Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   87   88   89   90   91   92   93   94   ...   176

 
186 
siyasi  mühacirəti»  adlı  kitabda  (X.İbrahimli,  Bakı,  «Elm»  nəşriyyatı,  1996-cı  il) 
müəllif yazır: «… obyektivlik naminə qeyd etməliyik ki, mühacirlərimizin vətənlə 
əlaqəsinin  yaranmasında  (bu  əlaqə  özlüyündə  mühacirət  probleminə  diqqəti 
artırırdı),  mühacirət  probleminin  aktuallaşmasında,  elmi-nəzəri  axtarışlara  ilk 
təşəbbüslərin meydana gəlməsində Elçinin rəhbərlik etdiyi «Vətən» Cəmiyyətinin, 
bu  cəmiyyətin  orqanı  olan  «Odlar  Yurdu»  qəzetinin  ayrıca  xidmətləri  olmuşdur» 
(səh.11).  Lap  bu  yaxınlarda  isə  mühacirətlə  bağlı  maraqlı  materiallar  dərc  edən 
«Ayna»  qəzeti  80-ci  illərin  sonuna,  90-cı  illərin  əvvəllərinə  işarə  vuraraq  yazır: 
«Bu dövrdə diasporla məqsədyönlü iş aparan və buna görə də xalq arasında böyük 
nüfuza  malik  olan  «Vətən»  Cəmiyyətinin  və  onun  orqanı  olan  «Odlar  Yurdu» 
qəzetinin  xidmətlərini  xüsusi  qeyd  etmək  lazımdır»  (Məhərrəm  Zülfüqarlı, 
Azərbaycan  diasporu:  alternativlik  problemi,  «Ayna»  qəzeti,  1  iyun  2001-ci  il). 
«Vətən»  Cəmiyyəti  Azərbaycan  istiqlal  mücadiləsinin  iştirakçılarını,  Ankaradakı 
Azərbaycan  Milli  Mərkəzinin  və  Ankaradakı  Azərbaycan  Kültür  Dərnəyinin  baş 
katibi,  «Azərbaycan»  jurnalının  redaktoru  Əhməd  Qaracanı,  həmin  cəmiyyətin 
məsul  üzvü  Yəhya  Daşdələni  Bakıya  ilk  dəfə  dəvət  etdi.  Respublikanın  bütün 
sahələrdən  olan  tanınmış  xadimləri  ilə  mühacirətin  ən  güclü,  nüfuzlu 
nümayəndələrinin  görüşünü  təşkil  etdi,  Azərbaycan  diasporunun  problemləri 
müzakirə olundu. Hələ 1991-ci ildə keçirilən həmin görüşdə Ə.Qaraca demişdir ki, 
Türkiyədəki Milli Mərkəzin 40 illik fəaliyyəti ilə bu ölkədə yaranmış Azərbaycan 
lobbisinin  Qərbə  «ixracı»  son  dərəcə  aktualdır.  Natiq  problemlə  bağlı  öz 
təkliflərini  də  söyləmişdi  (ətraflı  bax:  A.Tahirli  «Vətən»  Cəmiyyətində  görüş, 
«Odlar  yurdu»  qəzeti,  №2,  yanvar  1991-ci  il).  Bundan  xeyli  əvvəl  isə  «Vətən» 
Cəmiyyətinin sədri Elçinin şəxsi təşəbbüsü və səyi ilə M.Ə.Rəsulzadənin silahdaşı, 
onun işinin ən məhsuldar, yorulmaz davamçısı Məhəmməd Gəngərli Bakıda qonaq 
olmuşdur.  Bu  gün  –  müstəqillik  dövründə  bu  çox  adi,  rahat  məsələdir.  Amma 
həmin  vaxt  –  Sovet  rejiminə  qarşı  qatı  və  amansız  ideoloji  mübarizə  aparan 
mühacirin Bakıya dəvət olunması ən azı böyük cəsarət tələb edirdi.    
 
«Ana  dili»  qəzetinin  (Bonn)  naşiri  və  redaktoru  N.Qərəvinin,  dünya 
miqyasında  tanınmış  rəssamlar  Ə.Behkəlamın  (Berlin),  Davud  və  Əyyub 
İmdadiyan  qardaşlarının  (Paris),  görkəmli  şərqşünas  professor  İ.Melikoffun 
(Paris), Stokholmdakı Azərbaycan kültür əncüməninin nümayəndəsi M.Kəriminin, 
Azərbaycan  dili  və  ədəbiyyatı  üzrə  tanınmış  mütəxəssis  Əli  Yavuz  Akpınarın 
(İzmir),  London  Universitetinin  professoru  T.Gənceyinin,  Tolido  Universitetinin 
professoru 
Ş.Ənsarinin,  məşhur  Ə.Bəndəroğlunun  (Bağdad),  Edinburq 
Universitetinin  professoru  Q.S.Təbrizinin  …  «Vətən»  Cəmiyyətinin  dəvəti  ilə  ilk 
dəfə Bakıya gəlməsi, respublika ilə tanışlığı təbii ki, mühacirətlə aparılan ardıcıl və 
faydalı fəaliyyətin bəhrəsi idi.    
 
 
 
 
 
 
 
Qeyd  etdiyimiz  kimi,  həmvətənlərlə  bərabər  «Vətən»  Cəmiyyəti  xaricdəki 
əcnəbi dövlət, mədəniyyət, ədəbiyyat-incəsənət xadimlərini də ölkəmizə dəvət edir, 
bununla da respublikanın, onun ədəbi, mədəni xəzinəsinin  tanımasına və xüsusilə 
Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr haqqında Qərbdə düzgün rəy 
yaradılmasına çalışırdı.    
 
 
 
 
 
 
Mədəniyyətimizin yaxın dostu, professor C.Bellinceri (İtaliya), Konnektikut 
Universitetinin  professoru  xanım  Odri  Altstadt,  professor  T.Svyataxovski  və 


 
187 
başqaları  ilə  əlaqə  və  əməkdaşlıq  bir  tərəfdən  xaricdə  azərbaycanşünaslığın                                                                 
inkişafına  təkan  vururdusa,  digər  tərəfdən  respublikada  baş  verən  ictimai-siyasi 
hadisələrin  olduğu  kimi  yayılmasına  kömək  edirdi.  Bu  mənada  «Vətən» 
Cəmiyyətinin  dəvəti  ilə  ABŞ  Konqresinin  üzvü,  görkəmli  siyasi  xadim, 
Demokratlar partiyasının liderlərindən biri Cim Mudinin 1990-cı ildə Bakıya səfəri 
xüsusilə əhəmiyyətli olmuşdur.  
 
 
 
 
 
 
«Vətən»  Cəmiyyətinin  sədri  Elçin  Cim  Mudini  qəbul  edərkən  «əgər  səhv 
etmirəmsə, bu ABŞ  Konqresinin üzvünün Azərbaycana ilk səfəridir və buna görə 
də tarixi əhəmiyyət kəsb edir» demişdir. C.Mudi isə söyləmişdir ki, onun ölkəsinin 
ictimaiyyəti  və  siyasi  dairələri  Azərbaycanda  və  ümumiyyətlə  SSRİ-də  baş  verən 
hadisələri diqqətlə izləyir və əsl həqiqəti öyrənmək istəyir. C.Mudi əmin olduğunu 
bildirmişdir  ki,  onun  səfəri  Azərbaycan  haqqındakı  informasiya  azlığının  aradan 
qaldırılmasında böyük rol oynayacaqdır.    
 
 
 
 
 
Yeri  gəlmişkən  deyək  ki,  Cim  Mudi  Şəhidlər  Xiyabanını  ziyarət  edən  ilk 
rəsmi,  xarici  dövlət  xadimidir.  Konqresmenin  ABŞ-a  qayıtdıqdan  sonra  siyasi 
dairələr  qarşısında  əsl  həqiqəti  əks  etdirən  çıxışları,  şübhəsiz  ictimai  rəyə  az  da 
olsa, təsir etmişdir.  
 
 
 
 
 
 
 
 
 
Hələ  SSRİ  mövcud  ikən  «Vətən»  Cəmiyyəti  keçmiş  sovet  məkanındakı 
həmvətənlərlə  də  sıx  əlaqə  saxlayır,  yazışır,  informasiya  mübadiləsi  edirdi. 
Estoniyada,  Ukraynada,  Latviyada,  Moskvada,  Sverdlovskda,  Saratov  və  başqa 
yerlərdə  fəaliyyət  göstərən  Azərbaycan  mədəniyyət  mərkəzləri  ilə  əməkdaşlıq 
sayəsində  Azərbaycan  mədəniyyəti,  ədəbiyyatı,  incəsənəti  geniş  təbliğ  olunurdu. 
«Vətən» Cəmiyyətinin fəaliyyəti bilavasitə həmvətənlərlə mədəni əlaqələrlə bağlı 
olsa da, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, xüsusilə Dağlıq Qarabağ 
və  onun  ətrafındakı  hadisələr  haqqında  beynəlxalq  ictimaiyyətə  operativ  və 
obyektiv  məlumat  ötürür,  xaricdə  Azərbaycan  həqiqətini  yayır,  mövcud 
informasiya blokadasını yarmağa çalışırdı.    
 
 
 
 
 
Bu  mənada  «Vətən»  Cəmiyyəti  Rəyasət  Heyətinin  sədri  Elçinin  ABŞ 
senatının xarici işlər üzrə Komitəsinin noyabrın 17-də Dağlıq Qarabağ haqda qəbul 
etdiyi bədnam qətnaməyə sərt münasibətini, qəzəbini ifadə edən «Həqiqət naminə» 
(«Odlar  yurdu»,  №22,  noyabr  1989-cu  il),  «Siyasi  naşılıq  nümunəsi»  («Odlar 
Yurdu»,  №22,  dekabr  1989-cu  il)  adlı  yazıları  diqqəti  xüsusi  ilə  cəlb  edir.  Bu 
yazılar  bir  yazıçı  qələminin  məhsulu  olsa  da,  torpağının  toxunulmazlığı  uğrunda 
ayağa qalxan xalqın bağrından qopan haqq səsi, hayqırtısı, hiddəti idi: «Və hərgah 
bu gün Amerika Birləşmiş Ştatları senatının xarici işlər komissiyası Azərbaycanın 
ayrılmaz  tarixi  bir  hissəsi  olan  Dağlıq  Qarabağ  haqqında  yalan  məlumatlara  və 
saxta sənədlərə əsaslanan tamamilə birtərəfli qətnamə qəbul edirsə, bu – Azadlığın 
ziddi, qaranlığın təntənəsidir.    
 
 
 
 
 
 
 
Hərgah bu gün daşnaksutyunun ən qatı və qəddar üzvləri Amerika Birləşmiş 
Ştatlarında özlərinə cismani məskən tapmışlarsa, bunu bəlkə də ölkədəki Azadlıqla 
izah  etmək  olar,  lakin  həmin  daşnaklar  orada  özlərinə  mənəvi  məskən  də 
tapmışlarsa, bu – Azadlığın, işığın yox, qara əməllərin ifadəsidir. 
 
 
Hərgah  daşnak  əqidəsi,  daşnak  dünyabaxışı  Amerika  Birləşmiş  Ştatlarının 
senatına  təsir  edə  bilirsə,  bu  –  Azadlığa  xəyanətdir,  Azadlıq  ideallarının 
tapdanması  deməkdir»  («Həqiqət  naminə»  adlı  yazıdan).  Yaxud,  müəllif  «Siyasi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə