Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə122/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   118   119   120   121   122   123   124   125   ...   176

 
254 
«Türk  Tanıtma  Fondu»nun  dəstəyi  ilə  «Ötükən»  nəşriyyatı  tərəfindən  işıq  üzü 
görmüşdür.  Tərtibçi  Yavuz  Akpinar  uzun  və  gərgin  tədqiqatların  nəticəsi  kimi, 
kitabın «Giriş» hissəsində İsmayıl Qaspiralının fəaliyyətinə dair irihəcmli, dəyərli 
məqalə  vermişdir.  O,  burada  İ.Qaspiralının  qəzetçi,  naşir  kimi  böyük  tarixi 
xidmətlərindən,  sosial,  siyasi  sahədə  prinsipial  və  faydalı  fəaliyyətindən,  müasir 
tipli məktəblərin yaradılmasında, təhsil quruculuğunda rolundan, ortaq dil uğrunda 
mücadiləsindən geniş bəhs etmişdir. 
Bu kitabların ərsəyə gəlməsi üçün illər boyu arxiv və kitabxanalarda böyük 
ehtirasla,  yorulmadan  çalışan  Y.Akpinar  qədirbilənliklə  ona  bu  işdə  yardım  edən 
insanlara  –  Ukraynalı  tarixçi  Viktor  Yuryeviç  Qankeviçə,  Krıma  səfəri  zamanı 
tədqiqatçıya  diqqət  göstərən  dostlarına  –  Şakir  Səlimə,  İsmayıl  Kərimə,  Zühal 
Yüksələ, İsmayıl Türkoğluna, Nəriman Abdulvahaba, Baxçasaraydakı Xan sarayı 
muzeyinin  direktoru  Sərvər  Abubəkirova,  muzeyin  arxiv  şöbəsinin  müdiri  Qalina 
İvanovaya,  yuxarıda  qeyd  etdiyimiz  «Türk  Tanıtma  Fondu»nun  və  «Ötükən» 
nəşriyyatının rəhbərlərinə dərin minnətdarlığını bildirir. 
Kitabın annotasiyasında yazıldığı kimi, «…görüşləri ilə günümüzdə yenidən 
aktuallaşan  «Avrasiya  birliyi»  nəzəriyyəsinin  qurucularından» olan  İ.Qaspiralının 
həyat  və  fəaliyyəti  Azərbaycanla  sıx  bağlı  olmuşdur.  M.F.Axundzadənin, 
H.B.Məlikovun, 
N.Nərimanovun, 
S.M.Qənizadənin, 
M.A.Şahtaxtlının, 
H.Z.Tağıyevin  maarif,  nəşriyyat,  təhsil,  tərəqqi  sahəsindəki  xidmətlərini  yüksək 
qiymətləndirən  İ.Qaspiralı,  Əli  Mərdan  bəy  Topçubaşı,  Xəlil  Xasməmmədli, 
Əhməd  bəy  Ağayev,  Firudin  bəy  Köçərli,  Səfərəli  bəy  Vəlibəyov  və  digər 
azərbaycanlı  xadimlərlə  sıx  ünsiyyətdə  olmuşdur.  Təsadüfi  deyil  ki,  XX  əsrin 
əvvəllərində Azərbaycanın ictimai, siyasi,  ədəbi, mədəni, mətbu həyatında parlaq 
iz  buraxmış  ziyalılar  İ.Qaspiralının  tarixi  xidmətlərini  çox  yüksək 
qiymətləndirmişlər. 
…Ə.Y.Akpinar  hələ  sovet  dönəmində  Qulam  Məmmədlinin  məşhur 
«Azərbaycan  teatrının  salnaməsi»ni  oxuyur  və  müəllifə  bu  sətirləri  ünvanlayır: 
«Hörmətli  ustadım!  Azəri  ədəbiyyatıyla  məşğul  olan  bütün  tədqiqatçılar  Sizi  bu 
kitabınız vasitəsilə hörmətlə yad edəcəklər. Sağ olun, var olun. Əli Yavuz Akpinar. 
28.03.1981».  Bu  gün  Ə.Y.Akpinar  həmin  mətni  kiçik  bir  dəyişikliklə  –  «azəri 
ədəbiyyatıyla»  sözlərindən  sonra  «və  İsmayıl  Qaspiralı  irsi  ilə»  sözlərini  əlavə 
etməklə özünə ünvanlamaq haqqını qazanmışdır. 
…Sonda prof.dr. Ə.Akpinarla, xaricdə azərbaycanşünaslıq problemi ilə bağlı 
məqalə  yazmaq  fikrinin  haradan  qaynaqlandığını  açıqlamaq  üçün  bir  haşiyəyə 
çıxacağam.  2008-ci  il  dekabrın  17-də  Atatürk  Mərkəzində  «Beşik»  nəşriyyatının 
buraxdığı  uşaq  nağıllarının  toplanıldığı  –  72  kitabçanın  təqdimatı  keçirilirdi. 
Tədbirdə  ölkənin  tanınmış  elm,  mədəniyyət,  incəsənət  xadimləri,  KİV 
nümayəndələri iştirak edirdi. Layihənin rəhbəri Xalq yazıçısı, Baş nazirin müavini 
Elçin  Azərbaycan  uşaq  nağıllarının  işıq  üzü  görməsini  ölkənin  ədəbi-mədəni 
həyatında  böyük  hadisə,  bayram  kimi  dəyərləndirdi.  Akademik  Bəkir  Nəbiyev 
əsasən  şair-publisist  Dilsuzun  və  şair  Ələkbər  Salahzadənin  qələmə  aldıqları 
nağılları,  obrazlı  ifadə  ilə,  indiki  dövrün  uşaqları  üçün  vaksin  adlandırdı.  Millət 
vəkilləri Gülər Əhmədova, Fəttah Heydərov, şairlər Çingiz Əlioğlu, İlyas Tapdıq, 
yazıçı-publisistlər Nahid Hacızadə, Zahid Xəlil, Əkrəm Qaflanoğlu, təhsil nazirinin 


 
255 
müavini prof.İradə Hüseynova, M.F.Axundov adına Milli Kitabxananın direktoru 
Kərim  Tahirov  da  17  yaşlı  müstəqil  Azərbaycanın  gələcək  nəslinin  vətənpərvər, 
cəsur,  geniş  təfəkkürlü,  iti  və  çevik  zəkalı  vətəndaşları  kimi  yetişməsində  uşaq 
nağıllarının müstəsna rol oynayacaqlarını qeyd etdilər. 
Atatürk  Mərkəzinin  direktoru  akademik  Nizami  Cəfərov  uşaq  nağıllarının 
əhəmiyyətini  xüsusi  vurğuladı  və  bu  möhtəşəm  işin  həyata  keçirilməsində 
layihənin rəhbəri Xalq yazıçısı Elçinin müstəsna rolunu şükranlıqla qeyd etdi. Dedi 
ki,  Azərbaycan  ədəbiyyatının  parlaq  simalarından  olan  Xalq  yazıçısı  Elçin  dövlət 
və  ictimai  xadim  kimi  də  ölkənin  mədəni  həyatında  misilsiz  xidmət  göstərmişdir. 
Təqdirəlayiqdir  ki,  Elçin  cəmiyyətin  mənəvi  ehtiyacını  müşahidə  edən  və  dərhal 
boşluğu  doldurmaq  üçün  hərəkət  edən  xadimlərdəndir.  Ötən  əsrin  80-ci  illərində 
Azərbaycan  cəmiyyətində  Türkiyə  həyatına  sonsuz  maraq  var  idi.  Elçin  «Yaxın, 
uzaq  Türkiyə»ni  yazmaqla  müəyyən  mənada  bu  tələbatı  ödədi.  İndi  budur, 
müstəqil  Azərbaycanın  gələcək  nəsillərinin  vətənpərvər,  cəsur,  öz  tarixinə, 
mədəniyyətinə    bağlı  yetişməsi  üçün  ədəbi  material  tələb  olunanda  Elçinin 
rəhbərliyi  ilə  azyaşlı  uşaqlar  üçün  birdən-birə  72  adda  nağıl  kitabça  şəklində 
Azərbaycan  cəmiyyətinə    təqdim  olunur.  Akademik,  millət  vəkili  N.Cəfərovun 
Elçinin  fəaliyyəti  ilə  bağlı  bu  qənaətini  təqdir  edir  və  tanınmış  ictimai  və  dövlət 
xadiminin  həmin  istiqamətdə  həyata  keçirdiyi  digər  və  hər  birinin  önündə  «ilk 
dəfə» ifadəsini işlədə biləcəyimiz mühüm tədbirləri də qeyd etməyi  lazım bilirik: 
-  mənfur  erməni  separatçılarının  Azərbaycana  ərazi    iddialarının  yenidən 
başladığı  zaman  –  ötən  əsrin  80-ci  illərinin  sonlarında  ölkəmizin,  xüsusilə  də 
Dağlıq Qarabağın tarixi ilə bağlı materialların kütləvi nəşri və yayılması; 
-  azadlıq  hərəkatının  vüsət  aldığı  illərdə  hər  cür  daxili  və  xarici  təsirlərə, 
təzyiqlərə  baxmayaraq, Azərbaycan  Xalq Cümhuriyyətinin  liderlərinə, Şərq-islam 
dünyasında  ilk  demokratik  dövlətin  atributlarına,  iqtisadi,  siyasi,  hərbi  və  s. 
sahələrdə  həyata  keçirdiyi  islahatlara  dair  elmi-kütləvi  məqalələrin  böyük  tirajla 
(250.000) çıxan «Odlar yurdu» qəzetində dərc olunması; 
- əlifba islahatı aktuallaşanda latın əlifbasının qızğın müdafiə edilməsi; 
-  Moskvanın  respublikadakı  yerli  nökərlərinin  və  ermənipərəst  xarici 
qüvvələrin  Azərbaycanın  müstəqilliyi  uğrunda  mübarizəyə  hər  cür  don 
geyindirmək 
üçün  dəridən-qabıqdan  çıxdığı,  Azərbaycanın  informasiya 
blokadasında  saxlanıldığı  zaman  ABŞ  senatına  «Ən  böyük  müttəfiqimiz 
həqiqətdir»  adlı  müraciətinin  ünvanlanması,  senator  Cim  Mudinin  Bakıya  dəvət 
edilməsi və Azərbaycan tarixində ilk dəfə ABŞ senatorunun Bakıya səfəri; 
-  xarici  ölkələrdə  azərbaycanşünaslığın  intişarı,  inkişafı  üçün  əməli 
tədbirlərin  həyata  keçirilməsi  («Vətən»  Cəmiyyətinin  M.F.Axundzadənin  anadan 
olmasının 175 illiyi münasibəti ilə keçirdiyi tədbirə dünyanın müxtəlif ölkələrindən 
hələ görünməmiş sayda, eyni vaxtda Bakıya 9 nəfər azərbaycanşünas alimin dəvət 
edilməsi). 
 Sonuncu  tədbirə  gələnlərin  sırasında  mərhum  professor  Abbas  Zamanov 
haqqındakı xatirəsində Azərbaycana hər səfərini həyatının unudulmaz günləri kimi 
xatırlayan  və  öz  təbiri  ilə  desək,  «Azərbaycan  kitablarına  susayan»  Əli  Yavuz 
Akpinar  da  var  idi  (Əli  Yavuz  Akpinar.  Abbas  Zamanov  haqqında  xatirələrim. 
Müasirləri Abbas Zamanov haqqında. «Çinar-çap» nəşriyyatı. Bakı, 2003). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə