188
naşılıq nümunəsi» adlı məqaləsində yazırdı: «…Cənab senatorlar! Siz Dağlıq
Qarabağda «ermənilərə, yəhudilərə və digər etnik qruplara qarşı mütəşəkkil
zorakılıqdan» danışırsınız. Hansı fakta, hansı sənədə əsaslanıb, misal üçün,
yəhudilərə qarşı zorakılıq göstərildiyini iddia edirsiniz, Axı, söhbət ABŞ kimi
böyük və azadpərvər bir dövlətin senatından gedir, Sizin ermənilərin də,
yəhudilərin də, «digər etnik qrupların» da təəssübünü çəkməyiniz yaxşı hadisədir,
lakin nə üçün Siz bunu əslində Azərbaycan xalqına qarşı düşmənçilik hesabına
edirsiniz, Azərbaycanlılar Sizə nə etmişlər, Azərbaycan xalqı ABŞ senatı
qarşısında hansı qəbahətin sahibidir, hər hansı bir xalqı müdafiə etmək başqa bir
xalqın hüquqlarının tapdanması, mənəviyyatının alçaldılması sayəsindəmi
olmalıdır? Doğrudanmı, daşnak təbliğatı Sizi – qüdrətli bir ölkənin senatorlarını bu
dərəcədə hipnoz etmişdir, Yoxsa, Siz özünüz bu hipnozdan çıxmaq istəmirsiniz?
… Siz «törədilmiş cinayət hərəkətlərinin» təhqiqatından danışırsınız,
«qətllərdə və qan tökülməsində günahkar olanların aşkara çıxarılmasına və cinayət
məsuliyyətinə cəlb edilməsinə» çağırırsınız. Qətnamənin bütün pafosundan,
mülahizələrinizin təmayülündən yenə də tamam aydındır ki, Siz bu ümumi
kontekstdə cinayət hadisəsini yalnız ermənilərə qarşı azərbaycanlılar tərəfindən
zorakılıq kimi qiymətləndirirsiniz. Siz hansı mənəvi haqla bu cür birtərəfli mövqe
tutursunuz? Tərəf – müqabilin, indiki halda Azərbaycan xalqının mənəvi və
cismani sarsıntılarına, Azərbaycan xalqına qarşı yönəldilmiş mütəşəkkil cinayətkar
fəaliyyətə, azərbaycanlıların qətlə yetirilməsinə, işgəncələrə və təhqirlərə məruz
qalmasına, yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulmasına bələd
olmadan bu dərəcə məsuliyyətli bir qərar qəbul etmək hansı beynəlxalq hüquq
normaları ilə bir araya sığır!
Cənab senatorlar!
Bu Qətnamə yenicə istiqlaliyyət əldə etmiş, təcrübəsiz bir ölkənin, yaxud
qəsbkar bir dövlətin yox, Amerika Birləşmiş Ştatları kimi böyük və azadlıqsevər
bir məmləkətin iradəsini ifadə edir, daha doğrusu, ifadə etməlidir. Lakin Siz həmin
Qətnamə ilə məhz azadpərvərlik ideyalarına ləkə vurmursunuzmu?»
Yəqin hörmətli oxucu bu sətirlərin 1989-cu ildə qələmə alındığının fərqinə
də vardı… 1990-cı il 20 yanvar qırğını, 1992-ci il 26 yanvar Xocalı soyqırımı ilə
bağlı «Vətən» Cəmiyyəti, onun orqanı «Odlar Yurdu» qəzeti nəinki həmvətənləri,
onların vasitəsi ilə, yaxud birbaşa dünyanın nüfuzlu informasiya kanallarını
operativ və dolğun məlumatlarla təmin edirdi.
Söhbətimizin əvvəlinə qayıdaraq bir daha qeyd etmək istərdim ki,
həmvətənlərlə işin indiki mərhələsində bu sahədə toplanmış təcrübədən,
formalaşmış ənənələrdən istifadə etmək vacibdir. Əlbəttə, indiki şərait, dövr 10-12
ildəkindən xeyli fərqlidir, bu – Azərbaycanın müstəqilliyi faktoru həmvətənlərlə
əlaqəni bir tərəfdən asanlaşdırırsa, digər tərəfdən məsuliyyəti də artırır.
Bu gün KİV-də «Qurultay lazımdırmı» sualı yox, bu ali orqanda müzakirə
ediləcək problemlər müzakirə predmeti olmalıdır. Fikrimizcə, qurultayda
Həmvətənlərə iş üzrə Milli Proqram qəbul edilməlidir. Bu Proqramda ilk növbədə
dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərin təşkilatlanması üçün
təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməlidir.
Mövcud mədəniyyət mərkəzlərinin proqramları Milli Proqrama
189
uyğunlaşdırılmalıdır. Qurultay mədəniyyət mərkəzlərinin tərkibinə yenidən
baxmağı tövsiyə etməlidir.
Mədəniyyət Mərkəzlərinin Koordinasiya Şurası təsis edilməlidir. Şura
mərkəzlər arasında operativ əlaqə yaratmaq, həmvətənləri hər hansı məsələ
ətrafında səfərbər etmək üçün tədbirlər müəyyənləşdirməlidir.
Qurultayda dünya Azərbaycanlılarının qəzetinin, jurnalının buraxılması,
internet səhifəsinin açılması qərara alınmalıdır.
Ən qısa müddətdə nümayəndələrə təmsil etdikləri ölkələrdəki
azərbaycanlıların sayı, sosial tərkibi, həyat tərzi, dünyagörüşü və s. kimi
informasiyalardan ibarət məlumat bankının Koordinasiya Şurasına təqdim etməsi
tövsiyə olunmalıdır.
Qurultay Dağlıq Qarabağ problemi və mövcud vəziyyətlə bağlı dünya
azərbaycanlılarına, bütün ölkələrin parlament və hökumət rəhbərlərinə, beynəlxalq
təşkilatlara, dini konvensiyaların başçılarına müraciət qəbul etməlidir.
Müxtəlif ölkələrdə, ilk öncə Rusiya Federasiyasında, ABŞ-da, Almaniyada,
Fransada, İsveçdə, Hollandiyada Azərbaycan lobbisi yaradılması üçün tədbirlər
müəyyənləşdirilməlidir.
Qurultayda həmvətənlərin məskunlaşdığı ölkələrdəki hakimiyyət orqanları,
beynəlxalq təşkilatlar ilə, habelə digər millətlərin, xüsusilə Türkiyə türklərinin
diasporu ilə iş birliyi yaradılması yolları müəyyənləşdirilməlidir.
Azərbaycanın iqtisadi cəhətdən inkişafına yardım edəcək təkliflər ətrafında
fikir mübadiləsi aparılmalı, həmvətənlərin ölkə iqtisadiyyatına sərmayə qoymasına
şərait yaradılması üçün müvafiq Proqramlar tərtib edilməlidir.
Mühacirətdə yaranan mədəni irsin Vətənə gətirilməsi yolları araşdırılmalıdır.
Xarici ölkə kitabxanalarına Azərbaycan KİV və ədəbiyyat nümunələrinin
fasiləsiz, sistemli ötürülməsinin təmin etmək üçün plan hazırlanmalıdır.
Bunlar qurultayda toxunulması vacib olan məsələlərin bir qismidir.
Ən vacibi odur ki, qurultay dünyanın müxtəlif ölkələrində məskunlaşan hər
bir mühacirin mənəvi-milli pasportuna çevriləcək, əqidə və məsləyinə hakim
kəsiləcək milli ideologiya ətrafında birləşməsinə zəmin yaradacaq, təkan
verəcəkdir. Azərbaycanın tarixi torpaqlarının tanınmasının və bərpa olunmasının,
müstəqilliyinin əbədiyyətə çevrilməsinin, dinamik inkişafının, ayrılıqda hər bir
Vətən övladının, bütövlükdə xalqın firavan həyatının təminatçısı olan bu sərvət -
müqəddəs «Qurani-Kərim»dən ilhamlanan, ana kitabımız «Dədə-Qorqud»dan
mayalanan, C.Əfqani və M.F.Axundzadənin mənəvi dünyasından pərvazlanan,
İ.Qaspiralı, Ə.Topçubaşı və Y.Akçuraoğlu məsləyindən qidalanan, H.Zərdabi,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, A.Səhhət,
M.Hadi, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə dühası ilə cilanan, formalaşan,
türkçülüyü (millətçiliyi, vətənçiliyi, istiqlalçılığı, islamçılığı (ittihadçılığı),
tərəqqini (müasirlik və mədəniyyəti) ehtiva edən, ondan yaranan, ona söykənən,
Ə.Hüseynzadənin təbirincə desək, «türk hissiyatlı, islam etiqadlı, Avropa qiyafəli»
milli idealogiyadır. Bu idealogiyadan kənarda, yaxud onun fövqündə heç bir
hərəkat və cərəyan məqbul deyildir. Təsadüfi deyil ki, M.Ə.Rəsulzadə bütün
təbəqələrdən olan Azərbaycan xalqını nəzərdə tuturaq 1922-ci ildə qələmə aldığı
«İstiqlal məfkurəsi» adlı məqaləsində (M.Ə.Rəsulzadə, Azərbaycan Cümhuriyyəti:
Dostları ilə paylaş: |