Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   76   77   78   79   80   81   82   83   ...   176

 
163 
çıxarılır.  Mətbuatda,  xüsusi  ilə  «Kommunist»  qəzetində  M.Cəlilin  və  onun 
jurnalının  indiki  mühitin  tələbatını  ödəmədiyi,  dilinin  bərbad  olduğu  yazılır, 
«Molla  Nəsrəddin»ə  hücumlar  səngimir,  güclənir,  Kommunist  Partiyası  jurnalın 
«Allahsız»  adı  ilə  nəşrini  tövsiyə  edir.  M.Cəlil  Azərbaycan  Kommunist  Partiyası 
Mərkəzi Komitəsinə yazdığı məktubda buna etiraz edir.  
Tarix  elmləri  doktoru  Ataxan  Paşayev  Mirzə  Cəlilə  edilən  haqsızlıqlar 
barədə  yazır:  «Türk  dillərinin  saflığı  və  latın  əlifbasına  keçid  ideyalarının  əsas 
carçılarından  biri  M.Cəlil  1926-cı  ilin  fevral-mart  aylarında  Bakıda  keçirilmiş  I 
türkoloji  qurultaya  dəvət  olunmamışdır.  Əsərləri  nəşr  ediləndə,  tamaşaya 
qoyulanda  onların  mətnlərinə  elə  müdaxilələr  olunurdu  ki,  M.Cəlilin  təbirincə 
desək,  müəllif  çox  vaxt  özü  öz  əsərini  tanıya  bilmirdi.  Onun  adı  Azərbaycan 
ədəbiyyatının  «cığırdaşları»  siyahısına  salınmışdı  (A.Paşayev.  Açılmamış 
səhifələrin izi ilə. Səh.434. «Azərbaycan» nəşriyyatı, Bakı, 2001, 536 səh.). 
M.Cəlilin  ünvanına  ittihamlar,  böhtanlar,  təhqirlər  ara  vermir,  onu  siyasi 
cəhətdən geri qalmış, bisavad adlandırırlar. Professor Bəşir Əhmədov haqlı olaraq 
Mirzə Cəlili ilk repressiya qurbanlarından biri adlandırmışdır (B.Əhmədov. «Molla 
Nəsrəddin» niyə bağlandı. «Ədəbiyyat qəzeti», 1 fevral 1991). Ədibə olan təzyiqlər 
onu  əldən  salır,  ürəyində  ağrılar  başlayır,  sol  əli  və  sol  ayağı  iflic  olur,  yorğan-
döşəyə düşür. 
Bu arada jurnalın 25 illiyinin təntənə ilə qeyd olunmaması da Mirzə Cəlili 
sarsıdır.  Fiziki,  maddi-mənəvi  əziyyətlər  Mirzə  Cəlili  o  həddə  çatdırır  ki,  ədib 
Azərbaycan  Sovet  Sosialist  Respublikası  Xalq  İctimai  Təminat  Komissarlığına 
ərizə  ilə  müraciət  edir.  Orada  deyilir:  «Ərz  olsun  ki,  yazıçılığa  və  müəllimliyə 
qədəm  qoyduğumdan  indi  qırx  il  tamam  olur  və  23  il  bundan  əvvəl  Tiflisdə  türk 
mətbuatı  sahəsində  Molla  Nəsrəddin  dövrü  başlamışam».  Daha  sonra  M.Cəlil 
jurnalın xidmətlərini diqqətə çatdırır və sonda yazır: «Bununla bərabər yavaş-yavaş 
bədəncə  yoruluram,  səbəb  budur  ki,  indi  mənim  60  yaşım  var  və  digər  tərəfdən 
özümü  də  külfət  basıbdır.  Ümidvaram  ki,  Azərbaycan  İctimai  Təminat 
Komissarlığı mənim əhvalımı nəzərə alıb, mən müstəhəq olduğum pensiyanı mənə 
verməklə, 
bundan 
sonra 
mənim 
zindəganlığımı 
təmin 
edə. 
Cəlil 
Məmmədquluzadə». (ARDA, f.411, siy.3, iş.339, v.2).  
Bəs  Mirzə  Cəlilə  laqeydlik,  inamsızlıq,  bir  qədər  də  dəqiq  desək,  düşmən 
münasibət haradan qaynaqlanırdı?! Ən əvvəl, quruluşun mahiyyəti, daha sonra isə 
ötən  əsrin  20-30-cu  illərində  ölkədə  baş  verən  ictimai-siyasi  proseslərin  xaotik 
xarakteri,  mürəkkəbliyi  çoxlarının  taleyini  tükdən  asılı  etmişdir:  yalnız 
əksinqilabçılar,  «qolçomaqlar»,  «mülkədarlar»  yox,  yazıçı  və  şairlər,  elə 
inqilabçıların özləri də hər an böhtanın, şərin, donosun güdazına gedə bilərdilər və 
gedirdilər. Əslində, M.Cəlil nə Şura hökumətinə, nə də Moskvaya qəlbən heç vaxt 
inanmamış, bel bağlamamışdı. Bunu ədibin «Mətbuat bayramı, yaxud tacgüzarlıq» 
adlı məqaləsində («Molla Nəsrəddin», 5 may 1927, № 19) kəskin şəkildə yazdığı 
«…Molla  Nəsrəddin»  məcmuəsinin  Moskvaya  heç  bir  dəxli  yoxdur.  «Molla 
Nəsrəddin»i  nə  Moskva  yaradıbdır  və  nə  də  Şura  hökuməti  yaradıbdır»  -  kimi 
cümlələri  də  təsdiq  edir.  Filologiya  elmləri  doktoru  İslam  Ağayev  yuxarıda  adı 
çəkilən məqaləsində göstərir ki, M.Cəlilin Sovet dövrü yaradıcılığında toxunduğu 
problemlərə,  o  cümlədən  ölkənin  varidatının  Rusiya  tərəfindən  talanması 


 
164 
mövzusuna  görə  «siyasi  dairələrin  təzyiqinə  məruz  qalırdı»  və  o  ciddi  mənəvi 
sarsıntılar keçirirdi.  
Mirzə  Cəlilin  Sovet  dövrü  həyatını  akademik  İ.Həbibbəyli  «ictimai-siyasi 
gedişatdan  asılı  olaraq  bir  müddət  ümid  və  inamla,  qaynar  fəaliyyətlə,  sonra  isə 
tədricən  şübhə  və  sarsıntılarla,  ziddiyyətlərlə  şərtlənən  xüsusi  bir  dövr»  kimi 
xarakterizə  edir  və  Mirzə  Cəlilin  həyat  və  fəaliyyətinin  «dramatik  final»ı 
adlandırır. (Göstərilən əsəri, səh.384). 
«Dramatik  final»a  aparan  yol  isə  professor  Əziz  Mirəhmədovun  təbirincə 
desək,  «çox  mürəkkəb,  gərgin  hadisələrlə  dolu  1917-1921-ci  illərdən…dramatik 
bir  dövr»dən  keçir  (Əziz  Mirəhmədov.  Dahi  yazıçının  ədəbi  irsi.  Cəlil 
Məmmədquluzadə.  Əsərləri,  6  cilddə,  I  cild  (müqəddimə),  səh.30,  Bakı, 
Azərbaycan Dövlət Nəşriyyatı, 1983, 311 səh.). 
«Dramatik  dövr»ün,  gərginliyin  son  həddi  Cəlil  Məmmədquluzadənin 
mühacirəti  –  ölkədən  çıxması,  İrana  üz  tutması  ilə  nəticələnir.  Xalq 
Cümhuriyyətinin  süqutundan  –  Azərbaycanda  Sovet  hakimiyyətinin  bərqərar 
olmasından  bir  müddət  sonra  –  1920-ci  il  iyun  ayının  ilk  günlərində  «Mirzə 
Ələkbər  Məmmədquluzadə  Naxçıvandan  Kəhrizliyə  gəlir,  «ümumi  vəziyyət 
ağırdır»  -  deyə  müvəqqəti  olaraq  İrana  köçməyi  Mirzə  Cəlilə  məsləhət  görür  və 
təkid edir» (Qulam Məmmədli. Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin həyat 
və  fəaliyyətinin  salnaməsi),  səh.379,  Bakı,  1966,  Azərbaycan  Dövlət  Nəşriyyatı, 
564  səh.).  Mirzə  Cəlil,  Həmidə  xanım,  Mirzə  Ələkbər,  Məmmədsadıq,  bir  sözlə, 
bütün  ailə  üzvləri  Kəhrizlidən  çıxıb  Araz  çayına  tərəf  yola  düşürlər.  Ölkəni  tərk 
etmək, başqa sözlə desək, mühacirətə getmək qərarına gələn «Mirzə Cəlil hazırlıq 
və səfər zamanı fikirli, qaradinməz və qaşqabaqlı olmuşdur» (yenə orada, səh.380). 
Ehtiyat üçün silahlanan Mirzə Cəlil və Həmidə xanım yolboyu ölkəni tərk etməyə 
məcbur  olan,  köç  edən  bəylərə  rast  gəlirlər.  Sərhədə  yaxınlaşdıqca  köçə 
qoşulanların sayı artır. 
Xeyriyyəçilik,  maarifçilik  fəaliyyəti,  eyni  zamanda  qətiyyəti,  cəsarəti, 
sədaqəti,  mübarizliyi,  iti,  çevik  zəkası  ilə  Avropalı  qadınların  da  həsəd  apara 
biləcəyi 
Həmidə 
xanım  Məmmədquluzadənin  ömür-gün  yoldaşı  Cəlil 
Məmmədquluzadənin  həyatı,  yaradıcılığı  ilə  əlaqədar  qələmə  aldığı  «Mirzə  Cəlil 
haqqında  xatirələrim»  adlı  əsərinin  onların  Kəhrizlidən  İrana  köçməsinə  dair 
hissəsini  bir  mühacir  haqqında  hekayə  adlandırmaq  olar.  Həmidə  xanım  bu  əsəri 
Sovet dövründə qələmə alsa da (rejim və ideologiyanın təbiəti Xalq Cümhuriyyəti 
dövrünü  tənqid  etməyi,  Sovet  quruluşunu  tərifləməyi  tələb  edirdi),  həqiqəti 
söyləməyə xeyli dərəcədə nail olmuşdu: Sovet istilası kütləvi üsyanlara, etirazlara 
səbəb olurdu. Bunun da nəticəsi kimi rejim cəza tədbirləri həyata keçirirdi, insanlar 
təzyiqlərə, təqiblərə məruz qalır, qətlə yetirilir, edam olunur, xaricə üz tuturdular. 
«Camaat vahimə içərisində yaşayır», «aranın qarışmasından istifadə edən quldur-
qaçaq hər tərəfdə müxtəlif hadisələr törədir, özbaşınalıq hökm sürürdü». Belə bir 
şəraitdə  Mirzə  Cəlil  qardaşı  Mirzə  Ələkbərin  təkidli  təklifi  ilə  İrana  köçməyə 
razılıq verir. Həmidə Məmmədquluzadə Mirzə Ələkbərin dili ilə xüsusi vurğulayır: 
«…ara  sakitləşəndən  sonra  qayıdıb  gələrik  Vətənə».  Deməli,  M.Cəlilgil  Vətəni 
tərk edirlər, mühacirətə yola düşürlər. Yola düşənlərin mənəvi-psixoloji gərginliyi, 
narahatçılığı hər sətirdə hiss edilir: «yorulmuş, üzülmüş, əldən düşmüş, ac uşaqlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə