236
daşıyanlara hörmət gətirir, onları şöhrətləndirir. Fikrimcə, söhbət Nizaməddin
Şəmsizadədən gedəndə belə də demək olar. «Professor» sözü Nizaməddin
Şəmsizadəyə nə qədər şan-şöhrət gətirirsə, onu tanıdırsa, Nizaməddin Şəmsizadə
adı və təxəllüsü də «professor» sözünə o qədər yaraşır, yaraşıq verir. Məncə
Nizaməddin Şəmsizadə qeyri-adi müşahidə qabiliyyəti, problemi görmək və onun
mahiyyətinə dərindən nüfuz etmək bacarığı, analoji fakt və hadisələri
qruplaşdırmaq müqayisə və təhlil etmək, ümumiləşdirmək, doğru – dürüst elmi
nəticələr çıxarmaq və nəhayət, qələmə almaq məharəti ilə seçilən alimlərdəndir.
Mərhum professor Xəlil Əlimirzəyev deyərdi ki, «Adam var, yaxşı
tədqiqatçıdır yaxşı da natiqdir. Amma, yaxşı yaza bilmir. Adam var, yaxşı
tədqiqatçıdır, yaxşı da yazır, amma pis danışır. Adam da var, həm yaxşı tədqiq
edir, həm yaxşı yazır, həm də yaxşı natiqdir, bax əsl alim odur». Xoşbəxtlikdən
hər üç keyfiyyət Nizaməddin Şəmsizadədə birləşmişdir.
1978-ci ildən Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunda əmək fəaliyyətinə başladığı vaxtdan N.Şəmsizadə elmi – ədəbi
ictimaiyyətin diqqətini cəlb etmişdir. Mövzunu seçmək, ona yanaşmaq tərzi və
metodu ilə fərqlənən Nizaməddin ilk axtarışlarından ədəbiyyatşünaslıq sahəsinə
ciddi, iddialı və inadkar bir gəncin gəldiyini hiss etdirdi. Qısa bir müddətdə yazdığı
dissertasiya ilə repressiya qurbanı olmuş görkəmli tənqidçi Əli Nazimi ilk dəfə
tənqidi fikir tarixinə gətirmiş, onun rəsmi bəraətinə, əgər belə demək mümkünsə,
mənəvi bəraət möhürünü vurmuşdur.
Ədəbiyyatşünaslığın
20-30-cu illər repressiya dövründəki boşluğu
Nizaməddin Şəmsizadənin sanballı, nəzərə alsaq ki, həmin araşdırmalar sovet
rejimi və ideologiyasının hakimi – mütləq olduğu vaxtlarda aparılırdı, həm də
cəsarətli tədqiqatları ilə doldurulmuşdu. Müəllifin «Ədəbi mübahisələr» adlı
əsərində (1986) Azərbaycan ədəbi tənqidinin ziddiyyətli 1920-30-cu illər
mərhələsini ilk dəfə sistemli şəkildə təhlili verilmiş, B.Çobanzadə, Ə.Nazim,
M.Quliyev, Ə.Abid, H.Zeynallı, M.K. Ələkbər, A. Musaxanlı kimi xadimlərin elmi
– ədəbi irsini dəyərləndirilmişdi. N. Şəmsizadənin tədqiqatları müəllifin səmimiliyi
ilə daha da sanballı olur, o hər cür saxtakarlıqdan uzaqdır və lazım gəldikdə öz
mövqeyini məharətlə müdafiə edir. Əgər hansısa obyektiv yaxud, subyektiv
səbəbdənsə, tədqiqatçı mülahizə və mühakimələrində, qənaətlərində müəyyən
yanlışlıqlara yol verirsə, onu etiraf etməyi bacarır. Ulu Dədə Qorqud müdrikliyi və
kamilliyi ilə deyir: « Qoy bizim səhvlərimiz ibrət işığına çevrilib elimizə düz yolu
nişan versin» (Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər və konsepsiyalar
kitabına müəllifin «On ildən sonra» adlı ön sözündən, səh. 4. Bakı, «Ozan» 1997).
Yeri gəlmişkən qeyd olunmalıdır ki, müəllifin 1986-cı ildə tamamladığı və 1997-ci
ildə oxucuların mühakiməsinə verdiyi «Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər
və konsepsiyalar» kitabı ilə N.Şəmsizadə çalışdığı sahədə əbədi iz qoymuşdur:
Kitabın birinci fəslində ən qədim çağlardan – XX əsrin 40-cı illərinə qədərki bu
dövrün ədəbi – nəzəri fikrini təhlil süzgəcindən keçirmiş, onun mərhələ və
konsepsiyalarından bəhs etmiş və ən əsası isə ilk dəfə olaraq emprik, sinkretik,
analitik, bioqrafik və sosioloji adlarla təsnifatını aparmış, hər mərhələnin tarixi və
estetik sərhədlərini göstərmiş, xarakteristikasını vermiş, dəyərləndirmişdir.
237
Əsərin digər iki fəslində – Ədəbiyyat tarixçiliyi: nəzəriyyələr və konsepsiyalar
və «Ədəbiyyatşünaslığımızda söz sənəti konsepsiyası: poetika və sosiologiya»
hissələrində milli ədəbiyyat tarixinin formalaşması prosesi izlənir, söz sənətinin
poetika və sosiologiyası ilə bağlı təlimlər təhlil olunur, onlara münasibət bildirilir
və diqqət çəkən elmi nəzəri nəticələr çıxarılır. Maraqlı və həm də çox mənalıdır ki,
sovet dövründə qələmə alınan monoqrafiyanı çəkinmədən ortaya çıxaran müəllif
«gözlənilən tənqidlərdən, tənə və məzəmmətlərdən» qətiyyən narahat deyil, arzusu
budur ki, oxucu «buraxılan səhvi» və sovet dövründə yaşamağa və yazmağa
məhkum, məcbur olan «bizim nəsli dərindən dərk etsin». N.Şəmsizadə kitaba
yazdığı «On ildən sonra» adlı ön sözdə deyir: «Kitabı çapa təqdim edərkən onu
yenidən işləyə bilərdik. Fəqət, elmin akademizmini gündəlik ötərgi qərar və
şüarlara qurban verməyin milli faciələrə gətirdiyini bu gün aydın gördüyümüzdən
bu işi icra etmədik» (səh. 4).
O daha sonra göstərir ki, Səhvlərimizin ağrısını biz özümüz çəkməliyik, onu
gələcək nəsillərə miras qoymağa mənəvi haqqımız yoxdur. Çünki biz özümüzdən
əvvəlki nəsillərin əməlləri ilə bərabər səhvlərinə də sahib durmuşuq Həmin səhvlər
70-ci illərin sonunda fanatik bir həvəslə ədəbi tənqidə, elmə gəlmiş biz gənclərə
müqəddəs həqiqətlər kimi təqdim olunmuşdu. Bizə tarixin ən çətin aldanışlarla
dolu keşməkeşli, ən başlıcası isə taleyi qeyri – müəyyən bir dövründə yaşamaq
nəsib oldu. Biz dünyanın ən müdrik fəlsəfələrini, onun ağıllı yaradıcılarının «anti»
hesab edən marksizmin şikəstləri, totalitar rejimin övladlarıyıq (yenə orada. səh.
4).
Professor Nizaməddin Şəmsizadə ədəbiyyatşünaslıqda söz və nüfuz sahibidir.
O buna istedadı, bulaq kimi çağlayan enerjisi və çalışqanlığı ilə nail olmuşdur.
Ədəbiyyatşünaslıq meydanı geniş və bir qədər kobud desək, həm də sahibsizdir.
Burada kim necə istəsə, at oynada bilər. Sonra da «məncə belədir, mən belə
düşünürəm» yaxud N.Şəmsizadənin görkəmli tənqidçi adlandırdığı müsahiblərinin
birinin «Əşi, ədəbi proses çuval kimi bir şeydir, içərisinə nə gəldi doldurmaq olar»
deyib özünə haqq qazandırmaq mümkündür. Lakin, N.Şəmsizadənin öz yolu, öz
məramı, məsləki var. O ədəbiyyata «bəşərin özünə ucaltdığı ən böyük abidə»,
ədəbi tənqidin timsalında ədəbiyyatşünaslığa «nadir və mürəkkəb peşə» kimi baxır.
N.Şəmsizadə müraciət etdiyi əsərlərə tələsik və təsir altında, nəyinsə, yaxud
kiminsə, xatirinə münasibət bildirməkdən çox uzaqdır. Onun hər cür qərəzdən
uzaq, ləngərli və sanballı məqalələrini oxuyanda bu qənaətə gəlirsən:
- əsər çox diqqətlə mütaliə edilmişdir;
- yazının toxunduğu mövzunun milli və dünya ədəbiyyatında nə vaxt və necə
işlənib, işlənmədiyini, problemin aktuallığı dərindən araşdırılmış;
- əsərin dil, üslub, sənətkarlıq məsələləri, obrazlar onların özünəməxsusluğu
kamil sənət nümunələri ilə müqayisədə ciddi təhlil, yazıçının uğurları təqdir
edilmiş, nöqsanları göstərilmişdir.
Professor N.Şəmsizadə ədəbi-nəzəri fikir tariximizin problemlərini araşdırır,
tənqidin tənqidi ilə həm də tarixi ilə məşğul olur. Bu mənada onun 1985-ci ildə
qələmə aldığı və 2004-cü ildə nəşr etdiyi monumental «Tənqidin ədəbi prosesdə
rolu» kitabı xüsusilə diqqət çəkir. Həmin əsərin əlyazmasına rəy verən mərhum
Aydın Məmmədov N.Şəmsizadənin kitabını «zəngin və maraqlı tədqiqat əsəri»
Dostları ilə paylaş: |