Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   110   111   112   113   114   115   116   117   ...   176

 
238 
adlandıraraq  yazırdı:  «Tənqidin  ədəbi  prosesdə  rolu»  kitabının  mühüm  və 
əhəmiyyətli  keyfiyyəti  onun  tənqidi  tonda,  yüksək  tənqid  pafosu  və  fəal  üslubda 
yazılmasıdır. Müəllif tənqidin mövqeyinə və ədəbiyyatın inkişafına mane olan fakt 
və hadisələri obyektiv mövqedən ehtirasla tənqid edir. Burada «tənqidolunmazlar» 
adlanan  yazıçı  elitasının  ədəbi  zərərindən,  bədii  inkişafa  necə  durğunluq 
gətirməsindən də yeri gəldikcə söhbət açılır» (səh.5.).  
 Altı  fəsildən  ibarət  olan  fundamental  tədqiqat  əsərində  N.Şəmsizadə  ədəbi 
proses və tənqidin estetik təbiəti, tənqidin ədəbi prosesdə rolu, tənqidçi şəxsiyyəti 
və ədəbi proses, mətbuat və ədəbi tənqid, estetik meyar və bədii mahiyyət, tənqidin 
nüfuzu  və  ədəbiyyatşünaslıq  kimi  problemlər  ətrafında  ciddi  söhbət  açılır, 
müəllifin  təbirincə  desək  «tənqid  etmək  mədəniyyətindən,  haqlı  tənqidə  dözmək  
bacarığından»,  «tənqidolunmazlar  sarayında  tərif  sığalının  ən  müasir  üsulları  ilə 
xumarlanıb  uyuyanların  əsl  ədəbiyyatdan  necə  uzaqlaşmalarından»  bəhs  edir, 
tənqidçi,  yazıçı,  oxucu  münasibətlərinin  aydınlaşdırılmasına  çalışır.  N.Şəmsizadə 
tədqiqatı təkcə dərinliyi, analitik gücü, dəmir məntiqi, dolğunluğu ilə yox, həm də 
kəsərliliyi  və  kəskinliyi,  cəsarəti  ilə  fərqlənir.  Adını  çəkdiyimiz  əsərin  qələmə 
alındığı dövrdə xalqımızın tarixində və taleyində əvəzolunmaz rol oynamış bir sıra 
mətbu  orqanlar  «mürtəce»,  «əksinqilabçı»,«burca»  damğaları  ilə  gözdən  salınır, 
onlara  qarşı  qərəzli  və  saxta  münasibət  formalaşırdı.  N.Şəmsizadə  isə  ağılın  və 
məntiqin  gücünə  istinad  edərək  «Fiyuzat»  ədəbi  məktəbi  ilə  bağlı  müstəqil  (!  – 
kursiv  A.  Tahirlinindir)  tədqiqat  əsərinin      olmadığını  qeyd  edirdi  və  yazırdı:  
«Qəribədir,  «Molla  Nəsrəddin  ədəbi  məktəbinə  daxil  olan  sənətkarlar,  xüsusilə 
Mirzə  Cəlil  və  Sabir  haqqında  onlarla  sanballı  tədqiqat  əsərləri  yazılmış  və  bu 
əsərlərin  hamısında  belə  bir  fikir  var  ki,  Molla  Nəsrəddinçilər  «Fiyuzat»a  qarşı 
mübarizə aparmışlar. Amma, heç kim ətraflı şəkildə demir ki, axı «Fiyuzat»çıların 
ədəbi  estetik  konsepsiyası  nədən  ibarətdir?!  Elə  bu  səbəbdən  də  tədqiqatlarda 
«Molla  Nəsrəddin»  və  demokratik  nəzəri  fikir  haqqında  verilən  mülahizələr 
tarixilik baxımdan kifayət qədər obyektiv görünmür». (səh. 334) 
Tədqiqatçı bununla kifayətlənmir problemi bütün ciddiliyi və tərəfləri ilə açır, 
onun  üzərinə  gedir:  «Digər  tərəfdən  mahiyyətcə  idealist  olduğuna  görə  Hegel 
fəlsəfəsini 
öyrənməmək 
çağırışı 
nə 
qədər 
gülüncdürsə 
Azərbaycan 
ədəbiyyatşünaslığının  da  XX  əsrin  əvvəllərində  ədəbi,  ictimai  və  fəlsəfi  estetik 
fikrin  yarısını  təşkil  edən  «Fiyuzat  ədəbi  məktəbinin  öyrənilməməsi  bir  o  qədər 
ajınajaqlıdır.  Bu  işi  isə  obyektiv  tarixilik  əsasında  görmək  olar.  Məhz  həmin 
prinsip bunu bizdən təkidlə tələb edir» (yenə orada. səh. 335).  
 Azərbaycan ədəbi-mədəni, fəlsəfi, ideoloji fikir tarixinin qüdrətli simalarından 
Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  Ə.Topçubaşov  irsinin  bir  tərəfli  və  qərəzli 
araşdırıldığı,  yaxud  irsin  öyrənilməsinə  yasaq  qoyulduğu  bir  vaxt  N.Şəmsizadə 
ürək  ağrısı  ilə  cəmiyyətə  müraciət  edirdi:  «Niyə  biz  çox  qüvvətli  burjua 
ədəbiyyatşünaslıq məktəbini, Ə.Hüseynzadəni, Ə.Ağayevi, Ə.Topçubaşovu yaxud 
demokratik  tənqidi  ayrıca  tədqiq  etməyək?  M.Qorki  yazır  «  nəinki  yalnız 
klassiklərdən, əgər ağıllıdırsa, hətta düşməndən də öyrənmək lazımdır» Bu mənada 
fikrimizcə,  «Fiyuzat»  ədəbi  məktəbi  tarixilik  prinsipi  əsasında  konseptual  şəkildə 
öyrənilmədikcə, estetik fikir tariximizin ən zəngin mərhələlərindən olan XX əsrin 
ədəbi  prosesi,  xüsusən  romantizm  haqqında  bildiklərimiz  eklektik  olaraq 


 
239 
qalacaqdır» (yenə  orada. səh.334). Bu sətirlərin arxasında N.Şəmsizadənin yanan 
ürəyini, çatılmış qaşlarını, qələmi bütün qüvvəsi ilə sıxan barmaqlarını görməmək 
mümkün deyil.  
 N.Şəmsizadə təhlil obyektinə necə diqqət və həssaslıqla yanaşırdısa, tədqiqata 
xidmət  edən  materiala  –  mənbə  və  məxəzlərə  də  o  qədər  hörmətlə  müraciət  edir. 
Onun tənqidi saf, səmimi olduğu qədər də hər cür qərəz, kin küdurətdən uzaqdır, o 
yazıçıya  yol  göstərmir,  onun  əlindən  tutub  istiqamətləndirmir,  yaxşı  yolun 
konturlarından bəhs edir. Bu o demək deyil ki, tənqidçi görüşlərində liberaldır və 
güzəştə gedir. Əsla. Əslində N.Şəmsizadə sənət adına yaraşmayan hər cür materialı 
qətiyyən  rədd  edir,  istər  belletristika,  istər  tənqid  nümunəsi  olsun,  N.Şəmsizadə 
ondan  ehtiras,  pafos,  məhəbbət  və  fəaliyyət  ritmi,  cövhərini  böyük  həyat  eşqi 
müəyyən edən əsər istəyir. 
 Daim  axtarmaq,  yeni  söz  demək  həvəsi  ilə  çalışan  N.Şəmsizadə  taleyüklü        
mövzularda  silsilə  məqalələr  yazır,  tarixin  müəyyən  dövrlərində  iz  salmış,  lakin, 
sonradan    düşmən  münasibətin  qurbanı  olmuş  xadimlərin  haqlarının  qaytarılması 
üçün  fədakarlıq  etmişdir.  Bu  mənada  onun  «Unudulmuşlar  haqqında  uvertüra»  , 
«Ehkamlar  dağılanda»,  «İtmiş  nəslin  ardınca»,  «Tariximizin  Tağıyev  mərhələsi» 
kimi məqalələri diqqəti çəkir. 
 Mövzuya  ən  müxtəlif  rakurslardan  yanaşmaq  məharəti  ilə  yadda  qalan 
N.Şəmsizadə düşündürən, həm də faydalı nəticələri və qənaətləri seçilir. Çoxəsrlik 
gülüş mədəniyyətimizdən, onun xalqımızın adət və ənənəsində, psixologiyasında, 
həyat  və  düşüncə  tərzində  yeri  və  rolu  barədə  yazdığı  «Hıçqıran  gülüşlər»  əsəri 
fikrimizi təsdiqləyir. 
«Azərbaycan  ideologiyası»  adlı  əsərində  Nizaməddin  Şəmsizadə  həm  də  bir 
filosof, politoloq kimi səhnəyə çıxır. Azərbaycan milli ideologiyasının rüşeymləri, 
yaranması,  formalaşması,  mərhələləri  əsasları  haqqında  əsəri  1937-ci  ildə 
M.B.Məmmədzadənin  qələmə  aldığı  və  1938-ci  ildə  Berlində  «Qurtuluş» 
məcmuəsinin mətbəəsində çap etdiyi «Milli Azərbaycan hərəkatı» adlı kitabından 
sonra müasir kriteriyalarla mövzu və problemə yeni baxışdır.  
 Əlbəttə,  biz  N.Şəmsizadənin  tədqiqatlarından  daha  geniş  bəhs  edə  bilərdik 
Onun  ədəbi  yaradıcılığı  da  söhbətin  maraqlı  mövzusudur.  Professorun  zəngin 
təcrübəyə  əsaslanan,  ehtiraslı  pedaqoji  fəaliyyəti  ən  yüksək  dəyərə  layiq  ayrıca 
tədqiqat  predmetidir.  Bunları  reallaşdırmaq,  həm  də  təxirə  salmadan  həyata 
keçirmək, fikrimizcə, daha çox elmi-ədəbi və pedaqoji ictimaiyyətin xeyrinədir.  
Söhbətin  əvvəlinə  qayıdaraq  deməliyəm  ki,  unudulmaz  müəllim  və  hələ 
sağlığında  Azərbaycan  jurnalistlərinin  ağsaqqalı  adını  qazanmış  N.İmanquliyevin 
öz tələbələrinə tövsiyəsinə əməl etdim. Əgər nəticədə, qəhrəmanın ünvanına çoxlu 
xoş  sözlər  söylədimsə,  bu  mənim  səxavətim  yox,  onun  xidmətidir.  Bir  tənqidçi, 
yazıçı pedaqoq kimi N.Şəmsizadənin ünvanına, şəninə kim nə qədər xoş söyləsə, 
ehtiyat etməsin. Çünki, o buna layiqdir.  
                                                      
          
 
 
 
“525-ci qəzet”,12 oktyabr 2004 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə