225
Eposla bağlı bəzi suallar öz cavabını birmənalı şəkildə tapsa da, bir sıra
məqamlar açıqlanmaq üçün növbədədir.
Dastanın yarandığı yer və hadisələrin cərəyan etdiyi coğrafi ərazi, «Kitabi-
Dədə Qorqud»un sahibi və müəllifi bu gün azərbaycanlı adlanan millətin, eposun
formalaşdığı məkanın əsasən həmin millətin məskunlaşdığı ərazilərin olduğu
mübahisə predmeti deyil: tədqiqatçıların ən sanballı, nüfuzlu nümayəndələrinin
əksəriyyəti bu qənaətdə birləşir.
Dədə Qorqudun tarixi şəxsiyyət olub-olmaması maraqlı və mübahisəli
mövzu olsa da, dastanların varlığı, yaranması və kimə mənsubluğu məsələsində
həlledici deyildir. Olsa-olsa, bəzi tədqiqatçıların hərdən aşıqsayağı gəzişməsidir.
Dastanın boylarının sayı. Burada da əksəriyyətin fikri yekdildir: epos 12
yox, daha çox boydan ibarət olmuşdur.
Eposda islam elementləri. İslamın ilk dövrlərində yaranan klassik ədəbi
nümunələr və onlarla müqayisədə dastanın islamla bağlılığı təsdiq edir ki, burada
islami ünsürlər kifayət qədər əsaslıdır, lakin yazıya alındığı zaman əlavələr edildiyi
ilk baxışdan hiss olunur.
Dastanın yarandığı dövr və yaşı. Eposətrafı mübahisələrin əsas
mövzularındandır. Bəzən bu əsərin yaşını bizim eradan əvvəllərdə də axtarırlar.
Bəlkə də, haqlıdırlar. Amma fikrimizcə, dastanın tədqiqat və bir qədər səy
göstərərək yazıya köçürüldüyü tarixi dəqiqləşdirməklə kifayətlənməli, onun
yaranması ilə bağlı yuvarlaq rəqəmlər axtarışına son qoyulmalıdır. Əks təqdirdə
rəqəmlərin yarışı Dədə Qorqudu sonsuzluğa apara bilər: biri ona 1300, digəri 1500,
başqa birisi 5000 yaş verəcəkdir.
Necə olmuşdur ki, müxtəlif dastan, nağıl, miflər dildən-dilə ötürülərək
əsrlərə yol yoldaşı olmuş, onların qəhrəmanlarının adı ən azı insanların adlarında
əbədiləşmişdir. Bu dastandakı boylar, orada cərəyan edən hadisələr isə yalnız
yazılarda qorunmuşdur?
Necə olmuşdur ki, tək Azərbaycanın yox, bütün türk dünyasının ana kitabı
olan «Kitabi-Dədə Qorqud» dastanı tarix səhnəsindən və ədəbi aləmdən səssiz-
izsiz tədric edilmişdir? Necə olmuşdur ki, şifahi sözün yazıya köçürüləndən sonra
yaşamaq şansı daha da artdığı halda, yüz illərlə ağız ədəbiyyatında dildən-dilə
gəzən epos sonuncu dəfə (XV-XVI əsrlər) köçürüldükdən sonra unudulmuşdur?
Və həm də yazı nümunəsi niyə və necə didərgin salınmışdır? Bəlkə də bu suallara
insan təxəyyülünə dövrün təbəddülatlarının nəticələrini cəlb etməklə müəyyən
cavablar vermək olar. Lakin daha çətin suallar da var. Necə olmuşdur ki, dastanın
Avropada ilk tərcüməsindən, tədqiqindən onlarca il keçdikdən sonra onun sorağı
türk dünyasına çatmışdır? Təəssüf ki, dastanın yubileyindən əvvəl də, sonra da bu
cür suallar öz qüvvəsini itirmədi.
Bununla belə, eposun Bakıda qeyd olunan yubileyi bir neçə cəhətdən çox
faydalı oldu. Ən əvvəl müstəqil Azərbaycan özünün şah əsərini, mənəvi dayağını,
dirəyini, bir qədər pafosla desək, ideoloji, ədəbi-mədəni bazasını ortaya qoydu və
bunu bütün dünyaya bəyan etdi.
«Kitabi-Dədə Qorqud» dastanının yubileyi şəhərin mədəni həyatını, ab-
havasını, teleekranı, radio dalğalarını, qəzetlərin səhifələrini qısa müddətə olsa da,
təmizlədi. Dedi-qodu, pornoqrafik materiallar, siqaret reklamları kölgədə qaldı.
226
Dədə Qorqud nəfəsi, səsi-sorağı neçə-neçə ölkəyə yayıldı. Kimin üçün
bayrama, kimin üçün dərsə, kimin üçün isə ilham mənbəyinə çevrildi. Tədbirə
dəvət olunan tanınmış elm xadimlərindən biri (bəzi mülahizələrə görə ad,
familiyasını çəkmirik) yubiley tədbirlərində, heç olmasa, plenar iclasların birində
çıxış etmək istəyini israrla bildirirdi. Söyləyəndə ki, buna heç kim etiraz etməz,
amma təmsil etdiyiniz ölkədə dastan tədqiq olunubmu, onun haqqında ədəbi
ictimaiyyətin hər hansı bir məlumatı varmı, nəhayət, eposla bağlı bircə məqalə dərc
edilibmi? O, təəssüflə başını buladı. Gözlərimdəki sualı isə oxumamış deyildi:
«Onda nə danışacaqsınız?» Həmsöhbətimin söz verməkdən başqa çarəsi qalmadı:
- Qısa müddətdə Dədə Qorqudu öz ölkəmdə tanıdacağıma söz verirəm.
Dədə Qorqud neçə yüz il bundan əvvəlki kimi yenə öz xalqına, ulusuna
sədaqətlə xidmət etməkdədir. Bu dəfə xalq da ona öz sədaqətini (eposun 50-ci
illərdə aldığı bəraətinin təbii davamı kimi) nümayiş etdirdi. Əslində, «Kitabi-Dədə
Qorqud» dastanının öyrənilməsi, araşdırılması, təbliğ olunması elə xalqın özünün
təsdiqidir.
1999
.
Hörmətli Elçin müəllim!
Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, Sizə möhkəm
cansağlığı, uzun ömür, yaradıcılığınızda, müstəqil Azərbaycanın dövlət quruculuğu
sahəsindəki fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Həyatımın, fəaliyyətimin formalaşmasında müstəsna rol oynayan tək-tək
adamlardansınız ki, Sizin haqqınızda yazmaq üçün əlimə qələm alanda beynimlə
barmaqlarım – qələm arasındakı məsafə kiçilir, demək olar ki, itir, yox olur.
Düşündüklərim necə varsa, eləcə, dərhal, korrektəsiz-filansız sətir-sətir vərəqlərə
köçür…
Siz Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq, silinməz iz
buraxmış,
tariximizə
adınızla,
əməlinizlə
əbədi
möhür
vurmuş
şəxsiyyətlərdənsiniz. Siz Azərbaycan tarixində və Azərbaycanlıların qəlbində
əbədi yaşamaq haqqını çoxdan qazanmısınız:
- 60-cı illər ədəbi nəslinin, nəsrinin qüdrətli simalarından biri kimi;
- mahir romançı, görkəmli dramaturq, qeyri-adi təhlil və təfəkkür qabiliyyəti
olan tənqidçi-alim, peşəkar publisist kimi;
- təkpartiyalılıq, hətta çoxpartiyalılıq (müstəqillik) dövründə Azərbaycanın
ədəbi, ictimai-siyasi həyatında səfərbəredici, istiqamətverici, ideya və ilhamverici
rol oynayan AYB-nin fəaliyyətində əvəzsiz yeri olan qələm, kəlam və söz sahibi
kimi;
- müstəqillik və dünya Azərbaycanlılarının həmrəyliyi uğrunda mübarizənin
azadlıq hərəkatının ideoloqlarından, təşkilatçılarından biri kimi:
Dostları ilə paylaş: |