Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   86   87   88   89   90   91   92   93   ...   176

 
184 
Belə  bir  qəzet  dünya  Azərbaycanlılarının  əlaqə  və  əməkdaşlığı  üçün  son  dərəcə 
vacib  amildir.  Tam  əminliklə  və  məsuliyyəti  dərk  edərək  bildiririk  ki,  bütün 
bunların və mühacirətin digər problemlərinin həllində noyabrda Bakıda keçiriləcək 
Dünya Azərbaycanlılarının qurultayı tarixi yol oynayacaqdır.   
 
 
Bu  tədbir  diasporun  təşkilatlanması,  vahid,  güclü  bir  qüvvəyə  çevrilməsi 
istiqamətində  həlledici  və  tarixi  addım  olacaqdır.  Bütün  bunları  yazarkən 
niyyətimiz həmvətənlərlə indiyədək görülmüş işlərin dəyərini azaltmaq yox, əksinə 
görülən işlərin nəticəsi kimi qiymətləndirməkdir.   
 
 
 
 
Bu  mənada  1987-ci  ilin  sonu  –  1988-ci  ilin  əvvəllərində  yaradılan  Xarici 
Ölkələrdəki  həmvətənlərlə  mədəni  əlaqələr  Cəmiyyəti  –  «Vətən»  Cəmiyyətinin 
tarixi  rolu  və  xidmətləri  əvəzsizdir.  Doğrudur,  Cəmiyyət  sovet  rejiminin  necə 
deyərlər, xeyir-duası ilə yaranmışdı. Lakin unutmaq olmaz ki, 1985-86-cı illərdən 
start götürmüş aşkarlıq və yenidənqurma siyasəti bu rejimi belə bir addımı atmağa 
məcbur və məhkum etmişdi.    
 
 
 
 
 
 
 
Bu  gün  həmvətənlərlə  əlaqə  yaratmaq,  əməkdaşlıq  etmək  üçün  yeni,  daha 
çevik, üsul, metodlar tələb olunsa da, «Vətən» Cəmiyyətinin bu sahədəki təcrübə 
və ənənələrindən faydalanmaq vacibdir.  
 
 
 
 
 
 
Fərqli  həyat  və  düşüncə  tərzi,  siyasi  baxış  və  partiya  mənsubiyyəti  olan 
mühacir  həmvətənləri  Azərbaycan  məfkurəsi  ətrafına,  bir  bayraq  altına  toplamaq 
üçün ciddi ideoloji iş aparılmalı, şüura təsir göstərilməlidir.    
 
 
Dövlət  quruluşu  müxtəlif  olan  ölkələrdə  doğulan,  böyüyən,  fərqli  şəraitdə 
tərbiyə  və  təhsil  alan,  nəhayət  Vətəni  tərk  edib  qürbətdə  məskunlaşan 
həmvətənlərin  bir  qismi  üçün  bizim  milli  ideologiya  bəzən  nəinki  anlaşılmaz  və 
yad,  hətta  qeyri-məqbul  və  qəbuledilməz  olur.  Onların  bəziləri  bu  ideologiyaya 
düşmən gözü ilə baxır, ona qarşı amansız mövqe tuturlar. Bu təəssüf doğurur, lakin 
həqiqətdir.  Odur  ki,  belə  hallara  da  hazır  olmaq  lazımdır.  Həmvətənlərlə  işləmək 
şərəfli  olduğu  qədər,  məsul  və  çətindir.  Milli  şüur,  milli  özünü  dərk  və  milli 
təəssübkeşlik  hissi  zəif  olan,  yaxud  səbatsız,  eyni  zamanda  pula  həris 
həmvətənlərin  xarici  ölkə  kəşfiyyat  xidmətlərinin  toruna  düşmək  təhlükəsi  var. 
Fransa,  ABŞ,  Almaniya,  İsveç  və  başqa  ölkələrdə  yayılan  «Rüzegare  no»  (Yeni 
dövran)  adlı  qəzetdə  Murtəza  Azərbaycani  (!)  adlı  bir  müəllifin  məqaləsi  çox 
mətləblərdən  xəbər  verir.  Həmin  məqaləyə  «Vətən»  Cəmiyyətinin  orqanı  olan 
«Odlar  yurdu»  qəzeti  vaxtında  münasibət  bildirmişdi  («Yeni  dövran»ın  köhnə 
havaları, «Odlar yurdu» qəzeti, №14, iyul, 1991-ci il).    
 
 
 
Adı  çəkilən  müəllif  bir  yazısında  S.Vurğunun  məşhur  «Ayrılarmı,  könül 
candan  Azərbaycan,  Azərbaycan»  beytindən  hiddətlənir  və  dünyaya  səpələnmiş 
azərbaycanlıları milli mənafe ətrafında birləşdirməyi «şeytani xəyallar» adlandırır. 
Təəssüf ki, belə misallar çoxdur…    
 
 
 
 
 
«Vətən» Cəmiyyəti öz işini bir neçə istiqamətdə qururdu:  
 
 
 
-  həmvətənlər  arasında  Azərbaycan  dilini,  tarixini,  ədəbi,  mədəni irsi təbliğ 
təşviq edir, öyrədir və sevdirirdi;  
 
 
 
 
 
 
 
 
- həmvətənləri imkan düşdükcə Azərbaycana dəvət edir, onları respublikada 
gedən  ictimai-siyasi  proseslərlə,  mədəni  həyatla  yaxından  tanış  edir,  Bakıda  və 
başqa şəhər və rayonlarda görüşlər, kütləvi tədbirlər keçirir, məlumatlandırırdı;  
 
-  həmvətənlərlə  onların  məskunlaşdıqları  ölkənin  tanınmış  xadimləri 


 
185 
arasında  sıx,  işgüzar,  mehriban  münasibətlərin  yaranmasına,  onların  əlaqə  və 
əməkdaşlığına köməklik göstərirdi;    
 
 
 
 
 
 
 
-  xaricdəki  həmvətənlərin,  o  cümlədən  tanınmış  rəssamların,  yazarların, 
incəsənət xadimlərinin Bakı ilə yaradıcılıq əlaqələrini gücləndirirdi;    
 
 
-  respublikada  tanınmış  elm,  ədəbiyyat,  mədəniyyət  xadimlərini 
həmvətənlərin, onları birləşdirən kültür dərnəklərinin dəvətinə əsasən xaricə ezam 
edirdi;  
 
 
 
 
 
 
 
 
 
 
 
 
- cəmiyyət ayrı-ayrı həmvətənlərlə müntəzəm yazışır, onların ünvanına küllü 
miqarda qəzet, kitab, digər çap məhsulları göndərirdi:    
 
 
 
 
-  həmvətənləri  birləşdirən  mədəniyyət  mərkəzləri,  əncümən  və  ocaqları  ilə 
əlaqə saxlayır, onlara KİV və başqa nəşrlər ünvanlayırdı; 
 
 
 
 
-  mühacir  mətbuat  orqanları  ilə  yazışır,  «Odlar  yurdu»  qəzetində  onların 
mətbuat xülasəsini dərc edirdi;   
 
 
 
 
 
 
 
 
- əcnəbi azərbaycanşünaslarla sıx əlaqə saxlayır, əməkdaşlıq edirdi;    
 
-  həmvətənlərin  vasitəsilə  xarici  ölkələrdə  tanınan  dövlət,  elm,  mədəniyyət 
xadimləri ilə əlaqə saxlayır, onları Azərbaycana dəvət edirdi.    
 
 
 
Hələ  1988-ci  ildə  –  dahi  mütəfəkkir  və  ədib  M.F.Axundzadənin  175  illik 
yubileyi  qeyd  olunanda  Sovet  Azərbaycanının  70  ilə  yaxın  tarixində  ilk  dəfə 
«Vətən»  Cəmiyyəti  bu  əlamətdar  hadisə  ilə  bağlı  tanınmış  həmvətənləri 
respublikaya dəvət etmiş və böyük toplantı keçirmişdir.   
 
 
 
Xarici  ölkələrdə  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyətini  yaşadan, 
yorulmadan  təbliğ  edən,  öyrənən  həmvətənlərimizdən  professorlar  S.Tanilli, 
İ.Məlikoff, Q.S.Təbrizi, Ş.Ənsari, İ.Persinəjad, məşhur rəssamlar Davud və Əyyub 
İmadiyan qardaşları, tanınmış fotoqraf R.Diqqəti, yazıçı Y.Feyzioğlu ilə «Vətən» 
Cəmiyyətindəki  tarixi  görüş  yaddaşlardan  uzun  müddət  silinməyəcək.  Elçinin, 
Anarın,  B.Vahabzadənin,  Əzizə  Cəfərzadənin,  Polad  Bülbüloğlunun,  Fərhad 
Xəlilovun  və  digər  xadimlərin  də  iştirak  etdiyi  həmin  görüş  zamanı  mühacirətlə 
əlaqə və əməkdaşlığın yolları haqqında fikir mübadiləsi edilmiş, bu işin əhəmiyyəti 
qeyd olunmuşdu.    
 
 
 
 
 
 
 
 
 
Bu tədbirdən təxminən bir il sonra – 1989-cu il noyabr ayında həmvətənlərlə 
növbəti görüş zamanı dünya şöhrətli rəssam İbrahim Əhrari «Vətən» Cəmiyyətinin 
sədri Elçinə müraciətlə deyirdi:  
 
 
 
 
 
 
 
«Bu  cəmiyyət  bizlərin  gözünə  nur,  dizinə  qüvvət,  beyninə  ruh  verdi» 
(«Odlar  yurdu» qəzeti, № 22, noyabr 1989-cu il).  
 
 
Ümumiyyətlə, «Vətən» Cəmiyyətinin diasporla bağlı fəaliyyəti istər xaricdə 
yaşayan  həmvətənlər  və  istərsə  də  Respublika  ictimaiyyəti  tərəfindən  həmişə 
yüksək  qiymətləndirilmişdir.  Müxtəlif  dövrlərdə  cəmiyyətin  işi  ilə  əlaqədar 
səslənən fikirlər də bunu təsdiqləyir. «Bakı» axşam qəzeti özünün 3 sentyabr 1990-
cı il tarixli nömrəsində yazırdı: «Vətən» Cəmiyyəti yarandığı iki il yarımda xaricdə 
yaşayan minlərlə azərbaycanlı ilə əlaqə yaratmış, onları respublikamızın bugünkü 
həyatı  ilə,  tarix,  ədəbiyyat,  incəsənət,  mədəniyyət  sahəsindəki  nailiyyətlərimizlə 
tanış  etmişdir.  Cəmiyyətin  əlaqə  saxladığı  həmvətənlər  arasında  dünya  şöhrətli 
rəssamlar,  şərqşünaslar,  ədəbiyyat,  incəsənət  xadimləri,  biznesmenlər  vardır» 
(«Qəlbimiz vətənlə vurur» adlı məqalədən).  
 
 
 
 
Azərbaycan  mühacirəti  haqqında  sanbalı  ilə  diqqəti  çəkən  «Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə