Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   109   110   111   112   113   114   115   116   ...   176

 
236 
daşıyanlara  hörmət  gətirir,  onları  şöhrətləndirir.  Fikrimcə,  söhbət  Nizaməddin 
Şəmsizadədən  gedəndə  belə  də  demək  olar.  «Professor»  sözü  Nizaməddin 
Şəmsizadəyə  nə  qədər  şan-şöhrət  gətirirsə,  onu  tanıdırsa,  Nizaməddin  Şəmsizadə 
adı  və  təxəllüsü  də  «professor»  sözünə  o  qədər  yaraşır,  yaraşıq  verir.    Məncə 
Nizaməddin Şəmsizadə qeyri-adi müşahidə qabiliyyəti, problemi görmək və onun 
mahiyyətinə  dərindən  nüfuz  etmək  bacarığı,  analoji  fakt  və  hadisələri 
qruplaşdırmaq  müqayisə  və  təhlil  etmək,  ümumiləşdirmək,  doğru  –  dürüst  elmi 
nəticələr çıxarmaq və nəhayət, qələmə almaq məharəti ilə seçilən alimlərdəndir. 
 Mərhum  professor  Xəlil  Əlimirzəyev  deyərdi  ki,  «Adam  var,  yaxşı 
tədqiqatçıdır  yaxşı  da  natiqdir.  Amma,  yaxşı  yaza  bilmir.  Adam  var,  yaxşı 
tədqiqatçıdır,  yaxşı  da  yazır,  amma  pis  danışır.  Adam  da  var,  həm  yaxşı  tədqiq 
edir,  həm  yaxşı  yazır,  həm  də  yaxşı  natiqdir,  bax    əsl  alim  odur».  Xoşbəxtlikdən 
hər üç keyfiyyət Nizaməddin Şəmsizadədə birləşmişdir.  
 1978-ci  ildən  Azərbaycan  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat 
İnstitutunda  əmək  fəaliyyətinə  başladığı  vaxtdan  N.Şəmsizadə  elmi  –  ədəbi 
ictimaiyyətin  diqqətini  cəlb  etmişdir.  Mövzunu  seçmək,  ona  yanaşmaq  tərzi  və 
metodu  ilə  fərqlənən  Nizaməddin  ilk  axtarışlarından  ədəbiyyatşünaslıq  sahəsinə 
ciddi, iddialı və inadkar bir gəncin gəldiyini hiss etdirdi. Qısa bir müddətdə yazdığı 
dissertasiya  ilə  repressiya  qurbanı  olmuş  görkəmli  tənqidçi  Əli  Nazimi  ilk  dəfə 
tənqidi  fikir  tarixinə  gətirmiş,  onun  rəsmi  bəraətinə,  əgər  belə  demək  mümkünsə, 
mənəvi bəraət möhürünü vurmuşdur.  
 Ədəbiyyatşünaslığın 
20-30-cu  illər  repressiya  dövründəki  boşluğu 
Nizaməddin  Şəmsizadənin  sanballı,  nəzərə  alsaq  ki,  həmin  araşdırmalar  sovet 
rejimi  və  ideologiyasının  hakimi  –  mütləq  olduğu  vaxtlarda  aparılırdı,  həm  də 
cəsarətli  tədqiqatları  ilə  doldurulmuşdu.  Müəllifin  «Ədəbi  mübahisələr»  adlı 
əsərində  (1986)  Azərbaycan  ədəbi  tənqidinin  ziddiyyətli  1920-30-cu  illər 
mərhələsini  ilk  dəfə  sistemli  şəkildə  təhlili  verilmiş,  B.Çobanzadə,  Ə.Nazim, 
M.Quliyev, Ə.Abid, H.Zeynallı, M.K. Ələkbər, A. Musaxanlı kimi xadimlərin elmi 
– ədəbi irsini dəyərləndirilmişdi. N. Şəmsizadənin tədqiqatları müəllifin səmimiliyi 
ilə  daha  da  sanballı  olur,  o  hər  cür  saxtakarlıqdan  uzaqdır  və  lazım  gəldikdə    öz 
mövqeyini  məharətlə  müdafiə  edir.  Əgər  hansısa  obyektiv  yaxud,  subyektiv 
səbəbdənsə,  tədqiqatçı  mülahizə    və  mühakimələrində,  qənaətlərində  müəyyən 
yanlışlıqlara yol verirsə, onu etiraf etməyi bacarır. Ulu Dədə Qorqud müdrikliyi və 
kamilliyi ilə deyir: « Qoy bizim səhvlərimiz ibrət işığına çevrilib elimizə düz yolu 
nişan  versin»    (Azərbaycan  ədəbiyyatşünaslığı:  mərhələlər  və  konsepsiyalar 
kitabına müəllifin «On ildən sonra» adlı ön sözündən, səh. 4. Bakı, «Ozan» 1997). 
Yeri gəlmişkən qeyd olunmalıdır ki, müəllifin 1986-cı ildə tamamladığı və 1997-ci 
ildə oxucuların mühakiməsinə verdiyi «Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər 
və  konsepsiyalar»  kitabı  ilə  N.Şəmsizadə  çalışdığı  sahədə  əbədi  iz  qoymuşdur: 
Kitabın  birinci  fəslində  ən  qədim  çağlardan  –  XX  əsrin  40-cı  illərinə  qədərki  bu 
dövrün  ədəbi  –  nəzəri  fikrini  təhlil  süzgəcindən  keçirmiş,  onun  mərhələ  və 
konsepsiyalarından  bəhs  etmiş  və    ən  əsası  isə  ilk  dəfə  olaraq  emprik,  sinkretik, 
analitik, bioqrafik və sosioloji adlarla təsnifatını aparmış, hər mərhələnin tarixi və 
estetik sərhədlərini göstərmiş, xarakteristikasını vermiş, dəyərləndirmişdir.  


 
237 
 Əsərin digər iki fəslində – Ədəbiyyat tarixçiliyi: nəzəriyyələr və konsepsiyalar 
və  «Ədəbiyyatşünaslığımızda  söz  sənəti  konsepsiyası:  poetika  və  sosiologiya» 
hissələrində  milli  ədəbiyyat  tarixinin  formalaşması  prosesi  izlənir,  söz  sənətinin 
poetika və sosiologiyası ilə bağlı təlimlər təhlil olunur, onlara münasibət bildirilir 
və diqqət çəkən elmi nəzəri nəticələr çıxarılır. Maraqlı və həm də çox mənalıdır ki, 
sovet  dövründə  qələmə  alınan  monoqrafiyanı  çəkinmədən  ortaya  çıxaran  müəllif 
«gözlənilən tənqidlərdən, tənə və məzəmmətlərdən» qətiyyən narahat deyil, arzusu 
budur  ki,  oxucu  «buraxılan  səhvi»  və  sovet  dövründə  yaşamağa  və  yazmağa 
məhkum,  məcbur  olan  «bizim  nəsli  dərindən  dərk  etsin».  N.Şəmsizadə  kitaba 
yazdığı  «On  ildən  sonra»  adlı  ön  sözdə  deyir:  «Kitabı  çapa  təqdim  edərkən  onu 
yenidən  işləyə  bilərdik.  Fəqət,  elmin  akademizmini  gündəlik  ötərgi  qərar  və 
şüarlara qurban verməyin milli faciələrə gətirdiyini bu gün aydın gördüyümüzdən 
bu işi icra etmədik» (səh. 4). 
O  daha sonra  göstərir  ki,   Səhvlərimizin ağrısını biz özümüz  çəkməliyik,  onu 
gələcək nəsillərə  miras qoymağa  mənəvi haqqımız  yoxdur. Çünki biz özümüzdən 
əvvəlki nəsillərin əməlləri ilə bərabər səhvlərinə də sahib durmuşuq Həmin səhvlər 
70-ci  illərin  sonunda  fanatik  bir  həvəslə  ədəbi  tənqidə,  elmə  gəlmiş  biz  gənclərə 
müqəddəs  həqiqətlər  kimi  təqdim  olunmuşdu.  Bizə  tarixin  ən  çətin  aldanışlarla 
dolu  keşməkeşli,  ən  başlıcası  isə  taleyi  qeyri  –  müəyyən  bir  dövründə  yaşamaq 
nəsib oldu. Biz dünyanın ən müdrik fəlsəfələrini, onun ağıllı yaradıcılarının «anti» 
hesab  edən  marksizmin  şikəstləri,  totalitar  rejimin  övladlarıyıq  (yenə  orada.  səh. 
4).  
 Professor Nizaməddin Şəmsizadə ədəbiyyatşünaslıqda söz və nüfuz sahibidir.  
O  buna  istedadı,  bulaq  kimi  çağlayan  enerjisi  və  çalışqanlığı  ilə  nail  olmuşdur. 
Ədəbiyyatşünaslıq  meydanı  geniş  və  bir  qədər  kobud  desək,  həm  də  sahibsizdir. 
Burada  kim  necə  istəsə,  at  oynada  bilər.  Sonra  da  «məncə  belədir,  mən  belə 
düşünürəm» yaxud N.Şəmsizadənin görkəmli tənqidçi adlandırdığı müsahiblərinin 
birinin «Əşi, ədəbi proses çuval kimi bir şeydir, içərisinə nə gəldi doldurmaq olar» 
deyib  özünə  haqq  qazandırmaq  mümkündür.  Lakin,  N.Şəmsizadənin  öz  yolu,  öz 
məramı,  məsləki  var.  O  ədəbiyyata  «bəşərin  özünə  ucaltdığı  ən  böyük  abidə», 
ədəbi tənqidin timsalında ədəbiyyatşünaslığa «nadir və mürəkkəb peşə» kimi baxır. 
N.Şəmsizadə  müraciət  etdiyi  əsərlərə  tələsik  və  təsir  altında,  nəyinsə,  yaxud 
kiminsə,  xatirinə  münasibət  bildirməkdən  çox  uzaqdır.  Onun  hər  cür  qərəzdən 
uzaq, ləngərli və sanballı məqalələrini oxuyanda bu qənaətə gəlirsən:  
- əsər çox diqqətlə mütaliə edilmişdir;  
- yazının toxunduğu mövzunun milli və dünya ədəbiyyatında nə vaxt və necə 
işlənib, işlənmədiyini, problemin aktuallığı dərindən araşdırılmış; 
- əsərin dil, üslub, sənətkarlıq məsələləri, obrazlar onların özünəməxsusluğu 
kamil  sənət  nümunələri  ilə  müqayisədə  ciddi  təhlil,  yazıçının  uğurları  təqdir 
edilmiş, nöqsanları göstərilmişdir.  
 Professor  N.Şəmsizadə  ədəbi-nəzəri  fikir  tariximizin  problemlərini  araşdırır, 
tənqidin  tənqidi  ilə  həm  də  tarixi  ilə  məşğul  olur.  Bu  mənada  onun  1985-ci  ildə 
qələmə  aldığı  və  2004-cü  ildə  nəşr  etdiyi  monumental  «Tənqidin  ədəbi  prosesdə 
rolu»  kitabı  xüsusilə  diqqət  çəkir.  Həmin  əsərin  əlyazmasına  rəy  verən  mərhum  
Aydın  Məmmədov  N.Şəmsizadənin  kitabını  «zəngin  və  maraqlı  tədqiqat  əsəri» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə