Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   73   74   75   76   77   78   79   80   ...   176

 
157 
3. Müəllif dərgidə dərc olunan materialların qısa məzmununu təqdim etməyə 
elə aludə olur ki, bəzən elmi-tədqiqat işi jurnal xülasəsi təəssüratı bağışlayır. Elmi 
ümumiləşdirmələr yolu ilə, yaxud tədqiqatların mövzusu, araşdırılan sahənin tarixi, 
coğrafi baxımdan təsnifatını aparmaqla daha ciddi nəticələrə nail olmaq mümkün 
idi. 
4.  Tədqiqatçı  bəzən  «Azərbaycan  yurd  bilgisi»ndəki  resenziyanın 
əhəmiyyətini,  çəkisini  qabartmaq  üçün,  haqlı  olaraq  mövzuya  daha  geniş  planda 
nəzər  salır,  müvafiq  mənbələrə  istinad  etməklə  mülahizələrini  əsaslandırır.  Bəzən 
isə  ehtiyac  olduğu  halda  belə,  bu  işi  görməkdən  vaz  keçir.  Məs.:  «Kitabi  -  Dədə 
Qorqud»  dastanı,  onun  haqqında  jurnalda  material  verilənədək  olan  məlumatlar, 
ötən  əsrin  40-50-ci  illərində  dastanın  acı,  ağır  taleyi,  Azərbaycanın  öz 
müstəqilliyini  əldə  etdikdən  sonrakı  dövrdə  türk  dünyasının  bu  şah  əsərinə 
münasibət,  xüsusi  ilə  dastanın  1300  illiyi  ilə  bağlı  tədbirlər  barədə  müəyyən 
faktlar,  fikirlər  söylənilsəydi,  xatırlansaydı,  əlbəttə,  əsərə  dolğunluq,  sanballılıq 
gətirmiş olardı. 
5. Bir sıra hallarda tədqiqatçı təkrarçılığa yol verir, tutaq ki, Ovçu təxəllüslü 
şairin  təqlidçi  olmadığını  (səh.102,  105),  yaxud  bu  şairin    ədəbi  ictimaiyyətə  ilk 
dəfə  Ə.Cəfəroğlu  tərəfindən  təqdim  edildiyini  (səh.7,  75,  100)  dönə-dönə 
vurğulayır,  bəzi  hallarda  isə  bir-birinə  zidd  fikirlər  söyləyir,  müəllif  öz-özünü 
təkzib edir. O, bir tərəfdən «Gəncinə» əlyazması Şah Süleymanın taxta çıxmasına 
ithaf edilmişdir» - yazır (səh.100), digər tərəfdən isə «Məlik bəyin bu qəzəli məhz 
Şah Süleymanın taxta çıxması münasibəti ilə yazdığını deməyə əsasımız yoxdur» 
(səh.103) deyərək, özünü inkar edir. 
6.  Tədqiqat  işinin  özünəməxsus  məziyyətlərindən  biri  də  budur  ki,  bu  əsər 
tədqiqat  işi  haqqında  tədqiqatdır.  Təəssüf  ki,  bəzi  hallarda  mühakimələr,  fikirlər 
arasında  sərhədlər  itir,  mülahizələrin  dissertasiya  müəllifinə,  yoxsa  onun 
araşdırdığı tədqiqatçıya aid olduğu qaranlıq qalır. 
7.  Növbəti  irad  avtoreferata  aiddir.  «İşin  ümumi  səciyyəsi»ndə  müəllif 
mövzunun tədqiqi tarixi ilə bağlı yazır: «Mühacirət ədəbiyyatının öyrənilməsinə və 
düzgün qiymətləndirilməsinə ötən əsrin 90-cı illərindən başlanılmışdır».  Bu fikir 
doğru  deyil.  Əvvəla,  mühacirət  problemi,  o  cümlədən  ədəbiyyatı  ilə  bağlı 
araşdırmalar  ötən  əsrin  80-ci  illərinin  sonundan,  xüsusi  ilə  «Vətən»  Cəmiyyəti 
yaranandan, 
«Odlar 
yurdu» 
qəzeti 
fəaliyyətə 
başlayandan 
aparılır. 
M.F.Axundzadənin  anadan  olmasının  175  illiyi  ilə  bağlı  dünyanın  müxtəlif 
ölkələrindən  gələn  türkoloqların,  azərbaycanşünasların,  respublikada  tanınan 
alimlərin  iştirakı  ilə  1988-ci  ildə  Bakıda  keçirilən  beynəlxalq  simpoziumda 
mühacirət  ədəbiyyatı  ilə  bağlı  xeyli  məruzələr  edilmiş,  çıxışlar  dinlənilmişdir. 
Digər  tərəfdən  isə,  Ə.Cəfəroğlu  irsi,  o  cümlədən  «Azərbaycan  yurd  bilgisi»ndə 
dərc  olunan  materiallar  barədə  Türkiyədə  yetərincə  tədqiqat  işi  aparılmışdır. 
Fikrimizcə, bu məqam vurğulanmalı idi. 
8. Avtoreferatda dil-üslub xətalarına yol verilmişdir. «Ədəbiyyat tariximizdə 
tanınmaz olan ədəbi simaların ilk dəfə bu dərgi vasitəsi ilə təqdim olunması faktı 
«Azərbaycan  yurd  bilgisi»nin  elmi  dəyərini  kifayət  qədər  təsdiq  edir»  (səh.20), 
yaxud  «Dissertasiya  yekunlaşdırıcı  «Nəticə»  ilə  tamamlanmışdır»  (səh.21)  kimi 
cümlələr avtoreferatın dilinə ağırlıq gətirir. 


 
158 
9.  Dissertasiya  ilə  bağlı  müəllifin  dərc  etdirdiyi  materialların  mövzu 
baxımından daha əhatəli olması arzuediləndir. 
Göstərilən irad və mülahizələr Kəmalə Nəcəfovanın dissertasiyasının elmi-
nəzəri dəyərinə kölgə salmır, əhəmiyyətini azaltmır. Odur ki, Kəmalə Nurulla qızı 
Nəcəfova  «Azərbaycan  yurd  bilgisi»  dərgisində  ədəbiyyat  araşdırmaları»  adlı 
tamamlanmış  elmi  əsərinə  görə  iddiasında  olduğu  10.01.01  –  «Azərbaycan 
ədəbiyyatı»,  10.01.02  –  «Türk  xalqları  ədəbiyyatı»  ixtisasları  üzrə  filologiya 
elmləri namizədi alimlik dərəcəsi almağa tamamilə layiqdir. 
 
 
 
Mühacirət mövzusunda yazarkən… 
 
 
 
Ölkədə  gedən  ictimai-siyasi  proseslər,  xüsusilə  Azərbaycan-Ermənistan 
münaqişəsi  ilə  bağlı  məlum  müzakirələr,  mübahisələr,  mülahizələr  ara-sıra 
mühacirət mövzusunu da gündəmə gətirir. Bu, təbiidir. Əvvəla ona görə ki, Dağlıq 
Qarabağ  problemindən  danışılarkən  bu  məsələyə  erməni  lobbisinin  münasibət  və 
təsirindən  də  bəhs  edilir.  Digər  tərəfdən  isə  say  etibarı  ilə  üstünlük  təşkil  edən 
Azərbaycan  mühacirətinin  məsələyə  münasibəti  də  cəmiyyəti  düşündürür, 
maraqlandırır… 
 
Azərbaycan mühacirəti ilə bağlı ictimai rəy bir mənalı deyildir. Çünki bu rəy 
məsələyə  münasibətdə  müxtəlif  zidd  fikirlərdən  formalaşmışdır.  Bu  fikirlərin  biri 
real, sağlam düşüncənin, təhlilin, müşahidənin nəticəsidir, digəri isə daha çox arzu 
edilənin  həqiqət  kimi  təqdim  olunmasının,  gerçəkliklə  əlaqəsi  olmayan  pafoslu, 
hay-küylü  ifadə  və  ibarələrin  toplusudur.  Fikrimizcə,  Kütləvi  İnformasiya 
Vasitələri  (KİV)  mühacirət  mövzusundan  bəhs  edərkən  son  dərəcə  diqqətli  və 
məsuliyyətli  olmalıdır.  İri  şriftlərlə  «Azərbaycan  lobbisi»  adlı  bütöv  bir  səhifəlik 
məqaləyə rast gələn oxucunun sevincdən gözləri yaşarır, sahə ilə az-çox tanış olan 
mütəxəssisin isə müəllifin naşılığına təəssüflənməkdən başqa çarəsi qalmır. Bu gün 
bu iki sözün yanaşı qoyulması nə qədər təəccüblüdürsə, o qədər də təəssüf doğurur, 
yaxud əksinə…  
Bu  mövzuda  yazan  müəllif  ilk  növbədə  «mühacirət»,  «diaspor»,  «lobbi» 
sözlərinin  mənasını  özü  üçün  aydınlaşdırmalıdır.  Sonra  isə  mühacirət,  onun 
yaranma  tarixi  və  mərhələləri,  coğrafiyası,  sayı,  sosial  tərkibi,  cəmiyyətdəki  təsir 
qüvvəsi,  mövqeyi,  rolu  və  s.  kimi  məsələlər  dəqiqləşdirilməlidir.  Təşkilatları, 
dərnəkləri, KİV şəbəkəsi, maliyyə imkanları öyrənilməlidir. Bütün bunlardan sonra 
mühacirətin  mövcud  mənzərəsi  göz  önünə  gələcəkdir.  Yuxarıdakı  tələblər 
baxımından  Azərbaycan  mühacirətini  xarakterizə  etsək,  acınacaqlı  bir  səhnənin 
şahidi  olarıq.  Bu  həqiqət  ağırdır,  acıdır,  kədərlidir,  lakin  etiraf  edilməlidir.  Əks 
təqdirdə  yalnış,  qüsurlu  fikir  formalaşacaqdır.  Bu  gün  Azərbaycan  müharicətinin 
nəinki nəhəng təbliğat maşını, geniş informasiya kanalları, heç müntəzəm, fasiləsiz 
fəaliyyət  göstərən,  necə  deyərlər  günün  tələblərinə  cavab  verən  KİV-qəzeti, 
radiosu, televiziyası yoxdur.           


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə