186
siyasi mühacirəti» adlı kitabda (X.İbrahimli, Bakı, «Elm» nəşriyyatı, 1996-cı il)
müəllif yazır: «… obyektivlik naminə qeyd etməliyik ki, mühacirlərimizin vətənlə
əlaqəsinin yaranmasında (bu əlaqə özlüyündə mühacirət probleminə diqqəti
artırırdı), mühacirət probleminin aktuallaşmasında, elmi-nəzəri axtarışlara ilk
təşəbbüslərin meydana gəlməsində Elçinin rəhbərlik etdiyi «Vətən» Cəmiyyətinin,
bu cəmiyyətin orqanı olan «Odlar Yurdu» qəzetinin ayrıca xidmətləri olmuşdur»
(səh.11). Lap bu yaxınlarda isə mühacirətlə bağlı maraqlı materiallar dərc edən
«Ayna» qəzeti 80-ci illərin sonuna, 90-cı illərin əvvəllərinə işarə vuraraq yazır:
«Bu dövrdə diasporla məqsədyönlü iş aparan və buna görə də xalq arasında böyük
nüfuza malik olan «Vətən» Cəmiyyətinin və onun orqanı olan «Odlar Yurdu»
qəzetinin xidmətlərini xüsusi qeyd etmək lazımdır» (Məhərrəm Zülfüqarlı,
Azərbaycan diasporu: alternativlik problemi, «Ayna» qəzeti, 1 iyun 2001-ci il).
«Vətən» Cəmiyyəti Azərbaycan istiqlal mücadiləsinin iştirakçılarını, Ankaradakı
Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Dərnəyinin baş
katibi, «Azərbaycan» jurnalının redaktoru Əhməd Qaracanı, həmin cəmiyyətin
məsul üzvü Yəhya Daşdələni Bakıya ilk dəfə dəvət etdi. Respublikanın bütün
sahələrdən olan tanınmış xadimləri ilə mühacirətin ən güclü, nüfuzlu
nümayəndələrinin görüşünü təşkil etdi, Azərbaycan diasporunun problemləri
müzakirə olundu. Hələ 1991-ci ildə keçirilən həmin görüşdə Ə.Qaraca demişdir ki,
Türkiyədəki Milli Mərkəzin 40 illik fəaliyyəti ilə bu ölkədə yaranmış Azərbaycan
lobbisinin Qərbə «ixracı» son dərəcə aktualdır. Natiq problemlə bağlı öz
təkliflərini də söyləmişdi (ətraflı bax: A.Tahirli «Vətən» Cəmiyyətində görüş,
«Odlar yurdu» qəzeti, №2, yanvar 1991-ci il). Bundan xeyli əvvəl isə «Vətən»
Cəmiyyətinin sədri Elçinin şəxsi təşəbbüsü və səyi ilə M.Ə.Rəsulzadənin silahdaşı,
onun işinin ən məhsuldar, yorulmaz davamçısı Məhəmməd Gəngərli Bakıda qonaq
olmuşdur. Bu gün – müstəqillik dövründə bu çox adi, rahat məsələdir. Amma
həmin vaxt – Sovet rejiminə qarşı qatı və amansız ideoloji mübarizə aparan
mühacirin Bakıya dəvət olunması ən azı böyük cəsarət tələb edirdi.
«Ana dili» qəzetinin (Bonn) naşiri və redaktoru N.Qərəvinin, dünya
miqyasında tanınmış rəssamlar Ə.Behkəlamın (Berlin), Davud və Əyyub
İmdadiyan qardaşlarının (Paris), görkəmli şərqşünas professor İ.Melikoffun
(Paris), Stokholmdakı Azərbaycan kültür əncüməninin nümayəndəsi M.Kəriminin,
Azərbaycan dili və ədəbiyyatı üzrə tanınmış mütəxəssis Əli Yavuz Akpınarın
(İzmir), London Universitetinin professoru T.Gənceyinin, Tolido Universitetinin
professoru
Ş.Ənsarinin, məşhur Ə.Bəndəroğlunun (Bağdad), Edinburq
Universitetinin professoru Q.S.Təbrizinin … «Vətən» Cəmiyyətinin dəvəti ilə ilk
dəfə Bakıya gəlməsi, respublika ilə tanışlığı təbii ki, mühacirətlə aparılan ardıcıl və
faydalı fəaliyyətin bəhrəsi idi.
Qeyd etdiyimiz kimi, həmvətənlərlə bərabər «Vətən» Cəmiyyəti xaricdəki
əcnəbi dövlət, mədəniyyət, ədəbiyyat-incəsənət xadimlərini də ölkəmizə dəvət edir,
bununla da respublikanın, onun ədəbi, mədəni xəzinəsinin tanımasına və xüsusilə
Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr haqqında Qərbdə düzgün rəy
yaradılmasına çalışırdı.
Mədəniyyətimizin yaxın dostu, professor C.Bellinceri (İtaliya), Konnektikut
Universitetinin professoru xanım Odri Altstadt, professor T.Svyataxovski və
187
başqaları ilə əlaqə və əməkdaşlıq bir tərəfdən xaricdə azərbaycanşünaslığın
inkişafına təkan vururdusa, digər tərəfdən respublikada baş verən ictimai-siyasi
hadisələrin olduğu kimi yayılmasına kömək edirdi. Bu mənada «Vətən»
Cəmiyyətinin dəvəti ilə ABŞ Konqresinin üzvü, görkəmli siyasi xadim,
Demokratlar partiyasının liderlərindən biri Cim Mudinin 1990-cı ildə Bakıya səfəri
xüsusilə əhəmiyyətli olmuşdur.
«Vətən» Cəmiyyətinin sədri Elçin Cim Mudini qəbul edərkən «əgər səhv
etmirəmsə, bu ABŞ Konqresinin üzvünün Azərbaycana ilk səfəridir və buna görə
də tarixi əhəmiyyət kəsb edir» demişdir. C.Mudi isə söyləmişdir ki, onun ölkəsinin
ictimaiyyəti və siyasi dairələri Azərbaycanda və ümumiyyətlə SSRİ-də baş verən
hadisələri diqqətlə izləyir və əsl həqiqəti öyrənmək istəyir. C.Mudi əmin olduğunu
bildirmişdir ki, onun səfəri Azərbaycan haqqındakı informasiya azlığının aradan
qaldırılmasında böyük rol oynayacaqdır.
Yeri gəlmişkən deyək ki, Cim Mudi Şəhidlər Xiyabanını ziyarət edən ilk
rəsmi, xarici dövlət xadimidir. Konqresmenin ABŞ-a qayıtdıqdan sonra siyasi
dairələr qarşısında əsl həqiqəti əks etdirən çıxışları, şübhəsiz ictimai rəyə az da
olsa, təsir etmişdir.
Hələ SSRİ mövcud ikən «Vətən» Cəmiyyəti keçmiş sovet məkanındakı
həmvətənlərlə də sıx əlaqə saxlayır, yazışır, informasiya mübadiləsi edirdi.
Estoniyada, Ukraynada, Latviyada, Moskvada, Sverdlovskda, Saratov və başqa
yerlərdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri ilə əməkdaşlıq
sayəsində Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti geniş təbliğ olunurdu.
«Vətən» Cəmiyyətinin fəaliyyəti bilavasitə həmvətənlərlə mədəni əlaqələrlə bağlı
olsa da, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, xüsusilə Dağlıq Qarabağ
və onun ətrafındakı hadisələr haqqında beynəlxalq ictimaiyyətə operativ və
obyektiv məlumat ötürür, xaricdə Azərbaycan həqiqətini yayır, mövcud
informasiya blokadasını yarmağa çalışırdı.
Bu mənada «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçinin ABŞ
senatının xarici işlər üzrə Komitəsinin noyabrın 17-də Dağlıq Qarabağ haqda qəbul
etdiyi bədnam qətnaməyə sərt münasibətini, qəzəbini ifadə edən «Həqiqət naminə»
(«Odlar yurdu», №22, noyabr 1989-cu il), «Siyasi naşılıq nümunəsi» («Odlar
Yurdu», №22, dekabr 1989-cu il) adlı yazıları diqqəti xüsusi ilə cəlb edir. Bu
yazılar bir yazıçı qələminin məhsulu olsa da, torpağının toxunulmazlığı uğrunda
ayağa qalxan xalqın bağrından qopan haqq səsi, hayqırtısı, hiddəti idi: «Və hərgah
bu gün Amerika Birləşmiş Ştatları senatının xarici işlər komissiyası Azərbaycanın
ayrılmaz tarixi bir hissəsi olan Dağlıq Qarabağ haqqında yalan məlumatlara və
saxta sənədlərə əsaslanan tamamilə birtərəfli qətnamə qəbul edirsə, bu – Azadlığın
ziddi, qaranlığın təntənəsidir.
Hərgah bu gün daşnaksutyunun ən qatı və qəddar üzvləri Amerika Birləşmiş
Ştatlarında özlərinə cismani məskən tapmışlarsa, bunu bəlkə də ölkədəki Azadlıqla
izah etmək olar, lakin həmin daşnaklar orada özlərinə mənəvi məskən də
tapmışlarsa, bu – Azadlığın, işığın yox, qara əməllərin ifadəsidir.
Hərgah daşnak əqidəsi, daşnak dünyabaxışı Amerika Birləşmiş Ştatlarının
senatına təsir edə bilirsə, bu – Azadlığa xəyanətdir, Azadlıq ideallarının
tapdanması deməkdir» («Həqiqət naminə» adlı yazıdan). Yaxud, müəllif «Siyasi
Dostları ilə paylaş: |