Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   107   108   109   110   111   112   113   114   ...   176

 
231 
Bəlkə  bunun  nəticəsidir  ki,  indi  ABU-nun  həyətində  gözümə  toxunan  «Məktəb 
qibləgahımdır» sözləri dərhal xəyalımı qanadlandırdı. 
Bəs akademik Hüseyn Əhmədov nə vaxt və necə bu qənaətə gəlmişdir?! Bu 
sualın  arxasında  gərgin,  axtarışlarla  zəngin,  mənalı  bir  ömür  durur.  Onu 
vərəqlədikcə, cavab axtarmağa da ehtiyac qalmır, o özü yetişir. Hüseyn Əhmədov 
hələ  20  yaşı  tamam  olmayanda  taleyini  birdəfəlik  müəllimliklə  bağlayır.  Daim 
yaratmaq,  axtarmaq  həvəsi,  yanğısı,  tükənməz  enerjisi,  ehtirası  onu  tədrisin, 
təhsilin  pillələri  ilə  aramla,  inamla,  inadkarlıqla  irəliləməyə  sövq  edir.  Əvvəlcə, 
Gəncə  Pedaqoji  Universitetini  (1947),  sonra  həmin  şəhərdəki  H.Zərdabi  adına 
Pedaqoji  İnstitutu  (1951),  daha  sonra  indiki  Azərbaycan  Dövlət  Pedaqoji 
Universitetinin  aspiranturasını  bitirir.  Azərbaycan  məktəbi  və  pedaqogikasının 
tarixi  ilə  tanışlıq  H.Əhmədovu  sehrləyir:  elmə,  tərəqqiyə,  mədəniyyətə  aparan 
Azərbaycan məktəbi nə qədər məşəqqətli, eyni zamanda nə qədər şərafətli bir yol 
keçmişdir!  Ətalət,  cəhalət,  mövhumat,  nadanlıq,  laqeydlik,  biganəlik,  biveclik 
buzunu  sındırmağı  qarşısına  məqsəd  qoyan  Azərbaycan  məktəbini  susdurmaq, 
onun nümayəndələrini məhv etmək üçün nələrə əl atmamışlar: təhdidlər, təzyiqlər, 
təqiblər,  təhqirlər,  hədələr  –  bunlar  cəmiyyətin  aşağı  təbəqəsindən  gəlirdi. 
Sürgünlər,  terrorlar,  edamlar  –  bunları  dövlət  həyata  keçirirdi.  Azərbaycan 
məktəbi,  onun  nümayəndələri  bütün  məhrumiyyətlərə,  rəzalətlərə,  əzab  və 
işgəncələrə  dözür  və  fədakarlıqla  tarixi  və  milli  missiyasını  yerinə  yetirməkdə 
davam  edirdi.  Məktəb  bizdə  təkcə  təhsil,  təlim,  tərbiyə  müəssisəsi  olmamışdır. 
Məktəb döyüş və qəhrəmanlıq meydanı olmuşdur. 
Bax, belə bir ziddiyyətlərlə zəngin, maraqlı sahənin tədqiqi ilə məşğul olan 
H.Əhmədov Azərbaycanın məktəb xəritəsinə zərrəbinlə baxmışdır – desək, burada 
mübaliğə  axtarmayın.  O,  ölkənin  ən  mötəbər  mənbə  və  məxəzləri  ilə  yanaşı 
Moskva,  Leninqrad,  Tiflis,  Həştərxan,  İrəvan  arxiv  və  kitabxanalarını  da  ələk-
vələk etmiş, az qala əsr yarım Azərbaycan məktəbi və pedaqoji fikir tarixi ilə bağlı 
sənədləri saf-çürük etmiş, təhlil süzgəcindən keçirmişdir. 
Ölkəmizdə  müasir  tipli  məktəbin  yaranması,  inkişafı,  onların  milli-mənəvi 
inkişafımızdakı  rolu  və  yeri,  ilk  «rus-tatar»  məktəblərinin  meydana  gəlməsi,  bu 
təhsil sisteminin mahiyyəti, metodikası və s. kimi mühüm məsələlər alimin 1972-ci 
ildə müdafiə etdiyi «XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi» adlı 
doktorluq dissertasiyasında fundamental şəkildə işlənmişdir. 
Akademik Hüseyn Əhmədovun axtarış diapozonu kimi yaradıcılıq sahəsi də 
genişdir.  O,  Azərbaycan  ədəbi-mədəni,  maarifçilik,  mətbuat  və  pedaqoji  fikir 
tarixində  misilsiz  xidmətlər  göstərmiş  N.Tusi,  A.Bakıxanov,  S.Ə.Şirvani, 
M.Ş.Vazeh,  M.F.Axundov,  H.Zərdabi,  S.M.Qənizadə,  R.Əfəndiyev,  F.Köçərli, 
N.Nərimanov,  Ü.Hacıbəyov  və  bu  kimi  parlaq  simaların  tərbiyəşünaslıq,  təhsil, 
məktəb,  maarif  sahəsindəki  fəaliyyətlərini  tədqiqata  cəlb  etmiş,  ümumiləşdirmiş, 
təhlil etmiş, müasir tələblər baxımından dəyərləndirmişdir. O, eyni zamanda rus və 
digər xarici ölkə pedaqoqlarının, o cümlədən çex Y.A.Komenski, rus K.D.Uşinski, 
A.S.Makarenko,  alman  İ.B.Bazedov,  X.Q.Zalsman,  E.X.Trap,  B.B.Blaşe  və 
başqalarının  irsini  araşdırmış,  ideya  və  baxışlarına  münasibət  bildirmiş,  dəyərli 
elmi-nəzəri qənaətlər hasil etmişdir. 


 
232 
Akademik  H.Əhmədovun  yaradıcılıq  axtarışları  bunlarla  da  məhdudlaşmır. 
O,  Azərbaycan  ədəbi-mədəni,  mətbu,  ictimai-siyasi,  maarifçilik  və  xeyriyyəçilik 
həyatında  və  hərəkatında  silinməz  iz  buraxmış  «Əkinçi»  qəzeti,  «Nəşri-maarif», 
«Nicat», «Səadət» xeyriyyə cəmiyyətləri haqqında da araşdırmalar aparmışdır. 
Akademik H.Əhmədov Azərbaycan məktəbinin yaranması və inkişaf tarixini 
təkcə  sənədlərdən  tədqiq  etməmişdir,  kitabxana  və  arxivlərlə  kifayətlənməmişdir. 
O, respublikanın kənd, rayon və şəhərlərini qarış-qarış dolanmış, bir arxeoloq, bir 
tarixçi  kimi,  az  qala  məktəb  binalarının  daş-kəsəyini  də  araşdırmışdır.  Nəticədə 
«Nuxada  ilk  qəza  məktəbi»,  «Bakıda  ilk  qəza  məktəbi»,  «Gəncədə  ilk  qəza 
məktəbi»,  «Salyanda  ilk  qəza  məktəbi»,  «Qutqaşen  məktəbinin  90  yaşı  var», 
«Şamaxıda  ilk  qəza  məktəbi»,  «Naxçıvanda  dünyəvi  təhsil»,  «Lənkəranda  ilk 
dünyəvi  təhsil  məktəbi»,  «Yüz  yaşlı  Vəndam  məktəbi»,  «Qubadlının  100  yaşlı 
məktəbi»  kimi  salnamə-məqalələr  ərsəyə  gəlmişdi.  Başqa  sözlə,  H.Əhmədov 
Azərbaycan məktəbinin coğrafiyasını tərtib etmişdir. 
Akademik  H.Əhmədovun  tədqiqatlarının  faydası  həm  də  ondadır  ki,  bu 
araşdırmalar  əsasında  müəllif,  müstəsna  əhəmiyyətli  dərsliklər,  dərs  vəsaitləri 
hazırlamışdır və artıq 30 ildən də çoxdur ki, həmin mənbələr gələcək müəllimlərin 
pedaqoji peşəyönümünün formalaşmasına xidmət edir. 
«Pedaqogikaya  giriş»  (1973),  «Pedaqogika  tarixi  kursunun  mühazirələri» 
(1987), 3 hissədən ibarət «Azərbaycan pedaqogika tarixindən» (1990, 1992, 1994), 
«N.Nərimanovun  pedaqoji  fikirləri»,  «Azərbaycanda  məktəb  və  pedaqoji  fikir 
tarixi», «XIX əsr Azərbaycan məktəbi» və onlarca digər əsəri bu qəbildəndir. 
Beynəlxalq  Pedaqoji  Elmlər  Akademiyasının  həqiqi  üzvü,  Rusiya  Təhsil 
Akademiyasının  akademiki,  Azərbaycan  Milli  Yaradıcılıq  Akademiyasının 
akademiki,  Azərbaycan  Respublikasının  Əməkdar  ali  məktəb  işçisi,  Azərbaycan 
Respublikasının  maarif  əlaçısı  –  bunlar  Hüseyn  Əhmədovun  ad  və  təltiflərinin 
hamısı deyil. İlk fərqlənmə diplomundan axırıncı ali təltifə, mükafata qədər bir ad 
dəyişməyib:  müəllim.  Bütün  bunlardan  sonra  Hüseyn  müəllimin  məktəbi 
«qibləgah» adlandırması çox təbii görünür. 
Həm  də  təkcə  buna  görə  yox.  Hüseyn  müəllim  məktəb,  pedaqoji  fikir 
tarixinin izinə düşəndə Xəqani Şirvanidən 
 
 
 
Mənim könlüm müəllimdir, dizim üstü qəbistanı, 
 
 
O şagirdəm ki, öyrəndim, sükut ilə əlifbanı; 
 
Saib Təbrizidən 
 
 
 
Küçədə torpaq ilə oynayan o oğlana bax, 
 
 
Kim ki, nadandı bu dünya onu da oynadacaq; 
 
Nizami Gəncəvidən 
 
 
 
Elm oxuyla ovla, əgər istəyirsən təmiz şikar, 
 
 
Elm ilə ov, şikar elə, ov itilə nə işin var? ; 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə