Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   95   96   97   98   99   100   101   102   ...   176

 
203 
Bundan başqa bir kaç adam daha vardı. Kimisi çay, kimisi qəlyan (Nargile) 
içirdi, kimisi də afyon çəkirdi. Qapının ağzında, bir tərəfdə oturduq. Qəhvəçi bizə 
yaxınlaşaraq, kileklərə məxsus yastı bir şivə ilə: 
- Ərbab… Çayı içək… ya qəlyan istəyirsiniz… - deyə sordu. Biz çay istədik. 
Verdi.  Fəqət  məqsədimiz  bir  an  əvvəl  dışarı  fırlamaqdı.  Gözümüz  dışarda  idi. 
Yağmur daha fazla şiddətlənmişdi. Arkadaşım mənə baxaraq: 
- Keçər… indi keçər… - dedi, buludun arxası boş idi… 
Birdən  qəhvəxananın  qaranlıq  bucağından  ağlar,  titrək,  tutqun  və  qırıq  bir 
səslə söylənən türkcə (Azəri türkcəsiylə) bir şarkı eşitdim. 
 
 
 
Qafqazlıyam… Ay…rılmışım… 
 
 
 
 
 
 
      e…limdən… 
 
 
 
Qafqazlıyam… Ayy…rılmışım… 
 
 
 
 
 
 
      elimdən… 
 
 
 
Qorxum bu qədərdir… 
 
 
 
 
Vətən için… ölümdən… 
 
Səs susdu… Sonra yenə bir takım qırıq, kəsik, rabitəsiz parçalar eşidilməyə 
başladı. Arkadaşım qəhvəçiyə döndü və kilekcə «Ey kimdir?» mənasına gələn: 
- İnkiyu? – deyə sordu. Qəhvəçi güldü: 
- Qafqazlı… Mühacir… Merizdir burada… - dedi. 
Maraqlandıq.  Artıq  mən  boğucu  qaz  yuvasından  ibarət  bulunan 
qəhvəxanadan çıxmaq istəmirdim. Hətta, dışarda hava daha açılmaq üzrə idi. Yenə 
otururdum. 
- Onu görmək və konuşmak istərdim, - dedim. Qəhvəçi yenə gülərək: 
-  Əylən…  Əylən  keçər…  Qızdırmadır…  -  dedi.  Doğrudan  da  on  dəqiqə 
sonra qafqazlı mühacir tərpəndi, qalxdı. 
- Birer… yek çayı fiden…  - dedi. Qəhvəçi ona yaxınlaşaraq nə isə söylədi. 
Mühacir yerindən qalxdı və bizə tərəf yönəldi. 
-  Aaa…  Rəşid  sənmisən,  - deyə  qucaqlaşdıq…  O saat tanıdım. Bu, məktəb 
arkadaşlarımdan  biri  idi.  İyi  tanıyırdım.  O  da  məni  tanımış,  həyəcandan  gözləri 
yaşarmışdı. Əynində İran əsgəri əlbisəsi vardı. Oturdu. Əhvalını sordum. 
-  İran  ordusundayım,  -  dedi…  Ah!  Başıma  çox  fəlakətlər  gəldi,  deməklə 
bitirmək olmaz… Sən buralara nasıl gəldin? 
Bir  kaç  kəlmə  ilə  anlatdım.  O  yenə  sözünə  devam  etdi.  Gəncə  üsyanında 
olmuş, sonra bir növ ilə xilas olaraq, Lənkərana gəlmiş, orada yaxalanmış, Gilana 
sürmüşlər…  Burada  Kiçik  xan  ordusuna  firar  etmiş,  nəhayət,  Kiçik  xanın  məhvi 
üzərinə  bir  il  İran  zindanında  qalmış…  İndi  də  İran  ordusunda  «Naip» 
rütbəsindədir. Hekayəsini bitirdikdən sonra mənə döndü: 
- İndi söylə baxaq, vətəndə nə var? Kimlər sağdır, kimlər ölmüş? 
- Ölən ölmüş, qalan qalmışdır, - dedim. 
- General Səlimov sağmıdır? 
- Öldürdülər… 
- Ah… qatillər!.. Peki, General İbrahim Ağa? 
- Onu da… 


 
204 
- Kayda başı? 
- Onu da öldürdülər… 
- General Haşım bəy nerede? 
- Onu da qətl etdilər… 
- General Delhas? 
- Onu da… 
- Süleyman paşa? 
- Onu da… onu da… 
Bir az susdu… Dərin-dərin nəfəs alırdı… Sonra yenə müraciət etdi: 
- Nəsir bəy nerede? 
- Belli deyil… 
- Həsən bəy, Fətəli xan?.. 
- Öldürmüşler. 
O qızdı: 
- Hep öldürmüşler. Nə var öldürmüşlər… O halda kim qaldı!.. 
Üzünə baxdım, qızdırmadan solmuş yanaqlarında göz yaşı vardı. 
- Sağ qalan, - dedim, - çoxdur… 
- Bütün rəisləri məhv etmişlər, bir kimsə ki, qalmamış!.. 
- Xeyr, qalmışdır… 
- Kim?.. 
- Onları yetişdirən Millət… Milləti yaşadan Vətən!.. 
İndi hamımız susurduq. Hamımızı hıçqırıq boğurdu. Artıq bir-birimizə baxa 
bilmirdik.  Hər  kəs  bir  nöqtə  bularaq  oraya  dalmışdı…  Sonra  Rəşidin  tutuq  səsi 
eşidildi: 
- Əvət, dedi, Vətən!.. Yalnız vətən qaldı!.. 
Dışarda  yenə  günəş  çıxmışdı.  Bulud  keçmiş,  yağmur  bitmiş,  ətraf  yenə 
aydınlanmış, bahara dönmüşdü… 
Biz çıxdıq. Rəşid hələ düşünürdü. Birdən-birə Rəşid, bilaixtiyar: 
- Əvət, yalnız Vətən qaldı!.. İstila bu bulud kimi keçicidir. Madam ki, Vətən 
qalmışdır, İstiqlal ümidi də qalmışdır!.. – deyə mənə döndü. 
Gözlərində həzin bir təbəssüm sezilirdi… 
 
 
 
 
 
 
 
 
 
Mirzə Bala 
 
 
 
 
 
 
 
 
 
 
 
Amerikadan gəlirəm 
 
Mühacir mətbuatının hər səhifəsində, sətrində bir qərib ürəyi çırpınır, Vətən 
eşqi  həsrətilə  döyünür.  Həmvətənlərimiz  uzun  illər  boyu  xarici  ölkələrdə 
Azərbaycanın  istiqlalı  uğrunda  ideoloji  mübarizə  aparmaqla  bərabər,  həm  də 
ədəbi-mədəni  irsimizi  yeni  parlaq  nümunələrlə  zənginləşdirmişlər.  Mühacir 
mətbuatında  yüzlərlə  əsərlər  çap  olunmuşdur  ki,  həm  məzmun,  mövzu,  həm  də 
sənətkarlıq baxımından böyük maraq doğurur. «Mücahid» jurnalında dərc olunan 


 
205 
bir  oçerk  də  («Mücahid»,  Ankara,  1961-ci  il  noyabr-dekabr,  №  43-44)  bu 
baxımdan diqqət çəkəndir.  
«Amerikadan  gəlirəm»  adlanan  bu  irihəcmli  səyahət  oçerkini  ixtisarla 
oxucuların diqqətinə təqdim edirəm. 
Şiddətli fırtınaların hökm sürdüyü gecədən bir saat otuz dəqiqə keçmişdir ki, 
dünyanın ən böyük sərnişin gəmilərindən biri olan səksən min tonluq «Qeen Mari» 
adlı  Transatlantik  Fransanın  Şetburq  limanından  Amerika  istiqamətində  hərəkətə 
başladı. Qoca Atlantikin iki gün davam edən fırtınası gəmi  yolçuları arasında bir 
xeyli  həyəcan  yaratmışdır.  Dağlar  boyda  fırtınaları  dəf  edərək  Qeen  Mari  üç  gün 
üzdü.  Yolçular  sevinc  içində  idi.  Gəminin  üzgüçülük  hovuzları,  kino,  rəqs  və 
konsert salonları sərnişinlərlə dolu idi. İnsana sonsuz kimi görünən bu nəşəli həyat, 
nəhayət, sona yetdi. Gəmi Nyu-York limanına yanaşırdı. 
…Dünya  səyahətinə  dair  xatirələrini  İstanbul  qəzetlərində  həyəcanla 
oxuduğumuz,  məmləkətimizin tanınmış qəzetçisi Faruk Feniklə qarşılaşdıq. O an 
nə  qədər  məmnun  olduğumu  sözlərlə  ifadə  edə  bilmirəm.  Çox  sevdiyim  bu 
dostumla qucaqlaşdıq. 
Faruk: «Bu yeni dünyaya xoş gəldin. Tam iki saatdır ki, səni gözləyirəm» - 
dedi. Qısa bir qarşılıqlı xətir sorusundan sonra, «Təkmisən?» - soruşdum. «Bəli» - 
deyə cavab verdi və davam etdi: «Dostumuz Şükrü Dursunəl sənin gəlişini gözləyə 
bilmədi və dünən Bostona hərəkət etmək məcburiyyətində qaldı. Bilirsən də, Şükrü 
Bostonun  ən  böyük  fabriklərindən  birində  mühəndis  işləyir.  Təcili  olaraq  fabrikə 
dönməli idi». 
Faruk: - Amerikada bütün azərbaycanlıların sevgi və hörmətini qazanmış bir 
Əhməd İbrahim adlı həmvətənimiz var. Buradakı bütün azərbaycanlılar ona «dayı» 
deyirlər.  O  da  səni  qarşılamağa  gəlməli  idi.  Mən  ona  «sən  onu  şəxsən 
tanıyırsanmı» deyə sual etdikdə Faruk gülərək: 
-  Yox.  Lakin  Şükrü  mənə  dedi  ki,  o  azərbaycanlıdır.  Sən  onu  minlərcə 
insanın  içində  görsən,  yenə  tanıyarsan.  Şükrünün  çoxmənalı  sözünə  xeyli 
gülüşdük, sonra dedim: Farukcuğum, mən də Əhməd İbrahimi şəxsən tanımıram. 
Amma 3 ildir ki, onunla məktublaşırıq. Mən də ona «dayı»  deyə xitab edirəm, o, 
məktublarında mənə «bacıoğlu» yazaraq müraciət edir… 
…Bir  neçə  gün  Nyu-Yorkda  qaldıqdan  sonra  şəhərlərarası  avtobusla 
Bostona  yola  düşdüm.  Avtovağzalda  məni  Şükrü  Dursunəl  şəxsi  avtomobilində 
qarşıladı. Burada Şükrünün dostları ilə tanış oldum. Bunlar Musa Yıldız və onun 
kiçik qardaşı Asim  Yıldız idi. Qarsda dünyaya göz açan bu qardaşlar Amerikada 
mühəndislik  təhsilinə  yiyələnmişlər.  Əslən  azərbaycanlıdırlar.  Bu  iki  qardaşın  nə 
Qarsda dünyaya gəlməsi, nə də Amerikanın könül və göz açıcı möhtəşəm həyatı, 
onların  qəlbində  kök  salmış  Azərbaycan  sevgisini  zərrə  qədər  azaltmamışdır.  İki 
qardaşı  bizdən  ayıran,  diqqətəşayan  fərqi  budur.  Onlar  yalnız  ata-babalarından 
duymuş olduqları Azərbaycanın heyranıdırlar, heç görmədikləri bir ölkəyə sonsuz 
sevgi  bəsləməkdədirlər.  Tanrı  Azərbaycan  torpağına  elə  bir  qüdrət,  elə  bir  cazibə 
bəxş  etmişdir  ki,  onun  torpağında  yaşamış,  suyundan  içmiş  və  havası  ilə  nəfəs 
almış  olanların  yalnız  özləri  deyil,  onlardan  sonra  gələn  nəsillər  də  bu  torpağa 
sevgi və həsrətlə yaşayırlar. Bax, Musa ilə Asim bunun canlı misallarıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə