192
Azərbaycanın istiqlalı uğrunda mübarizə tarixinin ən ləyaqətli və mübariz
nümayəndələrindən biri olan C.Hacıbəyli 28 Aprelin tariximizdə qanlı bir səhifə
olduğuna işarə edərək yazırdı: «O mənhus 28 Aprel günündən bəri azəri milləti öz
milli bayramını (28 May İstiqlal Günü nəzərdə tutulur – A.T.) yalnız qəlbində qeyd
etməyə məcbur qalmış, mühacirətə qaldıqda, bizlər də bu bayramı ümid və
iztirablar içində qeyd etmək zərurətindəyik». Azərbaycanın azad, müstəqil
olacağına bir an da inamını itirməyən C.Hacıbəyli mövcud şəraitdə mühacirətin
üzərinə düşən vəzifədən bəhs edir və təəssüflə yazırdı ki, bəzən oturduğumuz isti
künclər bizim hissiyyatımızı korlaşdırır. «O qədər də ümidsizliyə düşməyəlim» -
deyə yazan C.Hacıbəyli bütün mühacirləri «millət və vətənimizin yardımına
qoşulmağa» dəvət edirdi. Adı çəkilən məqalədə C.Hacıbəyli yazırdı: «…Min cür
fədakarlıqlar nəticəsində əldə etdiyimiz neməti birdən-birə qeyb etdik. Əvət,
istiqlalımızı biz rahatlıqla qazanmadıq. Parlament rəisi rəhmətlik Həsən bəyin
söylədiyi kimi, «başqaları yüz il ərzində vermiş olduqları qurbanları biz bir il
ərzində verdik». Rahatlıqla itirdiyimiz yurdumuzun istiqlalı üçün daha nə qədər
qurbanlar verəcəyik, bunu Allah bilir. Hər halda, bizə düşən vəzifə bu qurbanları
mümkün dərəcə azaltmaq və bəlkə də məsələni qan tökməməklə həll etmək: zatən
28 Aprel faciəsindən bəri millətimizin qanı axmaqda davam edir, tənəffüs
yoxdur…».
ABŞ-da – Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin sədri
Məcid Musazadənin «Azərbaycan» jurnalının (Münhen) may 1952-ci il
nömrəsində çap olunmuş «Azərbaycan matəm içində» yazısı ətraflı araşdırmaları,
dərin təhlili, ciddi nəticələri ilə diqqəti cəlb edir. Müəllif tutarlı tarixi fakt və
dəlillərlə 28 Aprelin Azərbaycan xalqına gətirdiyi fəlakət və faciələrdən bəhs edir,
sovet rejiminin mənfur məqsəd və niyyətlərini açıb göstərir. O, 28 Aprelə işarə ilə
yazır: «Bu gün Azərbaycanın tarixində məhkumiyyəti andıran gündür. Bu gün
istiqlal günəşinin, milli Azərbaycan bayrağının Qızıl Ordu çəkmələri altına atıldığı
gündür».
Müəllif «türk və müsəlman məmləkətləri tarixində ilk dəfə olaraq demokrasi
prinsiplərinə dayanan milli cümhuriyyətin» qurulmasından, onun dövlət
quruculuğu sahəsində həyat keçirdiyi tədbirlərdən, universitetin, ali texniki və xalq
məktəblərinin yaradılmasından, Avropanın ali təhsil ocaqlarına yüzlərlə tələbənin
göndərilməsindən söz açır və yazır: «Bir sözlə, məmləkət kəlmənin tam mənasında
milli sima almışdı».
Azərbaycan xalqının heç bir işğalçı qüvvənin qarşısında boyun əymədiyini
göstərən müəllif azadlıq uğrunda mübarizə tarixini vərəqləyir: «1802-ci ildə Gəncə
çar qüvvətləri tərəfindən işğal edildikdən bu günə qədər Azərbaycan daima üsyan
və
mücadilə halında olmuşdur. M.Musazadə Moskvanın ruslaşdırma,
kollektivləşdirmə, sənayeləşdirmə siyasətinin, dil, əlifba və s. sahələrdəki
«islahatlarının» Azərbaycanda etiraz və üsyanlarla qarşılandığını yazır.
«Azərbaycan türklərinin tarixi, ədəbiyyatı, sənəti, teatr həyatı xüsuslarında
yurddaşlara mümkün mərtəbə geniş bilgilər vermək» niyyəti ilə 1952-ci ilin
aprelində Ankarada nəşr olunmağa başlayan «Azərbaycan» jurnalı elə ilk
nömrəsindən 28 Aprelin xalqın tarixində oynadığı dəhşətli rolu oxucularına
çatdırdı. «Azərbaycan Cümhuriyyəti haqqında ümumi məlumat» adlı məqalədə
193
deyilir ki, bolşeviklər mövcud vəziyyətdən istifadə edərək 27 apreldə Qızıl Ordu
vasitəsilə Azərbaycanı işğal etmiş, sovetləşdirmişlər.
Jurnalın həmin nömrəsində Azərbaycan ədəbiyyatı mövzusunda dəyərli
tədqiqatları ilə diqqəti cəlb edən Əbdülvahab Yurdsevər göstərir ki, 28 Apreldə
yurdumuz təkrar qaranlıqlarda boğuldu. Lakin müəllif böyük inam və ümidlə
qurtuluş gününün gələcəyini də qeyd edir. Jurnalın aprel 1953-cü il tarixli 2-ci
nömrəsində qara haşiyə ilə verilmiş «27 aprel» adlı məqalədə türk tarixinin bu qara
günündən bəhs olunur və rusların təcavüzü ilə Şərqdə ilk modern demokratik
dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin süquta yetirildiyi acı təəssüf hissi
ilə qeyd edilir. Yazıda Azərbaycanın yenidən istiqlala qovuşacağı fikri xüsusi
vurğu ilə qeyd olunur. Məqalədə deyilir: «27 aprel faciəsini birlikdə və dərin ürək
acısı ilə bir kərə daha anarkən, ali insanlıq vicdanının belə haqsızlıqlara uzun
müddət təhəmmül edilməyəcəyi ümidi ilə təsəlli tapır və yaxın istiqbalda digər
məhkum türk elləri ilə birlikdə Azərbaycan türklərinin də hürriyyət və istiqbal
haqlarına qovuşacağına əmin olduğumuzu bildiririk».
“Xalq qəzeti”, 28 aprel 2001
Mühacir mətbuatı 28 May haqqında
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında”
20 mart 2001-ci il tarixli Fərman müstəqilliyin dəyərləndirilməsi, ötən illər
ərzindəki daxili və xarici siyasətin obyektiv xarakterizə olunması, eyni zamanda
gənc dövlətin on illik salnaməsinin yaradılması baxımından xüsusi əhəmiyyət
kəsb edir. Bu mühüm sənəd, həm də XX əsrin əvvəllərində yaradılan Azərbaycan
Xalq Cümhuriyyəti tarixinin daha dərindən öyrənilməsi üçün əsas verir. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü ilə
bağlı tədbirlər planında “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin varisidir” mövzusunda beynəlxalq konfransının keçirilməsi də
nəzərdə tutulmuşdur. Fikrimizcə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və
taleyi ilə bağlı mühacir mətbuatının yazdıqları da böyük maraq doğurur və geniş
tədqiqat predmetinə çevrilə bilər.
1920-ci il 27-28 aprel hadisələri nəticəsində islam və türk dünyasında ilk
demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. 1918-ci il
mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, o
nəinki Azərbaycanın, eləcə də bütün Şərqin tarixində silinməz iz buraxdı. Təsadüfi
deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən indiyədək bu dövlətin
yaranması, strukturu, atributları, rəmzləri, elm, təhsil, mədəniyyət sahələrindəki
islahatları, daxili və xarici siyasəti, süqutu səbəbləri, tarixi əhəmiyyəti barədə
yüzlərlə əsər yazılmışdır. Doğrudur, Sovet hakimiyyəti illərində Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi, mahiyyəti saxtalaşdırılmış, ünvanına böhtanlar
yağdırılmışdır. Bununla belə, bütün mənəvi və fiziki təzyiqlərə baxmayaraq, bu
dövlətə məhəbbət hissi böyük əksəriyyətin qəlbində illərcə yuva salmışdır. Eyni
Dostları ilə paylaş: |