Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   112   113   114   115   116   117   118   119   ...   176

 
242 
Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili 
və  Ədəbiyyatı  İnstitutunun  Rus  dili  və  Ədəbiyyatı  fakültəsini  fərqlənmə  diplomu 
ilə  bitirdi  (1975).  Bir  müddət  kənd  məktəbində  pedaqoji  fəaliyyətlə  məşğul  olan 
N.Məmmədovda baş qaldıran peşəkar tədqiqatçı olmaq arzusu onu məzunu olduğu 
İnstitutun aspiranturasına gətirdi (1980-1984). İxtisasını və ruhunu (Səməd Vurğun 
yaradıcılığı)  birləşdirən  «S.Vurğunun  pyeslərinin  rus  tərcümələri  və  səhnə 
təcəssümü» 
mövzusunda  elmi-tədqiqat  işini  uğurla  bitirib  namizədlik 
dissertasiyasını  müdafiə  etdi(1986).  Gənc  alim  N.Məmmədov  hər  dəfə  əlçatmaz 
hesab etdiyi zirvəni fəth etdikcə, qarşısında daha böyük yüksəklik görən və ona can 
atan  alpinist  kimidir.  O,  ədəbiyyatşünaslıqla  bağlı  bir  mövzuya  girişir,  onu 
tamamlayır, sonra mövzu yeni mövzu gətirir, onun qarşısında təzə üfüqlər açılır. O, 
irəliləyir, arxada isə tədqiqatçı alimin tədricən araşdırmalarından ibarət zəngin irsi 
formalaşır… 
İlk  uğurlarından  ruhlanan  N.Məmmədov  S.Vurğunun  bir  əsəri  timsalında 
rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda özünü sınayandan sonra cəsarət tapıb 
daha  geniş  və  fundamental  problemə  girişir:  «XX  əsr  rus  poeziyası  Azərbaycan 
tərcümələrində».  O,  bu  mövzuda  doktorluq  dissertasiyasını  uğurla  müdafiə  edir 
(1992)  və  bir  müddət  sonra  (1994)  alim,  Azərbaycan  Respublikası  Prezidenti 
yanında  Ali  Attestasiya  Komissiyasının  qərarı  ilə  professor  adına  layiq  görülür. 
Bu, «XX əsr rus ədəbiyyatı», «Türk xalqları ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı» 
fənlərindən  rus  və  Azərbaycan  bölmələrində  mühazirələr  oxuyan,  kurs,  buraxılış, 
magistr,  namizədlik  işlərinə  rəhbərlik  edən,  dərslik,  dərs  vəsaitləri,  dərs 
proqramları  yazan,  respublika  mətbuatında  saysız-hesabsız  elmi  məqalələr  dərc 
etdirən  Nizami  Tağısoyun  halal  əməyinə  verilən  qiymətdir.  Professorun  elmi 
fəaliyyəti  çoxşaxəli,  çoxplanlıdır:  tərcümə  nəzəriyyəsi,  ədəbi  əlaqələr, 
komparativistika,  türk  xalqlarının  etnogenezi,  etnologiyası,  etnoqrafiyası,  epik 
təfəkkürü, ənənələri, folkloru, klassik və  müasir ədəbiyyatı, çağdaş ədəbi proses. 
İti  zəkası,  geniş  təfəkkürü  N.Tağısoya  ədəbiyyatşünaslıq  kimi  böyük 
ümmanda problemləri görmək, çözmək, sistemləşdirmək, dəyərləndirmək bacarığı 
vermişdir.  Türkdilli  xalqların  ədəbi  xəzinəsinin  araşdırılması  ilə  N.Tağısoy 
Azərbaycanda  türkologiyanın  inkişafına  ciddi  töhfə  vermişdir:  qazax,  özbək, 
qaqauz, qaraqalpaq, qaraçay, qırğız, Kibrıs, malkar, xəzər və başqa türk qövmləri 
ilə  bağlı  qələmə  aldığı  çoxsaylı  əsərlər  həm  aktuallıq, həm  də  problemə  yanaşma 
metodu  ilə  diqqəti  çəkir.  Müəllifin  «XX  əsr  rus  poeziyası  Azərbaycan 
tərcümələrində»  (Bakı,  ADPİ  nəşriyyatı,  1992,  134  s.  –  rus  dilində),  «Qazax 
ədəbiyyatı»  (Bakı,  APRDƏİ  nəşriyyatı,  1983,  70  s.  –  rus  dilində),  «Əslin  milli 
özünəməxsusluğu  və  tərcümə»  (Bakı,  «Mütərcim»  nəşriyyatı,  1998,  68  s.  – 
dilində), «Səməd Vurğunun dramaturgiyası» (Bakı, 1999, «Səda» nəşriyyatı, 132 s. 
–  rus  dilində),  «Poetik  tərcümə»  (Bakı,  «Maarif»  nəşriyyatı,  2001,  245  s.  –  rus 
dilində), «Qaraqalpaq ədəbiyyatı» (Bakı, «Kitab aləmi» nəşriyyatı, 2007, 296 s. – 
rus  dilində),  «Nəsrin  axarı:  zaman  və  məkan  konteksti»  (Bakı,  BQU  nəşriyyatı, 
2008, 152 s.), «Şilyan: özü, sözü – çeşmənin gözü» (Bakı, «Mütərcim» nəşriyyatı, 
2009,  172  s.),  «Səftər  Həsənzadə.  Vətən  həsrəti,  barıt  qoxulu  sətirlər»  (Bakı, 
«Mütərcim»  nəşriyyatı,  2009,  76  s.)  kimi  monoqrafiya  və  kitabları  elmi 


 
243 
ictimaiyyətin  və  təhsil  auditoriyasının  daim  diqqətində  olmuş,  mütəxəssislər, 
xüsusi ilə türkoloqlar tərəfindən yüksək qiymətləndirilmişdir. 
İstedadlı  alim  öz  yaradıcılığında  ədəbi  mühitə,  ədəbi  prosesə  iki 
istiqamətdən yanaşır və onun elmi-nəzəri qənaətləri bu aspektlərdən formalaşır. Bir 
tərəfdən  o,  ümumən,  ədəbi  problemləri  araşdırır,  analiz  edir,  sahənin  nəzəri 
materiallarını  zənginləşdirirsə,  digər  tərəfdən  ayrı-ayrı  yazıçı  və  şairlərin 
yaradıcılığını  tədqiqat  müstəvisinə  çıxarır,  onların  əsərlərində  mövzu,  dil-üslub, 
sənətkarlıq məsələlərini təhlil süzgəcindən keçirir. Bu baxımdan professorun Elçin, 
Anar,  S.Əhmədli,  M.Cəlal,  K.Abdulla,  eləcə  də  A.Blok,  S.Yesenin,  K.Simonov, 
A.Tvardovski  və  digərlərinin  irsi  ilə  bağlı  özünəməxsus  mülahizələrə,  maraqlı 
mühakimələr və elmi nəticələrlə zəngin məqalələri diqqəti çəkir. 
Prof.N.Tağısoyun etnoqrafiya, folklor nümunələri ilə bağlı cəfakeş fəaliyyəti 
qeyd  olunmasa, onun  portretində  müəyyən  ştrixlərin  yeri  görünər. 25  ilə  yaxındır 
ki,  Nizami  müəllim  dərviş  dözümü,  pərvanə  sevgisi,  Fərhad  fədakarlığı  ilə  öz 
sevdasının  –  şifahi  xalq  nümunələrinin  türklər  demiş,  peşindədir.  Onun 
etnoqrafiya,  etnik-milli  düşüncə  və  həyat  tərzi  ilə  bağlı  topladığı  şifahi  söz 
nümunələri  türkdilli  xalqların  ortaq  milli-mənəvi  dəyərlərinin  müqayisəsi, 
qiymətləndirilməsi  baxımından  böyük  əhəmiyyət  kəsb  edir.  Doğulub  boya-başa 
çatdığı  doğma  Şilyan  kəndindən  misqal-misqal  topladığı,  mirvari  dənələri  kimi 
sıraladığı  alqışlar,  qarğışlar,  andlar,  sınamalar,  ayamalar,  ləqəblər,  bayatılar, 
laylalar,  lətifələr,  habelə  dini-tarixi  abidələrlə  ziyarətgah  və  ocaqlarla  bağlı 
rəvayətlər  nəinki  oxucuların  ürəyinə,  eləcə  də  mütəxəssislərin  yaradıcılıq 
laboratoriyasına  yol  tapacaq,  professorun  dediyi  kimi,    onları  «düşünüb 
fikirləşməyə,  fikirləşib  düşünməyə  sövq  edəcək,  onlar  sözün  gücündən  zövq 
alacaq,  ona  heyran  qalacaq,  xalq  fəlsəfəsi  və  müdrikliyi  haqqında  dərindən 
düşünəcək», bu zəngin, mənalı irslə bağlı müəyyən qənaətlərə gələcəklər. 
Professorun  portretində  tərcüməçilik  və  lüğətçilik  fəaliyyətinin  də  xüsusi 
yeri  var.  Tərcümə  nəzəriyyəsi  və  bədii  tərcümə  məsələləri  sahəsindəki  işinə  bir 
cümlə  ilə  qiymət  vermək  olar:  o,  bu  sahədə  peşəkardır.  O,  Azərbaycan 
türkologiyasında ilk dəfə «Qaraqalpaq xalq nağılları»nı (Bakı,                   2006, 
«Mütərcim»  nəşriyyatı,  220  səh.)  və  qazax  qəhrəmanlıq  eposu  «Koblandı-batır» 
(Bakı,  2010,  Folklor  İnstitutu  nəşriyyatı,  200  səh.)  Azərbaycan  türkcəsinə 
uyğunlaşdırmış,  bir  neçə  şeir,  poema  kitabını  rus  dilinə  tərcümə  etmiş, 
prof.R.Manafoğlu  və  dos.Rüstəm  Kamalla  birlikdə  ölkəmizdə  ilk  dəfə  «İzahlı 
tərcüməşünaslıq terminləri lüğəti»ni (Bakı, 2010, «Mütərcim» nəşriyyatı, 164 səh.) 
hazırlamışdır. 
Prof.N.Tağısoyun  elmi,  bədii  yaradıcılığını  onun  ictimai  və  pedaqoji 
fəaliyyətindən  ayrı  təsəvvür  etmək  mümkün  deyil.  Bu  fikri  başqa  cür  də  ifadə 
etmək olar: bu fəaliyyət sahələri N.Tağısoyun timsalında bir-birini tamamlayır, bir-
birindən qidalanır, bir-birini zənginləşdirir. 
Və  sonda.  Yuxarıda  yazılanlar  prof.N.Tağısoyun  yaradıcılıq  portretinin 
ştrixləridir.  Nə  qədər  uğurlu,  qənaətbəxşdir  –  deyə  bilmərəm.  Bu,  bir  qələm 
dostunun  cəhdidir.  Amma  peşəkar  rəssam  əlində  fırça  onun  kətan  üzərində 
portretini  işləmək  eşqinə  düşsə,  məsləhət  görərdim  ki,  Nizami  Tağısoyun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə