229
xadimi Dursun Hüseynovun 90 yaşı tamam olur. Hər bir vətəndaşa, elmi-pedaqoji
işlə məşğul olmağa başlayanlara örnək sayılan, şərəfli ömür yolu keçən Dursun
müəllim illər uzunu çalışdığı sahələrdə coşqun fəaliyyət göstərmişdir.
Azərbaycanın, o cümlədən qədim Qəbələnin qəhrəmanlıqla dolu tarixi,
böyük mədəni sərvəti, füsunkar təbiəti Dursun müəllimin tükənməz mənəvi
qaynağı olmuşdur. Alimin həyat yolu bəzən daş-kəsəkli, eniş-yoxuşlu olsa da, o, öz
sənətinin zirvələrinədək yüksəlmişdir.
Hələ 11 yaşındaykən oxumaq həvəsi ilə Vəndamdan Şəkiyə yollanan
Dursun Hüseynov taleyini həmişəlik elm-təhsil sahəsinə bağlamışdır. O, iradə və
inadkarlığı, cəsarət və fədakarlığı, nadir istedadı və qeyri-adı bacarığı ilə həmişə,
hər yerdə fərqlənmişdir. İkinci Dünya Müharibəsinin od-alovlarından çıxan Dursun
Hüseynov 2 il ərzində Kiyev Tibb Universitetində namizədlik dissertasiyası, 5 il
müddətində Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir. O, 5 dərsliyin,
9 dərs vəsaitinin, 6 monoqrafiyanın, 4 sorğu kitabının, 200-dən çox elmi məqalənin
müəllifidir.
Professorun fundamental «Tibbi farmakologiya» əsəri əczaçıların stolüstü
kitabıdır. Alim-pedaqoq onlarca elmlər doktoru və elmlər namizədi yetişdirmişdir.
Necə deyərlər, respublikamızın bugünkü əczaçıları onun «şinelindən» çıxmışlar.
Dursun Hüseynovun hərbi, elmi pedaqoji, səhiyyə sahəsindəki xidmətləri dövlət
səviyyəsində yüksək qiymətləndirilmiş, müxtəlif orden-medallara, mükafatlara
layiq görülmüşdür.
Görkəmli əczaçı alimin anadan olmasının 90, elmi-pedaqoji fəaliyyətinin 70
illiyi bu günlərdə qədirbilənliklə qeyd olunur. Səhiyyəmizin nüfuzlu ağsaqqalı,
nurlu insan, professor Dursun Hüseynovu yubiley münasibətilə ürəkdən təbrik edir,
ona cansağlığı və yeni uğurlar arzulayırıq.
«Xalq qəzeti», 12 yanvar 2005.
Professor Məhərrəm PaĢa oğlu Qasımlıya!
Əziz qardaşım Məhərrəm!
Səni – gözəl ailə başçısını, dəyişməz məslək sahibi və müstəqil
Azərbaycanın vicdanlı, ləyaqətli vətəndaşını, incə ruhlu şairi, istedadlı alimi –
folklorumuzun vurğununu, mahir bilicisini, ədəbi proseslərin fədakar təşkilatçısını,
xeyirxah, həssas, eyni zamanda prinsipial və qətiyyətli bir insanı, nəhayət, sadiq və
əziz dostumu ad günü – 50 yaş münasibətilə təbrik etdiyimə görə ürəkdən şadam!
Əslində, mənim üçün sənin 50 yaşın 20-30 il bundan əvvəl tamam idi. Sən
hələ o vaxtlar – tələbəlik illərindən tövsiyələrinlə, ağıllı məsləhətlərinlə, dərin
düşüncə tərzinlə, təmkininlə 50 yaşın yükünü çiyinlərinə götürmüşdün.
Nədənsə (əslində, bu söz yersizdir, çünki nədənini bilirəm, indi də
yazacağam, bunu mənim dil-üslub xətama yaz, yoz), mən səni həmişə ağsaqqal
bilmişəm. Bu iki mənbədən qidalanmışdır: birincisi, sən əzəldən təbiətən ağır,
230
ləngərli, səbirli, ağıllı və çevik zəka sahibi, geniş təfəkkürlü insan kimi dünyaya
göz açmısan; ikincisi, məşğul olduğun sahəyə – folklora o qədər nüfuz etmisən ki,
onun bütün gözəlliyi, müdrikliyi, dəyərləri sənin qəlbinə, qələminə və çöhrənə
çökmüş, hopmuşdur.
Qardaşım Məhərrəm! Sənin tədqiqat sahənin tarixi, əhatə dairəsi, coğrafiyası
sədd-hədd, sərhəd tanımır. Sənin çıxışlarına insanlar həzin nəğməni, sirli-sehrli
dastanı dinlədikləri kimi qulaq asırlar.
Sənin haqqında fikirləşəndə bir məsələ məni çox düşündürür. Sən
folklordan, sazdan o qədər ehtirasla, həvəslə danışırsan ki, etiraf edim ki, səni
sazsız görəndə (ekranda, avtobusda, metroda, məclisdə, hətta yeyib-içəndə) çaşıb
qalıram: mahir ovçunu meşədə, dağda, dərədə tüfəngsiz, gülləsiz, qatarsız görəndə
necə təəccüblənərsənsə, eləcə.
Bilirəm, bir qədər uzunçuluq edirəm. Amma səndən yazanda adam coşur,
ilhama gəlir. Həmişə belə ol! İnsanlara ruh ver, onları hərəkətə gətir, onları özünə
mənən ehtiyaclı et. Yaşa, var ol, baba Məhərrəm!
Elm, məktəb və təhsil yollarında
Neçə il əvvəlin söhbətidir. Azərbaycan Beynəlxalq Universitetinin geniş
həyətinə daxil olanda, ilk növbədə yolun sağ və sol tərəfində vurulmuş lövhələrdə
yazılmış Vətən, elm, təhsil, mədəniyyət, müstəqilliklə bağlı tanınmış dövlət,
siyasət, elm, ədəbiyyat xadimlərinin kəlamları diqqətimi çəkdi. Nəzərlərim bir-
birindən dəyərli, uğurlu deyimlərdən birinin üstündə dayandı. «Məktəb
qibləgahımdır. Akademik Hüseyn Əhmədov».
Xəyal məni orta məktəb illərinə apardı. Biz orta məktəbin yuxarı sinfində
oxuyanda – təxminən 25 il əvvəl – məktəb direktoru gur səsi, zəhmi, hündür boyu
ilə diqqəti dərhal çəkən Hacıbala müəllim idi. O, hər gün bir dəfə – 15 dəqiqəlik
tənəffüsdə bütün sinif şagirdlərini məktəbin həyətinə – açıq səma altına toplayır və
yığıncaq keçirirdi. Hər çıxışını da təsirli sözlərlə yekunlaşdırırdı. Bir dəfə belə
yığıncaqların birinin sonunda o, üzünü şagirdlərə tutub çox ciddi soruşdu:
- Axşam üzü hara yatırsınız?
Heç kimdən səs çıxmadı. Ani fasilədən sonra direktor özü davam etdi:
- Yəqin, heç fərqində də olmamısınız. Amma hamınıza bir nəfər kimi
tapşırıram. Bu gündən etibarən gecə yatanda üzü məktəbə sarı uzanın. Məktəb
bizim qibləgahımızdır.
Mən bilmirəm, direktorun bu tapşırığına neçə nəfər əməl etdi, ya etmədi.
Amma onu dəqiq bilirəm ki, Hacıbala müəllimin bu sözləri müəllim-şagird
kollektivi arasında böyük təəssürat yaratmış, xeyli müddət dildən düşməmişdi.
Dostları ilə paylaş: |