dil,  əlifba  və  s.  sahələrdəki 
«islahatlarının» Azərbaycanda etiraz və üsyanlarla qarşılandığını yazır. 
«Azərbaycan  türklərinin  tarixi,  ədəbiyyatı,  sənəti,  teatr  həyatı  xüsuslarında 
yurddaşlara  mümkün  mərtəbə  geniş  bilgilər  vermək»  niyyəti  ilə  1952-ci  ilin 
aprelində  Ankarada  nəşr  olunmağa  başlayan  «Azərbaycan»  jurnalı  elə  ilk 
nömrəsindən  28  Aprelin  xalqın  tarixində  oynadığı  dəhşətli  rolu  oxucularına 
çatdırdı.  «Azərbaycan  Cümhuriyyəti  haqqında  ümumi  məlumat»  adlı  məqalədə 


 
193 
deyilir  ki, bolşeviklər  mövcud  vəziyyətdən  istifadə  edərək 27 apreldə  Qızıl  Ordu 
vasitəsilə Azərbaycanı işğal etmiş, sovetləşdirmişlər. 
Jurnalın  həmin  nömrəsində  Azərbaycan  ədəbiyyatı  mövzusunda  dəyərli 
tədqiqatları  ilə  diqqəti  cəlb  edən  Əbdülvahab  Yurdsevər  göstərir  ki,  28  Apreldə 
yurdumuz  təkrar  qaranlıqlarda  boğuldu.  Lakin  müəllif  böyük  inam  və  ümidlə 
qurtuluş  gününün  gələcəyini  də  qeyd  edir.  Jurnalın  aprel  1953-cü  il  tarixli  2-ci 
nömrəsində qara haşiyə ilə verilmiş «27 aprel» adlı məqalədə türk tarixinin bu qara 
günündən  bəhs  olunur  və  rusların  təcavüzü  ilə  Şərqdə  ilk  modern  demokratik 
dövlət olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin süquta  yetirildiyi  acı təəssüf hissi 
ilə  qeyd  edilir.  Yazıda  Azərbaycanın  yenidən  istiqlala  qovuşacağı  fikri  xüsusi 
vurğu ilə qeyd olunur. Məqalədə deyilir: «27 aprel faciəsini birlikdə və dərin ürək 
acısı  ilə  bir  kərə  daha  anarkən,  ali  insanlıq  vicdanının  belə  haqsızlıqlara  uzun 
müddət  təhəmmül  edilməyəcəyi  ümidi  ilə  təsəlli  tapır  və  yaxın  istiqbalda  digər 
məhkum  türk  elləri  ilə  birlikdə  Azərbaycan  türklərinin  də  hürriyyət  və  istiqbal 
haqlarına qovuşacağına əmin olduğumuzu bildiririk». 
 
“Xalq qəzeti”, 28 aprel  2001 
 
 
Mühacir mətbuatı 28 May haqqında 
 
 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Heydər  Əliyevin  imzaladığı 
“Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  onuncu  ildönümü  haqqında” 
20  mart    2001-ci  il  tarixli  Fərman  müstəqilliyin  dəyərləndirilməsi,  ötən  illər 
ərzindəki  daxili  və  xarici  siyasətin  obyektiv  xarakterizə  olunması,  eyni  zamanda 
gənc  dövlətin  on  illik  salnaməsinin  yaradılması  baxımından  xüsusi    əhəmiyyət 
kəsb edir. Bu mühüm sənəd, həm də XX əsrin əvvəllərində yaradılan Azərbaycan 
Xalq  Cümhuriyyəti  tarixinin  daha  dərindən  öyrənilməsi  üçün  əsas  verir.  Təsadüfi 
deyil  ki,  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  onuncu  ildönümü  ilə 
bağlı  tədbirlər  planında  “Müstəqil  Azərbaycan  Respublikası  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  varisidir”  mövzusunda  beynəlxalq  konfransının  keçirilməsi  də 
nəzərdə  tutulmuşdur.  Fikrimizcə,  Azərbaycan  Xalq  Cümhuriyyətinin    tarixi  və 
taleyi  ilə  bağlı  mühacir  mətbuatının  yazdıqları  da  böyük  maraq  doğurur  və  geniş  
tədqiqat predmetinə çevrilə bilər. 
 
1920-ci  il  27-28  aprel  hadisələri  nəticəsində  islam  və  türk  dünyasında  ilk 
demokratik  dövlət  olan  Azərbaycan  Xalq  Cümhuriyyəti  süqut  etdi.  1918-ci  il 
mayın  28-də  yaradılmış  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ömrü  qısa  olsa  da,  o 
nəinki Azərbaycanın, eləcə də bütün Şərqin tarixində silinməz iz buraxdı. Təsadüfi 
deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən indiyədək bu dövlətin 
yaranması,  strukturu,  atributları,  rəmzləri,  elm,  təhsil,  mədəniyyət  sahələrindəki 
islahatları,  daxili  və  xarici  siyasəti,  süqutu  səbəbləri,  tarixi  əhəmiyyəti  barədə 
yüzlərlə əsər yazılmışdır. Doğrudur, Sovet hakimiyyəti  illərində Azərbaycan Xalq 
Cümhuriyyətinin  tarixi,  mahiyyəti  saxtalaşdırılmış,  ünvanına  böhtanlar 
yağdırılmışdır.  Bununla  belə,  bütün  mənəvi  və  fiziki  təzyiqlərə  baxmayaraq,  bu 
dövlətə  məhəbbət  hissi  böyük  əksəriyyətin  qəlbində  illərcə  yuva  salmışdır.  Eyni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə