Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   101   102   103   104   105   106   107   108   ...   176

 
218 
tutur. «Sovetlərin din düşmənliyi» adlı yazıda 40 ildən bəri «dini inancları ortadan 
qaldırmaq üçün əlindəki bütün siyasi, iqtisadi, idari, inzibati və sözdə elm və təhsil 
vasitələrindən»  istifadə  edən  Kommunist  Partiyasının,  sovet  dövlətinin  mənfur 
siyasəti,  onun  mahiyyəti  açıqlanır,  nəticələri  göstərilir.  Sovet  din  siyasətinin 
tarixinə  nəzər  salan  müəllif  qeyd  edir  ki,  «başlanğıcda  rusluğa  xas  qabalıq  və 
vəhşətlə cami və məbədlər dağıdılır, yaxud axur, meyxanə, anbar, kitabxana üçün 
istifadə  olunur,  din  adamlarını  kütləvi  öldürür,  həbsə  atır,  sürür,  hər  cür  dini 
kitabları risalə, dərgi və təqvimlərin nəşrini qadağan edir, mədrəsələri qapadır»dı. 
Bütün bunlar ciddi etirazlara səbəb olur, digər tərəfdən, «dininin  əzildiyini görən 
xalq  daha  dərin  inamla  ona  sarılırdı».  Belə  olduqda,  Kommunist  Partiyası  dinlə 
mübarizədə  taktikasını  dəyişdi:  NKVD  bir  tərəfdən,  din  adamlarını  təqib  edir, 
digər tərəfdən öz agentlərini dini təşkilatlara salırdı. 
Alman  faşizmi  ilə  üzbəüz  qalan  Stalin  yaxşı  bilirdi  ki,  tək  kommunizm 
ideologiyası  ilə  sovet  xalqını  hərbə  səfərbər  edə  bilməyəcək.  Odur  ki,  o  «dini 
təşkilatların  təkrar  qurulmasına  müsaidə  etdi…».  Ə.Yurdsevər  göstərir  ki,  hərb 
sona  yetən  kimi,  bolşeviklər  din  üzərinə  yenə  hücuma  keçdilər.  Publisist  konkret 
faktlara,  qəzet,  jurnal  materiallarına  müraciət  edir,  sovetlərin  din  əleyhinə 
mübarizədə ortaya qoyduqları «dəlilləri», «elmi  müddəaları» alt-üst edir və yazır 
ki,  bütün  təqiblərə  rəğmən  din  bundan  sonra  da  mübarizələrdən  müzəffər 
çıxacaqdır. «Çünki tarix boyunca heç bir qüdrət dini ortadan qaldıra bilməmişdir. 
Və Sovet rejimi də buna əsla müvəffəq olmayacaqdır». 
Ə.V.Yurdsevər yaradıcılığı mühacirət irsinin ciddi nümunələrindəndir. Onun 
toplanılması, nəşri, daha geniş araşdırılması öz tədqiqatçılarını gözləyir. 
 
AMEA,  akad.  Z.Bünyadov  adına    
ġərqĢünaslıq Ġnstitutu 
Elmi  araĢdırmalar  (elmi-nəzəri  
məqalələr toplusu), № 3-4, 2004. 
 
 
 
 
 
Mustafa Haqqı Türkəqulun publisistikası 
 
Mustafa  Haqqı  Türkəqul  publisistikasının  əsas  mövzusu  Azərbaycan 
musiqisi, onun tarixi, inkişafı mərhələləridir. Lakin istedadlı qələm sahibi musiqiyə 
xalqın  tarixindən,  onun  həyat  və  düşüncə  tərzindən  kənar  sənət  növü  kimi 
yanaşmır, əksinə, o, musiqini xalq tarixinin bir parçası hesab edir. M.H.Türkəqulun 
«Azərbaycan»da  (1952,  Ankara)  bu  mövzuda  dərc  olunmuş  məqalələrindən 
«Azərbaycan  musiqisi»,  «Azərbaycan  musiqisinin  beşiyi  Qarabağ»,  «Azərbaycan 
istiqlalı və musiqisi», «Koroğlu» ilk dəfə necə təmsil edildi» söz açmazdan əvvəl, 
qeyd  etmək  yerinə  düşərdi  ki,  Mustafa  Türkəqul  Ankaradakı  Azərbaycan  Kültür 
Dərnəyinin  fəal  üzvü  kimi  müxtəlif  mədəni-kütləvi  tədbirlərdə,  konfranslarda 


 
219 
Azərbaycan  musiqisini  təbliğ  edir,  onun  tarixi,  gözəllikləri,  özünəməxsus 
xüsusiyyətləri  haqda  bilgilər  verirdi.  M.H.Türkəqulun  bu  mövzudakı  məqalələri 
indi də maraq doğurur, diqqət çəkir. «Azərbaycan musiqisi» adlı məqalədə müəllif 
yazır:  «Babalarımız  musiqi  –  ruhun  qidasıdır»  demişlər.  İnsanların  gündəlik 
həyatında  havaya,  suya,  qidaya  ehtiyacı  olduğu  kimi,  ədəbiyyat,  incəsənət  və 
musiqiyə  də  ehtiyacları  vardır.  Musiqi  acının  və  düşüncənin  tərcümanı  olduğu 
qədər, nəşənin və sevginin də tərcümanıdır». 
M.H.Türkəqul musiqi ilə bağlı söylədiklərini əsaslandırır, oxucunu inandırır. 
(O,  musiqiyə  dair  ingilislərin  atalar  sözünü  misal  gətirir,  alman  filosofu  Kanta 
müraciət edir, qədim yunan filosofu Əflatunun məşhur «idman bədən üçün nə isə, 
musiqi də ruh üçün odur» deyiminə istinad e0dir. Bütün bunlara görə, M.Türkəqul 
oxucunun  nəzərində  təkcə  musiqi  tədqiqatçısı  kimi  yox,  həm  də  kamil  publisist 
kimi  qalır.  O  yazır  ki,  Azərbaycanın  millətçi  şair  və  dramaturqu  mərhum  Cəfər 
Cabbarlı  «ney  çalınarkən,  ölülərin  dirilmədiklərinə  təəccüblənirəm»  -  deyə 
musiqinin  qeyri-adi  qüdrətinə  işarə  vurmuşdur.  İstedadlı  qələm  sahibi  daha  sonra 
qəzəlxan  Əliağa  Vahidin  irsinə  müraciət  edir.  O,  musiqi  ilə  əlaqədar  söylədiyi 
fikirləri  ifadə  etmək  üçün  musiqi  qədər  zərif,  ruh  oxşayan  kövrək  mənbələrdən 
sitat gətirir, incə, təravətli, oynaq sözlər seçir. 
M.Türkəqul  musiqinin  faydasından  bəhs  etməklə  kifayətlənmir,  onun 
yaranma  tarixi,  səbəbləri,  inkişaf  yolları  haqqında  fikir  və  mülahizələr  söyləyir. 
Qeyd edir ki, musiqinin tarixi bəşər tarixi ilə bir başlayır. İbtidai insanlar öz hiss və 
həyəcanlarını rəqslə ifadə etmişlər, daha sonra söz sənəti meydana çıxmışdır ki, bu 
da  duadan  yaranmışdır.  Arxeoloji  qazıntılar  qədim  yunanların,  misirlilərin, 
şumerlərin,  çinlilərin  yüksək  musiqi  mədəniyyətinə  sahib  olduqlarını  təsdiqləyir. 
Məqalə  müəllifi  daha  sonra  qədim  əsatir  və  əfsanələrdə  musiqi  ilə  bağlı 
səhnələrdən sitatlar gətirir. 
Türk  musiqi  tarixindən  bəhs  edən  müəllif  qədim  Çin  mənbələrinə,  prof. 
Fuad  Köprülüyə,  fransız  alimi  Lois  Lolaya,  IX  əsrin  ən  böyük  musiqi  ustadı, 
Azərbaycan  türkü  Əbdülqadir  Marağalıya,  prof.  Ziya  Göyalpa  istinad  edərək, 
Azərbaycan  türk  musiqisinin  özəlliklərindən  ətraflı  söz  açır,  islamiyyətin 
qəbulundan  sonra  musiqimizin  də  ümumi  islam  mədəniyyəti  içərisinə  girdiyini, 
qismən ortaq musiqinin yarandığını qeyd edir. 
M.Türkəqul  Azərbaycan  musiqisini  tarix,  texnika,  çalınış  və  söyləniş 
baxımından  üç  qrupa  bölür:  xalq  musiqisi,  klassik  musiqi  və  modern  musiqi. 
Klassik  Azərbaycan  musiqisi  kimi  muğamlar  və  muğamatların  rənglərindən  bəhs 
edən  müəllif  bəzi  tədqiqatçıların  bu  musiqinin  farslardan  götürülməsi  barədə 
mülahizələrini faktlarla təkzib və rədd edir. O yazır: «…muğam türklərin, ərəblərin 
və  farsların  müştərək  malı  olmaqla  bərabər,  Azərbaycan  türkləri  muğamı  inkişaf 
etdirmiş,  gözəlləşdirmiş,  buna  bir  çox  gözəl  məqamlar  əlavə  etmişlər.  Məsələn, 
«Orta  segah»,  «Yetim  segahı»,  «Mirzə  Hüseyn  segahı»,  «Qarabağ  şikəstəsi», 
«Kərəmi», «Koroğlu» və s. sırf Azərbaycana xas olan muğamlardır». Azərbaycan 
muğamlarının fars muğamlarından fərqli olaraq oynaq, lirik və mürəkkəb olduğunu 
yazan  müəllif  fikirlərini  əsaslandırır,  daha  sonra  klassik  musiqimizin  əsasən  12 
muğam üzərində qurulduğunu qeyd edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə