Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   104   105   106   107   108   109   110   111   ...   176

 
225 
Eposla  bağlı  bəzi  suallar  öz  cavabını  birmənalı  şəkildə  tapsa  da,  bir  sıra 
məqamlar açıqlanmaq üçün növbədədir. 
Dastanın yarandığı yer və hadisələrin cərəyan etdiyi coğrafi  ərazi, «Kitabi-
Dədə Qorqud»un sahibi və müəllifi bu gün azərbaycanlı adlanan millətin, eposun 
formalaşdığı  məkanın  əsasən  həmin  millətin  məskunlaşdığı  ərazilərin  olduğu 
mübahisə  predmeti  deyil:  tədqiqatçıların  ən  sanballı,  nüfuzlu  nümayəndələrinin 
əksəriyyəti bu qənaətdə birləşir. 
Dədə  Qorqudun  tarixi  şəxsiyyət  olub-olmaması  maraqlı  və  mübahisəli 
mövzu  olsa  da,  dastanların  varlığı,  yaranması  və  kimə  mənsubluğu  məsələsində 
həlledici deyildir. Olsa-olsa, bəzi tədqiqatçıların hərdən aşıqsayağı gəzişməsidir. 
Dastanın  boylarının  sayı.  Burada  da  əksəriyyətin  fikri  yekdildir:  epos  12 
yox, daha çox boydan ibarət olmuşdur. 
Eposda  islam  elementləri.  İslamın  ilk  dövrlərində  yaranan  klassik  ədəbi 
nümunələr və onlarla müqayisədə dastanın islamla bağlılığı təsdiq edir ki, burada 
islami ünsürlər kifayət qədər əsaslıdır, lakin yazıya alındığı zaman əlavələr edildiyi 
ilk baxışdan hiss olunur. 
Dastanın  yarandığı  dövr  və  yaşı.  Eposətrafı  mübahisələrin  əsas 
mövzularındandır.  Bəzən  bu  əsərin  yaşını  bizim  eradan  əvvəllərdə  də  axtarırlar. 
Bəlkə  də,  haqlıdırlar.  Amma  fikrimizcə,  dastanın  tədqiqat  və  bir  qədər  səy 
göstərərək  yazıya  köçürüldüyü  tarixi  dəqiqləşdirməklə  kifayətlənməli,  onun 
yaranması  ilə  bağlı  yuvarlaq  rəqəmlər  axtarışına  son  qoyulmalıdır.  Əks  təqdirdə 
rəqəmlərin yarışı Dədə Qorqudu sonsuzluğa apara bilər: biri ona 1300, digəri 1500, 
başqa birisi 5000 yaş verəcəkdir. 
Necə  olmuşdur  ki,  müxtəlif  dastan,  nağıl,  miflər  dildən-dilə  ötürülərək 
əsrlərə yol yoldaşı olmuş, onların qəhrəmanlarının adı ən azı insanların adlarında 
əbədiləşmişdir.  Bu  dastandakı  boylar,  orada  cərəyan  edən  hadisələr  isə  yalnız 
yazılarda qorunmuşdur? 
Necə  olmuşdur  ki,  tək  Azərbaycanın  yox,  bütün  türk  dünyasının  ana  kitabı 
olan  «Kitabi-Dədə  Qorqud»  dastanı  tarix  səhnəsindən  və  ədəbi  aləmdən  səssiz-
izsiz tədric edilmişdir? Necə olmuşdur ki, şifahi sözün yazıya köçürüləndən sonra 
yaşamaq  şansı  daha  da  artdığı  halda,  yüz  illərlə  ağız  ədəbiyyatında  dildən-dilə 
gəzən  epos  sonuncu  dəfə  (XV-XVI  əsrlər)  köçürüldükdən  sonra  unudulmuşdur? 
Və həm də yazı nümunəsi niyə və necə didərgin salınmışdır? Bəlkə də bu suallara 
insan  təxəyyülünə  dövrün  təbəddülatlarının  nəticələrini  cəlb  etməklə  müəyyən 
cavablar vermək olar. Lakin daha çətin suallar da var. Necə olmuşdur ki, dastanın 
Avropada  ilk  tərcüməsindən,  tədqiqindən  onlarca  il  keçdikdən  sonra  onun  sorağı 
türk dünyasına çatmışdır? Təəssüf ki, dastanın yubileyindən əvvəl də, sonra da bu 
cür suallar öz qüvvəsini itirmədi. 
Bununla  belə,  eposun  Bakıda  qeyd  olunan  yubileyi  bir  neçə  cəhətdən  çox 
faydalı oldu. Ən əvvəl müstəqil Azərbaycan özünün şah əsərini, mənəvi dayağını, 
dirəyini, bir qədər pafosla desək, ideoloji,  ədəbi-mədəni bazasını ortaya qoydu və 
bunu bütün dünyaya bəyan etdi. 
«Kitabi-Dədə  Qorqud»  dastanının  yubileyi  şəhərin  mədəni  həyatını,  ab-
havasını, teleekranı, radio dalğalarını, qəzetlərin səhifələrini qısa müddətə olsa da, 
təmizlədi. Dedi-qodu, pornoqrafik materiallar, siqaret reklamları kölgədə qaldı. 


 
226 
Dədə  Qorqud  nəfəsi,  səsi-sorağı  neçə-neçə  ölkəyə  yayıldı.  Kimin  üçün 
bayrama,  kimin  üçün  dərsə,  kimin  üçün  isə  ilham  mənbəyinə  çevrildi.  Tədbirə 
dəvət  olunan  tanınmış  elm  xadimlərindən  biri  (bəzi  mülahizələrə  görə  ad, 
familiyasını çəkmirik)  yubiley tədbirlərində, heç olmasa, plenar iclasların birində 
çıxış  etmək  istəyini  israrla  bildirirdi.  Söyləyəndə  ki,  buna  heç  kim  etiraz  etməz, 
amma  təmsil  etdiyiniz  ölkədə  dastan  tədqiq  olunubmu,  onun  haqqında  ədəbi 
ictimaiyyətin hər hansı bir məlumatı varmı, nəhayət, eposla bağlı bircə məqalə dərc 
edilibmi?  O,  təəssüflə  başını  buladı.  Gözlərimdəki  sualı  isə  oxumamış  deyildi: 
«Onda nə danışacaqsınız?» Həmsöhbətimin söz verməkdən başqa çarəsi qalmadı: 
- Qısa müddətdə Dədə Qorqudu öz ölkəmdə tanıdacağıma söz verirəm. 
Dədə  Qorqud  neçə  yüz  il  bundan  əvvəlki  kimi  yenə  öz  xalqına,  ulusuna 
sədaqətlə  xidmət  etməkdədir.  Bu  dəfə  xalq  da  ona  öz  sədaqətini  (eposun  50-ci 
illərdə aldığı bəraətinin təbii davamı kimi) nümayiş etdirdi. Əslində, «Kitabi-Dədə 
Qorqud» dastanının öyrənilməsi, araşdırılması, təbliğ olunması elə xalqın özünün 
təsdiqidir. 
 
 
 
 
 
 
 
 
 
 
1999 
  
 
 
 
Hörmətli Elçin müəllim! 
 
 
 
Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, Sizə möhkəm 
cansağlığı, uzun ömür, yaradıcılığınızda, müstəqil Azərbaycanın dövlət quruculuğu 
sahəsindəki fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. 
Həyatımın,  fəaliyyətimin  formalaşmasında  müstəsna  rol  oynayan  tək-tək 
adamlardansınız ki, Sizin haqqınızda  yazmaq  üçün  əlimə  qələm  alanda  beynimlə 
barmaqlarım  –  qələm  arasındakı  məsafə  kiçilir,  demək  olar  ki,  itir,  yox  olur. 
Düşündüklərim  necə  varsa,  eləcə,  dərhal,  korrektəsiz-filansız  sətir-sətir  vərəqlərə 
köçür… 
Siz Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq, silinməz iz 
buraxmış, 
tariximizə 
adınızla, 
əməlinizlə 
əbədi 
möhür 
vurmuş 
şəxsiyyətlərdənsiniz.  Siz  Azərbaycan  tarixində  və  Azərbaycanlıların  qəlbində 
əbədi yaşamaq haqqını çoxdan qazanmısınız: 
- 60-cı illər ədəbi nəslinin, nəsrinin qüdrətli simalarından biri kimi; 
- mahir romançı, görkəmli dramaturq, qeyri-adi təhlil və təfəkkür qabiliyyəti 
olan tənqidçi-alim, peşəkar publisist kimi; 
-  təkpartiyalılıq,  hətta  çoxpartiyalılıq  (müstəqillik)  dövründə  Azərbaycanın 
ədəbi, ictimai-siyasi həyatında səfərbəredici, istiqamətverici, ideya və ilhamverici 
rol  oynayan  AYB-nin  fəaliyyətində  əvəzsiz  yeri  olan  qələm,  kəlam  və  söz  sahibi 
kimi; 
- müstəqillik və dünya Azərbaycanlılarının həmrəyliyi uğrunda mübarizənin 
azadlıq hərəkatının ideoloqlarından, təşkilatçılarından biri kimi:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə