Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   103   104   105   106   107   108   109   110   ...   176

 
222 
M.F.Axundzadə  adına  Azərbaycan  Opera  və  Balet  Teatrında  gerçəkləşdirilirdi.  O 
axşam Koroğlu rolunu Bülbül, Nigarı Gülarə xanım, Həsən xanı Məhəmməd Tağı 
Bağırzadə,  İbrahimi  Mustafazadə,  Həmzəni  Hüseynzadə,  Koroğlunun  atasını 
Zülfüqar  Sarızadə  ifa  etdilər.  Təmsilin  rejissoru  Hidayətzadə,  rəssamı  Rüstəm 
Mustafazadə,  dirijoru  bəstəkarın  özü  idi».  Bütün  bunları  qeyd  etdikdən  sonra, 
M.H.Türkəqul  operanın  məziyyətlərindən,  səhnə  uğurundan  geniş  bəhs  edir  və 
yazır  ki,  əgər  Üzeyir  bəy  bütün  həyatı  boyu  yalnız  «Koroğlu»  operasını  yazmış 
olsaydı,  yenə  o  tək  bu  əsəriylə  yüksək  sənətkar  vəsfini  qazanmış  olardı. 
M.Türkəqul  məqaləsini  belə  bitirir:  «İstiqlal  aşiqi  azəri  türklərinin  bir  simvoluna 
çevrilən  «Koroğlu»  əbədiyyən  yaşayacaq  və  bizə  daim  böyük  yaradıcısını 
xatırladacaqdır». 
 
 
 
 
 
 
    «Qobustan» sənət toplusu, № 4, 2004. 
 
 
 
 
 
 
 
 
 
YUBĠLEYLƏR, TƏBRĠKLƏR VƏ PORTRETLƏR 
 
 
70 yaĢlı «Ġstiqlal» 
 
Azərbaycanın  müstəqilliyi  uğrunda  ideoloji  mücadilə  tarixində  misilsiz 
xidmətlər göstərmiş «İstiqlal» qəzetinin nəşrindən 70 il keçir. Berlində on gündən 
bir  buraxılan  qəzetin  ilk  nömrəsi  1932-ci  ilin  yanvarında  işıq  üzü  görmüşdür. 
İkinci nömrəsindən etibarən «İnsanlara hürriyyət, millətlərə istiqlal» şüarı ilə çıxan 
qəzet 1934-cü ilədək nəşrini davam etdirmişdir. 
M.Ə.Rəsulzadənin  redaktorluq  (baş  mühərrir)  etdiyi  qəzetdə  mühacirət 
publisistikasının parlaq nümunələri öz əksini tapmışdır. Mirzə Bala Məmmədzadə, 
Mir  Yaqub,  Hilal  Münşi,  Mustafa  Vəkilli,  Əli  Azəri  və  digər  qələm  sahibləri  öz 
yazılarında bir tərəfdən sovet rejimini, imperiyanın Azərbaycanda həyata keçirdiyi 
istila siyasətini kəskin tənqid atəşinə tutur, onun mütləq iflasa uğrayacağını inamla 
bildirir,  digər  tərəfdən  mühacirlər  arasında  Azərbaycan  mədəniyyətini, 
ədəbiyyatını təbliğ edirdilər. 
Mühacirət  nəşrlərimizin  İstanbul  dövründən  sonra  «İstiqlal»  qəzeti  xaricdə 
Azərbaycanlıların təşkilatlanması, səfərbər  olunması  və birgə  fəaliyyətində böyük 
rol  oynamışdır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  (1922-1931-ci  illər  ərzində 
İstanbulda buraxılan «Yeni Qafqasya» (cəmi 100 nömrə), «Azəri-Türk» (cəmi 20 


 
223 
nömrə), «Odlu yurd» (cəmi 32 nömrə) məcmuələrinin, «Birdiriş» qəzetinin (cəmi 
58 nömrə) yerinə yetirdiyi məramı «İstiqlal» qəzeti şərəflə həyata keçirmişdir. 
 
