Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   117   118   119   120   121   122   123   124   ...   176

 
252 
mədəniyyət,  ədəbiyyat  fədailərinə  həsr  olunacaq.  Özü  haqqında  həmişəki  kimi 
yenə  susacaq. Heç olmazsa, bir  cümləni, kitabın  adını  özünə həsr  et, İntiqam. Üz 
qabığında böyük, qara şriftlərlə yaz ki, «Mən də yaşamaq istəyirəm». 
 
 
“525-ci qəzet”, 24 dekabr 2009 
 
 
 
Sevgi və fədakarlıq örnəyi 
 
 
«Məmləkətim olan Qars, təbii mühiti ilə məndə hələ uşaqlıq illərindən Şərq 
sərhədlərimizdən o tərəflərdəki türklər haqqında bilgi əldə etmək arzusu oyatmışdı. 
Ailə  mühitimiz  və  daha  sonra  Ərzurum  Atatürk  Universitetindəki  təhsil  həyatım 
məni bu mövzu ətrafında hər gün bir az daha çox düşünməyə, məlumat toplamağa 
sövq etmişdir. 
Beləcə, hələ Universitetdəki tələbəlik illərindən etibarən Qafqazın, xüsusilə 
Azərbaycanın və  ətrafının  tarixini,  ədəbiyyatını öyrənməyə, bu  zəngin  türk kültür 
diyarını  araşdırmağa  başladım».  Bu  sətirlər  40  ildən  də  çox  bir  müddətdə 
Azərbaycan  şair  və  yazıçılarının  irsini,  ədəbiyyat  tarixini  böyük  sevgi,  tükənməz 
enerji  və  sözün  həqiqi  mənasında  fədakarlıqla  tədqiq,  tədris  və  təbliğ  edən  Əli 
Yavuz  Akpinarın  «Azəri  ədəbiyyat  araşdırmaları»  (İstanbul,  «Dərgah  yayınları». 
Birinci nəşr, 1994, 512 səh.) adlı kitabına yazdığı «Ön söz»dən götürülmüşdür. 
Sovet  rejimi,  dəmir  pərdə,  senzura  illərində,  Kommunist  ideologiyasının 
hakim  olduğu  dövrdə  –  1970-ci  ildə  Ə.Akpinar  ilk  dəfə  Azərbaycana  gəlməyə 
müvəffəq  olur  və  «çalışması  üçün  çox  ehtiyac  duyduğu  kitabları»  əldə  etməyə 
başlayır.  Taleyin  xoş  qismətindən  Bakıda  onu  unudulmaz  Abbas  Zamanov 
qarşılayır. Bu görüş də Ə.Y.Akpinarın həyat və fəaliyyətində silinməz iz buraxır. 
Azərbaycan  ədəbi  xəzinəsinin  zənginliyi,  rəngarəngliyi  istedadlı  gənc  alimdə  bu 
irsə  meyli,  marağı daha da  artırır. O, tədqiqat  dairəsini bir  qədər  də  genişləndirir. 
Şah    üsul-idarəsinin,  fars  şovinizminin  bütün  yasaqlarına  rəğmən  Cənubi 
Azərbaycanda  ana  dilində  nadir  incilər  yaradan  Şəhriyar,  Səhənd  və  Sahir 
poeziyasını  araşdırmaqla  yanaşı  Ə.Akpinar  onların  əsərlərini  Türkiyədəki 
dərgilərdə də nəşr etdirir. İstər Cənubda, istər Şimali Azərbaycanda apardığı geniş 
miqyaslı  araşdırmalarının  nəticəsi  kimi,  Ə.Akpinar  bir-birinin  ardınca  maraqlı 
məqalələr  yazır,  bununla  da,  Sovet  hakimiyyətinin  ilk  20  ilindən  sonra  qırılmış 
Türkiyə  –  Şimali  Azərbaycan  ədəbi,  mədəni  əlaqələrinin  bərpa  olunmasında, 
Türkiyə – Cənubi Azərbaycan ədəbi əlaqələrinin yaranmasında əvəzsiz rol oynayır. 
Tədqiqat  sərhədlərini  Azərbaycan  ədəbiyyatı  ilə  məhdudlaşdırmayan  Ə.Akpinar 
Krım,  İdil-Ural  və  Türkistan  ədəbiyyatının  araşdırılmasına  və  qardaş  Türkiyədə 
tanıdılmasına  da  ciddi  səy  göstərmişdir.  Tədqiqatçının  təbiri  ilə  desək,  «başda 
Azərbaycan olmaqla Krım, Kazan, Türkistan türkləri ilə Türkiyə türkləri arasındakı 
ədəbi və mədəni əlaqələri araşdırmaq» onun fəaliyyət meydanına çevrilmişdir.  


 
253 
Yuxarıda  adını  çəkdiyimiz  «Azəri  ədəbiyyatı  araşdırmaları»  kitabında 
müəllif  müxtəlif  tarixlərdə,  ayrı-ayrı  nəşrlərdə,  fərqli  məqsədlərlə  qələmə  aldığı 
əsərləri mövzu və mahiyyətinə görə bir ad altında toplamış, təqdim etmişdir. Dörd 
hissədən  ibarət  kitabda  Azərbaycan  ədəbiyyat  tarixi,  onun  inkişaf  mərhələləri  
geniş  işıqlandırılır,  ayrı-ayrı  yazıçı  və  şairlərin  irsi  tədqiq  edilir,  əsərlərindən 
nümunələr  verilir.  Azərbaycan  nəsri,  poeziyası,  dramaturgiyası,  publisistikası, 
ədəbi  tənqidi  və  şifahi  söz  yaradıcılığını,  xüsusilə  aşıq  ədəbiyyatını  Ə.Akpinar 
müxtəlif dövrlərin ictimai-siyasi proseslərini diqqətə çatdırmaqla təhlil və təqdim 
edir. Maraqlı və təqdirəlayiqdir ki, Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi, elmi-
fəlsəfi  fikir  tariximizdə  müstəsna  rol  oynamış  Azərbaycan  mətbuatı  da 
Ə.Akpinarın  diqqət  mərkəzində  olmuşdur.  O,  Azərbaycan  mətbuat  tarixində  iz 
qoymuş  bir  sıra  nəşrlər  barədə  yeri  gəldikcə  bəhs  etmişdir.  Prof.dr.  Ə.Akpinar 
Azərbaycanın  ədəbi  həyatının  tam  mənzərəsi  barədə  oxucuda  geniş  təəssürat 
yaratmaq üçün ayrı-ayrı dövrlərin ədəbi icmalını verməklə yanaşı, bir sıra şair və 
yazıçılar barədə ayrıca ədəbi-tənqidi oçerkləri də kitaba daxil etmişdir. 
Bu kitabla türk oxucusu Azərbaycan klassik və çağdaş ədəbiyyatının Nizami 
Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Molla Pənah Vaqif, Xurşidbanu 
Natəvan,  Mirzə  Fətəli  Axundzadə,  Seyid  Əzim  Şirvanzadə,  Nəriman  Nərimanov, 
Sultan  Məcid  Qənizadə,  Ömər  Faiq  Nemanzadə,  Hüseyn  Cavid,  Mirzə  Ələkbər 
Sabir,  Mikayıl  Müşfiq,  İlyas  Əfəndiyev,  Rəsul  Rza,  Bəxtiyar  Vahabzadə,  Elçin, 
Anar, Əkrəm Əylisli kimi nümayəndələrinin, milli ədəbiyyatşünaslığın, mətbuat və 
çap  tarixinin  Firudin  bəy  Köçərli,  Məmməd  Arif  Dadaşzadə,  Abbas  Zamanov, 
Qulam  Məmmədli  kimi  simalarının  həyat  və  fəaliyyəti  barədə  geniş  məlumat 
almaq imkanı əldə etmişdir. 
Türkiyə-Azərbaycan  mədəni  əlaqələrinin  genişlənməsini,  xüsusilə 
Azərbaycan  ədəbiyyatının  Türkiyədə  tanıdılmasını  axtarışlarının  və  yaradıcılıq 
fəaliyyətinin  əsas  kredosuna  çevirən  Ə.Y.Akpinar  uğurları  ilə  öyünməyən,  eyni 
zamanda  onlarla kifayətlənməyən  tədqiqatçılardandır. Hələ  ötən  əsrin 90-cı  ilində 
məsləkdaşları  İrfan  Murad  Yıldırım  və  Sabahatdin  Çağanla  birlikdə  hazırladıqları 
Məmməd Əmin Rəsulzadənin «Azerbaycan Cumhuriyeti (keyfiyyeti, teşekkülü və 
şimdiki vaziyeti». İstanbul, 1990) kitabına «Ön söz»də yazırdılar: «Azərbaycanla 
yaxın  əlaqələr  qurmaq  istəyiriksə,  öncə  bu  qardaş  ölkəni  bütün  yönləri  ilə 
tanımağımız gərəkdir. Bunun üçün də Azərbaycanın yaxın tarixini, problemlərini 
çox  yaxşı  öyrənməliyik».  Bu,  əslində  Ə.Y.Akpinarın  hələ  tələbəlikdən 
müəyyənləşdirdiyi  böyük  amalın, proqramın  bəyanı  idi.  Öz məsləyinə sadiq olan 
azərbaycanşünas alim bu gün də inamla, israrla öz yolunu davam etdirməkdədir. 
Fikrimcə,  bütün  türk  dünyasında  dilin  inkişafında,  qorunmasında  Mahmud 
Kaşğarlı,  islam  dininin  yayılmasında  Xoca  Əhməd  Yasəvi  hansı  rolu  oynayıbsa, 
türkçülük  ideologiyasının  meydana  gəlməsində,  intişarında  da  İsmayıl  Qaspiralı 
həmin  xidməti  göstərmişdir.  Hələ  sağlığında  «millətin  atası»  adlandırılan 
İ.Qaspiralının həyatı və irsinin tədqiqi, dəyərləndirilməsi bu gün xüsusi ilə aktual 
və  əhəmiyyətli  olsa  da,  çox  təəssüf  ki,  qənaətbəxş  deyildir.  Prof.dr.  Ə.Y.Akpinar 
bu  boşluğu  görmüş  və  təqdirəlayiqdir  ki,  fundamental  araşdırmaları  ilə 
qaspiralışünaslığa  əvəzsiz  töhfə  vermişdir.  Bu  yaxınlarda  onun  tərtib  etdiyi 
«İsmayıl  Qaspiralı.  Seçilmiş  əsərləri»nin  3  cildliyinin  sonuncu  cildi  İstanbulda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə