206
Bu il Amerikada «The Sabresof Paradise» adlı bir kitab çap olunmuş və
ölkədə böyük əks-səda doğurmuşdu. Kitab 25 il rus ordusuyla döyüşən Şeyx
Şamilin həyatına həsr edilmişdir. Kitabın müəllifi Leslek Blanş əsərinin əvvəlində
Qafqaz xalqları arasında «Azərbaycanlıların ən yaraşıqlı» xalq olduğunu yazır. 34
yaşlı yaraşıqlı Asim Yıldız da bu sətirləri mənə qürurla oxudu.
…O gecə azərbaycanlıların hamısı daim gülərüz, mərd təbiətli və sönməz bir
imanın sahibi olan «dayı»ları Əhməd İbrahimin evində toplandılar. İlk dəfə
gördüyüm bu həmvətənlərlə dərindən tanış olduqca diqqət etdim ki, Vətən
həsrətinin verdiyi iztirablar onların simasında necə iz qoyub! Hamısının baxış və
çöhrələrində azərbaycanlılara xas bir qürurun da ifadəsi oxunurdu. …vətənimizin
bu qartallarını sizə də təqdim edirəm.
Bir dəqiqə! …Onları sizə tanıtmazdan əvvəl xatirimdə ikən bunu söyləyim:
onlar məndən Avropada və Türkiyədə yaşayan Azərbaycanlı qardaşlarını
soruşdular. Onları təmin edən cavablar verdiyimi ümid edirəm.
İçərilərində ən yaşlısı Əhməd İbrahim Amerikada qurulan cəmiyyətin
başkanıdır. Bu isim Azərbaycanlılar arasında böyük mənəvi qüvvət ifadə
etməkdədir. O, sevgi, alicənablıq, maddi və mənəvi yardım simvoludur…
Əcaba, albay İsrafil ismini tanımayan bir azərbaycanlı varmı? Buna imkan
yox! Bu isim gələcək nəsillər üçün belə qürurun, qəhrəmanlığın, cəsarətin,
hürriyyətin və böyük vətənsevərliyin timsalıdır. Komandir İsrafil bəy İkinci Dünya
Müharibəsi zamanı Azərbaycanın hürriyyəti uğrunda kommunizmə qarşı qanlı bir
mücadiləyə girmişdi. Hərbdən sonra SSRİ-yə qarşı döyüşənləri Stalin tələb etdi.
Bu xəbəri eşidən İsrafil bəy bildirmişdi: «Mən yaşadığım müddətdə heç bir qüvvə
mənim komandanlığım altında döyüşənləri Barbar rejimə təslim edə bilməz. Ya
birlikdə Hürriyyətə qovuşacağıq, ya da bərabər öləcəyik». O zaman Qərb yalnız
İsrafil bəyin həyatı üçün təminat aldı, yəni İsrafil bəy kommunistlərə iadə
edilməyəcək və Hürr Dünyaya qovuşacaqdır. Lakin İsrafil bəy ona təminat alan
Qərb komandanlığına bildirdi: «Mənim döyüşçülərim əsir Vətənimizin azadlığı
uğrunda çarpışmış və gözlərimin önündə on minlərcə qurban vermişlər. Mən bir
komandan olaraq onları təkbaşına kommunizmin qanlı pəncəsinə necə təslim edə
bilərəm? Mən öz övladlarımı yalnız buraxa bilmərəm. Onlarla birlikdə ölmək
mənim üçün ən böyük şərəfdir». Beləliklə, cəsur komandan öz əsgərləri ilə birlikdə
bolşeviklərin qanlı əlinə təslim edildi…
O gecə Azərbaycanın əbədi iftixarı olan albay İsrafil bəyin qardaşı Hidayət
İsrafillə Əhməd İbrahimin evində yanaşı oturmuşduq. İki uşaq atası olan Hidayət
İsrafilin «Azərbaycan» kəlməsini dediyi zaman, səsinin titrədiyini hiss etməmək
mümkün deyil. Onun yanında əyləşən Azərbaycan ziyalısı Oğuz Ödər
Amerikadakı Azərbaycan Cəmiyyətinin Nizamnaməsini hazırlamışdır.
Mənimlə üzbəüz üç uşaq atası Ənvər Sultanzadə əyləşib. İstiqanlı, gülərüz
və səxavətlidir.
Sol tərəfimdə ağdamlı Yusif Qənizadənin damadı Muxtar Fazilov
oturmuşdu.
Əziz Özəri tanıyırsınız? Yəqin ki, hə! Çünki o, illərcə Ankara və İstanbulda
Azərbaycan gecələrində göstərilən «İblis», «O olmasın, bu olsun», «Arşın mal
alan» əsərlərində rollar oynamışdır.
207
4 uşaq atası Rəhim Babaoğlu böyük mağaza sahibidir. İsmayıl Yılmaz, üç
uşaq atası Bəylər Verdini, 4 uşaq atası Ələkbər Qəhrəmanzadə, bir uşaq atası
Mehmet Quluzadə, Kərim Berlant, Şükri Qaya, Nəsrullah Murtuz, İsmayılzadə
Hacıağa, Əhməd Səmədoğlu, Dadaş Manaflı da Azərbaycanın vətənpərvər
övladlarıdır və cəmiyyətin işində fəal iştirak edirlər.
O gecə ümumi tanışlıqdan sonra «Amerikada Azərbaycan Kültür
Cəmiyyəti»nin təsis olunması ilə bağlı məsələ müzakirə olundu.
Müsbət və praktik təkliflər irəli sürüldü, qərarlar hazırlandı.
Vətən sevgisinin və Vətən həsrətinin bu bir ovuc Azərbaycanlının qəlbində
yaratmış olduğu atəşi söndürə biləcək heç bir qüvvənin mövcudluğuna inanmıram.
Qəhbə tarixin və qədərin dönən çarxına baxın!.. Bir zaman dünyaya meydan
sulayan Turanın indi bağrı yanıq, lakin mənəviyyatlı, məğrur övladları Amerikanın
bir küncündə öz vətənləri üçün hər cür fədakarlığa qatılmaq üçün and içirlər…
Mehmet ALTUNAY
«Azərbaycan müəllimi» qəzeti,
8 noyabr 2001
Məmləkət duyğularına tərcüman
Azərbaycanda Sovet hakimiyyətinin mövcud olduğu 70 il ərzində
mühacirətdəki mətbu orqanların başlıca mövzusu bolşevizmə, rus imperiyasına
qarşı ideoloji mübarizə, Azərbaycanın istiqlalı uğrunda mücadilə olsa da, onun
səhifələrində tariximizlə, ədəbiyyat və mədəniyyətimizlə bağlı materiallar da geniş
yer tutur. Sovet Azərbaycanında bədnam Türkmənçay, Gülüstan müqavilələri
məhd olunanda, ermənilərin Bakıda və ölkəmizin əksər bölgələrində 1918-ci il
mart-aprel aylarında törətdiyi vəhşilikləri başqa ad altında ört-basdır ediləndə,
dünya ədəbiyyatının şah əsərlərindən sayılan «Kitabi-Dədə Qorqud» dastanı «xalq
düşməni» elan ediləndə mühacirət mətbuatı həqiqəti yazırdı. Əhməd Cavad,
Mikayıl Müşfiq, Salman Mümtaz, Vəli Xuluflu, Hacı Kərim Sanılı, Qantəmir
(Qafur Əfəndiyev), Hüseyn Cavid, Əliabbas Müznib, Hənəfi Zeynallı, Yusif Vəzir
Çəmənzəminli, Bəkir Çobanzadə, Əmin Abid, Ömər Faiq Nemanzadə və onlarca
bu cür digər qüdrətli sənətkar, tədqiqatçılar Sibirə sürgün ediləndə, güllələnəndə,
edam olunanda mühacir nəşrlər onların irsinə müraciət edir, onları təbliğ edirdi.
Mühacirət mətbuatı Sovet hakimiyyəti illərində bütün çərçivələrə, senzuraya, rejim
və ideologiyanın tələblərinə baxmayaraq, öz əsərləri ilə xalqına xidmət edən
sənətkarların həyat-yaradıcılığına da müraciət etmişdir. 15-20 il bundan əvvəl
«Azərbaycan» jurnalının (Ankara, 1952-ci il) 50-ci illər nömrələrini araşdıranda
nəşrin 1952-ci il tarixli 2-3-cü nömrəsində dərc olunmuş bir şeir diqqətimi cəlb
etdi. Bu, nəğməkar şair İslam Səfərlinin «Ana dili» şeiri idi. Jurnal oxucularına
əsəri belə təqdim etmişdir:
«Əziz oxucular! Aşağıda nəzərinizdən keçəcək şeir Bakıda yayınlanan
«Azərbaycan» dərgisinin 1958-ci il tarixli 7-ci nömrəsində çıxmışdır. Məmləkət
Dostları ilə paylaş: |