 
 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti» 
 
 
 
 
 
 
 
 
      1 mart 2002 
 
 
«Azərbaycan yurd bilgisi» - 70 
 
Mühacirət  mətbuatı  tarixində  «Azərbaycan  yurd  bilgisi»  jurnalının  xüsusi 
yeri və rolu olmuşdur. 1932-ci ilin yanvar ayında çıxan ilk nömrəsində «Bir neçə 
söz»  adlı  proqram  məqaləsində  göstərilir  ki,  jurnalın  məqsəd  və  qayəsi  yalnız 
Azərbaycanla bağlı tədqiqatlar aparmaq yox, həm də bu ölkəni irqdaş və mühiblərə 
tanıtmaqdır.  «Prof.  Köprülüzadə  M.Fuad,  prof.  A.Z.Validi,  dr.Hacızadə  Mirzə, 
dr.Ağaoğlu  Mehmet,  assis.Əbdülqadir  Bəylərin  iştirakı  ilə  ayda  bir  dəfə  nəşr 
olunan»  jurnal  elə  ilk  nömrələrindən  elmi  və  ədəbi  ictimaiyyətin  diqqətini  cəlb 
etdi. 
«Azərbaycan  yurd  bilgisi»nin  mövzu  dairəsi  geniş  və  rəngarəngdir: 
Azərbaycan  ədəbiyyatı,  dili,  tarixi,  coğrafiyası,  iqtisadiyyatı  və  s.  Bundan  əlavə, 
digər  türkdilli  xalqların  ədəbi  irsi  də  jurnalda  geniş  araşdırılır.  Bəzi  tədqiqatçılar 
nəşrin  siyasi  mövzulara  qətiyyən  toxunmadığını  iddia  etsələr  də,  zənnimizcə,  bu 
belə deyildir. 
Azərbaycan Xalqa Cümhuriyyəti və istiqlal mücadiləsi ilə bağlı jurnalın dərc 
etdiyi  çoxsaylı  yazılar  fikrimizi  təsdiqləyir.  «Azərbaycan  yurd  bilgisi»  jurnalının 
mühacirətdə  Azərbaycan  ədəbiyyatşünaslığının  inkişafında,  ədəbi-mədəni  irsin 
tədqiqində və təbliğində əvəzsiz xidmətləri olmuşdur. 
 
 
 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti» 
 
 
 
 
 
 
 
 
      8 fevral 2002 
 
 
Sənət, dil, vətən və vətəndaĢlıq məktəbi 
 
 
XIX  əsrin  sonlarına  doğru  vur-tut  2  ilə  yaxın  bir  müddətdə  nəşr  olunan  və 
milli  mətbuatımızın  ilki  sayılan  «Əkinçi»  ədalət,  cəhalət,  mövhumat 
məngənəsində,  qaranlıq  cəmiyyətdə  boğulan  Azərbaycan  xalqının  elm,  tərəqqi, 
təhsil  və  mədəniyyət  yoluna  əbədi  işıq  saçan  şimşəyə  bənzəyir.  «Əkinçi»nin 
toxumundan  cücərən  «Şərqi-rus»,  «Həyat»,  «Füyuzat»  və  digər  mətbu  orqanlar 
ulusun həyat və düşüncə tərzinə növbəti təkan verdilər, milli şüur və özünüdərkin 
inkişafında  misilsiz  xidmət  göstərdilər.  Mətbuat  tarixinin  tədqiqatçısı  kimi  qəti 
qənaətdəyəm  ki,  son  75  ildə  ədəbi-mədəni-mənəvi  irsimizin  saxlanılmasına, 
təbliğinə  və  bu  xəzinənin  zənginləşməsinə  «Ədəbiyyat  qəzeti»  qədər  xidmət 
göstərmiş ikinci mətbu orqan olmamışdır. 


 
224 
1934-cü ildə – repressiya tufanının yaxınlaşdığı zaman ilk nömrəsi işıq üzü 
görən  qəzetin  nəşri  tarixində  ictimai-siyasi  həyatda  təbəddülatlar,  burulğanlar, 
fırtınalar olmuşdur. «Ədəbiyyat qəzeti» sözün, sənətin keşiyində səngərdə sərhədi 
göz  qırpmadan  qoruyan  əsgər  kimi  durmuşdur.  Qəzet  bəzən  intriqalar,  ideoloji, 
hətta şəxsi münasibətlərə aydınlıq gətirmək üçün meydana çevrilmiş, ondan kimi, 
yaxud  kimləri  isə  aradan  götürmək  üçün  vasitə  kimi  istifadəyə  də  cəhd 
olunmuşdur. Lakin başlıca ideyaya, ana xəttə xələl gəlməmişdir: klassik və müasir 
ədəbi irs təbliğ olunmuş, yeni əsərlər dəyərləndirilmiş, ədəbi məhsulun dili, üslubu, 
sənətkarlıq  problemləri,  ideya-məzmun  məsələlərinə  münasibət  bildirilmişdir. 
«Ədəbiyyat  qəzeti»nin  xidmətlərindən  söz  açanlar  qəzetin  ədəbi  mühitlə  nəfəs 
aldığını,  qələm  əhlini  səfərbər  etdiyini,  istiqamətləndirdiyini,  müəyyən  məsələ 
barədə  ictimai  rəyin  formalaşmasına  təsir  göstərdiyini,  gənclərə  qayğı  ilə 
yanaşdığını, istedadlara meydan verdiyini,  əlinə yenicə qələm alan şairi, yazıçını, 
publisisti,  tərcüməçiləri  pərvazlandırdığını  haqlı  olaraq  dönə-dönə  qeyd  edirlər. 
Amma qəzetin fəaliyyətinə bir qədər geniş aspektdə nəzər salanda və onun mətbuat 
tarixindəki  yeri  və  rolunu  müəyyənləşdirmək  istədikdə,  bu  nəticəyə  gəlirsən: 
«Ədəbiyyat  qəzeti»nin  hər  yeni  nömrəsi  ayrılıqda  ədəbi  prosesin  bir  çırpıntısı, 
ədəbi düşüncənin əks-sədasıdır. Lakin bütövlükdə o bir salnamədir, xəzinədir. 75 
yaşlı «Ədəbiyyat qəzeti» Azərbaycan ədəbiyyatının 1000 illik yazılı söz sənətini, 
yaşı  bilinməyən  şifahi  söz  yaradıcılığını özündə  yaşadan bir  ensiklopediyadır. Bu 
qəzet sənət, dil, vətən və vətəndaşlıq məktəbidir. Bu qəzet, təkcə ədəbiyyatın yox, 
bütövlükdə Azərbaycan tarixinin əvəzolunmaz mənbəyi, məxəzidir. Bu xəzinənin 
yaradılmasında  iştirak  edən,  lakin  bu  gün  həyatda  olmayan  insanların  ruhu  daim 
şad olsun – deyirik, onların xələflərinə isə müqəddəs məramda uğurlar arzulayırıq. 
Fikrimcə,  qəzetin  yubileyinə  ən  gözəl  töhfə  onun  4  minə  yaxın  nömrəsinin 
tam  mətninin  kitab  şəklində  nəşr  etdirilməsi  olardı.  Bu  sahədə  təcrübə  və  parlaq 
nümunə  isə  vardır  (Əziz  Mirəhmədov.  «Əkinçi»,  1875-1877.  Tam  mətni.  Bakı, 
1970. Azərbaycan Dövlət Nəşriyyatı).  
 
 
 
 
 
 
 
 
 
      “Ədəbiyyat qəzeti”, 
18 dekabr 2009 
 
Dədə Qorqud vəfası 
 
Yaxın günlərdə təsviri sənət sahəsində Dədə Qorqud obrazının yaradılması 
ilə  bağlı  rəssamlar  arasında  keçirilən  açıq  müsabiqəyə  yekun  vurulacaq.  Təqdim 
olunmuş  60-a  yaxın  işin  qalibləri  elan  ediləcək.  Bu  xəbər  eposla  əlaqədar  bəzi 
qeydləri qələmə almağıma səbəb oldu… 
«Kitabi  –  Dədə  Qorqud»  haqqında  son  3-4  ildə  təkcə  respublikamızda 
onlarca kitab, yüzlərlə məqalə yazılmış, bu zaman eposun ünvanına lüğətimizdəki 
ən  dürlü  sözlər  söylənilmiş,  bəşər sivilizasiyanın  nadir  incilərindən  olan  bu  oğuz 
dastanları  Adəmdən  üzü  bəri  yaranan  söz  xəzinəsinin  möhtəşəm  nümunələri  ilə 
yan-yana qoyulmuş, müqayisə edilmişdir. Lakin elə bil, «Kitab»a yaxınlaşdıqca, o 
bizdən uzaqlaşır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə