Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   94   95   96   97   98   99   100   101   ...   176

 
200 
təfəkkürə  qida  və  cila  gətirən  bütün  xoş  niyyətli  məsəllər,  misallar  məqbuldur, 
təqdirəlayiqdir.  
Mühacirət  problemi,  xüsusilə  mühacirət  mətbuatı  ilə  bağlı  tədqiqatlarımla 
bağlı prof.Xeyrulla Məmmədov bir yazısında araşdırmaları təqdir etmiş və yüksək 
dəyərləndirmişdir,  sərlövhəyə  isə  bu  sözləri  çıxarmışdır:  Sahənin  lokomotivi. 
Ümid  edir  və  inanmaq  istərdim  ki,  istər-istəməz  bu  lokomotivin  arxasınca 
getməyə,  ona  qoşulmağa  məcbur  olan  dostum,  hörmətli  Alxan  Bayramoğlunun 
məqaləsi heç də qısqanclıq hisslərinin təzahüratı, məhsulu deyil. 
 
“525-ci qəzet”, 29 dekabr 2007 
 
 
 
 
 
 
 
 
Fuad Azgurdan daha bir Ģeir 
 
Sovet  rejimi  və  ideologiyasının  iflasından  sonra  insanların  milli 
vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda həmin mövzunun   KİV-də 
işıqlandırılması  son  dərəcə  ciddi  və  aktual  məsələ  kimi  meydana  çıxdı.  Həmin 
vaxtdan  xeyli  müddət  keçir.  Lakin  xüsusilə  böyüməkdə  olan  nəslin  vətənçi, 
millətçi, istiqlalçı kimi tərbiyə edilməsində çatışmazlıqlar olduğu aşkardır. 
Azadlığın,  müstəqilliyin,  milli  dövlətçiliyin  bəzən  kifayət  qədər 
dəyərləndirilməməsi  elə  vətənpərvərlik  tərbiyəsinin  doğru-düzgün,  ardıcıl 
aparılmamasının təzahürüdür. Doğrudur, KİV vətənpərvərlik mövzusunda ara-sıra 
publisistik  və  bədii  materiallar  dərc  edir,  gənclərin  bu  ruhda  tərbiyə  olunmasına 
təsir göstərməyə çalışır. Bu təqdirəlayiqdir, lakin fikrimizcə, qənaətbəxş deyildir. 
Yeni  əsərlərin  yazılması  ilə  yanaşı,  vaxtilə  Azərbaycan  ədəbiyyatında  bu 
mövzuda yaradılmış, lakin heç vaxt solmayacaq, həmişə təzə-təravətli, oxucuların 
qəlbinə,  beyninə  nüfuz  edən  nümunələr  çoxdur.  Onların  bir  qismi  hələ  də 
arxivlərdə öz oxucularını gözləyir. 
Azərbaycan  poeziyasına  ilk  dəfə  hürriyyət  və  istiqlal  mövzusunu  gətirən 
Məhəmməd Hadi ilə İbrahim Tahirdən bu yana Gültəkin (Əmin Abid), C.Cabbarlı, 
Hüseyn  Cavid,  Əhməd  Cavad,  Almaz  İldırım,  Kərim  Yaycılı,  Teymur  Atəşli, 
Həmid  Dönməz,  sovet  və  şahlıq  dövründə  Səməd  Vurğun,  Süleyman  Rüstəm, 
Şəhriyar,  Məmməd  Araz,  Savalan  kimi  şairlərin  əsərlərində  gənclərin 
vətənpərvərlik ruhunda tərbiyəsi üçün əvəzsiz incilər çoxdur. 
Mühacir müəllif, Türk ordusu tərkibində Koreyaya göndərilən topçu zabit – 
Qars azərbaycanlılarından olan Fuad Azgurun bir şeiri ilə oxucuları tanış etmişdim, 
onun daha bir şeirini 1990-cı il 20 Yanvar faciəsi ilə qələmə aldığı və Xalq şairi 
Bəxtiyar Vahabzadəyə ünvanladığı şeiri təqdim edirəm. 
 
 
  «525-ci qəzet», 26 fevral 2002. 
 
 


 
201 
 
 
Azərbaycan dastanı 
 
 
 
 
 
 
 
 
 
 
    Bəxtiyar Vahabzadəyə 
 
 
Dünyanı tutsa da qüssələr, ah-fəğanlar, 
Torpağa dönsə də min-min suçsuz insanlar, 
Heç vaxt əbədi olmayıb tarixdə tiranlar – 
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar. 
 
Qəmlənmə, Azərbaycana çökmüşsə zülmət, 
Qovrulma, bu gün yurdumu sarmışsa cinayət, 
Bir şanlı zəfər müjdəsi olar bu fəlakət: 
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar. 
 
Qalxacaq qəbirdən əzəmətlə şəhidlər, 
Qan rəngli kəfənlərlə igid oğlu igidlər, 
Bir gün qaçacaq, yer gəzəcək qudurmuş itlər: 
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar. 
Hər şanlı şəhid bir də görərsən – dağa dönmüş, 
Ruhlarda coşub dalğalanan bayrağa dönmüş, 
Axan bir su idi indi gur irmağa dönmüş: 
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar. 
 
 
Qan vardır əsrlər boyu Türkün qədərində, 
Lakin gül açır o sonra qanın qəmli yerində, 
Bax budur! Günəş doğmağa hazır səhərində – 
Gec-tez boğacaq zalımı tökdüyü bu qanlar. 
 
 
 
 
 
 
 
 
 
Fuad Azgur 
 
 
 
 
 
 
 
 
«Əvət, Vətən, yalnız Vətən qaldı…» 
 
Mühacir  mətbuatı  ilə  bağlı  araşdırmalar  apararkən  böyük  qələm  sahibi  və 
istiqlal  uğrunda  ömrünün  sonunadək  yorulmadan,  əzmlə,  fədakarlıqla  mübarizə 
etmiş Mirzə Bala Məmmədzadənin vaxtı ilə «Yeni Qafqasya» dərgisində (1927, № 
2)  dərc  etdirdiyi  «Vətən  qaldı»  hekayəsinə  Azərbaycan  Kültür  Dərnəyinin  orqanı 
olan «Azərbaycan» jurnalında (Ankara, № 5, 1 avqust 1952-ci il) da rast gəldim. 


 
202 
Müəllifin  şəxsi  həyatı  ilə  sıx  bağlı  olan  həmin  hekayənin  oxucular  tərəfindən  də 
maraqla qarşılanacağını nəzərə alıb onu sizə təqdim edirəm. 
Yeri  gəlmişkən  qeyd  edim  ki,  istər  20-30  və  istərsə  də  50-ci  illər  mühacir, 
eləcə də Türkiyə mətbuatında maraqlı elmi, elmi-publisistik və bədii yazılarla çıxış 
edən M.B.Məmmədzadə irsi Azərbaycan tarixini öyrənmək baxımından da əvəzsiz 
mənbədir.  Bu  mənada  onun  «Azərbaycan  Milli  hərəkatı»  (1937),  «Azərbaycan 
tarixində  türk  Albaniya»  (1951) kitabları, «Azərbaycan  tarixindən  yarpaqlar»  adlı 
silsilə məqalələri və başqa əsərləri böyük əhəmiyyət kəsb edir. 
 
 
 
 
 
 
 
 
 
«Ədəbiyyat» qəzeti 
 
 
 
 
 
 
 
 
      30 mart 2001 
 
Vətən qaldı!.. 
 
Mühacirətin  ilk  ayları  idi.  Mənfur  istilanın  müdhiş  dalğası  ilə  Rəştə 
atılmışdım.  Rəşt  Gilanın  mərkəzidir.  Şəhərin  ətrafını  dolaşmaq  məqsədilə, 
arkadaşımla  bərabər  şəhər  kənarına  çıxmış,  «Azərilər  məzarını»  ziyarətə 
getmişdik.  Bu,  istila  hökuməti  tərəfindən  zor  ilə  İrana  sövq  edilən  və  burada 
aclıqdan,  xəstəlikdən  və  bilhassa  qızdırmadan  ölən  milli  Azərbaycan  nəfərlərinin 
bir torpaq yığınından ibarət məzarıdır. 
Son baharın son ayı idi. Buna rəğmən ortada bir bahar havası vardı. Cənub 
ilə  Şimal-Şərqdə  görünən  Gilan  dağları,    qismən  buludlardan  aşağı,  qismən 
buludlardan yuxarı olmaq üzrə, rəngarəng pək gözəl bir mənzərə təşkil edirdi. 
Yaxındakı  «möhtəşəm»  bağın  ətrafı  xalq  ilə  dolu  idi.  Biz  «Fatihə» 
oxuduqdan  sonra,  bir  qədər  söyləməz  olmuş,  sükuta  dalmışdıq.  Kənardan 
baxanlara  biz,  yolun  kənarındakı  gölləri,  dağları  seyr  edir  kimi  görünə  bilərdik. 
Halbuki biz kəndi aləmimizdə, başqa aləmlərdə «gəzirdik». 
Məzarlara  baxdım.  Yer  ilə  yeksan  olmuş,  qara  torpaqdan  ibarət  olan  bu 
məzarların  üzərində  nə  daş  vardı,  nə  nişan.  Bir  kaç  sənə  sonra  tamamilə 
tanınmayacaq bir hala gələcəkləri şübhəsiz, bəlli idi. Bu məzarlar üzərində göz yaşı 
axıdılmamışdı. 
Buranı nə yaşlı bir ana, nə də bir yavuklu ziyarət etmişdi. 
Torpaq üzərinə bir, iki damla yağmur töküldü. Arkadaşım qalxdı.  
- Yağmur gəlir. Çabuk gedəlim də, bir tərəfdə saxlanalım, - dedi. 
Qalxdım.  Şimaldan  qalxan  qara,  müdhiş  bir  bulud  Gilanın  mavi  və  saf 
səmasını örtərək, ətrafı donuq, qorxulu bir rəngə bürüyərək gəlirdi. 
- Bu nasıl yer canım, indi bahar idi… - dedim. Arkadaşım dərhal: 
- Burası belədir. Şimal yeli əsdimi, yağmur hazırdır. Yağmur bitdikdən sonra 
da bahar başlar… - dedi. 
Yaxındakı bir qəhvəxanaya girdiyimiz zaman müdhiş bir yağmura tutulduq. 
Başdan ayağa qədər islandıq. Qəhvəxanaya girdik. 
Ətrafı  yonulmamış,  rənglənməmiş  taxta  yapıdan,  siqara  ve  afyon 
tüstüsündən qaralmış, qoxumuş qəhvəxananın qaranlıq bir guşəsində birisi, kirli bir 
yorğana bürünmüş yatırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə