Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   79   80   81   82   83   84   85   86   ...   176

 
169 
problemə  mövcud  ictimai-siyasi-tarixi  şərait  kontekstində  yanaşmaq  lazımdır. 
Buradan  digər  sual  öz  cavabını  tapmış  olur.  «Molla  Nəsrəddin»  1907-ci  ildə 
Tiflisdə  nəşrə  başlayanda,  nə  Azərbaycan  hökuməti,  nə  də  Gürcüstan  hökuməti 
vardı. Bakı kimi Tiflis də eyni imperiyanın – dövlətin sərhədləri daxilində yerləşən 
şəhərlər idi. Odur ki, «Molla Nəsrəddin»in Tiflis dövründə buraxılan nömrələrini 
qətiyyən  mühacirət  nəşrləri  saymaq  olmaz.  Elmi  mənbələrdə  «mühacirət»in  ərəb 
sözü  olduğu,  peyğəmbərimizin  Məkkədən  Mədinəyə  hicrəti  hadisəsini 
mənalandırmağa  xidmət  etdiyi  yazılır.  Bu  gün  dilimizdə  «mühacirət»  sözü  hər 
hansı  siyasi,  iqtisadi,  hərbi  səbəbdən,  zorla,  yaxud  könüllü  şəkildə  ölkənin 
sərhədini  aşaraq  başqa  bir  ölkədə  məskunlaşmaq  anlamını  verir.  Latın  mənşəli 
«emigare»  sözü  ingilislərdə  «emiqration»,  ruslarda  «emiqrasiya»  sözü  hansı 
mənanı  daşıyırsa,  bizdə  də  «mühacirət»  sözü  həmin  yükü  çəkir.  Bəzən  xaricdə 
yaşayan  həmvətənimizin  ünvanına  «mühacir»  söyləməkdən  ehtiyatlanaraq  ona 
«diaspor  üzvü»  deyirlər.  Bu,  anlaşılandır,  bu  münasibət  sovet  dövründən  bir 
mirasdır. Çünki, Sovet hakimiyyəti illərində mühacirlərə münasibət birmənalı idi – 
onlar «Vətən satqını», «dönük», «xain» adlandırılırdılar. Amma bu sözlərlə kimlər 
hədəfə  alınırdı:  Azərbaycan  istiqlalçıları,  yaxud  Sovet  həyat,  düşüncə  tərzini, 
kommunist-bolşevik  ideologiyasını  qəbul  etməyənlər,  Sibirə  sürgün  edilməkdən, 
təqibdən,  terrordan,  təhdiddən  ehtiyat  edib  II  Dünya  Müharibəsi  bitdikdən  sonra 
Vətənə  qayıda  bilməyən,  qəlbi  qürbətdə  Vətən  eşqi  ilə  çırpınan  on  minlərlə 
həmvətən… 
Bu  gün  Azərbaycan  Respublikasından  kənarda  milyonlarla  həmvətənimiz 
yaşayır.  Rusiya,  Ukrayna,  Orta  Asiya  Respublikaları,  Almaniya,  Fransa, 
Skandinaviya  ölkələri,  ABŞ…  -  bu  siyahını  istənilən  qədər  artırmaq  olar  –  kimi 
ölkələrdə ən müxtəlif səbəblərdən istər Azərbaycan Respublikasından, istər Cənubi 
Azərbaycandan yüz minlərlə həmvətənimiz məskunlaşmışdır. Çox vaxt, xüsusi ilə 
son  illərdə  onlara  «diaspor  üzvü»  deyirlər,  sanki  bununla  həmvətənlərin  statusu, 
yaxud  cəmiyyətdəki  yeri,  mövqeyi  dəyişir.  Belə  deyil.  Həmin  ölkələrdəki 
həmvətənlərimizin  problemləri  ilə  yerli  mühacir  təşkilatlar  məşğul  olur. «Diaspor 
üzvü»  deməklə,  sanki  nəyi  isə  yumşalmış,  «mühacir»  söyləməklə  nəyi  isə 
şiddətləndirmiş oluruq. Qətiyyən. «Diaspor» sözünün etimologiyasını araşdırdıqda, 
bu  ifadənin  arxasında  daha  irimiqyaslı  və  daha  dəhşətli  hadisənin  şahidi  olursan. 
Yunan  mənşəli  «diaspor»  sözünün  mənşəyində  də  «mühacirət»  sözündəki 
zorakılıq,  təqib,  təzyiq  mənaları  durur.  Üstəgəl,  «diaspor»  həm  də  genosid 
təhlükəsini  və  kütləvi  zorakılıq  anlayışını  özündə  ehtiva  edir.  «Diaspor»  sözü 
eramızdan  əvvəl  VI  əsrdə  torpaqlarından  çıxarılan  yəhudilərin  məruz  qaldığı 
zorakılıq hadisəsini əks etdirir. Beləliklə, hər iki söz ilkin mənasından uzaqlaşmış, 
yeni  məna  çalarları  kəsb  etmişlər.  Fikrimizcə,  bu  sözlərin  hər  hansı  bir  səbəbdən 
xarici  ölkədə  məskunlaşan  həmvətənimizin  ünvanına  rahatlıqla  sinonim  kimi 
işlədilməsi heç bir problem yaratmamalıdır. 
Mühacirət  mövzusundan  danışarkən  hökmən  problemə  mühacirliyin 
haradan,  hansı  səbəbdən  qaynaqlandığına  aydınlıq  gətirilməlidir.  Belə  olduğu 
təqdirdə mühacirətşünaslar arasında yaranmış bir sıra mübahisəli məqamlar həllini 
tapmış olacaqdır. Bəzən «mühacirət» dedikdə, sırf siyasi xadimlərin, yaxud siyasi 
baxışlarına görə ölkəni tərk etmək məcburiyyətində qalan insanların başqa ölkədə 


 
170 
məskunlaşması  nəzərdə  tutulur.  Bu,  yanlış  yanaşmadır.  Doğrudur,  bu  qisim 
insanlar mühacirətin başlıca göstəricisidir, onun əsas kütləsini, gücünü təşkil edir. 
Onlar  təşkilatlanmağa,  fəallığa  meyllidir,  ölkədə  baş  verən  ictimai-siyasi-iqtisadi 
proseslərə  daha  çevik  reaksiya  verirlər.  Bu  da  təbiidir.  Çünki  onlar  siyasi 
baxışlarına görə, iqtidara, yaxud ictimai formasiyaya münasibətdə barışmaz mövqe 
tutduqları üçün qürbət həyatına üstünlük vermişlər. Eyni zamanda, heç bir təqibə, 
siyasi  təzyiqə  məruz  qalmayan  yüzlərlə,  minlərlə  insan  da  var  ki,  sadəcə  həyat 
tərzini dəyişərək Avropada, Amerikada yaşamaq, yaxud dünyanın hər hansı digər 
ölkəsində  daha  firavan,  daha  zəngin  bir  həyat  qurmaq  niyyətilə,  yaxud  daha 
hansısa başqa səbəbdənsə ölkəni tərk etmişdir. Xaricdə məskunlaşan bu qəbildən 
olan  insanlar  da  mühacirdir.  Öz  qayğı,  problemləri  ilə  məşğul  olan  belə 
həmvətənləri  siyasi  fəaliyyətləri  olmadığı  üçün  mühacir  hesab  etməmək  düzgün 
deyil. 
O  ki,  qaldı  Mirzə  Cəlilin  mühacirət  dövründəki  fəaliyyətinə,  ümumiyyətlə, 
mühacirin xaricdə yaratdığı  nə varsa, o mühacirət məhsuludur. Yazıçıdırsa, onun 
ədəbi irsi mühacirət ədəbiyyatı, publisistdirsə yazdıqları, mühacirət publisistikası, 
naşir, redaktordursa rəhbərlik etdiyi, buraxdığı mühacir nəşrdir. Deməli, M.Cəlilin 
«Molla Nəsrəddin» jurnalının İranda -  mühacirət dövründə nəşr etdiyi nömrələri 
mühacirət  mətbuatı  nümunələridir.  Bir  çoxları  elə  hesab  edir  ki,  həmvətənlərin 
xaricdə  nəşr  etdikləri  yalnız  siyasi  məzmunlu  qəzet,  yaxud  jurnallar  mühacir 
nəşrlərdir.  Halbuki,  belə  deyildir.  Bu  gün  xarici  ölkələrdə  (o  cümlədən,  Rusiya 
Federasiyasında, Ukraynada) onlarca qəzet, jurnal buraxılır ki, onlar Vətənimizdə 
olan  mövcud  milli,  demokratik  hakimiyyəti  bütün  varlığı  ilə  dəstəkləyir, 
respublikanın  nailiyyətlərini  təqdir  edir,  ölkəmizin  tarixi-memarlıq  abidələrini, 
xalqımızın  milli-mənəvi  dəyərlərini  təbliğ  edirlər.  «Molla  Nəsrəddin»  jurnalına 
gəldikdə  isə,  onun  mövzularını  ətalət,  cəhalət  və  mövhumata  qarşı  mübarizə  ilə, 
qadın azadlığı, hüquq bərabərliyi, digər insani və demokratik dəyərlər, eləcə də dil, 
məktəb,  maarif  istiqamətində  aparılan  mübarizə  ilə  məhdudlandırmaq  olmaz. 
«Molla  Nəsrəddin»  çar  mütləqiyyətini,  Osmanlı  sultanlığını,  İranın  şahlıq  üsul-
idarəsini  də  qamçılayır,  siyasi  mövzularda  son  dərəcə  kəskin  materiallar  dərc 
edirdi. 
«Molla  Nəsrəddin»  jurnalının  Təbrizdə –  mühacirətdə buraxılan  8 nömrəsi 
mətbuat  tariximizdə  bir  çox  cəhətdən  silinməz  iz  buraxmışdır.  Jurnal  mövzu,  dil, 
tərtibat  baxımından  özündən  əvvəlki  nəşrlərindən  ciddi  fərqlənməsə  də,  yeni 
mühit,  yeni  şərait  «Molla  Nəsrəddin»in  təsir  gücünü  bir  qədər  də  artırmış,  əhatə 
dairəsini  genişləndirmiş,  bunun  nəticəsi  kimi  Cənubi  Azərbaycanda  «Molla 
Nəsrəddin»  ənənələrini  davam  etdirən  satirik  nəşrlər  intişar  etmiş,  «mənəvi 
dirçəlişə və ictimai tərəqqiyə ciddi təkan vermişdir» (İ.Həbibbəyli, göstərilən əsəri, 
səh.347).  
Əməkdar jurnalist, mətbuat tariximizin fədakar tədqiqatçılarından olan Tahir 
Aydınoğlu  «Şərqin  mürgüsünü  qaçıran,  güldürərək  düşündürən,  düşündürərək 
güldürən,  «millətin  kitabına  çevrilmiş»  «Molla  Nəsrəddin»in  Təbrizdəki 
fəaliyyətini  jurnalın  tarixinə  yazılan  daha  bir  əlamətdar  səhifə  kimi  dəyərləndirir. 
(«Molla Nəsrəddin» - Təbriz 1921. Transliterasiya edən və çapa hazırlayan, f.e.n. 
Elmira  Qasımova,  «Ön  söz»ün  müəllifi  Tahir  Aydınoğlu,  redaktor  Məmməd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə