218
tutur. «Sovetlərin din düşmənliyi» adlı yazıda 40 ildən bəri «dini inancları ortadan
qaldırmaq üçün əlindəki bütün siyasi, iqtisadi, idari, inzibati və sözdə elm və təhsil
vasitələrindən» istifadə edən Kommunist Partiyasının, sovet dövlətinin mənfur
siyasəti, onun mahiyyəti açıqlanır, nəticələri göstərilir. Sovet din siyasətinin
tarixinə nəzər salan müəllif qeyd edir ki, «başlanğıcda rusluğa xas qabalıq və
vəhşətlə cami və məbədlər dağıdılır, yaxud axur, meyxanə, anbar, kitabxana üçün
istifadə olunur, din adamlarını kütləvi öldürür, həbsə atır, sürür, hər cür dini
kitabları risalə, dərgi və təqvimlərin nəşrini qadağan edir, mədrəsələri qapadır»dı.
Bütün bunlar ciddi etirazlara səbəb olur, digər tərəfdən, «dininin əzildiyini görən
xalq daha dərin inamla ona sarılırdı». Belə olduqda, Kommunist Partiyası dinlə
mübarizədə taktikasını dəyişdi: NKVD bir tərəfdən, din adamlarını təqib edir,
digər tərəfdən öz agentlərini dini təşkilatlara salırdı.
Alman faşizmi ilə üzbəüz qalan Stalin yaxşı bilirdi ki, tək kommunizm
ideologiyası ilə sovet xalqını hərbə səfərbər edə bilməyəcək. Odur ki, o «dini
təşkilatların təkrar qurulmasına müsaidə etdi…». Ə.Yurdsevər göstərir ki, hərb
sona yetən kimi, bolşeviklər din üzərinə yenə hücuma keçdilər. Publisist konkret
faktlara, qəzet, jurnal materiallarına müraciət edir, sovetlərin din əleyhinə
mübarizədə ortaya qoyduqları «dəlilləri», «elmi müddəaları» alt-üst edir və yazır
ki, bütün təqiblərə rəğmən din bundan sonra da mübarizələrdən müzəffər
çıxacaqdır. «Çünki tarix boyunca heç bir qüdrət dini ortadan qaldıra bilməmişdir.
Və Sovet rejimi də buna əsla müvəffəq olmayacaqdır».
Ə.V.Yurdsevər yaradıcılığı mühacirət irsinin ciddi nümunələrindəndir. Onun
toplanılması, nəşri, daha geniş araşdırılması öz tədqiqatçılarını gözləyir.
AMEA, akad. Z.Bünyadov adına
ġərqĢünaslıq Ġnstitutu
Elmi araĢdırmalar (elmi-nəzəri
məqalələr toplusu), № 3-4, 2004.
Mustafa Haqqı Türkəqulun publisistikası
Mustafa Haqqı Türkəqul publisistikasının əsas mövzusu Azərbaycan
musiqisi, onun tarixi, inkişafı mərhələləridir. Lakin istedadlı qələm sahibi musiqiyə
xalqın tarixindən, onun həyat və düşüncə tərzindən kənar sənət növü kimi
yanaşmır, əksinə, o, musiqini xalq tarixinin bir parçası hesab edir. M.H.Türkəqulun
«Azərbaycan»da (1952, Ankara) bu mövzuda dərc olunmuş məqalələrindən
«Azərbaycan musiqisi», «Azərbaycan musiqisinin beşiyi Qarabağ», «Azərbaycan
istiqlalı və musiqisi», «Koroğlu» ilk dəfə necə təmsil edildi» söz açmazdan əvvəl,
qeyd etmək yerinə düşərdi ki, Mustafa Türkəqul Ankaradakı Azərbaycan Kültür
Dərnəyinin fəal üzvü kimi müxtəlif mədəni-kütləvi tədbirlərdə, konfranslarda
219
Azərbaycan musiqisini təbliğ edir, onun tarixi, gözəllikləri, özünəməxsus
xüsusiyyətləri haqda bilgilər verirdi. M.H.Türkəqulun bu mövzudakı məqalələri
indi də maraq doğurur, diqqət çəkir. «Azərbaycan musiqisi» adlı məqalədə müəllif
yazır: «Babalarımız musiqi – ruhun qidasıdır» demişlər. İnsanların gündəlik
həyatında havaya, suya, qidaya ehtiyacı olduğu kimi, ədəbiyyat, incəsənət və
musiqiyə də ehtiyacları vardır. Musiqi acının və düşüncənin tərcümanı olduğu
qədər, nəşənin və sevginin də tərcümanıdır».
M.H.Türkəqul musiqi ilə bağlı söylədiklərini əsaslandırır, oxucunu inandırır.
(O, musiqiyə dair ingilislərin atalar sözünü misal gətirir, alman filosofu Kanta
müraciət edir, qədim yunan filosofu Əflatunun məşhur «idman bədən üçün nə isə,
musiqi də ruh üçün odur» deyiminə istinad e0dir. Bütün bunlara görə, M.Türkəqul
oxucunun nəzərində təkcə musiqi tədqiqatçısı kimi yox, həm də kamil publisist
kimi qalır. O yazır ki, Azərbaycanın millətçi şair və dramaturqu mərhum Cəfər
Cabbarlı «ney çalınarkən, ölülərin dirilmədiklərinə təəccüblənirəm» - deyə
musiqinin qeyri-adi qüdrətinə işarə vurmuşdur. İstedadlı qələm sahibi daha sonra
qəzəlxan Əliağa Vahidin irsinə müraciət edir. O, musiqi ilə əlaqədar söylədiyi
fikirləri ifadə etmək üçün musiqi qədər zərif, ruh oxşayan kövrək mənbələrdən
sitat gətirir, incə, təravətli, oynaq sözlər seçir.
M.Türkəqul musiqinin faydasından bəhs etməklə kifayətlənmir, onun
yaranma tarixi, səbəbləri, inkişaf yolları haqqında fikir və mülahizələr söyləyir.
Qeyd edir ki, musiqinin tarixi bəşər tarixi ilə bir başlayır. İbtidai insanlar öz hiss və
həyəcanlarını rəqslə ifadə etmişlər, daha sonra söz sənəti meydana çıxmışdır ki, bu
da duadan yaranmışdır. Arxeoloji qazıntılar qədim yunanların, misirlilərin,
şumerlərin, çinlilərin yüksək musiqi mədəniyyətinə sahib olduqlarını təsdiqləyir.
Məqalə müəllifi daha sonra qədim əsatir və əfsanələrdə musiqi ilə bağlı
səhnələrdən sitatlar gətirir.
Türk musiqi tarixindən bəhs edən müəllif qədim Çin mənbələrinə, prof.
Fuad Köprülüyə, fransız alimi Lois Lolaya, IX əsrin ən böyük musiqi ustadı,
Azərbaycan türkü Əbdülqadir Marağalıya, prof. Ziya Göyalpa istinad edərək,
Azərbaycan türk musiqisinin özəlliklərindən ətraflı söz açır, islamiyyətin
qəbulundan sonra musiqimizin də ümumi islam mədəniyyəti içərisinə girdiyini,
qismən ortaq musiqinin yarandığını qeyd edir.
M.Türkəqul Azərbaycan musiqisini tarix, texnika, çalınış və söyləniş
baxımından üç qrupa bölür: xalq musiqisi, klassik musiqi və modern musiqi.
Klassik Azərbaycan musiqisi kimi muğamlar və muğamatların rənglərindən bəhs
edən müəllif bəzi tədqiqatçıların bu musiqinin farslardan götürülməsi barədə
mülahizələrini faktlarla təkzib və rədd edir. O yazır: «…muğam türklərin, ərəblərin
və farsların müştərək malı olmaqla bərabər, Azərbaycan türkləri muğamı inkişaf
etdirmiş, gözəlləşdirmiş, buna bir çox gözəl məqamlar əlavə etmişlər. Məsələn,
«Orta segah», «Yetim segahı», «Mirzə Hüseyn segahı», «Qarabağ şikəstəsi»,
«Kərəmi», «Koroğlu» və s. sırf Azərbaycana xas olan muğamlardır». Azərbaycan
muğamlarının fars muğamlarından fərqli olaraq oynaq, lirik və mürəkkəb olduğunu
yazan müəllif fikirlərini əsaslandırır, daha sonra klassik musiqimizin əsasən 12
muğam üzərində qurulduğunu qeyd edir.
Dostları ilə paylaş: |