Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   70   71   72   73   74   75   76   77   ...   176

 
151 
müəllif  şübhəsiz  ki,  SSRİ-nin  elan  olunduğu  tarixi  bilir.  Qatil  Andronikin 
məzarının  köçürülmə  tarixini  bir  yerdə  2002-ci  il  (səh.49),  digər  yerdə  2000-ci  il 
(səh.53) göstərir. Köçürülmə zamanı türk daxili qoşunlarının 20 min  əsgər itirdiyi 
(səh.58)  faktı  da  inandırıcı  görünmür,  dəqiqləşdirilməsinə  ehtiyac  var.  «Təhcir» 
Qanununun qəbulu tarixi gah 14 may 1918-ci il (səh.80), gah da 27 may 1915-ci il 
göstərilir  (səh.89,  91).  «Soyqırımı»  tarixinə  münasibət  bildirərkən  də  müəllif 
mülahizələri  təkrarlayır  (səh.89,  99).  Görünür,  tədqiqatçının  peşəsindən  və 
mövzunun  ağırlığındandır  ki,  bəzən  mətnə  elmi  üsluba  xas  olmayan  ritorika, 
emosionallıq hakimlik edir. Bəzən isə yumşaq ifadə ilə desək, müəllifin yazdıqları 
adamı təəccübləndirir. Məsələn, o, Qars qaçqınlarına «Qardaş köməyi»ndən bəhs 
edərkən  yazır:  «Çox  qəribədir  ki, istər  bu  qəzetə  dəvət  olunanlar,  istər  qəzeti  çap 
edən Orucov qardaşları təmənnasız işləmişlər» (səh.129). 
3.  Erməni  terrorçularının  ötən  əsrin  iyirminci  illərində  törətdiyi  cinayətlər 
haqqında  yazanda  (səh.93, 101)  zənnimcə, bu  siyahıya  qatil Torlakyan  tərəfindən 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili  işlər  naziri  Behbudxan  Cavanşirin  də 
qətlə  yetirilməsi  problem  üçün  xarakterik  olduğundan  xatırlanmalı  idi.  Murad 
Çulçunun «Erməni intriqalarının pərdə arxası» adlı əsəri bu qanlı olay, onun şou-
məhkəməsi  «erməni  məsələsi»ni  bütün  incəliklərinədək  dərk  etmək  və  ona  nifrət 
oyatmaq baxımından ibrətamizdir. 
 Hesab  edirəm  ki,  «İttihad  və  Tərəqqi»  partiyasına  müxalif  qüvvələrin 
ermənilərlə həmrəylik məsələsinə dissertasiyada lazım olduğundan qat-qat çox yer 
ayrılmışdır və əslində bunun «erməni məsələsi»nə də heç dəxli yoxdur. Tədqiqatçı 
«erməni məsələsi»nin yaranma tarixini XIX əsrin II yarısından ortaya atıldığını və 
bu gün də onun gündəlikdə olduğunu bildirir, eyni zamanda yazır ki, artıq bir əsrə 
yaxındır  ki,  daim  dünyanın  siyasi  gündəmində  olan  «erməni  məsələsi»  ilə  alver 
olunur»  (səh.99).  Dissertasiyada  adı  çəkilən  və  sitat  gətirilən  bir  çox  mənbə 
«Ədəbiyyat  siyahısı»nda  əksini  tapmamışdır:  «Deyli  teleqraf»  (səh.100),  «Los-
Anceles Eqzamener» (səh.111) və s. 
4.  Q.Mehdiyevin  ötən  əsrin  20-ci  illərində  erməni  qatillər  tərəfindən  qətlə 
yetirilən bir sıra tanınmış türk xadimlərinin adlarını ehtiramla çəkməsi yerinə düşür 
və təqdirəlayiqdir. Yaxşı olardı ki, tədqiqatçı, həm də 1970-ci illərdən daha geniş 
və daha amansız xarakter alan erməni terroru, onun qurbanları və hədəfləri barədə 
ətraflı  bəhs  edəydi.  «Erməni  məsələsi»ni  ortaya  atan  dövlətlər  erməniləri  maddi 
cəhətdən  dəstəkləyərək,  mənəvi  baxımdan  ruhlandıraraq,  şirnikləşdirərək  onların 
güclü  siyasi,  dini,  sosial  xidmət,  terrorçu  təşkilatlarını,  eləcə  də  məktəbli,  tələbə, 
təhsil,  xeyriyyə  cəmiyyətlərini,  KİV  şəbəkəsini,  ideoloji  mədəni  mərkəzlərini 
yaratmışlar.  Çox  sayda  erməni  terror  təşkilatları  dünyanın  müxtəlif  ölkələrində 
yüzlərlə  terror  aktı  həyata  keçirmişdir.  Tədqiqatçı  «erməni  məsələsi»ndən  bəhs 
edərkən, bu ideya ilə «əkiz doğulmuş» erməni terroruna, onun törətdiyi faciələrə də 
toxunmuşdur. Fikrimcə, erməni terror şəbəkəsi, onun fəaliyyəti ilə bağlı materiallar 
daha geniş şəkildə tədqiqata cəlb olunmalı idi. 
Deyilən çoxsaylı irad və mülahizələr Q.Mehdiyevin zəngin fakt və sənədlər 
əsasında  məsuliyyətlə,  səriştəli  mütəxəssis  qələmi  ilə  yazılmış  sanballı 
dissertasiyasının  elmi-nəzəri  və  tarixi-siyasi  əhəmiyyətini  azaltmır,  problemin 
aktuallığına, genişliyinə və tədqiqat sahəsi kimi yeniliyinə dəlalət edir. 


 
152 
Deyilənləri  yekunlaşdıraraq  bu  nəticəyə  gəlmək  olar  ki,  elmi-tədqiqat  işi 
AAK-ın  tələblərinə  bütünlüklə  cavab  verir  və  onun  müəllifi  Qafar  Qələndər  oğlu 
Mehdiyev fəlsəfə doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir. 
 
 
 
 
 
 
 
          
Rəsmi opponent

Abid Tahirli 
 
 
 
 
 
 
     filologiya elmləri doktoru
 
 
 
 
Bəxtiyar Qibləli oğlu Məmmədovun «Azərbaycan bədii publisistikasının 
inkiĢaf meylləri və sənətkarlıq məsələləri (XX əsrin II yarısında)» 
mövzusunda namizədlik dissertasiyasının avtoreferatı haqqında 
 
R  Ə  Y 
 
Publisistikanın  elmi-nəzəri  problemləri,  onun  mövzusu,  predmeti,  dil-üslub 
sənətkarlıq  məsələləri,  digər  yaradıcılıq  növləri  ilə  fərqli  və  ümumi  cəhətləri 
haqqında  bir  sıra  tədqiqat  əsərləri  yazılmışdır.  Cəmiyyətin  inkişafının  müxtəlif 
mərhələlərində  publisistikanın  yeri  və  rolu,  funksiyası,  daşıdığı  vəzifə  və  ona 
uyğun  forması  da  dəyişdiyindən,  publisistikanın  nəzəri  problemləri  ilə  bağlı  irəli 
sürülən  mülahizə  və  mühakimələrin  yeniləşməsi,  zənginləşməsi  də  tamamilə 
təbiidir.  Bu  mənada  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  –  1991-ci  ildən 
sonra  milli-mənəvi  sərvətin,  o  cümlədən  jurnalistika  sahəsinin,  xüsusilə 
publisistikanın yeni, müasir tələblər baxımından təhlil süzgəcindən keçirilməsinə, 
dəyərləndirilməsinə  ehtiyac  yarandı.  Sovet  rejim  və  ideologiyası  yaradıcılıq 
sferasına  da  ciddi  nəzarət  etdiyindən,  ədəbi-mədəni  irsə  də  partiyalı  və  sinfi 
münasibət  bəslənildiyindən  bir  çox  tarixi  hadisələr  təhrif  olunur,  qərəzli 
münasibətə tuş gəlir və ciddi saxtakarlıqlara yol verilirdi. Bununla yanaşı, həmin 
dövrdə  ayrı-ayrı  ədiblər,  sənət  adamları,  tədqiqatçılar  bu  gün  də  aktuallığını, 
əhəmiyyətini  itirməyən  qiymətli  əsərlər  qələmə  almışlar.  Həmin  irsin  doğru-
düzgün tədqiqini, obyektiv dəyərləndirilməsini bir tərəfdən əsərə, onun müəllifinin 
əməyinə  verilən  qiymət,  digər  tərəfdən  dövrün  ədəbi-mədəni  mühitinin  tam 
mənzərəsini yaratmağa xidmət hesab etmək olar. 
Bu  nöqteyi-nəzərdən  istedadlı  tədqiqatçı  Bəxtiyar  Məmmədovun 
«Azərbaycan bədii publisistikasının inkişaf meylləri və sənətkarlıq məsələləri (XX 
əsrin  II  yarısında)»  mövzusundakı  namizədlik  dissertasiyası  təqdirəlayiq 
tədqiqatlar  və  xüsusi  əhəmiyyət  kəsb  edir.  B.Məmmədov  Azərbaycan 
publisistikasının  50  ildən  də  çox  bir  dövrünün  bütün  problemlərini  çox  diqqətlə, 
ədalətli, obyektiv, ciddi şəkildə araşdırmış, tutarlı və sanballı elmi-nəzəri nəticələr 
əldə  etmişdir.  Müəllif  müraciət  etdiyi  dövrün  materiallarını  məharətlə  seçmişdir. 
Məhz həmin nümunələr publisistikanın XX əsrin II yarısından əsrin sonuna qədər 
olan inkişaf yolunu tam səciyyələndirməyə imkan vermişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə