Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   97   98   99   100   101   102   103   104   ...   176

 
208 
duyğularına tərcüman olunduğu üçün eynən çap edirik». Yeri gəlmişkən qeyd edim 
ki,  jurnalın  50  il  bundan  əvvəl  buraxılan  həmin  nömrəsi  xüsusi  mövzuya  – 
Azərbaycan Xalq Cümhuriyyəti qurulmasının 40 illiyinə həsr olunmuşdu və nəşrin 
baş  məqaləsi bu  sözlərlə  başlayır:  «Bir  millətin  həyatında  hürriyyətə,  istiqlala  və 
milli azadlığa yetişdiyi gün ən əziz, ən xoşbəxt və ən müqəddəs bir gündür. Bu gün 
günlərin əfəndisidir. Ən ülvi qayələrin, yüksək idealların gerçəkləşdiyi bir gündür. 
İstibdad zəncirinin, köləlik bağlarının çözüldüyü gündür». 
Jurnalda  «Azərbaycan»  qəzetinin  1918-1919-cu  il  nömrələrində  dərc 
olunmuş  Azərbaycanın  istiqlala  qovuşması  ilə  bağlı  tarixi  sənədlər, 
M.Ə.Rəsulzadənin  «Nə  böyük  bayram»,  N.Yusifbəylərin  «Azərbaycan  Milli 
Hökumətinin bəyannaməsi» («Azərbaycan» qəzeti, 28 may 1919), eləcə də Mirzə 
Balanın  irihəcmli  «Qafqaz  ölkələrində  istiqlal  elanının  40-cı  ildönümü 
münasibətilə»,  Süleyman  Təkinərin  «İdeallar,  ideologiyalar,  ideoloqlar»,  Əhəd 
Uralın,  şair  Gültəkinin  «Sən  bizimsən,  bizimsən  durduqca  bədəndə  can,  Yaşa, 
yaşa,  ey  şanlı  Azərbaycan»  misraları  ilə  başlayan  «Şanlı  bir  bayram»,  Nağı 
Keykurun  (Şeyxzamanlı)  «Xatirə  dəftərindən  bir  yarpaq»,  Əli  Volkanın  «İstiqlal 
həyatımızdan  bir  xatirə»  adlı  məqalələr,  28  May  münasibətilə  Ankarada, 
Münhendə,  Vaşinqton  və  Nyu-Yorkda  keçirilən  tədbirlərdən  xəbərlər,  Türkiyədə 
və  İngiltərədə  nəşr  edilən  qəzet  və  kitablardakı  Azərbaycanla  bağlı  materialların 
icmalı  və  s.  verilmişdir.  Jurnal  Teymur  Atəşlinin  istiqlal  bayramı  münasibətilə 
«Bizim bağçamız» və «Üsyan» adlı şeirlərini də dərc etmişdir. 
Sonda İslam Səfərlinin vaxtilə iki «Azərbaycan» jurnalında dərc olunmuş və 
heç vaxt aktuallığını itirməyəcək «Ana dili» şeirindən bir bəndi verməklə fevralın 
12-də anadan olmasının 85 illiyini qeyd edəcəyimiz şairin əziz xatirəsini hörmətlə 
yad edirik: 
 
 
 
Dilim – bir dağ çeşməsidir, 
 
 
 
Ürəyimdən dodağıma süzülür… 
 
 
 
O çeşmənin gözünü gözüm qədər sevirəm, 
 
 
 
Onun hər damlasını, özüm qədər sevirəm. 
 
Əlbəttə,  şair-dramaturq  İ.Səfərlinin  bu  gözəl  əsərinin  «dəmir  pərdə»dən  – 
SSRİ-dən sızaraq Türkiyəyə çatdırılması və orada mühacirlər tərəfindən sevə-sevə 
dərc  edilməsi  faktı  da  bir  daha  Azərbaycanın  istiqlalı  uğrunda  mübarizə  aparan 
mücahidlərin fədakarlığına parlaq nümunədir. 
 
«Ədəbiyyat qəzeti», 8 fevral 2008. 
 
 
 
Gözləri dolu buludlar… 
 
Azərbaycan mühacirət mətbuatı xarici ölkələrdə məskunlaşan həmvətənlərin 
təkcə istiqlal uğrundakı mübarizəsini işıqlandırmaqla kifayətlənmir, eyni zamanda 
Azərbaycan mədəniyyətini, ədəbiyyat və incəsənətini geniş təbliğ edir, bu yolla da 


 
209 
yurddaşlarımızın  qəlbindəki  Vətən  sevgisini  qoruyur,  artırır,  onların  öz  dilini, 
tarixini unutmaması üçün faydalı iş görürdü. Digər tərəfdən isə, yaradıcı ziyalılar 
mühacirətdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı xəzinəsinə diqqətçəkən töhfələr 
də  bəxş  edirdilər  ki,  həmin  materiallara  da  mühacirət  mətbuatı  öz  səhifələrində 
geniş yer verirdi. 
Bu  mənada  Ankarada  fəaliyyət  göstərən  Azərbaycan  Kültür  Dərnəyinin 
orqanı  olan  «Azərbaycan»  jurnalının  xidmətləri  xüsusilə  təqdirəlayiqdir.  Jurnal 
Azərbaycanın  klassik  yazıçı,  şair  və  incəsənət  xadimlərinin  həyat  və 
yaradıcılığından  bəhs  edən  maraqlı  əsərlər  çap  etməklə  yanaşı,  qürbətdə  yaşayan 
həmvətənlərin yaradıcılığını da geniş işıqlandırmışdır. 
Almaz İldırım, Kərim Yaycılı, Gültəkin, Həlim Narlıdərəli, Əhməd Qaraca, 
Murad Baha, Sənubər Qaryağdı, Əli Usta Vulkan, Teymur Atəşli, Əhməd Təkin və 
onlarca  digər  qələm  sahiblərinin  şeir  və  hekayələri  «Azərbaycan»  jurnalında  dərc 
edilmişdir. 
Doğma yurd-yuva nisgili, Vətən həsrətli həmin şeirlərin oxucular tərəfindən  
maraqla  qarşılanacağını  nəzərə  alıb  jurnalın  ilk  nömrəsində  (1  aprel  1952-ci  il) 
dərc olunmuş bir neçə şeiri təqdim edirəm. 
 
 
 
 
Dağlar 
 
Öpərkən alnından füsunlu bir yaz, 
Axıyor döşündən sellər, a dağlar, 
Yaşıl, zümrüd gözlü yamaclarında 
Açılır lalələr, güllər, a dağlar… 
 
Tarixdə namının silinməz şanı,  
Karvanlar boynunun qızıl mərcanı, 
Sinəndə kəsər ellər qurbanı, 
Keçirirkən ağır illər, a dağlar. 
 
Torpağın cəvahir, daşların almaz, 
Çamlıqlar geyinmiş ipəkdən libas, 
Bəzən bilməm, neyçün saxlıyorsan yas, 
«Quzğun»dan əsərkən yellər, a dağlar. 
 
Çəkilmiş qəlbinə əskidən min dağ, 
Titriyor eşqini anan hər dodaq, 
İllər şikəstə səsləri dağ-dağ; 
Nə söylər bu qərib dillər, a dağlar...? 
 
Boynunda qızlardan rəngin bir dəstə, 


 
210 
Lalələr dağılmış yolların üstə, 
Sən gəl bu ölkədən min qurban istə, 
Səndən əsirgəməz yollar a dağlar. 
 
 
 
 
 
 
Almaz İldırım 
 
 
 
Buludlar 
 
Gözləri dolu buludlar, 
Salam söyləyin, söyləyin… 
Nerelərə yolçuluq var, 
Salam söyləyin, söyləyin… 
 
Ayrı düşmüşəm bunca, 
Heç gülmədim, mən doyunca. 
Araz nehrinin boyunca, 
Salam söyləyin, söyləyin… 
 
Könül baxmaz yoxa, vara, 
Düşünməsin qara-qara. 
Gözü yolda qalan yara, 
Salam söyləyin, söyləyin. 
 
 
 
 
 
Əhməd M.Qaraca 
 
 
 
 
 
 
Gözəlim Gəncə! 
 
Yaşılmıdır bağların əskisi kimi? 
Səndən ayrıldım öz elim Gəncə! 
Gözümdə həsrətin incisi kimi, 
Damlar tahassürün gözəlim, Gəncə! 
Dünyayı dolaşdım heç yoxdur eşin, 
Yaparkən ruhumda həsrət atəşin, 
Vəfasız! Deyərək, sitəm edişin: 
Mənə sevinc deyil, bir ölüm Gəncə! 
Duydum ki, yazların qışa çevrilmiş, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə