Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   81   82   83   84   85   86   87   88   ...   176

 
173 
jurnalın  bağlanması  xəbəri  sadə  şəhər  əhlini  bərk  qəzəbləndirmiş  və  onlar 
bildirmişlər ki, əgər Molla əmi doğru danışdığı üçün bağlanırsa, biz də dükanları 
bağlayacağıq. 
Birinci  nömrədəki  «Fahişəxana»  felyetonunun  təsiri  daha  güclü  olmuşdur. 
«Dəli» imzası ilə dərc olunmuş «Fahişəxana» həm problem baxımından aktualdır, 
həm  də  sənətkarlıq  nöqteyi-nəzərdən  diqqəti  çəkir.  Mövzu  Təbrizin  gündəlik 
həyatından götürülmüşdür və söhbət hər kəsin  hər gün gördüyü, rastlaşdığı, lakin 
biganəliklə  görməməzliyə  vurduğu  fahişəxanalardan  gedir.  Müəllif  «təəccüblə» 
yazır ki, Təbrizə gələnədək elə bilirmiş ki, fahişəxana çox pis şeydir, məsələn, o, 
Tiflisdə    görmüşdü  ki,  ermənilər,  ruslar,  gürcülər,  yəhudilər  öz  məhəllələrində 
fahişəxanaların  fəaliyyətinə  yol  vermirlər.  Təbrizdə  –  müsəlman  məhəllələrində 
fahişəxanaları görən «Dəli» lap çaşır: «İndi mən də, doğrusu, çaşmışam, bilmirəm 
fahişəxana  yaxşı  şeydir,  yoxsa  pis  şeydir?    Əgər    deyim  yaxşı  şeydir,  axı  öz 
aramızdır, insafən danışsan görərik ki, yaxşı deyil: o səbəbə ki, əvvələn, fahişəxana 
millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar 
və  əlacı  olmayan  dərdlərə  düşürlər.  Salisən,  bizim  şəriətimiz  də  belə-belə  qəbil 
işləri  günahi-kəbir  cərgəsinə  yazıb».  Gördüklərindən  heyrətlənən  müəllif  onu 
düşündürən suallara cavab tapmaq istəyir: fahişəxana yaxşıdırsa, niyə hətta digər 
dindən olan millətlər onu qadağan edirlər? Pisdirsə, zinakarlığı günah hesab edən 
müsəlmanlar  onu  niyə  açırlar?  Digər  tərəfdən,  fahişəxana  pisdirsə  «niyə  məndən 
savayı  bunu bir kəs danışmır?  Məgər  məndən savayı  bu şəhərdə  ağıllı, həyalı  və 
ismətli adam  yoxdur?». Niyə «mömin və abırlı müsəlman bəndələr» etiraz etmir? 
Bütün bu suallar içində boğulan felyeton müəllifi dəli olacağından ehtiyatlanır və 
sonda oxucusuna müraciət edir: «Qurban olum, sən bir məni başa sal, yoxsa dəli 
olaram».  
Həmidə  xanım  xatirələrində  yazır  ki,  felyeton  xüsusi  ilə  şəhərin  ağalarını 
həyəcana gətirmişdi. Qadınlar dəstə-dəstə Həmidə xanımın yanına gəlir, yazı üçün 
Molla  əmiyə  təşəkkürlərini  çatdırmağı  xahiş  edirdilər.  «Evimiz  arı  pətəyinə 
bənzəyirdi»  -  deyə  yazan  Həmidə  xanım  Məmmədquluzadə  minnətdarlığa, 
şəhərdəki  həyəcanlı  vəziyyətdən  xəbərlər  gətirməyə  gələn  adamların  kəskin 
etirazının  şahidi  olurdu.  İş  o  həddə  çatmışdı  ki,  şəhərdəki  qoşunların  komandanı 
valiyə  teleqram  vurmuşdu  ki,  jurnalın  nəşrinə  icazə  vermək  lazımdır.  Qısa 
müddətdə – 2-3 gün ərzində 600 fahişə qatarla Təbrizdən çıxarılmış, fahişəxanalar 
bağlanmışdı.  
«Qız  tərbiyəsi»  adlı  felyetonu  təsvir  vasitələrinə,  komik  üslubuna  görə 
təbəssümlə, faciəyə bənzər problemə görə isə acı göz yaşları ilə oxunur. Yetkinlik 
yaşına çatmış, təhsilli oğlan ailə qurmaq üçün özünə tay qız axtarır. «Tərbiyə və 
elm  görmüş»  oğlan  münasib  qız  tapmayıb  əcnəbi  millətlərin  oxumuş  qızları  ilə 
evlənirlər.  Başqa  çarə  yoxdur.  Gənc  oğlan  təhsil  və  tərbiyə  görməyən  qızla  ailə 
həyatı qursa, «kişi kitabdan və elmdən danışanda övrət saatda bir asqırıb deyəcək: 
«Kişi, tək səbir gəldi, qoy kitabı yerə». Kişi övrətdən bir burun dəsmalı istəyəndə, 
övrət  deyəcək:  «Sən  Allah,  kişi,  özündən  iş  çıxartma,  ətəyinnən  burnuvu  sil». 
Felyetonçu bu  işin çarəsini axtarır: bəlkə qızlara təhsil verək? Yox, bu məsləhət 
deyil. Çünki qız dərs oxusa, yazmaq bilsə, «kefi istədi, götürdü bir yad kişiyə bir 
kağız yazdı». Xeyli götür-qoydan sonra çarə tapılır. «…oğlan uşaqlarını da dərsə 


 
174 
qoymuyaq. Əgər belə olsa, nə şiş yanar, nə kabab. Onda,  məsələn, səbir gələndə 
kişi  də  işini  yarımçıq  qoyar  ki,  səbir  keçsin…».  «Dəli»  imzası  ilə  verilmiş  bu 
felyetonda  yumor,  acı  gülüş  də  var,  qəzəb,  yanğı,  istehza  da.  Felyeton  müəllifi 
C.Məmmədquluzadə mövcud cəmiyyət həyatının xarakterik, lakin tragik səhnəsini 
çox ustalıqla qələmə almışdır. 
Ballı Badımcan xala ilə Nurcahan bacı 9 yaşlı qızı baqqala, yoxsa çaqqala 
(əbasız  Həsən  xana),  teatrda  oyunbazlıq  edən  Süleymana,  ya  da  ki,  qırmızısaqqal 
Hacıxana ərə vermək barədə qızğın müzakirə aparanda («Ballı Badımcan», № 4), 
müsəlmanlar  Təbrizdə  –  Aramyan  teatrında  erməni  xanımlarını  («Elan»,  №  1), 
yaxud  Fitilbörk  şəhərində  kilsədə,  Odessada  gül  mağazasında  rus  xanımlarını, 
Xorasanda  –  ziyarət  yerində,  Təbriz  bazarlarında…  arvad  çimdikləməklə 
məşğuldurlar («Çimdik», № 7). 
«Bikarlar  məhəlləsi»  də  «Molla  Nəsrəddin»in  Təbriz  nömrələrinin 
materialları  arasında  diqqəti  çəkən  felyetonlardandır.  Təbrizin  küçələri  dilənən, 
bitlənən və  mürgüləyən  arvad-uşaqlarla doludur.   Bu  bir  yana,  dövlətin  «bir  yekə 
və  ali  imarəti»ndə  yerləşən  kargüzarxanada  da  «kimi  qəlyan  çəkir,  kimi  elə 
bikarçılıqdan  mürgüləyir».  Molla  əmini  təəccübləndirən,  təəssüfləndirən  və 
təsirləndirən  də  odur  ki,  kargüzarxanadakı  heç  bir  işlə  məşğul  olmayan  bikar-
məmurlara  pul-maaş  verilir.  Molla  əmi  bu  suala  cavab  axtarır:  xub,  əgər  məqsəd 
pulu  bikarlara  paylamaqdır,  bəs  küçədə  bikar  adam  çoxdur,  səbəb  nədir  ki,  bu 
pullar  kargüzarxana  bikarlarına  halal  olub,  küçə  saillərinə  haram  olub?»  Bu 
felyetonla müəllif idarələrdə baş girləyən dövlət məmurlarını kəskin satira atəşinə 
tutmuşdur.  «Tüstü»  felyetonunu  (7)  elmə,  maarifə,  mədəniyyətə  həqarətlə baxan, 
mövhumatın, cəhalətin içində boğulan cəmiyyətin harayına yetişmək istəyən Mirzə 
Cəlilin  fəryadı,  naləsi  də  adlandırmaq  olar:  «Hər  yan  tüstüdür,  məclislərdə  və 
evlərdə düxaniyyət (tütün – T.A.), məşrubat (içki, şərab – T.A.) tüstüsü, küçələrdə 
hamam  tüstüsü,  mənəviyyatda  mövhumat  tüstüsü,  ruhda  və  qəlbdə  kəsafət 
(natəmizlik,  çirkinlik  –  T.A.)  tüstüsü…  Xülasə,  millət  tüstü  içində 
boğulmaqdadır».  Mirzə  Cəlil  boğulan,  batan  cəmiyyətin  dərdini  göstərməklə, 
tənqid etməklə kifayətlənmir, onun dərdinə dərman, əlac da axtarır. Kimdən? «Hər 
bir vicdan sahibindən, hər bir həqiqi Vətən dostundan, hər bir bəşər övladına rəhmi 
gələndən».  İranda  gördüklərini,  cəhalətin  törətdiyi  «vəhşilik  və  bədbəxtlikləri» 
unuda bilməyən M.Cəlil bu tüstünü dağıtmağın çarəsini Bakıya qayıtdıqdan sonra 
da  axtarmışdır:  «Zülmət  çox  dərindir,  qaranlıq  nəyahət  qalındır.  Burada  çox-çox 
top-tüfəng lazımdır. Bilmirəm – barıt atəşimi, bilmirəm – maarif topumu, bilmirəm 
–  mədəniyyət  təkamülü,  ya  inqilabı,  ya  bəlkə  də  ikisi  də  lazımdır…»  (İnqilab 
lazımdır. «Molla Nəsrəddin», № 3, 1922).  
Beləliklə, Cəlil Məmmədquluzadənin 1920-ci ildə Azərbaycanın bolşeviklər 
tərəfindən  istila  edilməsindən  sonra  İrana  köçü  bir  mühacirət  hadisəsi  kimi  tam 
təfərrüatı  ilə  xarakterizə  edildi  və  böyük  ədibin  3  aylıq  müddətdəki  mühacirət 
həyatı  və  fəaliyyəti  mötəbər  məxəzlərə  istinad  edilərək  işıqlandırıldı. 
C.Məmmədquluzadənin mühacirət dövründəki fəaliyyətinin zirvəsi və şah əsəri isə 
«Molla  Nəsrəddin»in  Təbriz  nəşrləri  oldu.  Həmin  nəşrlər  cəmiyyət  həyatında  bir 
hadisə,  mətbuat  tarixində  unikal  təzahürat  olmaqla  yanaşı,  eyni  zamanda 
Azərbaycan mühacirət mətbuatının başlanğıc nöqtəsidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə