Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   85   86   87   88   89   90   91   92   ...   176

 
182 
 
 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  mayın  23-də 
«Dünya  Azərbaycanlılarının  I  qurultayının  keçirilməsi  haqqında»  Sərəncamı 
mühacirət mövzunu yenidən aktuallaşdırmışdır. Kütləvi informasiya vasitələrində 
(KİV)  cəmiyyətin  müxtəlif  təbəqələrinin  nümayəndələri  bu  problemlə,  xüsusilə 
qurultayın  keçirilməsi  ilə  bağlı  öz  fikir  və  mülahizələrini  söyləyir,  istək  və 
arzularını bildirirlər. 
Bütövlükdə  cəmiyyətdə,  o  cümlədən  KİV-də  mühacirətə  münasibət 
birmənalı deyildir: kimi Azərbaycan diasporunun təsir gücünü tamamilə inkar edir, 
ondan ümidini üzür, kimi bu qüvvəni həddən artıq şişirdir, hətta lobbiçilikdən bəhs 
edir. 
Fikrimizcə,  Azərbaycan  mühacirəti  haqqında  onun  tarixini,  formalaşma 
mərhələlərini  və  səbəblərini,  sosial  tərkibini,  sayını,  maliyyə  imkanlarını, 
coğrafiyasını,  həyat  və  düşüncə  tərzini,  mətbuat  və  mədəniyyət  mərkəzlərinin 
Proqramını  öyrənmədən,  araşdırmadan  doğru-dürüst,  dolğun,  sanballı  mülahizə 
yürütmək problemə qeyri-ciddi münasibətdən başqa bir şey deyildir. 
Azərbaycan  mühacirəti  ümummilli  mənafe  ətrafında  təşkilatlanmalıdır. 
Təşkilatlanmaq 10-15, lap elə 100-150 nəfər azərbaycanlının güc-bəla ilə bir yerə 
toplanması,  ocaq,  əncümən,  mədəniyyət  mərkəzi,  yaxud  kültür  evi  təsis  etməsi 
demək  deyildir.  Belə  təşkilatlar  demək  olar  ki,  azərbaycanlılar  yaşayan  bütün 
ölkələrdə, şəhərlərdə var. Lakin onların Proqramı bir qayda olaraq məhdud, yalnız 
mədəni-kütləvi  tədbirlər  keçirməyə  yönəldilən  və  ona  xidmət  edən  bir  səviyyədə 
olur.  
Həmvətənləri  birləşdirən  nə  qədər  cəmiyyət  varsa,  o  qədər  də  Proqram  və 
Əsasnamə  var.  Mövcud  Mədəniyyət  cəmiyyətlərinin  fasiləsiz,  inadlı,  qətiyyətli, 
məhsuldar  və  ümummilli  mənafeyə  yönəlmiş  ardıcıl  fəaliyyətindən,  vahid 
Proqramından  danışmaq  hələ  tezdir.  Aydın  və  perspektivli,  milli  ideologiya  və 
milli  dövlətçilik  prinsiplərini  əsas  tutan  Proqramı,  böyük  təbliğat  maşını  -  KİV 
şəbəkəsi,  geniş  maliyyə  imkanları,  həmvətənlərin  siyasi  baxış  və  partiya 
mənsubiyyətindən, düşüncə və həyat tərzindən asılı olmayaraq Azərbaycan ideyası 
ətrafında  birləşdirməyə  qadir  bir  təşkilatın  yaranması  və  fəaliyyətindən  sonra 
mühacirət təsirli, güclü qüvvəyə çevrilə bilər. 
 
 
 
 
Mühacirət tariximizdə belə dövr olmuşdur. Həmin dövrü öyrənmək vacibdir. 
Əvvəla,  «hələ  çox  zəif  öyrənilən  mühacirət  irsinə,  mühacirlərin  həyat  və 
fəaliyyətinə  aid  aparılan  hər  bir  araşdırma  Azərbaycan  tarixinin,  mədəniyyətinin 
milli  ideologiyasının  dolğunlaşması  yolunda  atılan  addımdır.  Mühacirət  irsi 
Azərbaycan tarixinin, mədəniyyətinin, bütövlükdə milli-mənəvi sərvətimizin tərkib 
hissəsidir»  (Xaləddin  İbrahimli,  Azərbaycan  siyasi  mühacirəti,  Bakı,  «Elm» 
nəşriyyatı, 1996-cı il, səh.6) . Digər tərəfdən «milli idealın nəsildən-nəslə keçməsi 
və Azərbaycan milli istiqlalının qurulub dünya durduqca yaşaması üçün yeni nəslin 
möhtac  olduğu  tərbiyə  baxımından  da»  (M.B.Məmmədzadə,  Azərbaycan  Milli 
hərəkatı,  1937-ci  il)  bu  irsin  öyrənilməsi  zəruridir.  Mühacirətin  görkəmli 
simalarından  sayılan  Nağı  Şeyxzamanlı  özünün  «Azərbaycan  istiqlal  mücadiləsi 
xatirələri» adlı əsərində yazırdı ki, xalqımız dastan dolu şanlı keçmişi öyrənəcək və 


 
183 
yurdun 
istiqlalı  uğrunda  fədakarca  çalışmış  babalarını  minnətdarlıqla 
xatırlayacaqlar.  Mühacirətin  fəallarından  hesab  olunan  Hüseyn  Baykara  bu 
məsələnin  –  istiqlal  mücadiləsi  tarixinin  öyrənilməsinin  vacibliyini  dərk  edərək 
qələmə aldığı «Azərbaycan istiqlal mücadiləsi tarixi» və «Azərbaycanda yeniləşmə 
hərəkatı»  adlı  əsərlərinə  işarə  vuraraq  uzaqgörənliklə  yazırdı:  «Azərbaycan 
xalqının keçmişini və mücadiləsini bilənləri və yaradanları zaman əritməkdədir. O 
halda  gələcək  nəsil  bu  davaları  necə  və  haradan  öyrənəcəkdir?  Bax,  bu  kitabları 
mənə  yazdıran  səbəblər  bunlardır»  (H.Baykara,  Azərbaycan  istiqlal  mücadiləsi 
tarixi, İstanbul, 1975-ci il).  
 
 
 
 
 
 
 
 
1920-ci  il  aprelin  27-28-də  baş  verən  məlum  hadisələrdən  sonra 
M.B.Məmmədzadənin  təbirincə  desək,  «Azərbaycandan  yeni  mühacirlər  seli 
axırdı» (M.B.Məmmədzadə, Milli Azərbaycan hərəkatı, Bakı, «Nicat», 1992-ci il, 
səh.175).  Lakin  onları  birləşdirən,  fəaliyyətə  sövq  edən  təşkilat  olmadığından 
«mühacirət  başsız  və  intizamsız,  pərişan  bir  mənzərə  ərz  edirdi»  (Yenə  orada). 
Yalnız M.Ə.Rəsulzadə Türkiyəyə mühacirət etdikdən və 1923-cü ildə orada güclü 
təşkilat  yaratdıqdan,  «Yeni  Qafqasya»  adlı  «millətçi,  radikal,  demokrat,  türkçü» 
(«Azərbaycan» jurnalı, Ankara, sentyabr, 1952-ci il) qəzetin nəşrə başlanmasından 
sonra Azərbaycan mühacirəti özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Məhz 
bu  təşkilat  və  qəzetin  fəaliyyəti  SSRİ  kimi  bir  dövləti  silkələyirdi.  Təsadüfi  deyil 
ki,  SSRİ-nin  Xarici  İşlər  Komissarlığı  bu  təşkilatın  və  qəzetin  fəaliyyətinin 
dayandırılması üçün dəfələrlə Türkiyə Hökumətinə müraciət etmiş və yalnız 1932-
ci ildə istəyinə nail olmuşdur.    
 
 
 
 
 
 
 
Həmin  dövrdə  istiqlal  aşiqləri  Sovet  imperiyası  kimi  bir  dövlətə  qarşı 
ideoloji  mübarizə  aparırdılar.  Bu  gün  mühacirlərin  arzusu  çin  olmuşdur: 
Azərbaycan  istiqlala  qovuşmuşdur.  Lakin  10  yaşlı  milli  dövlətimizin  qarşısında 
çox ciddi problemlər var: ölkənin ərazi bütövlüyünün təmin edilməsi dövlətin və 
millətin  qarşısında  duran  əsas  məsələdir.  Bu  və  digər  problemlərin  həlli  üçün 
mühacirətdəki həmvətənlərimiz də fəal, faydalı, ardıcıl iş aparmalıdır. Bunun üçün 
isə ilk növbədə yuxarıda qeyd etdiyimiz kimi milli ideologiya və milli dövlətçilik 
prinsiplərini rəhbər tutan Proqram hazırlanmalı, təşkilat yaradılmalıdır. 
 
Həmin  Proqramın  və  onun  əsasında  fəaliyyət  göstərən  təşkilatın  başlıca 
vəzifəsi,  məqsədi  mühacirəti  müstəqil  Azərbaycan  naminə  səfərbər  etmək, 
birləşdirmək olmalıdır.   
 
 
 
 
 
 
Həmvətənlərin fəaliyyətində yaşadıqları ölkə, yaxud şəhərə uyğun müəyyən 
taktiki  dəyişikliklər  isə  yolveriləndir.  Lakin  bütün  həmvətənlər,  onları  birləşdirən 
cəmiyyətlər mərkəzi təşkilatın tövsiyyə və tapşırığı ilə çevik və intizamlı fəaliyyət 
göstərməlidir.  Bunu  hər  şeydən  əvvəl  ali,  müqəddəs  məram  –  Azərbaycan 
mənafeyinə xidmət tələb edir.   
 
 
 
 
 
 
 
Tutaq ki, hər hansı bir hökumətin, yaxud beynəlxalq təşkilatın Azərbaycanın 
mənafeyinə  zidd  hərəkətinə  etiraz  etmək,  bu  hadisə  ətrafında  beynəlxalq  aləmdə 
rəy  yaratmaq  lazımdır.  Mərkəzi  Təşkilatın  işarəsi  ilə  həmvətənlər  dünyanın 
müxtəlif  yerlərində  eyni  forma  və  məzmunda  etiraz  aksiyası  təşkil  edirlər. 
 
Müxtəlif  informasiya  kanalları  və  mənbələrinin  çoxaldığına,  internet  kimi 
məlumat  mübadiləsi  vasitəsinin  mövcudluğuna  baxmayaraq,  həmvətənləri 
birləşdirərək  səfərbər  və  təşkil  edəcək  KİV-ə,  xüsusilə  qəzetə  böyük  ehtiyac  var. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə